Month: June 2024

  • В Турции ликвидированы два особо опасных террориста РКК

    Силы безопасности Турции ликвидировали двух особо опасных террористов РКК.

    Об этом написал министр внутренних дел Турции Али Ерликая в соцсети “Х” .

    Спецоперация по нейтрализации террористов была проведена в районе Герджуш юго-восточной провинции Батман.

    В частности ликвидированы Султан Даг, действовавший под кодовым именем “Беритан Амара”, и Зейнеп Нибат, известная под кодовым именем “Зейнеп Джуди”.

    По информации, ликвидированные боевики участвовали в 9 терактах на территории Турции, в результате которых в целом погибли 6, ранения получили 19 представителей сил безопасности.

  • Türkiyədə əməliyyat keçirilib, qırmızı kateqoriyada olan terrorçu öldürülüb

    Türkiyə jandarmasının Batman şəhərindəki Gercüş ərazisində həyata keçirdiyi “Bozdağan-45” əməliyyatı nəticəsində qırmızı kateqoriyada olan terrorçu Sultan Dağ öldürülüb.

    Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

    O bildirib ki, “Beritan Amara” kod adlı terrorçu rəhbər şəxslərdən olub.

    Əməliyyat nəticəsində həmçinin “Zeynep Cüdi” kod adlı Zeynep Nibat da öldürülüb.

    Adıçəkilən şəxslərin Türkiyə hüquq-mühafizə orqanlarına qarşı bir neçə terror aktında iştirak etdiyi bildirilir.

  • В Якутии горит 460 тыс. га леса

    Площадь действующих лесных пожаров в Республике Якутия РФ составила почти 460 тыс. га.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил на брифинге замминистра экологии, природопользования и лесного хозяйства республики Андрей Коноплев.

    “На начало суток 24 июня 2024 года на территории республики действуют 164 лесных пожара, их площадь составляет 459 тыс. 504 га”, – сказал он.

    По данным замминистра, в республике действуют четыре ландшафтных природных пожара на площади 1 620 га. За прошедшие сутки в регионе обнаружили 33 лесных пожара, ликвидированы 19 из них на площади 12 034 га и один ландшафтный природный пожар на площади 304 га.

    Локализованы пять лесных пожаров на площади 2 301 га в Амгинском и Верхнеколымском районах.

    Якутия – один из самых пожароопасных регионов страны. Общая площадь лесов в республике составляет 256,1 млн га (83,4% территории). Там продолжает действовать режим ЧС регионального характера в лесах.

  • Yakutiyada 460 min hektar ərazi yanır

    Rusiyanın Yakutiya Respublikasında aktiv meşə yanğınlarının sahəsi təxminən 460 min hektar təşkil edib.

    Bu barədə respublikanın ekologiya, təbiətdən istifadə və meşə təsərrüfatı nazirinin müavini Andrey Konoplev brifinqdə bildirib.

    Onun sözlərinə görə, respublika ərazisində 164 meşə yanğını qeydə alınıb ki, onların da sahəsi 459 min 504 hektardır.

    Son 24 saat ərzində 33 meşə yanğını aşkar edilərək söndürülüb. Belə ki, onlardan 19-u 12 034 hektar, 1-i isə 304 hektar sahəni əhatə edib. Amqinski və Verxnekolmsk rayonlarında isə 2 301 hektar sahədə beş meşə yanğını lokallaşdırılıb.

    Yakutiya ölkənin ən çox yanğın təhlükəsi olan bölgələrindən biridir. Respublikada ümumi meşə sahəsi 256,1 milyon hektardır (ərazinin 83,4 faizi).

  • Murat Yakın: Məğlub olmadığımız üçün şadam

    Məğlub olmadığımız üçün şadam.

    Bunu İsveçrə millisinin baş məşqçisi Murat Yakın Almaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.

    Türkiyə əsilli mütəxəssis 1:1 hesabı ilə başa çatan qarşılaşma barədə danışıb: “Məğlub olmadığımız üçün şadam. Almaniya kimi rəqibə qarşı layiqli mürbarizə apardıq. Qrupu birinci sırada başa vurmaq üçün əlimizdən gələni etdik. Təəssüf ki, olmadı. Lakin 1/8 finala vəsiqə qazandıq və buna görə sevinirik. Növbəti oyuna hazırlaşacağıq, bir həftə vaxtımız var”.

    Qeyd edək ki, İsveçrə yığması 1/8 finalda B qrupunun ikincisi ilə üz-üzə gələcək.

  • Azərbaycanda iş adamı HƏBS EDİLDİ

    Bakıda quru meyvə ticarəti ilə məşğul olan iş adamı Elman Ağasıyev həbs edilib.

