Month: İyul 2024

  • Sumqayıtda yeniyetmələr arasında dava düşüb: İki nəfər bıçaqlanıb

    Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla nəticələnib.

    APA xəbər verir ki, hadisə “Ceyranbatan bağları” adlanan ərazidə qeydə alınıb.

    Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Elgün Vüsal oğlu Qasımov münaqişə zəminində yaşıdı Əli Faiq oğlu İsmayılova və 2007-ci il təvəllüdlü Rasif Sabit oğlu Manıyevə bıçaqla xəsarətlər yetirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Pensiya yaşını gözləyən qadınların diqqətinə: Daha altı ay əlavə olundu

    Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 64 olacaq.

    1 iyul 2024 – 30 iyun 2025-ci il tarixində pensiya yaşı kişilər üzrə 65 il, qadınlar üzrə 64 il olacaq.

    Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

    Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulub.

    Beləliklə, 2021-ci il iyulun 1-dək kişilərin pensiya yaşı 65 il olub. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65 il olacaq.

  • FIDE reytinqi: İki məşhur qrosmeysterimiz gerilədi, qadın şahmatçımız 16 pillə irəlilədi

    FIDE şahmatçıların iyul reytinqini açıqlayıb.

    Siyahıda Azərbaycan yığmasının üzvlərindən ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.

    39 yaşlı qrosmeyster üç pillə geriləyib. Aktivində 2726 xal olan Məmmədyarov 19-cu pillədə qərarlaşıb.

    Teymur Rəcəbov dörd pillə geriləyib. O, 2700 xalla 34-cüdür.

    Digər qrosmeysterimiz Rauf Məmmədov (2652) altı addım irəliləyib. Milli üzvü 76-cı yerdədir.

    Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2990) başçılıq edir. Onu ABŞ-nin şərəfini qoruyan Hikaru Nakamura (2802) və Fabiano Karuana (2796) izləyirlər.

    Qadın şahmatçılarımızdan ən yaxşı göstəriciyə yenə Günay Məmmədzadə malikdir. Dörd pillə geriləyən şahmatçımız 2441 xalla 33-cüdür.

    Üç addım geriləyən Gövhər Beydullayeva (2412) 42-cidir. 16 pillə irəliləyən Xanım Balacayeva 2407 xalla 47-cidir. Ülviyyə Fətəliyeva (2399) iki pillə geriləməklə 51-ci sıradadır. Gülnar Məmmədova isə “Top-100″ü tərk edib.

    Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2566), üçüncü sırada Ley Tinqjie (Çin, 2548) qərarlaşıb.

  • Gömrük əməkdaşları Şabranda qəzaya düşdülər: Xəsarət alanların son durumu AÇIQLANDI (Yenilənib)

    Bu gün Şabran rayonu ərazisində baş verən avtomobil qəzasında yaralananlardan ikisi Bakıya göndərilib.

    Bu barədə məlumat oxu.az-a Şabran rayon Mərkəzi Xəstəxanasından verilib.

    Bildirilib ki, iki nəfər – Pəri Vəliyeva və Seyidağa Səmədov Bakıya, Mərkəzi Gömrük Hospitalına göndərilib.

    “Mercedes-Benz” markalı avtomobilin sürücüsü vəziyyətinə uyğun olaraq həkim nəzarətində saxlanılır. Onun Bakıya təxliyəsi ilə bağlı məsələyə baxıla bilər”.

    * * * * *

    Şabran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

    “Report”un Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində “SHACMAN” markalı yük maşını ilə “Mercedes-Benz” markalı minik avtomobili toqquşub.

    Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

    Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Vahid Seymur oğlu Əmirlinin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

    Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • “WhatsApp” bəzi telefonlarda işləməyəcək – SİYAHI

    Populyar “WhatsApp” mesenceri 2024-cü ildə köhnə smartfonların 47 modeli, o cümlədən “Samsung”, “Motorola”, “Huawei”, “Sony”, “LG”, “Apple” və s. markalı cihazlarda işləməyəcək.

    Tətbiq Android 5.0 və iOS 12 ilə müqayisədə əməliyyat sistemlərinin əvvəlki versiyaları üçün əlçatmaz olacaq.

    Bu, əsasən yeddi ildən daha köhnə modellərə aiddir.

    “WhatsApp” dəstəyini itirmiş cihazların tam siyahısı aşağıdakı kimidir:

    “Samsung Galaxy Ace Plus”, “Galaxy Core”, “Galaxy Express 2”, “Galaxy Grand”, “Galaxy Note 3 N9005 LTE”, “Galaxy Note 3 Neo LTE+”, “Galaxy S 19500”, “Galaxy S3 Mini VE”, “Galaxy S4 Active”, “Galaxy S4 mini I9190”, “Galaxy S4 mini I9192 Duos”, “Galaxy S4 mini I9195 LTE”, “Galaxy S4 Zoom”. “Apple iPhone 5”, “iPhone 5C”, “iPhone 6”, “iPhone 6S Plus”, “iPhone 6S”, “iPhone SE”. “Huawei Ascend P6 S”, “Ascend G525”, “C199”, “GX1s”, “Y625”. “Lenovo 46600”, “A820”, “A858T”, “P70”, “S890”. “Sony Xperia Z1”, “Xperia E3”, “Xperia M”. “Motorola Moto G”, “Moto X”. “LG Optimus 4X HD P880”, “Optimus G”, “Optimus G Pro”, “Optimus L7”, “Faea F1”, “THL W8”, “Archos 53 Platinum”, “Wiko Cink Five”, “Wiko Darknight”, “ZTE V956”, “ZTE UMi X2”, “ZTE Grand S Flex” və “ZTE Grand Memo”.

