Month: July 2024

  • Ramiz Taxveliyə ölümündən sonra hökm oxundu

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə arvadını balkondan ataraq qəsdən öldürən Ramiz Taxveliyə hökm oxunub.

    “Unikal”ın məlumatına görə, ilk olaraq dünyasını dəyişən Adelyanın qardaşı Ayaz Süleymanov şahid qismində ifadə verib: “Mənim bacımın uşaqlıqdan psixoloji problemləri olub. Hadisə vaxtı mən orada olmamışam. Ailəli olduqları dövrdə çox mehriban olublar. Sonra Ramizdə də psixoloji problemlər müşahidə olunmağa başladı. Bacımın uşaqlarını anam saxlayır”.

    Şahidin çıxışından sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikrini öyrənib və dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edib. O bildirib ki, Ramiz Taxveli təqsirli bilinsin, ancaq ölümü ilə əlaqədar ittihamedici hökm çıxarılmasın.

    Hakim Rasim Sadıxov müşavirədən qayıtdıqdan sonra dövlət ittihamçısının ittihamını dəstəkləyərək Ramiz Taxvelini təqsirli bilsə də, ittihamedici hökm çıxarmayıb.

    Qeyd edək ki, Ramiz Taxveli 2018-ci ildə 30 yaşlı arvadı Adelya Taxvelini evinin balkonundan ataraq qəsdən öldürüb. İttihama əsasən Taxveli verilmiş ittihamla təqsirli bilinib. Lakin anlaqsız vəziyyətdə olduğuna görə, psixatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib.

    Xatırladaq ki, Ramiz Taxveli “Buta Palace”ın keçmiş art direktoru olub və bu ilin əvvəlində müalicə aldığı psixiatriya xəstəxanasında vəfat edib.

    Onu da qeyd edək ki, Adelya Taxveli mərhum gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumu olub. Adelyanın anası nazirin xalası qızıdır. Ramiz Taxveli isə Azərbaycanın Xalq artisti Gülağa Məmmədovun yeganə qızının oğlu idi.

  • Увеличена пошлина для желающих выехать за границу из Турции

    Правительство Турции определило размер оплаты за выезд за границу. Теперь пошлина за выезд из страны повышена со 150 (примерно 8 манатов – прим.ред.) до 500 турецких лир (примерно 26 манатов – прим.ред.).

    Об этом сообщает medyascope.tv.

    Ранее эксперты прогнозировали, что пошлина составит от 1 500 до 3 000 лир.

    Отметим, что согласно законам Турции, граждане должны платить за пересечение границы.

  • Türkiyədən xaricə getmək istəyənlər üçün rüsum artırıldı

    Türkiyə hökuməti xaricə çıxış üçün ödəniş məbləğini müəyyən edib. Artıq ölkə xaricinə çıxış rüsumu 150 TL-dən 500 TL-yə qaldırılıb.

    Bu barədə Medyascope.tv xəbər yayıb.

    Bundan əvvəl ekspertlər rüsumun 1500-3000 lirə arasında olacağını proqnozlaşdırmışdılar.

    Qeyd edək ki, Türkiyə qanunlarına görə, vətəndaşlar sərhədi keçmək üçün ödəniş etməlidirlər.

  • Minlərlə manatlıq pərdə və aksesuarlarını oğurlayan şəxslər TUTULDULAR

    Masallı rayonu ərazisindəki mağazalardan birindən 8500 manat dəyərində pərdə və pərdə aksesuarlarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Rüfət Bəhlulzadə və tanışları Kənan Mirzəyev, əvvəllər məhkum olunmuş Süleyman Qurbanov müəyyən edilərək saxlanılıblar.

    Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • В Азербайджане поезд сошел с рельсов – ФОТО

    Грузовой поезд, перевозивший стройматериалы из России в Азербайджан, сошел с рельсов.

    Как сообщает Bizim.Media, инцидент произошел на участке железной дороги, проходящем через поселок Зарат Сиязанского района.

    В результате схода с рельсов нескольких вагонов находившиеся в них строительные материалы вывалились на дорогу.

    Отмечается, что предпринимателям нанесен серьезный ущерб.

    Информации о погибших и пострадавших пока нет.

    Официального заявления от ЗАО “Азербайджанские железные дороги” по этому вопросу ещё не поступало.





  • Azərbaycanda qatar relsdən çıxıb aşdı – FOTO

    Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxıb.

    Bizim.Media-ya daxil olan məlumata görə, hadisə dəmir yolunun Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissəsində baş verib.

    Yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb. Sahibkarlara ciddi zərər dəyib.

    Ölən və xəsarət alanlarla bağlı hələ ki məlumat yoxdur.

    Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən rəsmi məlumat verilməyib.





  • Президент Ильхам Алиев наградил Ибрагима Мамедова

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Ибрагима Мамед оглу Мамедова орденом “Эмек” 3-й степени.

    Текст документа опубликован на President.az.

    Согласно распоряжению, И.Мамедов удостоен награды за плодотворную деятельность в сфере медиа в Азербайджанской Республике.

  • İlham Əliyev İbrahim Məmmədovu təltif etdi

    Prezident İlham Əliyev İbrahim Məmməd oğlu Məmmədovun 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, İ.Məmmədov Azərbaycan Respublikasında media sahəsində səmərəli fəaliyyətinə görə təltif olunub.

