Month: İyul 2024

  • Ətin bahalaşma səbəbi AÇIQLANDI – VİDEO

    Azərbaycanda ət bahalaşıb.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin birinci yarısında ət və ət məhsullarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % artıb.

    Satıcılar bildiriblər ki, qiymətlər 15-20 manat arası dəyişir. Əvvəllər quzu ətinin qiyməti 18 manat idisə, hazırda 19 manata təklif olunur.

    İqtisadçı Xalid Kərimli isə bahalaşmanın qıtlıqla bağlı olduğunu bildirib. Hazırda xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunsa da, tələbat çoxdur.

    Ətraflı Baku TV-nin süjetində:

  • Vətən müharibəsi iştirakçısı kollec rəhbərliyindən şikayətçidir: Şərləndiyini iddia edir

    Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində mühafizəçi işləyən 44 günlük Vətən müharibəsi iştirakçısı Mais Hüseynli kollec rəhbərliyindən şikayətçidir.

    Belə ki, onu işlədiyi təhsil ocağında şərləyərək işdən uzaqlaşdırmağa çalışırlar.

    M.Hüseynli bildirib ki, işdə olduğu vaxt həqiqətən də xoşagəlməz hal yaşanıb. Amma bu şəxsi əyşasına icazəsiz toxunulduğu üçün baş verib.

    Maisin sözlərinə görə, onu etmədiyi əməllərdə də günahlandırırlar.

    M.Hüseynli öz hüquqlarının bərpa olunmasını istəyir.

    Lənkəran Dövlət Universitetinin ictimaiyyətlə əlaqələr və Mətbuat Xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, Mais Hüseynlinin bugünkü səhhəti ona həmin təhsil ocağında mühafizəçi vəzifəsində işləməyə icazə vermir.

    Ətraflı APA TV-nin süjetində:

  • Yeni yaradılan nəqliyyat mübadilə mərkəzinin üstünlükləri nələrdir? – VİDEO

    Metronun “Koroğlu” stansiyası yanında yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradılıb.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətinin rəhbəri Tural Orucovun sözlərinə görə, mərkəzin yaradılmasında məqsəd sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması və rahat gediş-gəlişinin təmin edilməsi, eyni zamanda nəqliyyat sıxlığının azaldılmasıdır.

    Multimodal mübadilə mərkəzində taksi minik avtomobilləri üçün də duracaq yaradılıb. Minik avtomobilləri üçün quraşdırılan yeni duracaq isə 200-ə yaxın avtomobilin parkinqi üçün nəzərdə tutulub. Eyni zamanda ərazidə elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələrinin quraşdırılması da planlaşdırılır.

    İlkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 15 müntəzəm marşrut xətti üzrə 200-ə yaxın avtobusun fəaliyyət göstərməsi nəzərdə tutulur.

    Ətraflı “Xəzər Xəbər”in süjetində:

  • Azərbaycanəsilli bloqer: “Məşhurluq qız tapmağa problem yaradır”

    Rusiyada məşhurlaşan azərbaycanlı bloqer Hüseyn Həsənov uzun müddətdir ailə qurmaq istəsə də, hələ də real gəlin namizədi tapa bilməyib.

    Axşam.az xəbər verir ki, bu barədə bloqer verilişlərin birində danışıb.

    O, jurnalistin “Bu qədər pərəstişkarınız var, amma bir xanım tapa bilmirsiniz” sualına “Hələ tapa bilməmişəm. Bu məsələdə məşhurluq problem yaradır” cavabını verib.

    Qeyd edək ki, bir neçə gün əvvəl bloqer anasını gəlin namizədləri ilə tanış etdiyini, lakin hələ seçim edə bilmədiyini bildirmişdi.

  • Aviabilet qiymətləri kəskin ARTDI – VİDEO

    Aviabilet qiymətləri kəskin bahalaşıb.

    Xezerxeber.az-ın məlumatına görə, bu artım Rusiyadan Azərbaycana, eləcə də Azərbaycandan Rusiyaya olan uçuşlarda daha çox hiss olunur.

    Belə ki, biletlərin ən baha olduğu istiqamət Novosibirsk şəhəridir.

    Ekspertlər bu artımı çoxlu sayda rus turist kütləsinin Avropaya çıxışının məhdudlaşdırılması ilə əlaqələndirirlər.

    Sıxlıq xüsusən də yay aylarında, iyun, iyul, avqustda ənənəvi olaraq hər il yaşanır. Ekspertlərin sözlərinə görə, növbəti aylarda qiymətlər ucuzlaşacaq.

    Qiymət artımının qarşısını almaq üçün vətəndaşlara biletlərin bir neçə ay əvvəldən almaq məsləhət görülüb.

    Ətraflı süjetdə:

  • Olimpiya çempionu olan Hidayət Heydərovun müəllimi DANIŞDI

    “Altı yaşında, 2003-cü ildə Hidayəti atası yanıma gətirmişdi. 21 ildir müəllimiyəm. Minlərlə tələbəm olub, amma ən uğurlu nəticəni Hidayət verdi. O, unikal idmançıdır”.

    Bunu “Qafqazinfo”ya açıqlamasında Olimpiya çempionu olan Hidayət Heydərovun müəllimi Tərlan Həsənov deyib.

    Qocaman mütəxəssis tələbəsinin ən yüksək titulu qazanması ilə bağlı təəssüratlarını bölüşüb:

    “Hidayət Heydərov dünən Azərbaycan xalqının başını Parisdə uca elədi. Bundan artıq müəllim üçün nə böyük hədiyyə ola bilər?

