Month: June 2024

  • Азербайджанская женщина-жокей выиграла международные соревнования во Франции

    Член национальной сборной Азербайджана по дрессажу Агата Захрабекова стала победительницей международных соревнований по выездке в категории CDIP во французском Ле-Мане.

    Как сообщили в Федерации конного спорта Азербайджана, вышедшая в финальную стадию соревнований спортсменка завоевала кубок, опередив конкурентов с результатом 75,9%.

    Всего в соревнованиях представлена ​​21 страна.

    Планирующая до конца года принять участие еще в нескольких международных турнирах представительница Азербайджана продолжает тренировки в Дюссельдорфе (Германия) при организации Федерации конного спорта Азербайджана.

  • Azərbaycanlı idmançı Fransada qələbə qazandı

    Atçılığın dresaj növü üzrə Azərbaycan millisinin üzvü Aqata Zəhrabəyova Fransanın Le Man şəhərində keçirilən CDİP kateqoriyalı beynəlxalq yarışın qalibi olub.

    Bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyası xəbər yayıb.

    Məlumata görə, yarışın final mərhələsinə yüksələn təmsilçimiz rəqiblərini 75,9 faizlik balla qabaqlayaraq kubokun sahibi olub.

    Qeyd edək ki, ilin sonunadək daha bir neçə beynəlxalq turnirdə iştirak etməsi planlaşdırılan A.Zəhrabəyova təlimlərini Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində davam etdirir.

    Xatırladaq ki, yarışda ümumilikdə 21 ölkə təmsil olunub.

  • Lənkəranda səhər saatlarında doğulan körpə əməliyyatda öldü

    Lənkəranda bu gün səhər saatlarında doğulan körpə ölüb.

    “Report”un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran Perinatal Mərkəzində qeydə alınıb.

    Yaxınlarının dediyinə görə, qeysəriyyə yolu ilə dünyaya gələn körpənin səhhətində heç bir problem olmayıb. Sonra uşağın ürək döyüntüləri yoxlanılaraq əməliyyata götürülüb. Əməliyyat zamanı uşaq ölüb.

    Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri bilinəcək.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Trampın 37 ölkəyə girişi qadağan edilə bilər

    Manhetten məhkəməsinin keçmiş ABŞ prezidenti Donald Trampa qarşı çıxardığı yekun ittiham hökmü onu dünyanın 37 ölkəsində arzuolunmaz şəxs edəcək.

    Bu barədə “Time” məlumat verir.

    “Trampın digər ölkələrə səfərlər etməsi çətinləşə bilər. Kanada və Meksika da daxil olmaqla 37 ölkə cinayət keçmişi olan şəxslərin girişini qadağan edir”, – deyə məlumat bildirilir.

    Məqalənin müəllifləri qeyd edir ki, səfər məhdudiyyətləri Trampın seçkilərdə qalib gəldiyi halda onun prezidentliyini potensial olaraq çətinləşdirəcək.

    Bəzi hökumətlər Trampın ziyarətə icazə istəyəcəyi təqdirdə səyahət qadağasından imtina edə bilər. Lakin hazırda hansı dövlətlərin bunu etməyə hazır olduğu barədə məlumat yoxdur.

    Mayın 31-də Manhetten cinayət məhkəməsinin münsiflər heyəti Trampı porno aktrisa Stormi Danielsə ödənişləri gizlətməkdə təqsirli bilib. Tramp bütün 34 maddə üzrə təqsirli bilinib. Hökm müddəti iyulun 11-nə təyin edilib.

  • Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

    Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

    Bu barədə qurumun sosial şəbəkə hesablarında paylaşım edilib.

    “Qardaş Türkiyənin Kayseri şəhərində baş vermiş təyyarə qəzası xəbəri bizi son dərəcə kədərləndirdi. Qəza zamanı həlak olmuş pilotların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!” – deyə paylaşımda qeyd edilib.

    Qeyd edək ki, Türkiyənin Kayseri vilayətində 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus “SF-260D” tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Təyyarədə olan iki pilot şəhid olub.

