Month: June 2024

  • Əvvəllər məhkum olmuş şəxs avtomobilləri qaçırmaqda şübhəli bilinir

    Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Mövsüm İsgəndərov saxlanılıb.

    Araşdırmalar zamanı məlum olub ki, M.İsgəndərov iyun ayının 2-nə keçən gecə Gəncə şəhər sakininə məxsus VAZ-2106 markalı avtomobili qaçırıb.

    M.İsgəndərov Yevlax şəhərində saxlanılıb.

    Bundan başqa araşdırmalar zamanı onun digər bir Gəncə şəhər sakininə məxsus VAZ-2106 markalı avtomobili qaçıraraq işıq dirəyinə vurması müəyyən olunub.

    Şübhəli şəxs istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir

  • Bakıda marketdən 1500 manatlıq enerji içkisi oğurlandı

    Bakıda marketdən 1520 manat dəyərində enerji içkiləri oğurlanıb.
       
    Hadisə paytaxtın Əhməd Cavad küçəsində yerləşən “Spar” marketdə qeydə alınıb.  

    Hadisəni törətmiş Bakı şəhər sakini 30 yaşlı Əlfəddin Əlfəddinzadə saxlanılıb.

  • Bakı – Mingəçevir müntəzəm marşrut xətti sərnişinlərin istifadəsinə verilib

    Bakı – Mingəçevir müntəzəm marşrut xətti sərnişinlərin istifadəsinə verilib.

    Bu barədə Trend-ə “BakuBus” MMC-dən məlumat verilib.

    Bildirilir ki, marşrut xətti üzrə gediş haqqı 9 manat 20 qəpik təşkil edir.

    Qeyd edək ki, “BakuBus” ilk olaraq paytaxtdan Sumqayıt şəhərinə və əks istiqamətdə sərnişin daşımaları həyata keçirməyə başlayıb. “BakuBus” MMC artıq bir neçə gündür paytaxtdan Gəncə şəhərinə və əks istiqamətdə də sərnişin daşımasını həyata keçirir.

  • Şuşadakı tarixi xəstəxana binası bərpa olunur

    Şuşa şəhərində tarixi xəstəxana binası olan memarlıq abidəsi bərpa olunacaq.

    Median.Az
    İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.

    Şəhərin Heydər Əliyev küçəsində yerləşən 5017 inventar nömrəli memarlıq abidəsi bərpa olunaraq Ənənəvi İncəsənət Mərkəzinin təyinatına uyğunlaşdırılması üçün layihələndiriləcək.

    Lahiyələndirmə işlərini BIMD şirkəti həyata keçirəcək. Qoruqla şirkət arasında 234 820 manatlıq müqavilə bağlanıb.
    Qeyd edək ki, sözügedən bina XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsidir. Şuşa şəhəri işğal ediləndən sonra erməni terrorçular tərəfindən dağıntılara məruz qalıb. Şuşa şəhəri işğaldan azad ediləndən sonra bərpası ilə əlaqədar layihələndirilmə işləri görülür.

  • Toy axşamında bəyin ölümünün yeni detalları – Atası DANIŞDI

    Qazaxda toy axşamında özünü asaraq intihar edən bəyin ölümü ilə bağlı bəzi detallar məlum olub.

    Median.Az baku.tv-yə istinadən xəbər verir ki, oğlunun cansız bədənini atası İsmayıl Omarov aşkarlayıb.

    O bildirib ki, oğlu toyuna dəm-dəsgahla hazırlaşırdı: “Bağa getmişdim, dedim bəlkə traktorla ot gətirməyə gedib. Çönən kimi oğlumun asılmış meyiti gözümə sataşdı”.

    Mərhumun dostu Məhəmməd Ayvazovun sözlərinə görə, Əhliman Omarovun sevgi münasibəti üç il davam edib və aralarında heç bir problem olmayıb.

    Qeyd edək ki, Əhliman Omarov Orta Salahlı kənd məzarlığında dəfn edilib.

    Xatırladaq ki, hadisə may ayının 31-i Qazaxda baş verib. Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov öz canına qıyıb. Hadisədən üç gün əvvəl isə qız toyu olub. Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.

  • Leysan olacaq, dolu düşəcək

    Azərbaycanın rayonlarında iyunun 3-4-də bəzi dağlıq və dağətəyi rayonlarda, iyunun 5-6-da isə əsasən gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

    Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

  • Bakıda 21 yaşlı qız intihar edib

    Bakıda intihar baş verib.

    Lent.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yasamal rayonunda qeydə alınıb.

    2003-cü il təvəllüdlü Zərifə Bəhram qızı Məmmədzadə özünü 12-ci mərtəbədən atıb. O, hadisə yerindəcə keçinib.

    Sakinlərin dediklərinə görə, intihar edən qız həmin binada yaşamırmış.

    Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

  • İsmayıllıda 39 yaşlı kişi bıçaqlanıb

    Dünən gecə saatlarında İsmayıllı rayonunda bıçaqlanma hadisəsi olub.

    APA-nın Şirvan bürosu xəbər verir ki, 31 yaşlı Mərhəmət Quliyev aralarında yaranan mübahisə zəminində 1985-ci il təvəllüdlü Namiq İbrahimova bıçaqla xəsarət yetirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma başlanıb, izahatlar alınıb və xəsarətlə bağlı ekspertiza təyin olunub.

  • Невидимый космический спектакль: четыре планеты выстроятся в ряд

    В понедельник четыре планеты выстроятся рядом в секторе 20-30 градусов, образуя малый парад. С Земли это явление не будет видно из-за ярких солнечных лучей.

    Об этом сообщила астроном, руководитель отдела методического сопровождения Московского планетария Людмила Кошман.

    “В понедельник Венера, Юпитер, Меркурий и Уран окажутся рядом в секторе 20-30 градусов, но вблизи Солнца, поэтому это невидимый малый парад планет, с Земли он не наблюдается”, – сказала Кошман, отметив, что такие явления происходят каждые 20 лет.

    Помимо четырех планет, располагающихся близко друг к другу, по одну сторону от Солнца окажутся еще Марс, Нептун и Сатурн. В начале июня к ним также присоединится убывающая Луна, которая в понедельник будет находиться недалеко от Марса.

    Если бы в секторе 20-30 градусов оказались не четыре, а пять планет, это был бы большой парад планет, который наблюдается гораздо реже, отметила астроном.

    “А если исходить не из близости планет, а из их расположения на одной прямой, то такое событие может происходить раз в многие миллионы лет”, – заключила она.

    Источник: ТАСС

  • Görünməz kosmik performans: Dörd planet bir sıraya düzüləcək

    Bu gün 20-30 dərəcə sektorunda dörd planet yan-yana düzülərək kiçik parad təşkil edəcək.

    Bu barədə Moskva Planetarisinin metodiki təminat şöbəsinin rəhbəri Lyudmila Koşman məlumat verib.

    “Bazar ertəsi Venera, Yupiter, Merkuri və Uran 20-30 dərəcə sektorunda yaxınlıqda olacaq. Lakin Günəşə yaxın olduğu üçün bu planetlərin görünməz kiçik paradıdır və Yerdən görünmür”, – deyə Koşman bildirib və belə hadisələrin hər 20 ildən bir baş verdiyini qeyd edib.

    Onun sözlərinə görə, bir-birinə yaxın olan dörd planetdən başqa Mars, Neptun və Saturn da Günəşin bir tərəfində olacaq.

    İyunun əvvəlində onlara Ay da qoşulacaq.
    //TASS