    Bundan əvvəlki cüdo üzrə Olimpiya çempionlarımızın müəllimləri də mənim tələbələrim olublar. İki il bundan əvvəl mənə “Şöhrət” ordeni veriləndə, cənab nazirə dedim ki, Olimpiya çempionu verməsəm, dünyadan köçməyəcəyəm. Dünən gecə saat 3-də Hidayət mənə zəng etdi. Dedi ki, sizə verdiyim sözü tutdum. Bu, əsl xarakter göstəricisidir. Hidayət bu uğurla məni 21 il cavanlaşdırdı”.

    Qeyd edək ki, Tərlan Həsənov 1942-ci il noyabrın 26-da Qazax şəhərində anadan olub. Azərbaycanın ilk cüdo məşqçilərindən və hakimlərindən olan Tərlan müəllim 1980-ci ildə ümumittifaq dərəcəli hakim, 1989-cu ildə isə Əməkdar məşqçi adına layiq görülüb. O, 52 ildir tələbələrinə cüdonun sirlərini öyrədir.

  • NİİM sürücülərə müraciət edib

    DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

    Mərkəzdən verilən məlumata görə, iyun ayının əvvəlindən başlayaraq paytaxt yollarında hətta pik saatlarda sıxlıq azalıb:

    “Yay tətili və əhalinin bir çoxunun məzuniyyətdə olması buna əsas səbəb kimi göstərilə bilər. Lakin müşahidə kameralarının görüntüləri əsasında aparılan təhlillər göstərir ki, günün müxtəlif saatlarında yol-nəqliyyat hadisələri baş verir, texniki nasaz nəqliyyat vasitələri yollarda qalır və bəzi sürücülər dayanma və durma qaydalarına əməl etmirlər.

    Nəticədə nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə hələ də sıxlıq yaranır. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, qeyd olunan səbəblərdən yollarda sıxlığın yaranması həm özlərinin, həm də digər hərəkət iştirakçılarının vaxtında mənzil başına çatmamasına gətirib çıxarır. Sürücülərə yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinə baxış keçirməyi və yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edirik”.

  • AFFA-dan yeni təyinat

    İlqar Qurbanov milli komandanın direktoru təyin olunub.

    Median.Az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadla xəbər verir ki, İlqar Qurbanov buna qədər milli komandaların skautu vəzifəsində çalışıb.

    Qeyd edək ki, İlqar Qurbanov futbolçu karyerası ərzində Azərbaycan seçmə komandasının heyətində 30 oyun keçirib, 1 qol vurub.

  • Qurban Qurbanov: “O, hansı komanda üçün gəlibsə, bilmirəm” – MÜSAHİBƏ

    “İlk növbədə Olimpiya çempionumuz Hidayət Heydərovu təbrik etmək istəyirəm. Olimpiadadakı idmançılarımıza uğurlar arzulayıram”.

    İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Linkoln”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

    Təcrübəli mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi ilə Bakıdakı cavab matçını şərh edib: “Komandamızı təbrik edirəm. Bu gün nizam-intizamlı, səliqəli oyun oldu. Tribunada azarkeşlərin çox olması bizə əlavə motivasiya verdi. Avrokuboklarda çıxış edən digər təmsilçilərimizə uğurlar arzulayıram”.

    – Aleksey Kaşuk oyununuza baxırdı. Onunla maraqlanırsız?

    – Bakıya gəlməsindən məlumatsızam. Hansı komanda üçün də buradadırsa, bilmirəm. Məlumatım yoxdur. Gəlibsə, bizi bəyənib, xoşu gəlib.

    – Artıq III təsnifat mərhələsində rəqibinizi gözləyirsiz. Sizin üçün “Lüdoqorets” uyğundur, yoxsa “Dinamo”?

    – Bu haqda düşünməmişəm. Hər ikisi haqda məlumat topladım. Hərəsinin öz özəlliyi var. “Lüdoqorets” hiss olunur ki, yaxşı komandadır, yaxşı təcrübəsi var. Əsasən də Avropa təcrübəsi. Amma “Dinamo” aqressiv və aktivdir, cavan oyunçuları çoxdur. Üstəlik, çox istəklidirlər.

    – Yeni mövsümdə Premyer Liqadan nə gözləyirsiz?

    – Dəyişikliklər olub. Komanda olaraq, çempionatın əvvəlində problemlərimiz olur. Çünki fikrimiz daha çox avrokuboklarda olub. Çalışırıq ki, Premyer Liqa oyunlarına da ciddi yanaşaq, hazırlaşaq. Görünən odur ki, hamı üçün maraqlı çempionat olacaq. Fərqli rəqiblər, fərqli məşqçilər var. Hər oyuna daha ciddi yanaşmalıyıq. Həmişəki kimi düzgün qərarlar verməliyik. Bəzi oyunlarda xal itirməkdən qorxmalı deyilik. Futbolçuların sağlamlığını fikirləşməliyik. Xüsusən də, sezonun əvvəlində rotasiyalara çox böyük ehtiyac olacaq. “Linkoln”la oyunlarda bəzi futbolçularda yorğunçuluq var idi. Çətinliklər olsa da, rotasiyalarla yoluna qoymalıyıq.

    Qeyd edək ki, səfərdə 2:0 hesabı ilə qalib gələn “Qarabağ” evdə də rəqibini 5:0 hesabı ilə məğlub edib və mərhələ adlayıb.