Month: July 2024

  • Meksikada avtomobilinin çaya düşməsi nəticəsində 7 nəfər ölüb

    Meksikanın Verakrus ştatında yolsuzluq avtomobilinin çaya düşməsi nəticəsində 7 nəfər ölüb.

    Bu barədə “El Heraldo” məlumat yayıb.

    Belə ki, ştatının cənubundakı Koatsakoalkos bələdiyyəsində beş qız və iki oğlanın olduğu yolsuzluq avtomobili tufan zamanı Kalsadas çayına düşüb.

    Qeyd olunub ki, ölən gənclər məzun olduqlarını şəxsi estakadalardan birində qeyd ediblər. Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib.

    Səlahiyyətlilər hadisə ilə bağlı şəraiti müəyyən etmək üçün araşdırma aparır.

  • Keniyada 42 qadının qətlində şübhəli bilinən şəxs saxlanılıb

    Keniya polisi paytaxt Nayrobidə yerləşən gecəqondularda 42 qadının qətlində şübhəli bilinən şəxsi saxlayıb.

    Bu barədə “Star” qəzeti məlumat yayıb.

    Bildirilib ki, şübhəli şəxs Kayole regionunda saxlanılıb. Keniya Cinayət Axtarış Departamentinin rəhbəri Mohamed Amin deyib ki, saxlanılan şəxs iki il ərzində 42 qadını öldürdüyünü etiraf edib.

    Daha əvvəl Nayrobidə yerləşən “Kvare” adlı gecəqondudakı zibillikdə 9 qadın cəsədinin tapıldığı barədə məlumat verilmişdi.

  • Türkiyədə meşə yanğını: Ölənlər var

    Türkiyənin İzmir şəhərinin Çeşmə rayonunda baş verən meşə yanğını zamanı üç nəfər həlak olub.

    Median.Az TRT Haber-ə istinadən xəbər verir ki, meşə yanğınları ilə əlaqədar iki təyyarə, dörd helikopter, 16 su maşını, üç su təchizatı maşını bölgəyə göndərilib.

    Yanğın bölgəsində itkin düşdüyü bildirilən üç nəfərin cəsədi tapılıb.

    Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

  • Kreml Orbanın Aİ liderlərinə Ukrayna üçün sülh planı ilə bağlı təklifindən xəbərsizdir

    Kreml Macarıstanın baş naziri Viktor Orbanın Avropa İttifaqı liderlərinə göndərdiyi Ukrayna ilə bağlı sülh planının təfərrüatlarından xəbərsizdir.

    Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

    Onun sözlərinə görə, Kremlə Macarıstanın Baş naziri Orbanın Aİ liderlərinə göndərdiyi Ukrayna ilə bağlı sülh planının təfərrüatları məlum deyil.

    “Təbii ki, Moskvada təmaslar zamanı cənab Orban öz baxışının əsas parametrlərini açıqladı. Amma Aİ liderlərinin daxili yazışmalarında nədən bəhs edildiyini bilmirik. Ola bilsin ki, bizim xəbərimiz olmayan nüanslar var. Biz cənab Orbanın ümumi yanaşmasını bilirik”, deyə Kremlin sözçüsü vurğulayıb.

    ///apa

  • DİQQƏT! Bu tarixdən Yerdə maqnit qasırğası başlayır

    İyulun 15-dən etibarən güclü maqnit qasırğası başlayacaq.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası laboratoriyası məlumat yayıb.

    Qeyd edilib ki, iyulun 15-də maqnit fırtınasının baş verməsi ehtimalı 20% təşkil edir.

    Mütəxəssislərin sözlərinə görə, bu gün Yerin maqnitosferi sakit vəziyyətdə olacaq.

    Elm adamları güclü maqnit qasırğasının 5% artma ehtimalını da qiymətləndirirlər.

    Sabah, iyulun 16-da da maqnit fırtınalarının olacağı gözlənilir.
    Rusiya Elmlər İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının proqnozuna əsasən, geomaqnit aktivliyi saat 03:00-dan 09:00-a və 15:00-dan 18:00-a qədər iki bal artsa da, heç bir təhlükə daşımayacaq və insanların sağlamlığına o qədər də təsir göstərməyəcək.

    Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun direktoru Anatoliy Petrukoviç isə bildirib ki, gələn həftə geomaqnit aktivliyinə görə dəhşətli qasırğa qeydə alınmayacaq və Günəşdə əhəmiyyətli partlayışların baş vermədiyi əvvəlki həftəyə bənzəyəcək.

    “Gələn həftənin də eyni, olduqca sakit keçəcəyi gözlənilir. Ancaq tək maqnit qasırğalarını tamamilə istisna etmək mümkün deyil”, – deyə, ekspert qeyd edib.

    ///Baku.ws

  • Bakıda 15 günlük körpənin həyatı xilas edilib

    İaşə obyektində köməksiz vəziyyətdə olan 15 günlük körpə xilas edilib.

    Bununla bağlı Ailə Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Qeyd edilib ki, dövlət komitəsinə daxil olan telefon zəngi operativ olaraq aidiyyəti qurumlarla birlikdə araşdırılıb.

    Nəticədə Nəsimi rayonu ərazisində iaşə obyektində köməksiz vəziyyətdə olan 15 günlük körpənin həyatı xilas olunub.

    Araşdırmalar davam etdirilir.

  • Keçmiş işçisai Sumqayıt bələdiyyəsini məhkəməyə verdi

    Sumqayıt şəhər bələdiyyəsinin işçisi Lətif Süleymanov işdən çıxarılıb.

    Qaynarinfo-nun məlumatına görə, o, işdən çıxarılması ilə bağlı qərarı qanunsuz hesab etdiyindən məhkəməyə müraciət edib.

    Lətif Süleymanovun iddia tələbi işə bərpa ilə əlaqədardır.

    O, Sumqayıt bələdiyyəsindən əvvəl Abşeron Rayon İcra Hakimiyyətində işləyib.

    Bu barədə onun “Facebook” hesabında da qeyd edilib.

    Lakin o, icra hakimiyyətində və bələdiyyədə hansı vəzifəni tutduğunu qeyd etməyib.

  • Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı qərar

    Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

    Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

    Qərara əsasən, bu müddət oktyabrın 1-nə kimi uzadılıb.

    Xatırladaq ki, əvvəl bu müddət iyulun 1-nə kimi nəzərdə tutulmuşdu.

  • Qarabağ Universitetində ingilis dili müəllimi vəzifəsi üzrə vakansiyaya müraciət müddəti uzadılıb

    Qarabağ Universitetində ingilis dili müəllimi vəzifəsi üzrə vakansiyaya müraciət müddəti uzadılıb.

    Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “İngilis dili müəllimi” yazmaqla karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

    Vakansiya üzrə son müraciət tarixi 28 iyul 2024-cü ildir.

    Ətraflı: https://bit.ly/engvknsy

  • Vətənə xəyanət edən gəmi kapitanına HÖKM OXUNDU – FOTO

    Dövlətə xəyanətdə ittiham olunan Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Zahir Əsgərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

    Hökmə əsasən, Zahir Əsgərov verilmiş ittihamla təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, gəmi kapitanı Z.Əsgərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xüsusi əməliyyatla həbs olunub.

    İttihama görə, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən 42 yaşlı Z.Əsgərov maddi maraq müqabilində xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib və onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb.

    Z.Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də həmin xarici ölkədə xüsusi xidmət orqanı nümayəndələri ilə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.