Month: June 2024

  • Masazır qəsəbəsində güclü yanğın – VİDEO

    Abşeron rayonunun Masazır qəsəbəsində yanğın başlayıb.

    Bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

    Fövqəladə Hallar Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub:

    “Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək”.

    Həmin görüntüləri təqdim edirik:

  • Ən çox qatlanan telefonlar satan markalar bəlli oldu – SİYAHI

    “Counterpoint Research” 2024-cü ilin birinci rübündə ən çox qatlanan telefon satan markaları açıqlayıb.
     
    “Samsung” şirkəti ilk dəfə “Galaxy Fold” modeli ilə qatlana bilən telefon bazarına girib və bazarda yarışa başlayıb.
     
    Daha sonra bir çox istehsalçı öz qatlanan modellərini buraxmağa başlayıb.

    Qatlana bilən modellərin qiymətləri əvvəlcə kifayət qədər baha olsa da, getdikcə enib.

    Birinci rübün məlumatlarına görə, uzun müddətdir zirvədə olan “Samsung”u Çin istehsalçısı “Huawei” əvəzləyib.

    “Samsung”un satışları keçən ilin eyni dövrü ilə müqayisədə 42 faiz azaldığı halda, “Huawei” satışlarını 257 faiz artırmağı bacarıb.

    “Huawei”nin bu uğuru əsasən Çində “Mate X5” modelinin satışı və çoxdan gözlənilən 5G dəstəyi ilə bağlıdır.

    Bundan əlavə, başqa bir Çin istehsalçısı olan “Honor” satışlarını 4,6 faiz artıraraq bazarda üçüncü yeri tutub.

    Qatlana bilən telefon satışlarını 1,4 faiz artıran “Motorola” 4-cü yerdə qərarlaşıb.
    //azxeber.com

  • Bölgələrdə istirahət neçəyə başa gəlir? – VİDEO

    Yay mövsümündə insanlar gərgin iş rejiminə ara verib məzuniyyət götürərək bölgələrə üz tuturlar. Ancaq istirahətlərinin həm maraqlı, həm də münasib qiymətə başa gəlməsi üçün seçim edərkən xeyli axtarış etməli olurlar. Qiymətlər isə o qədər də ürəkaçan deyil.

    Statistika göstərir ki, istirahət məqsədilə rayonlara gedənlərin əksəriyyəti paytaxt əhalisidir.

    Bölgələrdə istirahət neçəyə başa gəlir?

    Xəzər TV-nin araşdırmasına görə, bir adam üçün istirahət bir günə 90-150 manata başa gəlir.

    Ətraflı süjeti təqdim edirik:

  • Şirvanda bir nəfər Kür çayında batıb

    Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfər batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki,məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

    Əlavə məlumat veriləcək.

  • Али Асадов прибыл в Минск

    3 июня премьер-министр Азербайджанской Республики Али Асадов по приглашению премьер-министра Республики Беларусь Романа Головченко прибыл с рабочим визитом в город Минск.

    В Национальном аэропорту “Минск” Али Асадова встречали заместитель премьер-министра Республики Беларусь Игорь Петришенко и другие официальные лица.

    В ходе визита премьер-министр Азербайджанской Республики примет участие в качестве гостя в заседании Евразийского межправительственного совета и пленарной сессии “Продовольственная безопасность Евразийского экономического союза”.

  • Əli Əsədov belaruslu həmkarının dəvəti ilə Minskdə səfərdədir

    İyunun 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun dəvəti ilə Minsk şəhərinə işgüzar səfərə gedib.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    “Minsk” Milli Aeroportunda Ə.Əsədovu Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko və digər rəsmi şəxslər qarşılayıblar.

    Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Avrasiya Hökumətlərarası Şurasının iclasında və “Avrasiya İqtisadi İttifaqının Ərzaq Təhlükəsizliyi” plenar sessiyasında qonaq qismində iştirak edəcək.

  • BDU-nun böyük laborantı vəfat edib

    Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Biomühəndislik elmi-tədqiqat laboratoriyasının (ETL) böyük laborantı Gülarə Dibirova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

    Bu barədə Bakı Dövlət Universiteti məlumat yayıb.

    Bildirilib ki, Gülarə Dibirova 1 oktyabr 1956-cı ildə Balakən rayonunda anadan olub. 1975–1980-ci illərdə Azərbaycan Dillər Universitetində ali təhsil alıb. 1980–1985-ci illərdə Balakən rayon Nizami adına orta məktəbdə ingilis dili müəllimi, 1989–2021-ci illərdə BDU-nun Biotexnologiya ETL-də tərcüməçi, 2021-ci ildən indiyədək isə Biomühəndislik ETL-də böyük laborant vəzifələrində çalışıb.

  • “Telegram”da maraqlı YENİLİK

    Telegram messenceri bir sıra yeni funksiyaları özündə birləşdirən yeniləmə əldə edib.

    Mühüm yeniliklərdən biri həştəqlərlə işin təkmilləşdirilməsi olub. İndi bir həştəq üzərinə kliklədiyiniz zaman böyük ictimai kanallar üçün axtarış nəticələrinə siyahı şəklində baxa bilərsiniz.

    Mətni sitat kimi seçməyə və asan oxumaq üçün onu yığışdırmağa imkan verən yığıla bilən sitat xüsusiyyəti də var.

    Məlumata görə, istifadəçilər söhbəti açarkən avtomatik olaraq oynanan animasiya effektli mesajlar göndərə bilərlər. Messencerin pulsuz versiyası altı belə effektə çıxışı təmin edir.

    “Telegram Premium” istifadəçiləri bir neçə yüz effekt arasından seçim edə bilərlər. Animasiya əlavə etmək üçün göndər düyməsini basıb saxlayın, sonra istədiyiniz ifadəni seçin.

    Yeni versiya əvvəllər olduğu kimi şəkillərin və videoların altında deyil, yuxarıda yazılar yerləşdirməyi mümkün edir. Bunun üçün göndər düyməsini basıb saxlamaq lazımdır. Yazılar göndərildikdən sonra belə başlıqlar redaktə edilə bilər.

    Mesajda telefon nömrəsinə kliklədikdə menyu da yenilənib. İstifadəçilər indi tez kontaktlara nömrələr əlavə edə, telefon nömrələri ilə işi xeyli asanlaşdıra bilərlər.

  • Bakıda hamamda oğurluq: Masajçı qadını həmkarı soydu

    Bakıda masajçı hamamda qarət edilib.

    Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən hamamda qeydə alınıb.

    Orada masajçı işləyən Bakı şəhər sakini S.Nuriyevanın 2200 manat pulu oğurlanıb.

    Zərərçəkən bu barədə polisə məlumat verib.

    Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində masajçının pulunu oğurlayan hamamın digər masajçısı M.Rüstəmova saxlanılıb.

  • Azərbaycanda qanunsuz yaşayan əcnəbilərin ölkə vətəndaşı ilə nikaha daxil olması qadağan edilir

    Azərbaycanda qanunsuz yaşayan əcnəbilərin ölkə vətəndaşı ilə nikaha daxil olması qadağan edilir.

    “Report”un xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.

    Sənəddə qeyd edilib ki, Azərbaycan ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir.

    Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.

    Belə ki, layihədə Ailə Məcəlləsinin nikahın bağlanmasına mane olan halları əks etdirən 12-ci maddəsinə dəyişiklik edilməsi təklif olunur. Bu dəyişikliyə əsasən aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan və yaxud yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.