Month: June 2024

  • Kim Çen In İlham Əliyevi təbrik edib

    Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen In Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az-ın məlumatına görə, təbrik məktubunda deyilir.

    “Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına səmimi təbriklərimi çatdırıram.

    Fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri gələcəkdə də möhkəmlənəcək və inkişaf edəcəkdir.

    Sizə ölkənin sosial-iqtisadi inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

  • Проживающим за рубежом гражданам Азербайджана будет проще вступить в брак

    В Азербайджане предлагается внести поправки в Семейный кодекс, согласно которым будет упрощена процедура вступления в брак для проживающих за рубежом азербайджанцев.

    Как сообщает Report, согласно поправкам, желающие заключить брак в посольствах и консульствах граждане смогут пройти обязательное медицинское обследование в стране проживания.

    Согласно действующему законодательству, азербайджанские граждане, вне зависимости от страны проживания, должны пройти обязательное обследование в медучреждениях по месту жительства в Азербайджане, после чего могут заключить брак в посольствах и консульствах за рубежом.

    В перечень заболеваний, по которым необходимо пройти обязательное обследование перед вступлением в брак, входят гемофилия, талассемия, гепатит, СПИД и некоторые венерические заболевания.

    Согласно изменениям, граждане смогут проходить необходимое медицинское обследование в стране, где аккредитовано диппредставительство, в котором они планируют зарегистрировать брак, либо по месту фактического проживания.

  • Xaricdəki Azərbaycan vətəndaşlarının nikahla əlaqədar tibbi müayinədən keçmələrinə görə yeni qayda

    Xaricdəki Azərbaycan vətəndaşlarının nikahla əlaqədar tibbi müayinədən keçmələrinə görə yeni qayda müəyyənləşir.

    “Report”un xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.

    Layihədə qeyd edilib ki, mövcud ailə qanunvericiliyinə uyğun olaraq nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Lakin həmin şəxslərin tibbi müayinəsi və onlara müvafiq məsləhətlər verilməsi ilə bağlı nəzərdə tutulan qayda Azərbaycanın səfirlikləri və konsulluqlarının akkreditə olunduğu ölkələrdəki hallara şamil edilmir. Eyni zamanda Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”nın 2.1-ci bəndinə əsasən tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən müəyyən edilmiş dövlət və (və ya) bələdiyyə tibb müəssisəsində həyata keçirilir.

    Bu baxımdan, ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah bağlanılması məqsədilə həmin vətəndaşlar tələb olunan tibbi müayinədən keçmələri üçün Azərbaycan Respublikasına gəlməlidirlər. Bu isə nikaha daxil olmaq istəyən şəxslər üçün maliyyə və vaxt itkisinə səbəb olur.

    Məhz bu müddəalardan irəli gələrək təqdim olunan qanun layihəsində Ailə Məcəlləsinin 13-cü maddəsində dəyişiklik edilməsi nəzərdə tutulur.

    Dəyişikliyə əsəsən Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikah bağlamaq istəyən şəxslərin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin (konsulluq idarəsinin) akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçmələri, habelə Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə ərizəyə həmin tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənədin əlavə edilməsi təklif olunur.

  • Azərbaycanda bölük komandiri HƏBS OLUNDU

    Azərbaycanda “N” saylı hərbi hissənin bölük komandiri həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kapitan Ağamalı Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət almaqda ittiham olunur.

    Pənahova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

    İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

  • На проспекте Азадлыг в Баку проводится капитальный ремонт – ВИДЕО

    На проспекте Азадлыг в Баку ведется капитальный ремонт участка автодороги протяженностью 3,4 км.

    Об этом сообщили в Государственном агентстве автомобильных дорог Азербайджана.

    Работы ведутся на отрезке между улицами Джафара Хандана и Михаила Каверочкина.

    В структуре отметили, что для обеспечения беспрепятственного движения на автодороге ограничения вводятся частично, а ремонтные работы проводятся ночью.

    Водителей призвали проявлять осторожность и строго соблюдать требования временных дорожных знаков.

  • Bakının Azadlıq prospektinin bir hissəsində təmir işlərinə start verilib – VİDEO

    Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın Azadlıq prospektində əsaslı təmir işlərinə start verilib.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, təmir işləri prospektin Cəfər Xəndan küçəsi ilə Mixail Kaveroçkin küçəsi arasında olan hissəsində aparılır. Sözügedən hissənin uzunluğu 3,4 km təşkil edir.

    Azadlıq prospekti boyunca hərəkət intensivliyi və vətəndaşların rahatlığı nəzərə alınaraq təmir işləri gecə saatlarında aparılır. Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və frez materialının kənara daşınması işləri icra olunur.

    Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.

    Agentlik bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmalarını, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.

  • В Баку мошенница присвоила более 26 000 манатов

    В Баку задержана подозреваемая в мошенничестве.

    Об этом сообщили в пресс-службе МВД.

    Отмечается, что в ходе мероприятий, проведенных сотрудниками 29-го отдела полиции Ясамальского районного управления полиции, была задержана женщина 1972 года рождения, подозреваемая в совершенной мошенническим путем краже у гражданина 26 385 манатов.

    По данному факту проводится расследование.

  • Bir nəfərin 26 min manatını dələduzluqla almaqda şübhəli bilinən qadın saxlanılıb

    Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin 26 385 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü qadın saxlanılıb.

    Səbail RPİ-nin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfər şəxsi aldadaraq hesabına 150 manat pul ödətdirməkdə şübhəli bilinən Rəşad Adışov müəyyən olunaraq saxlanılıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan və Rusiya arasındakı avtomobil körpüsü ilə bağlı saziş təsdiqləndi

    “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş” təsdiq olunub.

    President.az-ın məlumatına görə, 2024-cü il martın 5-də Bakı şəhərində imzalanmış sazişlə bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.

  • Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası proqnozlaşdırılır

    31 may tarixində geomaqnit sahəsinin fəallığı qısamüddətli G1 səviyyəsinə yüksəlib. Hazırda Kp indeksi 2-yə bərabərdir və kosmik hava sakitdir.

    Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

    Bildirilib ki, Günəş küləyinin iyunun 1-də baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə sürətlənəcəyi gözlənilir.

    Geomaqnit sahəsi iyunun 1-də baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə iyunun 4-də G1 (zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.