Month: July 2024

  • В Геранбое задержан подозреваемый в краже крупной суммы денег из частного дома

    В Геранбойском районе задержан подозреваемый в хищении крупной суммы денег в одном из частных домов.

    В рамках проведенных сотрудниками районного отдела полиции мероприятий был задержан ранее неоднократно судимый Шахин Дурсунов.

    В ходе предварительного расследования возникли обоснованные подозрения, что задержанный совершил кражу из частного дома 15 тысяч долларов наличными и золотых украшений стоимостью 15 тысяч манатов.

    Расследование по факту продолжается.

  • Goranboyda evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

    Goranboy rayon sakinlərindən birinə məxsus evdən 15 000 dollar və dəyəri 15 000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

    Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şahin Dursunov saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Britaniyanın yeni baş naziri ilk konfransını keçirdi

    Britaniyanın yeni Baş naziri Keyr Starmer jurnalistlər üçün ilk mətbuat konfransını keçirib.

    O,yeni hökumətin artıq fəaliyyətə başladığını bildirib. K.Starmer iyulun 7-də Böyük Britaniyanın bütün subyektlərini ziyarət etmək üçün səfərə çıxacağını diqqətə çatdırıb.

    “Əvvəlcə Şotlandiyaya, sonra Şimali İrlandiyaya, daha sonra Uelsə gedəcəyəm, orada birinci nazirlərlə görüşəcəyəm”, – o qeyd edib.

    Baş nazir deyib ki, o, Böyük Britaniyada fərqli iş üsulu qurmaq istəyir. Starmer vəzifəyə gəldikdən sonra artıq bir sıra dünya liderləri ilə danışdığını və NATO Sammiti üçün növbəti həftə Vaşinqtona gedəcəyini qeyd edib.

    Baş nazir çıxışında təhlükəsizlik və müdafiə məsələlərinin hökumətin bir nömrəli vəzifəsi olduğunu vurğulayıb.

  • Şəki şəhərinin 2712 illiyi qeyd olunub

    İyulun 6-da Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə “Şəhər günü” bayram tədbiri keçirilib. “Şəhər günü”nün Şəkidə İpək Yolu XIII Beynəlxalq Musiqi Festivalının keçirildiyi günlərə təsadüf etməsi sakinlərin bayram sevincinə əlavə rəng qatıb.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Yuxarı Karvansaray” mehmanxana kompleksində reallaşan bayram tədbirinin iştirakçıları əvvəlcə Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərə baxıblar.

    Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, şəhər sakinlərini əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, 2712 illiyini qeyd edən qədim Şəki bütün dövrlərdə Azərbaycan tarixində mühüm yerə malik olub.

    Qeyd olunub ki, Böyük İpək Yolu üzərində yerləşən Şəkinin nadir tarixi memarlıq abidələri – karvansaralar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir. Gözəl təbiətə, nadir tarix-memarlıq abidələrinə malik olması və zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki Azərbaycanın mühüm turizm regionuna çevrilib. Azərbaycan memarlığının ən gözəl abidələri bu şəhərdə yerləşir. Şəki rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş 134 arxeoloji və memarlıq abidəsi var. Onlardan Kiş kəndindəki Alban məbədi, Şəki Xan Sarayı dünya əhəmiyyətli abidələrdir.

    Diqqətə çatdırılıb ki, Şəkinin sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olması bu şəhərə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə üzv olmaq hüququ qazandırıb. 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

    Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin sədri Murad Ağabəyli çıxışında Şəkidə mədəni-tarixi irsin qorunub-saxlanmasına çox böyük diqqət göstərildiyini vurğulayıb, şəhər sakinlərini əlamətdar gün münasibətilə təbrik edib.

    Şəki bələdiyyəsinin sədr müavini Səyyarə Musayeva şəhərin inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verib.

    Rəsmi hissədən sonra bayram tədbirinin iştirakçıları rəngarəng konsert proqramını izləyiblər. Eldar Rəcəbovun rəhbərlik etdiyi Şəki Folklor Ansamblının, Şəkinin tanınmış ifaçılarının, həmçinin Qax rayonundan gəlmiş Qaxingiloy kənd Mədəniyyət evinin “Şvitkatso” xalq xoru və “İmedi” rəqs qrupunun çıxışları bayram tədbiri iştirakçılarının ürəyincə olub.

