Month: July 2024

  • Rusiyada iki tramvay toqquşub, ölən və xəsarət alanlar var

    Rusiyanın Zlatouste şəhərində (Çelyabinsk vilayəti) iki tramvay toqquşub.

    Bu barədə vilayət yol polisindən məlumat verilib.

    Hadisə nəticəsində bir piyada ölüb, səkkiz nəfər xəsarət alıb.

  • Azərbaycanda əlilliyi olan 22 uşaq övladlığa verilə bilən uşaqlar kimi müəyyən olunub

    Azərbaycanda əlilliyi olan 22 uşaq övladlığa verilə bilən uşaqlar kimi müəyyən olunub.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Report”a verilən xəbərə görə, onlar nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələri, eləcə də uşaq evi və internat müəssisələri və Uşaq Psixonevroloji Mərkəzindəki uşaqlardır.

    Həmin uşaqlar barədə məlumatlar Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə daxil edilib.

    Övladlığa verilə bilən uşaqlar üçün fərdi inkişaf planı hazırlanıb. Fərdi inkişaf planlarının tərtibatı zamanı uşaqların yaşı, sağlamlığı, istək və mənafeləri, bacarıq və digər xüsusiyyətləri nəzərə alınıb.

    Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrindən övladlığa götürülən əlilliyi olan uşağa görə onu övladlığa götürən şəxs üçün aylıq 600 manat müavinət nəzərdə tutulub.

    Bu müavinətlə yanaşı, uşağın orqanizmin funksiyalarının pozulması:

    81-100 faiz olduqda – 270 manat müavinət, 200 manat təqaüd (gözdən əlilliyə görə olduqda 300 manat) və həmin uşağa qulluğa görə 100 manat təqaüd,

    61-80 faiz olduqda 220 manat müavinət və uşağa qulluğa görə 100 manat təqaüd,

    31-60 faiz olduqda 150 manat müavinət və uşağa qulluğa görə 100 manat təqaüd

    nəzərdə tutulub.

    Beləliklə, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrindəki əlilliyi olan uşağın övladlığa götürülməsinə görə aylıq sosial ödənişin ümumi məbləği uşağın əlillik göstəricisi 81-100 faiz olduqda 1170 manat (gözdən əlilliyə görə olduqda 1270 manat), 61-80 faiz olduqda 920 manat, 31-60 faiz olduqda 850 manat təşkil edir.

  • Masallıda bu il çiyələk sahələri artıb

    Masallı rayonunda bu il çiyələk sahələri artıb.

    Ötən təsərrüfat ilində 266 hektar sahədə çiyələk məhsulu yetişdirilib. Bu il isə 300 hektara yaxın sahədə çiyələk əkilib.

    Əkin əsasən rayonun Şərəfə, Təklə, Çaxırlı, Təzə Alvadı və Köhnə Alvadı kəndlərində aparılır.

    Qeyd edək ki, ötən il rayonun çiyələk sahələrindən 1 702 ton məhsul əldə olunub.

  • Bakıda 41 yaşlı kişini avtomobil vurub

    Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Məmmədov Elnur Abduləli oğlunu vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Ученые обнаружили истоки эпидемий чумы, уничтожавших население Европы

    Датские ученые из Копенгагенского университета назвали причину масштабного вымирания населения Северной Европы около 5 тыс. лет назад. По словам специалистов, земледельческие общины каменного века стали жертвами эпидемии чумы.

    Исследование опубликовано в научном журнале Science.

    Истоки катастрофы, известной как неолитический коллапс, долгое время оставались предметом споров в научной среде.

    В новом исследовании команда проанализировала ДНК человеческих зубов и костей, найденных по всей Скандинавии. Исследователи проанализировали останки 108 человек. Из них 17% на момент ухода из жизни были заражены чумой.

    Ученые составили генеалогическое древо 38 человек по шести поколениям, охватывающим около 120 лет. Геномные данные показали, что это сообщество пережило три отдельные волны ранней формы чумы.

    Специалисты выяснили, что последний штамм чумной бактерии оказался заразнее предыдущих и передавался от человека к человеку.

    Более поздняя форма этого же патогена вызвала Юстинианову чуму в VI веке нашей эры и Черный мор в XIV веке, который опустошил Европу, Северную Африку и Ближний Восток, унеся десятки миллионов жизней.

    Поскольку штаммы, циркулировавшие во время неолитического упадка, были гораздо более ранними версиями, чума могла вызывать иные симптомы, чем те, что были во время эпидемий тысячелетия спустя.

  • Alimlər 5 min il əvvəl Avropa əhalisini məhv edən vəbanın mənşəyini aşkarlayıblar

    Danimarkanın Kopenhagen Universitetinin alimləri Şimali Avropa əhalisinin təxminən 5 min il əvvəl geniş miqyasda məhv olmasının səbəbini müəyyən ediblər.

    Bu barədə araşdırma “Science” elmi jurnalında dərc olunub.

    Mütəxəssislərin fikrincə, daş dövrünə aid kənd təsərrüfatı icmaları vəba epidemiyasının qurbanı olub.

    Neolit çöküşü kimi tanınan fəlakətin mənşəyi uzun müddətdir ki, elmi ictimaiyyətdə müzakirə mövzusudur.

    Yeni araşdırmada Skandinaviyada tapılan insan dişlərinin və sümüklərinin DNT-si təhlil edilib. Tədqiqatçılar 108 nəfərin qalıqlarını təhlil ediblər. Onların 17 %-i ölüm zamanı taun xəstəliyinə yoluxublar.

    Mütəxəssislər müəyyən ediblər ki, vəba bakteriyasının son ştammı əvvəlkilərdən daha yoluxucu olub və insandan insana keçib.

    Eyni patogenin sonrakı forması eramızın 6-cı əsrində Yustinian, 14-cü əsrdə Avropa, Şimali Afrika və Yaxın Şərqi viran edən və on milyonlarla insanın ölümünə səbəb olan qara vəbaya səbəb olub.

  • Göyçayda traktor velosipedçini vuraraq öldürüb

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, iyulun 12-də saat 17 radələrində Ucar-Göyçay avtomobil yolunun Göyçay rayonunun Xəlitli kəndi ərazisindən keçən hissəsində Mürşüd İsmayılov idarə etdiyi traktorla velosipedçi, 1963-cü il təvəllüdlü Soltanov Azad Məhəmmədəli oğlunu vurub. A.Soltanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Araşdırma aparılır.

  • İtaliya klubu müdafiəçisini icarəyə verib

    İtaliyanın “Napoli” klubu müdafiəçisi Alessandro Zanolini “Cenoa”ya icarəyə verib.

    23 yaşlı futbolçunun icarə müqaviləsi 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.

    A.Zanoli 2024-cü ilin qışına qədər “Salernitana”ya icarəyə verilmişdi. Müdafiəçi ümumilikdə 23 oyun keçirib, 2 məhsuldar ötürmə edib.

  • Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən şəxslərə hökm oxundu

    Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən şəxslərə hökm oxunub.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Dəyanət Qüdrətov ömürlük azadlıqdan məhrum edilib.

    Digər təqsirləndirilən şəxslər Azər Məmmədov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay, İbrahim İbrahimov 19 il müddətinə azadlıqdan mərhum ediliblər. Zamində olan Rövşən İsmayılov 4 il 11 ay 28 gün, Babək İsgəndərov 3 il 11 ay 28 gün azadlıqdan mərhum ediliblər. Onların hər ikisi məhkəmə zalından həbs olunublar.

    Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb.

    Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

    Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb.

    Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

    İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qüdrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

    Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

    R.İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qüdrətovun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkarlanaraq götürülüb.

  • “Qarabağ” Avropa nəhənglərini geridə qoydu

    UEFA Avropa klublarının reytinq siyahısını yeniləyib.

    Median.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Avropanın ən reytinqli klubu İngiltərənin “Mançester Siti” klubudur.

    Çempionlar Liqasının son qalibi Madridin “Real” kollektivi ikinci, Almaniyanın “Bayern” klubu üçüncü, İngiltərənin digər təmsilçisi “Liverpul” isə dördüncüdür.

    Ağdamın “Qarabağ” klubu yenilənmiş reytinq siyahısında 54-cüdür. Təmsilçimiz İstanbulun “Qalatasaray”, Şotlandiyanın “Seltik”, İngiltərənin “Nyukasl” kimi klublarını qabaqlayır.

    Azərbaycandan reytinq siyahısında “Qarabağ”dan sonra ən yaxşı göstəriciyə “Neftçi” malikdir. “Ağ-qaralar” 149-cudur.