Month: July 2024

  • Üçqat olimpiya çempionu Parisdəki Olimpiya kəndindəki şəraitdən narazıdır

    Üzgüçülük üzrə üçqat olimpiya çempionu olan avstraliyalı Ariarne Titmus Parisdəki Olimpiya kəndindəki şəraitdən narazıdır.

    Median.Az report.az-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

    Titmus hesab edir ki, Olimpiya kəndindəki şəraitə görə ən yaxşı nəticəsini göstərə bilməyib.

    İyulun 27-də idmançı 400 metr məsafəyə sərbəst üzgüçülükdə olimpiya qızıl medalını qazanıb.

    Titmus həlledici yarışda məsafəni 3 dəqiqə 57,49 saniyəyə qət edib.

    “Bu, bacara biləcəyim vaxt deyildi. Amma Olimpiya kəndində yaşamaq çıxışıma birbaşa mənfi təsir edir. Bu şərtlər yüksək nəticələr üçün nəzərdə tutulmayıb”, – idmançı bildirib.

    Xatırladaq ki, avstraliyalı üzgüçü 400 metr məsafəyə sərbəst üsulla üzmədə dünya rekordunun sahibidir. O, 2023-cü ilin iyulunda Yaponiyanın Fukuoka şəhərində keçirilən Dünya Su İdmanı Çempionatında final üzgüçülüyündə 400 metr məsafəni 3 dəqiqə 55,38 saniyəyə qət etmişdi.

  • Muxtar Babayev Yaponiya səfiri ilə COP29-a hazırlığı müzakirə edib

    Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

    Median.Az report.az-a istinadən xəbər verir ki, görüşdə bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

    Eyni zamanda görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

  • “Təsir müddəti 2 gündür” – Astroloq açıqladı

    Məşhur astroloq Dinçer Güner 29 iyul üçün gündəlik qoroskop şərhlərini sosial media hesabında izləyiciləri ilə bölüşüb.

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, astroloq Venera ilə Chiron arasında üçbucaq meydana gələcəyini ifadə edib.

    Paylaşımda bildirilib:

    “Venera ilə Şiron arasında üçbucaq yaranacaq. Təsir müddəti 2 gündür.

    Münasibətlər və ya özünə dəyər hissi haqqında mühüm məlumat əldə edə bilərik və kimsə bu mövzuda bizə dəstək ola bilər. Biz sevgini yaradıcı bir yerdən ifadə edə bilərik. İkitərəfli münasibətlərdə daha həssas olacağımız dövrlərdir.

    Özümüzə dəyər hissini yaxşılaşdırmaq üçün bunun üzərində işləyə bilərik. Münasibətlərinizdə daha anlayışlı və şəfqətli olmağa çalışacaqsınız”.

  • Хидаят Гейдаров: Все во Франции будут слушать гимн Азербайджана стоя

    Все во Франции будут слушать гимн Азербайджана стоя.

    Как сообщает сотрудник Report из Парижа, об этом сказал азербайджанский дзюдоист, завоевавший золото на летней Олимпиаде, Хидаят Гейдаров.

    Азербайджанский спортсмен добавил, что благодаря этой победе пополнил свою коллекцию медалей:

    “Я пополнил свою коллекцию медалей. К этой олимпиаде я готовился 4 года. Я также буду готовиться к Олимпиаде 2028 года в Лос-Анджелесе. Я читаю отзывы, написанные обо мне в соцсетях. Благодарю всех, кто меня поддерживал. Мы дети победившей нации. Все во Франции будут слушать гимн Азербайджана стоя.

    Напомним, что Хидаят Гейдаров сегодня завоевал золотую медаль летних Олимпийских игр в Париже, победив в финале француза Джона Бенджамина Габана.

  • Hidayət Heydərov: Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək

    Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək.

    Bunu “Report”un Parisə ezam olunmuş əməkdaşına açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Hidayət Heydərov deyib.

    Azərbaycan yığmasının lideri bu qələbə sayəsində medal kolleksiyasını tamamladığını bildirib:

    “Medal kolleksiyamı tamamladım. 4 il idi ki, bu yarışa hazırlaşırdım. Bundan sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadaya hazırlaşacağam. Səhifələrdə mənimlə bağlı yazılan rəyləri oxuyuram. Məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz qalib xalqın övladlarıyıq. Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək”.

    Qeyd edək ki, H.Heydərov finalda fransalı Con Benjamin Qabanı ipponla üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

  • Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya dəyişiklik edilib

    “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”na dəyişiklik edilib.

    Median.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

    Dəyişikliklə sənədə yeni bənd əlavə edilib. Yeni bəndə əsasən, akkreditə olunma üçün bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar media subyektindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi media subyektinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya media subyekti tərəfindən təmin edilir.

  • Firuzə İbadova: “Evimi satdım, kirayəni çətinliklə ödəyirəm”

    “1 il 2 aydır kirayədə qalıram. Pandemiya zamanı evimi satdım. İpotekada idi, ödəyə bilmədim”.

