Month: July 2024

  • Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri başa çatıb

    Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri iyulun 6-da başa çatıb.

    AZƏRTAC xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola salıblar.

  • Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana təhvil veriləcək

    Ermənistanın işğalı altında olan, bu ölkəni Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq.

    Bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

    Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kirants (Güney) və Açarkut kəndlərində yeni yolun inşası işlərilə tanış olub.

    Məlumata görə, yeni yol ona görə inşa edilir ki, Ermənistandan Gürcüstana gedən yolda yerləşən körpü delimitasiya nəticəsində Azərbaycana təhvil veriləcək: “Buraya Güney kəndində iki ev, yolun bir hissəsi daxildir”.

  • Rusiyalı güləşçilər Paris-2024-də iştirak etməyəcəklər

    Rusiya Güləş Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına qatılmayacaqları barədə bəyənat yayıb.

    Məlumata görə, bu barədə Rusiyanın Güləş Federasiyasının Mətbuat Xidməti xəbər yayıb.

    “Biz idmana uyğun olmayan seçim prinsipini qəbul etmirik. Rusiya idmançılarının iştirak etmədiyi güləş yarışları natamam olacaq və çempionlar qələbədən məmnun qalmayacaqlar”.

    Qeyd edək ki, Yay Olimpiya Oyunlarına iyul ayının 26-da start veriləcək.

    Mənbə: Championat.com

  • Azad olunan ərazilərdə yeni seçki məntəqələri yaradılacaq

    İşğaldan azad olunan ərazilərdə yeni seçki məntəqələri yaradılacaq.

    Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

    Onun sözlərinə görə, ötən seçkilərdə azad olunan ərazilərdə seçki məntəqələrinin yaradılması üzərində işlənilib:

    “Həmin ərazilərdə 26 seçki məntəqəsi var idi. Yəqin ki, kifayət qədər də artacaq. Çünki əhalinin qayıdış proqramı ilə əlaqədar oraya qayıdan əhalinin sayı da artıb. Növbəti iclasda bu məsələ gündəliyə çıxarılacaq”.

  • AZAL обратился к общественности

    В последнее время наблюдаются случаи проведения фальшивых рекламных кампаний в социальных сетях от имени ЗАО Azerbaijan Airlines (AZAL).

    Об этом сообщает пресс-служба AZAL.

    “Киберпреступники используют название AZAL, обещая гражданам заманчивые условия, распространяя информацию об “инвестиционном проекте” и приглашая проходить опросы на поддельных платформах.

    Эти мошеннические действия могут привести к серьезным финансовым потерям для граждан”, – говорится в сообщении.

    Авиакомпания Azerbaijan Airlines настоятельно призывает общественность быть бдительной и не доверять подобным кампаниям. Граждане могут получать информацию о деятельности AZAL из официальных источников авиакомпании, таких как официальный веб-сайт и подтвержденные аккаунты в социальных сетях.

    В случае столкновения с мошенническими действиями AZAL рекомендует не переходить по предоставленным фальшивым ссылкам, не сообщать личные данные, немедленно обратиться в соответствующие правоохранительные органы, а также пожаловаться на данные публикации.

  • AZAL ictimaiyyətə müraciət edib

    Son zamanlar sosial şəbəkələrdə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin adından saxta reklam kampaniyalarının təşkili halları müşahidə olunur.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunur ki, kibercinayətkarlar AZAL-ın adından vətəndaşlara şirnikləndirici şərtlər vəd edir, “investisiya layihəsi”nin təbliğatını apararaq saxta platformalar vasitəsilə sorğudan keçməyə dəvət edirlər.

    Bu dələduzluq hərəkətləri vətəndaşlar üçün ciddi maddi itkilərə səbəb ola bilər.

    “Azərbaycan Hava Yolları ictimaiyyəti ayıq olmağa və bu cür kampaniyalara inanmamağa çağırır. Vətəndaşlar AZAL-ın fəaliyyəti haqqında məlumatları aviaşirkətin rəsmi mənbələrindən, rəsmi internet saytından və sosial şəbəkələrdəki təsdiqlənmiş hesablarından əldə edə bilərlər.

    Əgər fırıldaqçılıq fəaliyyəti ilə rastlaşsanız, AZAL təqdim olunan saxta keçidlərə klikləməməyi, şəxsi məlumatlarınızı verməməyi, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi, həmçinin paylaşımları şikayət etməyi tövsiyə edir”, – deyə məlumatda qeyd olunur.

  • Daha 7 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı – SİYAHI

    Mərkəzi Seçki Komissiyasının (MSK) daha 7 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

    Məsələ barədə MSK katibi Arifə Muxtarova qurumun bu gün keçirilən iclasında məlumat verib.

    Toplantıda Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının, Müsavat Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

    Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

    Qeyd edək ki, bundan öncə Respublikaçı Alternativ (REAL), Ağ Partiya və Vətəndaş Həmrəyliyi partiyalarının növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.

  • Скончалась одна из первых ведущих программы “Время”

    Одна из первых ведущих программы “Время” и диктор Центрального телевидения Гостелерадио СССР Аза Лихитченко скончалась.

    Об этом сообщил “Первый канал”.

    “Безупречный образ на экране – сдержанная, уверенная, открытая. Она рассказывала зрителям о главных событиях в жизни страны. И завоевала всенародную любовь”, – напомнил ведущий новостей.

    Корреспондент “Первого канала” отметила, что Лихитченко еще с детства мечтала стать актрисой и пришла на кастинг телеведущей из любопытства. Однако работа на телевидении захватила ее. В итоге она вела программу “Время” с 1968 по 1993 год.

    Телеведущей не стало в возрасте 86 лет.

    Еще в сентябре 2023 года ее экстренно доставили в одну из московских клиник. Ведущая тогда почувствовала недомогание, и ей потребовалась помощь врачей.

    Врачи диагностировали у Лихитченко инфаркт миокарда, из-за осложнений она провела в реанимации две недели. Состояние Азы Лихитченко удалось стабилизировать. Из реанимации ее перевели в обычную палату, позже выписали.

  • Rusiya TV məkanında ən məşhur verilişin ilk aparıcılarından biri vəfat etdi

    Rusiyada “Vremya” proqramının ilk aparıcılarından biri və SSRİ Dövlət Televiziya və Radio Yayımları Komitəsinin Mərkəzi Televiziyasının diktorlarından olan Aza Lixitçenko vəfat edib.

    Bu barədə “Pervıy kanal” məlumat verib.

    “Ekranda mükəmməl obraz – təmkinli, özünəinamlı, açıq. O, tamaşaçılara ölkənin həyatındakı əsas hadisələr barədə danışırdı və ümumxalq məhəbbəti qazanmışdı”, – xəbərdə deyilib.

    Bildirilir ki, Lixitçenko uşaqlıqdan aktyor olmaq arzusunda imiş və televiziya aparıcısı kastinqinə maraqdan gəlib. Lakin televiziyada iş onu cəlb edib. Nəticədə o, 1968-ci ildən 1993-cü ilə qədər “Vremya” proqramını aparıb.

    Teleaparıcı 86 yaşında dünyasını dəyişib.

  • Türkiyədə avtomobil atəşə tutuldu – Ölən və yaralananlar var

    Türkiyədə hərəkətdə olan avtomobil atəşə tutulub, ölən və yaralananlar var.
     
    Bu barədə “NTV Haber” məlumat yayıb.
     
    Bildirilib ki, hadisə Diyarbəkir şəhərində baş verib və nəticədə iki nəfər ölüb, 6 nəfər isə yaralanıb.
     
    Faktla bağlı araşdırma aparılır.