    Tədbirin sonunda Şəki şəhərinin inkişafı ilə bağlı layihələrin həyata keçirilməsində, “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun ərazisində yerləşən tarixi binaların bərpasının layihələndirilməsi və dizayn işlərinin görülməsində xidmətlərinə, həmçinin Şəkinin mədəni həyatında fəal iştirakına, təhsil, idman sahəsində fərqləndiklərinə görə bir qrup şəhər sakininə xatirə hədiyyələri təqdim olunub.

  • Qarabağ Universitetində ingilis dili üzrə müəllim vakansiyası elan edilib

    Qarabağ Universitetində ingilis dili üzrə müəllim  vakansiyası elan edilib.

    Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, müraciət edən şəxslərin müvafiq sahə üzrə magistr ali elmi-ixtisas dərəcəsi, ingilis dilinin tədrisi üzrə minimum 5 il pedaqoji təcrübə (ali təhsil müəssisəsində olması üstünlükdür), dil proqramlarının hazırlanması və tədrisi üçün nəzərdə tutulan resursların formalaşdırılması üçün təcrübəsi olmalıdır.
    Həmçinin minimum C1 səviyyəsində ingilis dili biliyi (IELTS, TOEFL və s. beynəlxalq dil sertifikatlarının olması üstünlükdür), dil tədrisi üzrə sertifikatlardan (CELTA, TEFL, TESOL və s.) birinə malik olması, innovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı, tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı, yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları, tədqiqatçılıq bacarığı, davamlı peşəkar inkişafa maraqlı olmalıdır.

  • Niderland azarkeşlərindən bozqurd işarəsi

    Bu axşam futbol üzrə Türkiyə millisi AVRO 2024-ün 1/4 finalı çərçivəsində Niderland seçməsi ilə qarşılaşacaq.

    Matç öncəsi Berlin küçələrində rəngarəng anlar yaşanır.

    Hər iki komandanın azarkeşləri arasında dostluq ab-havası hökm sürür.

    Niderlandlı fanatların boz qurd işarəsini nümayiş etdirməsi isə hər kəsin marağına səbəb olub.

  • Bakıda 12 mərtəbəli binada yanğın oldu – VİDEO

    Bakıda 4 otaqlı mənzil yanıb, xəsarət alan yoxdur.
     
    Yanğın Nərimanov rayonu, Aşıq Alı küçəsində qeydə alınıb.
     
    FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
     
    Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində on iki mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş vermiş yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
     
    Yanğın nəticəsində ümumi sahəsi 180kv.m. olan dördotaqlı mənzilin bir otağı qismən yanıb.
     
    Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
     

  • Maşın nömrəsini çıxarıb yerinə vatsap nömrəsi taxırlar – Polis araşdırır

    Bakıda yeni dələduzluq növü yayılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi N.Ağaverdiyev paylaşım edib.

    O bildirib ki, yaşadığı məhəllədə maşınının nömrəsini açaraq üstünə Rusiyaya məxsus vatsap nömrəsi qoyublar.

    Vətəndaş hadisədən sonra sözügedən nömrə ilə əlaqə saxlayıb, ona bildirilib ki, həmin şəxs Rusiyada yaşayır və məsələdən xəbəri yoxdur. Ardınca şikayətçi hüquq-mühafizə orqanlarına müraciət edib. Daha sonra həmin şəxslər nömrəni gətirərək polisə təhvil veriblər.

    Paylaşıma reaksiya verən digər sosial şəbəkə istifadəçiləri isə qeyd ediblər ki, bu hallara son vaxtlar tez-tez rast gəlinir. Əksər hadisələrdə isə maşın nömrələri tapılmır. Qoyulan vatsap nömrəsi ilə əlaqə saxlanılan zaman qarşı tərəfdəki şəxs pul müqabilində maşın nömrəsinin yerini deyir.

    * * * * *

    Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib ki, hadisə ilə bağılı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.

  • Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başa çatıb

    Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri iyulun 6-da başa çatıb.

    AZƏRTAC xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.

  • Şuşada Prezident İlham Əliyevin adından TDT dövlət və hökumət başçılarının şərəfinə nahar verilib

    İyulun 6-da Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türk Dövlətləri Təşkilatı dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.