Month: June 2024

  • AVRO-2024: Türkiyə millisinin qapıçısı heyətdən çıxarılıb

    Türkiyə millisinin qapıçısı Doğan Alemdar heyətdən çıxarılıb.

    Fransa təmsilçisi “Trua”nın qapıçısı məşq zamanı dizindən zədə aldığı üçün AVRO-2024-də iştirak edə bilməyəcək.

    Qeyd edək ki, F qrupunda yer alan “ay-ulduzlular” ilk oyunda Gürcüstan millisinə 3:1 hesabı ilə qalib gəlib. İkinci görüşündə Portuqaliyaya 0:3 hesabı ilə uduzan Vinçentso Montellanın rəhbərlik etdiyi yığma iyulun 26-da Çexiya ilə qarşılaşacaq.
    //report

  • Пропавший без вести в Лянкяране найден мертвым под мостом

    Пропавший на днях в Лянкяране 35-летний мужчина скончался, упав с моста.

    Тело жителя села Сютемурдов Лянкяранского района Рагимова Вусала Алигулу оглу обнаружено под мостом в местности, известной как “Дахна”.

    Место происшествия осмотрено сотрудниками правоохранительных органов. Погибший предположительно скончался, упав с моста по неосторожности.

    По факту ведется расследование.

  • Lənkəranda itkin düşən şəxsin körpüdən yıxılaraq öldüyü məlum olub

    Lənkəranda ötən gün itkin düşən 35 yaşlı kişinin körpüdən yıxılaraq öldüyü məlum olub.

    Bu gün rayonun Sütəmurdov kənd sakini Rəhimov Vüsal Əliqulu oğlunun meyiti “Dəhnə” deyilən ərazidəki körpünün altından tapılıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçiriblər. İlkin rəyə görə, mərhum ehtiyatsızlıqdan körpüdən yıxılaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Lənkəranda evdə yaşlı qadın meyiti tapılıb

    Lənkəran rayonunda evdə yaşlı qadın meyiti tapılıb.

    Lənkəran şəhəri Balaməmməd küçəsi, 4 ünvanındakı binanın sakinləri tərəfindən polis şöbəsinə mənzillərin birindən kəskin qoxu gəlməsi ilə bağlı məlumat daxil olub.

    Mənzilə baxış zamanı 68 yaşlı ev sakini Şərqiyyə Rəhim qızı Rəhimovanın meyiti aşkar olunub.

    İlkin məlumata əsasən, qadın dörd gün əvvəl ölüb. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Lyuk Şou İngiltərə millisində məşqlərə başlayıb

    İngiltərə millisinin müdafiəçisi Lyuk Şou ümumi komanda ilə məşqlərə başlayıb.

    “Mançester Yunayted” klubunun futbolçusu fevraldan bəri zədə səbəbindən oynaya bilməməsinə rəğmən, millinin Almaniyada keçirilən Avropa çempionatında iştirak edən heyətinə daxil edilib.

    L.Şounun AVRO-2024-də yığmaya fayda verəcəyinə inanan baş məşqçi Qaret Sautqeyt onu pley-off mərhələsində oynatmağı düşünür.

    Qeyd edək ki, İngiltərə millisi AVRO-2024-ün qrup mərhələsinin sonuncu turunda Sloveniya ilə qarşılşacaq.
    //report

  • Армения и Грузия создадут рабочую группу для углубления сотрудничества в сфере туризма

    Армения и Грузия создадут рабочую группу для углубления сотрудничества в сфере туризма.

    Как передает грузинское бюро Report, об этом журналистам сообщил председатель Федерации туризма Армении Мехак Апресян.

    По его словам, Федерация туризма Армении и грузинская Ассоциация туризма договорились об этом в Ереване.

    “В скором времени представители рабочей группы проведут первую встречу на армяно-грузинской границе. Они на месте обсудят проблемы на таможенном пункте пропуска и предложат решения”, – отметил Апресян.

  • Ermənistan və Gürcüstan turizm sahəsində əməkdaşlığı dərinləşdirmək üçün işçi qrup yaradacaq

    Ermənistan və Gürcüstan turizm sahəsində əməkdaşlığı dərinləşdirmək üçün işçi qrup yaradacaq.

    Bu barədə Ermənistan Turizm Federasiyasının rəhbəri Mexak Apresyan jurnalistlərə bildirib.

    Məlumata görə, Ermənistan Turizm Federasiyası və Gürcüstan Turizm Assosiasiyası Yerevanda bu barədə razılığa gəliblər.

    İşçi qrupuna dövlət və özəl sektordan olan nümayəndələr daxil olacaq, onlar tezliklə sərhəddə ilk iclaslarını keçirəcək və oradakı problemləri müzakirə edəcəklər.
    //report

  • Завтра в Азербайджане воздух прогреется до 37 градусов

    25 июня в Баку и на Абшеронском полуострове пройдет преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Однако в первой половине дня в некоторых пригородных территориях возможны кратковременные осадки. Будет преобладать умеренный южный ветер.

    Температура воздуха ночью составит 20-25°, днем – 30-35° тепла. Атмосферное давление понизится с 756 до 752 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-80%, днем – 50-60%.

    В большинстве районов Азербайджана преимущественно без осадков. Однако в некоторых горных и предгорных районах местами ожидаются дожди и грозы, в отдельных местах осадки будут интенсивными, возможно выпадение града. Ночью и утром временами ожидается туман. В некоторых горных и предгорных районах восточный ветер будет периодически усиливаться.

    Температура воздуха ночью составит 20-24°, днем – 32-37° тепла, в горах ночью 10-15°, днем – 20-25° тепла.

  • Sabah Bakıda 35, rayonlarda 25 dərəcə isti olacaq

    İyunun 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında havanın qısamüddətli tutulacağı, bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

  • Rusiyalı məşhur idmançı Paris olimpiadasına lisenziya əldə edə bilməyib

    Üzgüçülük üzrə altıqat dünya çempionu, rusiyalı Yuliya Yefimova Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün lazımi nəticəni göstərə bilməyib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, idmançı Baham adaları çempionatında 100 metr məsafəyə brass üsulu ilə üzməkdə 1 dəqiqə 07,98 saniyə nəticə ilə finala yüksəlib.

    Olimpiya normativini yerinə yetirmək üçün o, məsafəni 1 dəqiqə 06,79 saniyəyə qət etməli idi.

    Daha əvvəl Yefimova 200 metr məsafəni brass üsulu ilə 2 dəqiqə 29,09 saniyəyə qət edərək olimpiadaya lisenziya qazana bilməyib.

    Yay Olimpiya Oyunlarına normativin yerinə yetirilməsi üçün son tarix iyunun 23-dür.

    Qeyd edək ki, Yefimova neytral status alan yeganə rusiyalı üzgüçüdür. Bu da ona beynəlxalq yarışlarda iştirak etmək hüququ verir. Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.