  • “TikTok”da dələduzluğa görə saxlanılan şəxsin digər əməlləri də ortaya çıxıb – FOTO

    “TikTok” sosial şəbəkəsində dələduzluq etdiyi üçün saxlanılan şəxsin digər əməlləri də ortaya çıxıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, müxtəlif vaxtlarda bank kartlarından 300, 900, 50, 320, 125, 338 və 100 manat olmaqla ümumilikdə 2 133 manat pul vəsaitini taladığı üçün polis əməkdaşları tərəfindən saxlanılan 21 yaşlı Raqif Məmmədovun digər qanunsuz əməlləri də müəyyən olunub. Onun daha iki nəfərin kartında olan 6 000 və 310 manatı ələ keçirdiyi üzə çıxıb.

    Qeyd edilib ki, R.Məmmədov “TikTok” sosial şəbəkəsində həmin şəxslərin kart məlumatlarını dələduzluq yolu ilə ələ keçirərək pul vəsaitlərini talayıb. Saxlanılan şəxs eyni üsulla daha 25 nəfərin pul vəsaitlərini talayıb.

    Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

  • Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR

    Azərbaycanda 2024-cü il üzrə qadınların pensiya yaşı dəyişir.

    Modern.az-ın məlumatına görə, ölkədə 30 iyun 2024-cü ilədək kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay olacaq.

    1 iyul 2024 – 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı dəyişməsə də, qadınların pensiya yaşı yarım il artırılaraq 64-ə çatdırılacaq.

    Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

    “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

    “Əmək pensiyaları haqqında” Qanuna əsasən, qadınların pensiyaya çıxma yaşı 2024-cü ildə daha altı ay artırılacaq. Bununla da 2024-cü il iyulun 1-dən pensiyaya çıxmaq istəyən qadınlardan yaş tələbi 64 olacaq.

    Rəsmi məlumata görə, bu il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,0 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1114,2 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,0 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz artaraq 441,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 47,3 faizinə bərabər olub.

  • Мирзоян: Армения и Турция достигли взаимопонимания по некоторым вопросам по нормализации отношений

    Армения и Турция смогли достичь взаимопонимания по некоторым вопросам.

    Об этом заявил в парламенте глава армянского МИД Арарат Мирзоян.

    “В вопросе нормализации отношений с Турцией у нас есть широкое взаимопонимание по ряду вопросов. Пришло время посмотреть, как реализуются договоренности на земле”, – сказал он.

    В 2021 году правительство Армении заявило о намерении нормализовать отношения с Турцией, Ереван и Анкара назначили для этой работы спецпредставителей. В июле 2022 года в Вене была достигнута договоренность об обеспечении возможности пересечения сухопутной армяно-турецкой границы гражданами третьих стран, посещающих Армению и Турцию соответственно, а также осуществления прямых авиаперевозок грузов и запуске необходимых для этого процессов. В январе 2023 года Анкара проинформировала Ереван о снятии запрета на прямые авиаперевозки грузов.

    Источник: ТАСС

  • Ermənistan XİN rəhbəri: “Türkiyə ilə bir sıra məsələlərdə anlaşma var, onları icra etmək zamanıdır”

    “Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərdə qarşılıqlı anlaşma mövcuddur, onları icra etmək zamanıdır”.

    Bunu Ermənistanın xarici işlər naziri (XİN) Ararat Mirzoyan Parlament komissiyalarının birgə iclasında deyib.

    XİN rəhbəri bəyan edib ki, İrəvan onların reallıqda həyata keçiriləcəyinə ümid edir.

    Xatırladaq ki, 2021-ci ildə Ermənistan hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətində olduğunu bəyan edib. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, habelə birbaşa hava daşımalarının həyata keçirilməsi barədə razılıq əldə olunub. 2023-cü ilin yanvarında isə Ankara İrəvana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığını bildirib.

    Mənbə: Ermənistan KİV

  • İtkin kimi axtarışda olan qadın və övladı tapılıb

    İyunun 3-də polis itkin düşmüş kimi axtarışda olan beş nəfəri tapıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 2-də Nərimanov rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 30 yaşlı kişi, mayın 14-də Qəbələ rayonunun Daşça kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 30 yaşlı kişi, mayın 28-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 23 yaşlı qadın və övladı, iyunun 1-də Balakən rayonunun Mahamalar kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 29 yaşlı qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.