    Median.Az xəbər verir ki, bu sözləri “Kanal S”də yayımlanan verilişlərin birində Əməkdar artist Firuzə İbadova deyib.

    “Anam dünyasını dəyişdi. Ona 60 gün yas verdim. Bahalı evdə qalıram, amma 500 manat alırlar. Çətinliklə ödəyirəm. Toya çox getmirəm. Qızım Kanadada yaşayırdı. Orada yaşaya bilmədi, qayıtdı Bakıya, amma həyat yoldaşı gəlmədi. Zinət əşyalarım var idi, satıb müəyyən xərclərimizi ödəyirik. Nəvəmin atası onun oxumağına kömək edir. Mən də pensiya və fəxri ada görə təqaüd alıram”.//oxu.az

  • Ученые предрекли невозможность проживания в будущем в ряде стран мира из-за жары

    Ученые из Университета Пердью (США) установили, что через несколько лет Западная Африка, Южная Азия и Средний Запад в США станут опасными для жизни человека из-за изменений климата.

    Как передает Median.Az, об этом сообщает издание CNN.

    Исследовательская команда провела моделирование, используя данные о климатических изменениях и волнах аномальной жары на Земле.

    Ученые пришли к выводу, что в ближайшие годы человечеству не стоит ожидать похолодания. Температура постепенно возрастет, что в сочетании с повышенной влажностью создаст тяжелые и опасные условия для большинства людей. Ночные температуры также возрастут, что лишит человеческий организм возможности восстановиться после дневной жары.

    “Западная Африка и некоторые регионы Южной Азии находятся в числе самых уязвимых, поскольку это территории с высокой плотностью населения и ограниченными возможностями для охлаждения. В некоторых частях США, включая Средний Запад, зонально возникнет жара с повышенной влажностью”, – отметили исследователи.

    Ученые добавили, что жители развитых стран с доступом к технологиям будет легче переносить жару, но ненамного. Согласно данным ВОЗ, сейчас жара выступает причиной 489 ежегодных летальных исходов во всем мире. Однако точное число жертв может быть выше из-за не всегда очевидной связи между климатом и ухудшением состояния здоровья.

  • Alimlər istilər səbəbindən gələcəkdə bir sıra ölkələrdə yaşamağın qeyri-mümkün olacağını proqnozlaşdırır

    Alimlər istilər səbəbindən gələcəkdə bir sıra ölkələrdə yaşamağın qeyri-mümkün olacağını proqnozlaşdırır
    Alimlər istilər səbəbindən gələcəkdə bir sıra ölkələrdə yaşamağın qeyri-mümkün olacağını proqnozlaşdırır
    ABŞ-nin Perdyu Universitetinin alimləri müəyyən ediblər ki, bir neçə ildən sonra Qərbi Afrika, Cənubi Asiya və ABŞ-nin Orta Qərbi iqlim dəyişikliyi səbəbindən insan həyatı üçün təhlükəli vəziyyətə gələcək.

    Median.Az CNN-ə istinadən xəbər verir ki, alimlərdən ibarət tədqiqat qrupu Yerdəki iqlim dəyişikliyi və istilik dalğaları ilə bağlı məlumatlardan istifadə edərək modelləşdirmə həyata keçirib.

    Alimlər belə qənaətə gəliblər ki, bəşəriyyət qarşıdakı illərdə havanın soyuyacağını gözləməməlidir. Temperatur tədricən artacaq və bu da artan rütubətlə birləşərək əksər insanlar üçün çətin və təhlükəli yaşayış şəraiti yaradacaq.

    “Qərbi Afrika və Cənubi Asiyanın bəzi hissələri ən həssas bölgələr sırasındadır, çünki bu ərazilər sıx əhalisi və məhdud soyutma qabiliyyətinə malik olması ilə fərqlənir. ABŞ-nin bəzi hissələrində, o cümlədən Orta Qərb bölgəsində də yüksək rütubətli istilər yaşanacaq”, – tədqiqatçılar qeyd ediblər.

    Alimlər əlavə edib ki, texnologiyaya çıxışı olan inkişaf etmiş ölkələrin sakinləri istilərə daha rahat tab gətirəcəklər, lakin bu da uzun sürməyəcək. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, istilər hazırda dünyada 489 illik ölümə səbəb olur. Lakin iqlim və sağlamlığın pisləşməsi arasında həmişə açıq-aşkar əlaqənin olmaması səbəbindən ölənlərin dəqiq sayı daha yüksək ola bilər.

  • Sumqayıtda mənzildən kişi meyiti tapılıb

    Sumqayıtda mənzildən 37 yaşlı kişinin meyiti tapılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

    1987-ci il təvəllüdlü Səbuhi Salam oğlu Şirinovun meyiti yaşadığı evdə aşkarlanıb.

    Fakt araşdırılır.