Month: July 2024

  • “Zirə” – “Şerif” matçı öncəsi mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib

    UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Şerif” oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

    İlk olaraq iyulun 17-də, saat 17:30-da Bakı klubunun baş məşqçisi Rəşad Sadıqovun “Dalğa Arena”da mətbuat konfransı baş tutacaq.

    Bir saat sonra isə “Şerif”in baş məşqçisi Yuri Qura mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.

    “Zirə”nin media üçün açıq məşqi saat 18:45-də “Qarabağ Arena”da, “Şerif”in məşqi isə 19:00-da “Dalğa Arena”da gerçəkləşəcək.

    Hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

    Qeyd edək ki, komandalar arasında Moldovada baş tutan ilk görüşdə “Zirə” 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması iyulun 18-də “Dalğa Arena”da keçiriləcək.
    //report

  • Глава МИД Армении прибыл с рабочим визитом в Нью-Йорк

    Министр иностранных дел Армении Арарат Мирзоян находится с рабочим визитом в Нью-Йорке.

    Об этом сообщила пресс-секретарь внешнеполитического ведомства Армении Ани Бадалян на своей странице в соцсети “Х”.

    Бадалян отметила, что Арарат Мирзоян примет участие в министерском сегменте Политического форума высокого уровня по устойчивому развитию ООН, где представит третий национальный доклад правительства страны и проведет ряд встреч.

    Визит Мирзояна завершится 16 июля.

  • Ermənistan XİN başçısı Nyu-Yorka işgüzar səfər edib

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorka işgüzar səfər edib.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ani Badalyan “X”də yazıb.

    O qeyd edib ki, A.Mirzoyan 15-16 iyulda Nyu-Yorkda keçiriləcək və Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun nazirlər seqmentində iştirak edəcək.

    “Səfər çərçivəsində ikitərəfli görüşlər və digər tədbirlər də planlaşdırılır”, – məlumatda bildirilib.

  • Abşeronda narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb

    Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, tədbir zamanı əvvəllər qəsdən sağlamlığa zərər vurma və quldurluq cinayətlərinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Tamerlan Rəsulov saxlanılıb.

    Onun üzərindən və avtomobilindən 3 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin və narkotiklərin satışında istifadə olunan 2 ədəd tərəzi aşkarlanıb. T.Rəsulov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

    “O, narkotiklərin bir hissəsini əvvəlcədən müəyyənləşdirilmiş yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş, digər hissəsinin isə satışını həyata keçirəcəkmiş.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”, – məlumatda vurğulanıb.

  • ЕС продлил санкции против Ирана за поддержку РФ

    Евросоюз на год продлил санкции против Ирана за поддержку России – до 27 июля 2025 года.

    Как передает Median.Az, об этом сообщают зарубежные СМИ.

    В заявлении Совета ЕС говорится о том, что Иран поддерживает РФ в боевых действиях в Украине, а также вооруженные группы и формирования на Ближнем Востоке и в регионе Красного моря.

  • Aİ İrana qarşı sanksiyaların müddətini uzadıb

    Avropa İttifaqı (Aİ) Rusiyaya dəstək verdiyi üçün İrana qarşı sanksiyaları daha bir il müddətinə uzadıb.

    Bu barədə xarici KİV məlumat yayıb.

  • “Formula 1” pilotu İngiltərə millisinə dəstək olub

    “Formula 1” üzrə 7 qat dünya çempionu, “Mercedes” komandasının britaniyalı pilotu Luis Hemilton Almaniyada təşkil edilmiş futbol üzrə Avropa çempionatının finalında İspaniyaya uduzan İngiltərə millisinə dəstək olub.

    O, bu barədə sosial şəbəkə hesabında yazıb.

    “Mən sizin hamınızla fəxr edirəm. Heç vaxt təslim olmayın və bu, ən vacibdir”, – Hemilton vurğulayıb.

    Qeyd edək ki, İngiltərə yığması Berlin Olimpiya stadionunda baş tutan həlledici qarşılaşmada İspaniya millisinə 1:2 hesabı ilə uduzub.
    //report

  • Воздух в Азербайджане прогреется до 40 градусов

    16 июля в Баку и на Абшеронском полуострове преимущественно будет без осадков, северо-западный ветер днем сменится юго-восточным.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Температура воздуха ночью составит 20-25°, днем 33-38° тепла. Атмосферное давление составит 757 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 60-65%, днем 45-40%.

    В районах Азербайджана прогнозируется преимущественно без осадков. Однако днем в горных районах возможны кратковременные дожди и грозы. Ночью и утром местами ожидается слабый туман. Будет преобладать восточный ветер.

    Температура воздуха ночью составит 21-26°, днем 33-38° тепла, на отдельных территориях 40° тепла, в горах ночью 12-17°, днем 20-25° тепла.

  • Bakıda 38, rayonlarda 40 dərəcə isti olacaq – PROQNOZ

    İyulun 16-da Azərbaycanda bəzi yerlərdə havanın 40 dərəcəyədək isti olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

  • Baş Prokurorluq Masallıda konfrans keçirəcək

    Baş Prokurorluq Masallıda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirəcək.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, iyulun 18-də təşkil ediləcək konfransda 10-a yaxın regionun prokurorluqları, hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxsləri iştirak edəcək.

    Tədbirdə, həmçinin dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq.

    Toplantı çərçivəsində Masallı Rayon Prokurorluğunda “Açıq qapı” günü də olacaq.