  • 285 saylı tam orta məktəbdə qalmaqal: Müəllim qanunsuz yerə işdən çıxarılıb?

    Bakıda müəllimə haqsız yerə işdən çıxarıldığını iddia edir.

    Bu barədə müəllimə Təranə Yusifova özü məlumat verib.

    O bildirib ki, 20 ildən çox Yeni Günəşlidə yerləşən 285 saylı tam orta məktəbdə çalışıb:

    “Artıq doqquz aydır ki, işdən çıxarılmışam. Haqsızlıqla neçə müddətdir, hüquqi yollarla mübarizə aparıram. Pensiya yaşıma bir il qalsa da, məktəbdə günü uzadılmış qrupların daha olmadığını əsas gətirərək işdən çıxarıblar. İş məhkəməyə verilib. Məhkəmə prosesi aylarla uzanır. Məktəb rəhbərliyi məni təhdid edir. Başqa məktəbdə işlə təmin etmək təklif edilir ki, şikayətimi geri çəkim. Mən 20 ildən çox bu müəssisədə çalışmışam. Bu illər ərzində yeddi direktorla çiyin-çiyinə, heç bir problem yaşamadan fəaliyyətini davam etdirmişəm. Mən başqa təhsil müəssisəsinə getmək istəmirəm. Əsassız yerə işdən azad edildiyim üçün ədalətli qərar qəbul edilməsini və öz iş yerimə bərpa edilməyimi tələb edirəm. Mənə təzminat ödənilməlidir, lakin ödənilmir. Direktor Nuranə Yəhyayeva bu öhdəliyindən boyun qaçırır.

    Özüm Ağdam rayonundan keçmiş məcburi köçkünəm, tək yaşayıram. Sosial durumum çox pisdir. Elə vaxt olub, ac-susuz yatmışam. Qış günü işığım sönüb, ödəniş edə bilməmişəm. Prokurorluq orqanları və Suraxanı Rayon Polis İdarəsi tərəfindən neçə dəfə dəvət edilmişəm. Mənim işimdə ciddi nöqsanlara yol verdiyimi iddia edərək məndən şikayət ediblər. Prokurorluq orqanında mənim diplomumun saxta olduğunu iddia ediblər. Halbuki, bu, əsassızdır.

    Faktiki olaraq pensiya yaşına bir il qalmış əsassız yerə məni işdən çıxarıb, kompensasiya ödəməyiblər. Maaşımı verməyiblər. Məndən şikayət ünvanlanıb ki, guya mən fəaliyyətim dövründə valideynlərin adından saxta ərizələr yazıb şəxsi işə qoymuşam, uşaqlar qrupda olmadığı halda qrup açmışam. Lakin mən bu cür hallara yol verməmişəm. Valideynləri qorxudaraq mənə qarşı çıxmalarına sövq ediblər. Direktor mənə deyir ki, kimə istəyirsən, şikayət et, mənə heç kim heç nə edə bilməz. İyulun 25-də Nəsimi Rayon Məhkəməsində prosesə yenidən baxılacaq. Bu, sonuncu məhkəmə iclası olacaq. Məni təhdid edirlər ki, mən məhkəmə şikayətimi geri götürüm. Mənim məhkəmədən tələbim işimə bərpa olunmaq və dəymiş ziyanın, təzminatın ödənilməsidir”.

    Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Təranə Allahyar qızı Yusifova 12.07.2017-ci il tarixindən 285 nömrəli tam orta məktəbdə günü uzadılmış qrup rəhbəri kimi çalışıb:

    “Günü uzadılmış qrupların 20 şagirddən ibarət komplektləşdirildiyini nəzərə alaraq, 2023-24-cü tədris ilində məktəbdə fəaliyyət göstərən üç qrupdan yalnız birinə lazımi sayda şagird toplanıb.

    Bu baxımdan Təranə Yusifova ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilib. Təranə Yusifova digər məktəblərdə günü uzadılmış qrup rəhbəri kimi fəaliyyətini davam etdirməsi təklifini də qəbul etməyib. Məsələ ilə bağlı məhkəmə qaydasında araşdırma aparılır”.

  • Биография новоназначенного главы ИВ Огузского района

    Распоряжением Президента Азербайджана Ильхама Алиева главой Исполнительной власти Огузского района назначен Джавид Абдул-Гадиров.

    Median.Az представляет его краткую биографию.

    Дж. Абдул-Гадиров родился в 1984 году в городе Баку.

    В 2004 году с отличием окончил финансово-кредитный факультет Азербайджанского государственного экономического университета, а в 2007 году – финансово-кредитный факультет упомянутого университета.

    В 2008-2013 годах работал финансовым специалистом, директором проектного Координационного бюро программы по борьбе с ВИЧ/СПИДом, туберкулезом и малярией Министерства здравоохранения, а в 2013-2018 годах – заместителем генерального директора, генеральным директором ОАО RMDM.

    В 2018 году работал советником министра труда и социальной защиты населения, в 2018-2020 годах – начальником Государственной службы медико-социальной экспертизы и реабилитации при данном ведомстве, в 2020-2021 годах – председателем правления Государственного агентства медико-социальной экспертизы и реабилитации при Минздраве.

    С 2021 года работает заместителем главы Аппарата Министерства труда и социальной защиты населения.

    В совершенстве владеет английским, русским языками.

    Женат, имеет двоих детей.