Month: July 2024

  • Kürdə batan 17 yaşlı gəncin fotosu yayıldı

    Kür çayında batan Zərdab sakininin sosial şəbəkələrdə görüntüsü yayılıb.

    Median.Az həmin fotonu təqdim edir:

  • Mirzoyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından danışıb

    Ermənistanın xarici işləri naziri Ararat Mirzoyan ölkəsinin Azərbaycanla sülh müqaviləsinin bağlanması prosesində iştirak etdiyini və Türkiyə ilə münasibətlərin tam nizamlanmasına səy göstərdiyini bildirib.

    “Report” xəbər verir ki, bu barədə o, ABŞ-nin Nyu-York şəhərində keçirilən Davamlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun nazirlər seqmentində çıxışı zamanı deyib.

    “Ermənistan Azərbaycanla 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, dövlət sərhədinin delimitasiyası prinsipinə əsaslanan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilənin bağlanması prosesində səmimiyyətlə iştirak edir”, – o vurğulayıb.

    A.Mirzoyan qeyd edib ki, Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına, sərhədlərin açılmasına da daim səy göstərir:

    “Bu proses uğurla yekunlaşarsa, şübhəsiz ki, regiona müsbət təsir göstərəcək”.

  • “Beşiktaş” məşhur futbolçunu transfer edir

    Türkiyənin “Beşiktaş” klubu Dani Seballosu heyətinə qatmaq istəyir.

    Seballosa 6 milyon avro qiymət müəyyən edilib.

    Ötən mövsüm oyunçu “Real Madrid”in heyətində 27 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

    Qeyd edək ki, futbolçu karyerasında əvvəllər “Real Betis” və “Arsenal”ın formasını geyinib.
    //azxeber.com

  • Xaçmazda sakinləri öldürüb evi yandıran şəxsə prokuror ömürlük cəza istəyib

    Xaçmaz rayonu Yalama kəndində iki nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ramin Rəhman oğlu Ağaxanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Orxan Rüstəmov çıxış edib.

    Prokuror Ramin Rəhman oğlu Ağaxanovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, cari il aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan iki nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb.

    Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ramin Rəhman oğlu Ağaxanov saxlanılaraq istintaqa təhvil verilib.

  • Azərbaycanda şəhid ailələrinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək

    Azərbaycanda şəhid ailələrinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək.

    Bununla bağlı Prezident İlham Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib.

    Belə ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.

    Bununla da, yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək.
    //report

  • Azərbaycanda III kurs tələbəsi vəfat etdi

    Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi Rəsul Əli oğlu Nurməmmədli vəfat edib.

    Bu barədə universitetin sosial media hesabında paylaşım edilib.

    Bildirilib ki, tələbə universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat ixtisasının III kursunda təhsil alırmış.

  • Bakının Mətbuat prospektində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

    Aparılan təmir işləri ilə əlaqədar iyulun 17-də saat 00:00-dan etibarən Bakı şəhəri, Mətbuat prospektində (Ə.Haqverdiyev küçəsindən A.Sultanova küçəsi istiqamətində) mərhələli şəkildə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq əks istiqamətə yönləndiriləcək.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Qeyd edilib ki, 1-ci mərhələdə – A.Sultanova küçəsindən M.Rəhim küçəsinədək, 2-ci mərhələdə – M.Rəhim küçəsindən B.Vahabzadə küçəsinədək və 3-cü mərhələdə – B.Vahabzadə küçəsindən Ə.Haqverdiyev küçəsinədək nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

    AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmalarını, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.

  • Nəsimi rayonunun bəzi küçələrində qaz olmayacaq

    Bu gecə Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, Nəsimi rayonu,Cəlil Məmmədquluzadə və Akademik Həsən Əliyev küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə iyulun 16-da saat 23:55-dən etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılacaqdır.

    Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun C.Məmmədquluzadə, Akademik H.Əliyev, Salamzadə, Y.V.Çəmənzəminli, C.Səlimov və Novruzov qardaşları küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • 17 yaşlı gənc Kürdə batıb

    Zərdab sakini Kür çayında batıb.

    APA-nın xəbərinə görə, bu gün axşam saatlarında şəhər sakini 17 yaşlı Səid Səbuhi oğlu Məmmədəliyev Kür çayında batıb.

    Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.

    Axtarışlara başlanılıb. S.Məmmədəliyevin hansı şəraitdə Kür çayında batması barədə hələlik dəqiq məlumat yoxdur.

  • Dünyada spirtli içkidən ölənlərin sayı açıqlandı

    Ümumdünya Səhiyyə Təşkilatının hesabatında 2019-cu ildə Avropa ölkələrində spirtli içkilərdən ölənlərin sayı açıqlanıb.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koordinatoru Vladimir Poznyak bildirib ki, 2019-cu ildə dünyada alkoqoldan 2,6 milyon ölüm baş verib və bu rəqəm qəbuledilməz dərəcədə yüksəkdir.

    Onun sğzlərinə görə 2019-cu il məlumatlarını 2010-cu illə müqayisədə spirtli içkilərdən ölüm hallarının 2,5 faiz azaldığını görsək də, bu rəqəm hələ də çox yüksək olaraq qalır.
    //azxeber.com