Month: July 2024

  • Мехрибан Алиева поделилась публикацией в связи с победой дзюдоиста Хидаята Гейдарова

    Первый вице-президент Азербайджанской Республики Мехрибан Алиева поделилась на своей официальной странице в Instagram публикацией, посвященной победе азербайджанского спортсмена Хидаята Гейдарова в финале соревнований по дзюдо на летних Олимпийских играх в столице Франции Париже.

    Как сообщает Median.Az, в публикации говорится: “Браво! Браво! Браво, Хидаят! Поздравляю! Да здравствует Азербайджан!”.

  • Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib.

    Median.Az xəbər verir ki, paylaşımda deyilir: “Əhsən! Əhsən! Əhsən, Hidayət! Təbrik edirəm! Yaşasın Azərbaycan!”.

  • Dünyada şəkər tozu bahalaşacaq – Hindistan qiyməti artırır

    Hindistan hökuməti şəkərin minimum satış qiymətinin (MSP) artırılması imkanını müzakirə edir.

    Median.Az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən yazıb.

    Agentliyin məlumatına görə, belə bir qərar ölkənin şəkər sənayesi nümayəndələrinin müraciətinə cavab olaraq verilə bilər. Son illərdə şəkər qamışının alınması xərcləri əhəmiyyətli dərəcədə artdığından, minimum qiymət 2019-cu ildən bəri dəyişməz qaldığından, istehsalçılar MSP-nin artırılması zərurətində israr edirlər.

    “Biz həm istehsalçıların, həm də istehlakçıların maraqlarını nəzərə alaraq şəkərin minimum satış qiymətini artırmaq üçün müxtəlif ssenariləri araşdırırıq”, deyə Hindistanın qida və ictimai paylama departamentinin katibi Sanjeev Çopra bildirib.

    Sənaye rəsmiləri deyirlər ki, MSP-də artım onlara oktyabrın 1-də başlayacaq qarşıdan gələn mövsümdə milyonlarla şəkər qamışı işçisinə maaşlarını vaxtında ödəməyə imkan verəcək.

  • Leyla Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib – VİDEO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusu Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • Azərbaycanın ümumi dövlət borcu 2025-ci ilin əvvəlinə 28 milyard manatı ötəcək

    2025-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun 5 milyard 214,4 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 19 milyard 310,8 milyon manat olmaqla ümumi dövlət borcunun 28 milyard 175,2 milyon manat təşkil edəcəyi gözlənilir.

    Median.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında deyilir.

    Gələn ilin əvvəlinə xarici dövlət borcunun 49,1 %-inin 5 ilədək, 44,7 %-inin 5- 10 il ərzində, 6,2 %-inin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir.

    Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin 10 ilədək müddətə təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,8 faiz dərəcəsi ilə, 10-20 illik müvafiq istinad dərəcəsi üstəgəl 1 faiz dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 1,2 faiz dərəcəsi ilə cəlb olunması nəzərdə tutulur.

    2025-ci ilin yanvarın 1-nə daxili dövlət borcunun 53 %-ini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcəkdir. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 19,5 %-i 1 illik, 72,6 %-i 2-3 illik, 7,9 %-i isə 5-7 illik istiqrazların payına düşməsi proqnozlaşdırılır.

  • Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir, vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilir.

    APA xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimli iyulun 29-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.

    Qəbuldan öncə nazir Adil Kərimli və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

    Qəbul zamanı Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar, əsasən, işlə təmin olunma, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

    Mədəniyyət naziri vətəndaşları dinləyərək hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

    Qəbulda iştirak edən şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqət göstərilib, onların müraciətlərinə vaxtında baxılması məqsədilə qeydiyyat aparılaraq nəzarətə götürülüb.

  • Neft qiymətlərinin ARDNF-nin aktivlərinə təsiri açıqlanıb

    Neft qiymətlərinin ARDNF-nin aktivlərinə təsiri açıqlanıb
    Xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi 1 yanvar 2025-ci il tarixinə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin təqribən 0,4 milyard ABŞ dolları artması və ya azalmasına səbəb olacaq
    .

    Median.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında deyilir.

    ARDNF-in aktivləri 65 ABŞ dolları ssenarisində 57,1 milyard ABŞ dollara, 70 ABŞ dolları ssenarisində 57,4 milyard ABŞ dollara, 75 ABŞ dolları ssenarisində 57,6 milyard ABŞ dollara, 80 ABŞ dolları ssenarisində 57,8 milyard ABŞ dollara, 85 ABŞ dolları ssenarisində isə 58 milyard ABŞ dollara çatacağı gözlənilir.

  • Ильхам Алиев и Мехрибан Алиева позвонили Хидаяту Гейдарову

    29 июля президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева позвонили дзюдоисту Хидаяту Гейдарову, который одержал блестящую победу и стал Олимпийским чемпионом на XXXIII Летних Олимпийских играх “Париж-2024”.

    Об этом Median.Az сообщает со ссылкой на пресс-службу президента Азербайджана.

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hidayət Heydərova zəng ediblər

    İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında parlaq qələbə ilə Olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər.

    Median.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Dövlətimizin başçısı və birinci xanım Olimpiadanın cüdo yarışlarında parlaq qələbə qazanması münasibətilə Hidayət Heydərova təbriklərini çatdırıb, ona gələcək idman fəaliyyətində yeni qələbələr arzulayıblar.

    Hidayət Heydərov telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma təşəkkürünü bildirib, Olimpiadada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqdan və Dövlət Himnimizin səsləndirilməsindən qürur duyduğunu vurğulayıb. O, yeni uğurlar əldə etmək üçün bundan sonra da səylə fəaliyyət göstərəcəyini deyib.

  • Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI 2024) məktəblilərimiz uğurla çıxış edib

    21-27 iyul tarixlərində Niderlandın Veldhoven şəhərində 4-cü Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2024) təşkil edilib.

    Median.Az xəbər verir ki, 56 ölkədən 194 nəfər məktəbli qız şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar.

    Belə ki, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin IX sinif şagirdi Rahidil Bayramlı və Bakı Modern Təhsil Kompleksinin XI sinif şagirdi Nigar Hacıyeva bürünc medala, Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdi Ayan Kərimova isə həvəsləndirici mükafata layiq görülüb.

    Məktəblilərimizi təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq!

    Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 72 medal əldə ediblər.//oxu.az