  • Bakıda 20 yaşlı qadın öldürüldü: Qardaşı könüllü təslim oldu (Yenilənib)

    İyulun 1-də Bakının Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Binəqədi Rayon Prokurorluğundan bildirilib.

    Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan T.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

    * * * * *

    Bakıda 20 yaşlı qadın öldürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Qeyd olunub ki, saat 6:45-də Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə İsmixan qızı Qasımovanın boğulmadan ölməsi ilə bağlı polisə məlumat daxil olub.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı, 1997-ci il təvəllüdlü Təbriz İsmixan oğlu Qasımov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Makqreqorun UFC-yə qayıtma tarixi məlum oldu

    “Makqreqor avqust və ya sentyabrda döyüşməyə hazır olacaq”.

    Bu barədə irlandiyalı döyüşçü Konor Makqreqorun rəqibi ABŞ-li Maykl Çendler məlumat verib.

    “Dünən axşam UFC-nin nümayəndələri ilə görüşdüm və bəzi şeyləri müzakirə etdik. Biz həmişə Konordan danışırıq. O, avqust və ya sentyabrda mənimlə döyüşməyə hazır olacaq”, – deyə Çendler bildirib.

    Mənbə: MMA Mania

  • Səyahət sığortası neçəyə başa gəlir? – RƏSMİ AÇIQLAMA (VİDEO)

    Azərbaycanda səyahət sığortası könüllü olsa da, ABŞ, Kanada və bir sıra Avropa ölkələrində məcburidir.

    Həmin ölkələrə səfər edən şəxslərdən viza ilə yanaşı, səyahət sığortası da tələb olunur.

    Turizm üzrə ekspert Azər İsmayıl bildirib ki, səyahət sığortasının gününə iki-üç avro ödəyərək yarana biləcək problemlərdən azad ola bilərsiniz.

    Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyevin sözlərinə görə, sığorta tarifləri turistin getdiyi ölkədən, müddətdən və digər faktorlardan asılıdır:

    “Təcrübədə görünür ki, xaricə səyahət əsasən qısamüddətli olur. Ona görə də qiymətlər nisbətən münasibdir”.

    Qeyd edək ki, xaricə səfər edən vətəndaş orada hər hansı bir bədbəxt hadisə ilə qarşılaşdığında sığorta müqaviləsindəki qeyd olunan nömrəyə zəng etməlidir. Şirkət isə onun hansı xəstəxanaya yaxınlaşmalı olduğunu və müştərinin bütün xərclərini ödəməlidir.

    Ətraflı ATV-nin süjetində:

  • Həvəskar balıqçılara şad xəbər: Qadağa aradan götürüldü – VİDEO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) qərarı ilə balıq ovu may ayından başlayaraq qadağan olunub.

    Səbəb isə balıqların kürütökmə dövrü ilə əlaqədardır.

    Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri Süleyman Süleymanov bildirib ki, həvəskar balıqçılar üçün qadağa bitsə də, əməl etməli olduqları qaydalar var. Belə ki, həvəskar balıqçılar ov üçün düzgün ərazi seçməlidirlər.

    S.Süleymanov qeyd edib ki, Xəzər dənizində adı qırmızı kitaba düşmüş bəzi balıqlar da var ki, onları ovlamaq qadağandır.

    Ətraflı “Xəzər Xəbər”in süjetində:

  • İranda prezident seçkisi zamanı terror cəhdi: Saxlanılanlar var

    “İranda seçki məntəqələri açılmamışdan əvvəl terror aktları hazırlayan cinayətkarlar saxlanılıblar”.

    Bu barədə İslam Respublikasının daxili işlər nazirinin (DİN) müavini Məcid Mirəhmədi məlumat verib.

    “Prezident seçkisindən əvvəl terror aktları hazırlayan terrorçular ölkəyə daxil olublar, onlar hərbi qulluqçular tərəfindən saxlanılıblar”, – deyə nazir müavini bildirib.

    DİN-in rəis müavini aydınlaşdırıb ki, cinayətkarlar dövlətdə qeyri-sabitlik mühiti yaratmaq və insanları qorxutmaq məqsədilə terror əməliyyatları təşkil etməyi planlaşdırıblar.

    İranın DİN rəhbəri Əhməd Vahidi qeyd edib ki, seçki məntəqələrində asayiş hüquq-mühafizə orqanının 180 min əməkdaşı tərəfindən qorunur.

    Mənbə: İRİB