Month: July 2024

  • Azərbaycanın dövlət borcu 25 milyard manatı keçib

    Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 696,65 milyon manat olub.

    Borcun 16 milyard 571,9 milyon manatı daxili dövlət borcu, 5 milyard 367,5 milyon ABŞ dolları və yaxud 9 milyard 124,75 milyon manatı isə xarici dövlət borcudur.

    Daxili dövlət borcalmasının artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun ortamüddətli və uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılması və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcu 17 milyard manata yaxınlaşıb”, – deyə məlumatda qeyd olunub.
    //report

  • К акции по сдаче крови присоединились более 2 тыс. граждан

    В ходе проведенной в день Ашура акции по сдаче крови 1 378 человек в Баку и 935 человек в других городах и районах Азербайджана сдали кровь.

    Как сообщили Report в Министерстве здравоохранения, в общей сложности у доноров было взято 1040 литров крови.

    Донорская кровь, собранная в рамках акции, будет использована в лечении больных гемофилией, талассемией и других пациентов, нуждающихся в переливании крови.

    Акции по сдаче крови прошли по 35 различным адресам (высшие учебные заведения, больницы, мечети и святыни) в 27 городах и районах республики.

  • Aşura günü 2 mindən çox insan qan verib, 1 040 litr qan tədarük olunub

    Aşura günü keçirilən qanvermə aksiyası zamanı Bakı şəhəri üzrə 1378, respublikanın digər şəhər və rayonları üzrə isə 935 nəfər könüllü olaraq qan verib.

    Bu barədə “Report”a Səhiyyə Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, bu şəxslərdən ümumilikdə 1040 litr qan tədarük olunub.

    Xatırladaq ki, Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə bu gün Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib. Qanvermə aksiyaları respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanlarda keçirilib.

  • Naxçıvanda Penitensiar xidmətə yeni avtomobillər təqdim edilib

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinə yeni avtomobillər təqdim edilib.

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinə məhkumların daşınmasını həyata keçirən müasir tipli iki ədəd yeni xüsusi avtomobil verilib.

    Bildirilib ki, Penitensiar Xidmətin Mühafizə Taburunun avtomobil parkının yenilənməsi məhkum və həbs edilmiş şəxslərin məhkəmələrə və istintaq orqanlarına vaxtında çatdırılmasını, onların etibarlı mühafizə olunmasını təmin edəcək.

    Qeyd olunub ki, “Fiat Dukato” və “Fiat Doblo” markalı xüsusi təyinatlı avtomobillərdə məhkumların təhlükəsiz daşınması və müşayiət xidmətinin aparılması üçün hər şərait yaradılıb. Yeni təqdim edilən avtomobillər xidmətin operativliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, müasir interyerə malik avtomobillərin hər biri ən yeni rəqəmsal radio-rabitə və səsgücləndirici, mühafizə sisteminə malikdir.

  • Bakıya yeni elektrik qatarı gətirilib

    “Azərbaycan Dəmir Yolları” QSC və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, nəzərdə tutulmuş 10 qatardan sayca 5-cisi Bakı Dəmiryol Vağzalına çatıb.

    Median.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    “Ekologiyanın dostu, rahat və təhlükəsiz qatarlar xidmət sahələrimizdə test proseslərindən keçdikdən sonra sərnişinlərin istifadəsinə veriləcək”, – deyə məlumatda qeyd olunub.

  • Azərbaycanda bu il dövlət qurumlarının adına bənzər 24 saxta domen bloklanıb

    Bu ilin I yarısında Azərbaycanda dövlət qurumlarının adına bənzər 24 saxta domen bloklanıb.

    “Report” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azdır.

    Yanvar-iyun aylarında Azərbaycanda 41 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1 il əvvələ nisbətən 29 % azdır.

    Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 157 yeni subdomen də verilib ki, bu da illik müqayisədə 40 % çoxdur.

    Xatırladaq ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb. Hesabat dövründə 186 saxta domen aşkarlanaraq bloklanıb.

  • Граждане Китая смогут посещать Азербайджан без визы три раза в год

    Граждане Китая смогут посещать Азербайджан без визы трижды в течение года (с 20.07.2024 по 20.07.2025).

    Как сообщили Report в Государственной миграционной службе, они смогут находиться в Азербайджане до 30 дней за один визит.

    В то же время, прибывшие в Азербайджан на срок более 15 дней лица должны быть зарегистрированы по месту жительства в соответствии с требованиями Миграционного кодекса.

    Граждане Китая, желающие поехать в Азербайджан более 3 раз в течение соответствующего периода или находиться в стране более 30 дней, должны будут подать заявку на визу.

    Безвизовый режим вводится в рамках “Совместной декларации об установлении стратегического партнерства между Азербайджанской Республикой и Китайской Народной Республикой”, принятой 3 июля 2024 года.

  • Çin vətəndaşları il ərzində üç dəfə Azərbaycana vizasız səfər edə bilərlər

    Çin vətəndaşları 2024-cü il iyulun 20-dən başlayaraq 2025-ci il iyulun 20-dək bir il ərzində Azərbaycana üç dəfə vizasız səfər edə bilərlər.

    Bu barədə “Report”a Dövlət Miqrasiya Xidmətindən bildirilib.

    Məlumata görə hər səfərində Çin vətəndaşları Azərbaycanda 30 günədək qala bilərlər.

    Vizasız rejim 3 iyul 2024-cü il tarixində qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”sinə uyğun həyata keçiriləcək.

    Qeyd edilib ki, sözügedən şəxslər Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olduqda Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

    Müvafiq dövr ərzində 3 dəfədən çox Azərbaycana səyahət etmək və ya ölkədə 30 gündən artıq müddətə qalmaq istəyən Çin vətəndaşları qanunvericiliyin tələblərinə uyğun qaydada viza əldə etdikdən sonra ölkəyə gələ bilərlər.

  • Погибшему военнослужащему может быть присвоен статус шехида

    Военнослужащему Юнису Васиф оглу Аббасову, погибшему накануне в результате несчастного случая в Кяльбаджаре, может быть присвоен статус шехида.

    Об этом Report заявил начальник отдела по связям с общественностью и международным отношениям Государственной службы по мобилизации и призыву на военную службу Парвиз Садраддинов.

    По его словам, для этого требуется справка из воинской части, где проходил службу погибший.

    Военнослужащий сверхсрочной службы Юнис Аббасов сегодня похоронен на городском кладбище Загаталы. Он был женат, у него остались трое детей.

  • Bədbəxt hadisədə həlak olan hərbi qulluqçuya şəhidlik statusu verilə bilər

    Ötən gün bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Abbasov Yunis Vasif oğluna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilə bilər.

    Bunu “Report”un sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

    “Həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir. Belə bildiriş daxil olarsa şəhid statusu verilə bilər”, – deyə o qeyd edib.

    Qeyd edək ki, ötən gün Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.