    Publika.az-ın əldə etdiyi məlumata görə, Qəbələ rayon sakini olan E.Ağasıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

    Dörd nəfər ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Onlar E.Ağasıyev tərəfindən aldadılaraq müvafiq olaraq 10 000, 85 850, 132 000 və 18 000 manat vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyini bildiriblər.

    Quru meyvə alqı-satqısı ilə bağlı tərəflər arasında narazılıq yaranıb və külli miqdarda borcun olması müəyyən edilib.

    Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin 20.06.2024-cü il tarixli hökmü ilə iş adamı 6 il müddətinə həbs cəzasına məhkum edilib.

  • Kür çayında bir nəfər batıb

    Kür çayında bir nəfər batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, “112” qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

  • Metrodan istifadə edənlərin diqqətinə – Bu qatarların hərəkət qrafiki dəyişəcək

    Sabahdan “Bakı Metropoliteni” QSC-nin “Bənövşəyi xətt”ində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.

    Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

    Bildirilib ki, yeni tədris mövsümünə qədər “Bənövşəyi xət”də davamlı tətbiq edilən yeniliklərin, o cümlədən qatarların hərəkətini tənzimləyən sistemlərin yoxlanılmasına başlanılacaq. “Xocəsən” elektrik deposunun inşaatı birinci mərhələ üzrə başa çatdırılaraq istifadəyə verildikdən sonra, “Bənövşəyi xət”də qatarların sayının artırılaraq, daha intensiv hərəkətin təşkilinə başlanılıb. Bununla qatarların baxışı, qulluğu, xidməti və təmiri, ən əsası, hərəkətin təşkili və xətt üzrə infrastruktur işlərinin aparılmasına zəmin yaranıb.

    Yeniliklərin tətbiqi, eləcə də dövrü tənzimləmə işlərinin sınaqları məqsədilə “Xocəsən” elektrik deposunda qatarların mərhələ ilə növbədənkənar yoxlanılması və texniki təftişinin aparılması da nəzərdə tutulub. Bu məqsədlə xətdə olan qatarlar növbə ilə yoxlama-təftiş prosesinə cəlb ediləcək. Bu zaman sərnişin təhlükəsizliyinə əməl olunması, bu xüsusda hərəkət qrafikinin pozulmaması, hərəkətin təşkilinə neqativ təsirlərin aradan qaldırılması vacib şərtlərdəndir.

    Qeyd edilən işlərlə əlaqədar xətt üzrə qatarların əksəriyyətinin “Xocəsən” elektrik deposundan dönməsi zəruriyyəti yarandığından, “8 Noyabr” – “Avtovağzal” və “8 Noyabr” – “Xocəsən” marşrutları üzrə gün ərzində 10 dəqiqəlik hərəkət intervalı tətbiq ediləcək. Buna qədər sərnişin axını nəzərə alınmaqla, “8 Noyabr” – “Avtovağzal” sahəsində qatarların hərəkəti 8 dəqiqəlik intervalla tənzimlənirdi.
    Yay mövsümündə hərəkət qrafikinə edilən dəyişikliklərin əsas məqsədi yeni tədris mövsümünə qədər xətdə tətbiq edilən yeniliklərin və qatarların hərəkətini tənzimləyən sistemlərin optimal saz vəziyyətdə olmasını təmin etməkdir.

    Qatarların hərəkət intervalı yeni tədris mövsümü ərəfəsində bərpa ediləcək.

  • Təhsil haqqını ödəyə bilmədikləri üçün məktəblərdən xaric edilənlərin sayı açıqlanıb

    Ötən il təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlanıb.

    APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.

    Bildirilib ki, 2023-cü ildə ümumilikdə 8 631 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib. Bunlardan 4 551 nəfəri bakalavriat, 1 267 nəfər magistratura, 1 496 nəfər tam orta ixtisas bazası, 1 317 nəfər isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

    Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilənlərin ümumi sayı 85 nəfər olub ki, bunlardan da 63-ü bakalavriat, altı nəfər tam orta ixtisas bazası, 16 nəfər ümumi orta ixtisas bazası üzrə təhsil alanlar olublar.

  • Cəbrayılda partlayış zamanı yaralananların son durumu açıqlandı

    İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 2024-cü il iyunun 21-də sursat partlayışı hadisəsində yaralanan şəxslərin son durumu açıqlanıb.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Bildirilib ki, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən və müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən üç nəfəri ambulator müalicə üçün evə buraxılıb.

    Qeyd edək ki, 2024-cü il iyunun 21-də Cəbrayıl rayonu ərazisində ANAMA tərəfindən icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində agentliyin əməkdaşı, 1980-ci il təvəllüdlü Raqif Deputat oğlu İsayev həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilmişdilər.