Month: July 2024

  • Laçında tekstil fabriki fəaliyyətə başlayacaq

    Bu ilin sonuna qədər Laçında tekstil fabriki fəaliyyətə başlayacaq.

    Bunu “Report”un Laçına ezam olunmuş əməkdaşının sualını cavablandırarkən Bakı Abadlıq Xidməti MMC-nin direktor müavini Nəsimi Əsədov deyib.

    O qeyd edib ki, həmin fabrikdə 100-ə yaxın laçınlı qadın işlə təmin olunacaq: “Bununla bərabər bir sıra sənaye müəssisələrinin də fəaliyyətə başlaması nəzərdə tutulur”.

  • Кремль: НАТО создан с целью поддерживания конфронтации

    Цель Организации Североатлантического договора (НАТО) – подавить Россию, что является очень серьезной угрозой для национальной безопасности.

    Об этом заявил пресс-секретарь президента России Дмитрий Песков.

    Песков отметил, что военная инфраструктура НАТО движется в сторону границ России: “Североатлантический альянс еще раз подтвердил свою суть. Это альянс, созданный с целью поддерживания конфронтации”.

    По его словам, НАТО де-факто полностью вовлечен в конфликт в Украине, добавив, что шаги альянса на саммите потребуют от России решений для его сдерживания.

  • Kreml: NATO qarşıdurmanı saxlamaq məqsədilə yaradılıb

    Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) məqsədi Rusiyanı sıxışdırmaqdır və bu, Rusiyanın milli təhlükəsizliyinə çox ciddi təhdiddir.

    Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    Onun sözlərinə görə, NATO-nun hərbi infrastrukturu Rusiya sərhədlərinə doğru irəliləyir: “Şimali Atlantika Alyansı mahiyyətini bir daha təsdiqləyib. Bu, qarşıdurmanı saxlamaq məqsədilə yaradılmış ittifaqdır”.

    O əlavə edib ki, NATO faktiki olaraq Ukraynadakı münaqişədə tam iştirak edir.

  • В Армении произошло ДТП с участием перевозившего солдат автомобиля, есть погибшие

    В Сюникской области (Зангезур) попал в аварию автомобиль, перевозивший демобилизованных солдат, в результате чего погибли два человека.

    Об этом сообщают армянские СМИ со ссылкой на пресс-секретаря МВД Армении Нарека Саркисяна.

    По его словам, ДТП произошло на участке Горайр. Водитель и один пассажир погибли, еще трое доставлены в больницу.

  • Ermənistanda tərxis olunan hərbçilər qəzaya düşüb, ölən və yaralananlar var

    Ermənistanın Sünik vilayətinin Qoraysk rayonunda tərxis olunan hərbçiləri daşıyan avtomobil aşıb.

    Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb.

    Bildirilib ki, qəza nəticəsində sürücü də daxil olmaqla iki nəfər ölüb, üç nəfər yaralanıb.

  • Завтра в Азербайджане воздух прогреется до 39 градусов

    12 июля в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Однако утром в некоторых частях полуострова возможны кратковременные осадки. Будет преобладать умеренный северо-западный ветер, который днем сменится северо-восточным.

    Температура воздуха ночью составит 21-26°, днем – 31-36° тепла. Атмосферное давление – 760 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 60-65%, днем – 35-40%.

    В районах Азербайджана преимущественно пройдет без осадков, однако в некоторых горных и предгорных районах ожидаются осадки, местами ливневого характера, грозы, град и туман. Днем восточный ветер будет периодически усиливаться.

    Температура воздуха ночью составит 21-26°, днем – 34-39° тепла, в горах ночью 11-16°, днем – 20-25° тепла.

  • Sabah arabir yağış yağacaq, külək güclənəcək – PROQNOZ

    Azərbaycanda iyulun 12-də hava şəraiti əsasən yağmursuz keçəcək, lakin qısamüddətli az yağış yağacağı ehtimal edilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

  • CONMEBOL Uruqvay – Kolumbiya matçından sonrakı dava ilə bağlı bəyanat yayıb

    Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) ABŞ-də təşkil olunan Amerika Kubokunun yarımfinal matçından sonra uruqvaylı futbolçular və kolumbiyalı azarkeşlər arasında baş verən dava ilə bağlı bəyanat yayıb.

    CONMEBOL oyundan sonra baş verən hadisəni pisləyib.

    “CONMEBOL futbola təsir edən hər hansı zorakılıq aktını qətiyyətlə pisləyir. İşimiz futbolun bizi müsbət dəyərləri ilə birləşdirdiyi inanca əsaslanır. Meydanda və ya ondan kənarda dözümsüzlüyə, zorakılığa yer yoxdur. Hər kəsi komandalarını dəstəkləmək və unudulmaz vaxt keçirmək üçün qalan günlərdə bütün enerjilərindən istifadə etməyə çağırırıq”, – bəyanatda bildirilib.

    Qeyd edək ki, yarımfinalda Uruqvaya 1:0 hesabı ilə qalib gələn Kolumbiya yığması finalda Argentina ilə qarşılaşacaq.
    //report

  • “Mənə imkan verilsəydi, 100-200 müəllimi həbs edərdim”

    “Forumlar keçirildi, heç birinə dəvət olunmamışdım. İnstaqramda oxudum, birdən ziyalılar ayıldı ki, televiziya bərbad günədidr. Sən demə, 10-15 il ərzində özəl televiziya məkanında baş verənləri görmürmüşlər. Rasim Balayev, Çingiz Abdullayev və “Planet parni iz Baku” danışırdı. Amma forumdan sonra hamı ayıldı. Nəticə nə oldu? Heç nə”.

    Median.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Tahir İmanov “Talknex” yutub layihəsində danışıb. Aktyor sosial platformalardan, televiziyad danışıb:

    “Tənqidin nəticəsi olmalıdır. Məsələ kökündən həll edilməlidir. TikTok kimi platforma ya bağlanmalıdır, ya da çərçivəyə salınmalıdır. Aidiyyəti qurumlar bununla məşğul olmalıdır. TikTok-da baş verənlər faciədir. Gənclərin zövqünü, həyatını korlayır. Orada çoxluq təşkil edən söyüşdür. Bilmirsən kişi, yoxsa qadın deyəsən. Kamera qarşısında yemək yeyir, mənasız danışır və nə qədər baxış toplayır. Bəzi gənclərimiz problemin pik nöktəsinə gedən yoldadırlar.

    Müstəqil insanam, fikir bildirirəm. Heç bir yerdə işləmirəm. Böyük layihələrdə işim yoxdur. Müsahibələrdən sonra dolayı yolla bəzi məmurlardan zənglər gəlir ki, Tahir İmanov niyə belə danışdı? Onları necə başa salım ki, azad ölkədə yaşayıram və azad fikrim var. Hər zaman deyirəm ki, xoşunuz gəlmirsə qulaq asmayın. Radikal islahatların tərəfindəyəm. Yalnız o, həll olacaq”.

    İmanov məktəblərdə yaşanan rüşvət alma məsələsinə toxunub:

    “Danışmaqla heç nə həll olunmur. Özümü son illər ancaq danışmaqda görürəm. Millət vəkilləri də, ancaq danışırlar, problem həll olunmur. Mənə imkan verilsəydi, 100-200 müəllimi həbs edərdim. Bunun cəzası ancaq budur. Demirəm, rüşvət almayacaqlar, alacaqlar, amma qorxa-qorxa və bu azalacaq”.

    T.İmanov televiziyalarda yayımlanan verilişlərdən söz açıb:

    “Eləcə də televiziya məkanında… Telekanal rəhbərləri dəvət edildi, nə oldu? İndi 5-6 bayağı, neqativ layihə bağlansa toy-bayram olacaq, cəmiyyətə yeni nəfəs veriləcək. Azərbaycan kişisini nə qədər digər obrazda, rəzil vəziyyətdə göstərmək olar? Bu, nə biabırçılıqdır? Biz qalib xalqıq. Elə bir dövrdə yaşayırıq ki… Əsl kişilər dövründəyiq. Niyə əsl kişiləri qoyub, qeyri-kişiləri, qeyri-qadınları təbliğ edirsiniz? Televiziya rəhbərləri açıq-aşkar dedilər ki, reytinqidir, olmasa işçini dolandıra bilməyəcəyəm. Boş bəhanədir, birinci öz ciblərini doldura bilməyəcəklər. Onlar cibi düşünürlər. Televiziya hər zaman özünü dolandırıb. Elə gözəl verilişlər olub. Televiziya rəhbərləri qazanmayıb? Yuxarıdan göstəriş gəlsə ki, bunu bağlayın, olacaq. Camaata nə versəniz ona baxır. Nə versən onu da yeyəcək. Zir-zibili yedizdirmək yaxşı deyil. Bir dəfə dedim ki, verilişlərin hamısını zibil yeşiyinə tullamaq lazımdır. Hamı başladı Tahir İmanov tükənib, çörəyi dizindədir”.

  • В Гаджигабуле при опрокидывании грузовика погиб один, пострадали два человека

    В селе Гарасу Гаджигабульского района произошло тяжелое дорожно-транспортное происшествие, в котором погиб один, пострадали два человека.

    Инцидент произошел на магистрали Баку-Газах.

    Согласно информации, водитель грузовика “КамАЗ” потерял управление, в результате чего транспортное средство съехало с проезжей части и перевернулось.

    В аварии на месте происшествия скончался житель Баку Самир Мамедов, 1977 года рождения, жители столицы Сахиб Фарзали оглу Мамедов (1955 г.р.) и Фируза Асад гызы Мамедова (1954 г.р.) получили различные травмы.

    Пострадавшие доставлены в Ширванскую городскую центральную больницу, состояние женщины оценивается как тяжелое.

    По факту ведется расследование.