Month: July 2024

  • Zirinc bitkisi bu dərdlərin dərmanı imiş

    Zirinc qədimdən həm qida, həm də müalicəvi məqsədlə geniş istifadə olunur.

    Median.Az xarici mediaya istinadən zirincin faydalarını təqdim edir:

    – Yaddaşı gücləndirir

    – Bağırsaq sağlamlığını dəstəkləyir

    – Antidepressantdır

    – Qan şəkəri balansını yaxşılaşdırır

    – Xroniki iltihabın qarşısını alır

    – Arıqlamağa kömək edir

    – Xərçəng əleyhinə xüsusiyyətlərə malikdir

    – Xolesterol dəyərlərini düzəldir

    – Qan təzyiqini aşağı salır

    – Ürək xəstəliklərinin qarşısını alır

    – Mitoxondrial funksiyanı yaxşılaşdırır.
    //metbuat.az

  • Azərbaycan idmançılarının iyul ayı üçün reytinq cədvəli bəlli olub

    Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərininiyul ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb.

    Qurumdan verilən məlumata görə, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal) birinci pillədə qərarlaşıb.

    Cüdoçu Hidayət Heydərov (450) ikinci, idman gimnastı Nikita Simonov (430) isə üçüncü sıraya yüksəlib.

    Bədii gimnast Zöhrə Ağamirova (340), cüdoçular Zelim Kotsoyev (330), Rəşid Məmmədəliyev (295), Yaşar Nəcəfov (290), Balabəy Ağayev (290), Elcan Hacıyev (290) növbəti sıralarda yer alıblar.

  • Magistratura imtahanının nəticələri açıqlanıb

    Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib.

    DİM-dən verilən məlumata görə, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

    Qəbul olunanların siyahısı sabah günün birinci yarısında “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

    Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15660 bakalavrdan 13494 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9694 nəfər ali təhsil müəssisələrinin cari, 3790 nəfər isə əvvəlki illərin məzunudur.

    Magistraturaya qəbul olmuş şəxslər 9 – 18 iyul tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər.

    Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

    Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.

  • Kafedə domino oynamağa icazə verməyən ofisantı döydü, həbs edildi

    Bakıda kafedə domino oynamağa icazə verməyən ofisant qızı döyən şəxs həbs edilib.

    Hadisə Nizami rayonundakı fəhlə bazarı deyilən yerin yaxınlığındakı kafedə baş verib.

    1974-cü ildə Kürdəmir şəhərində anadan olmuş Elvin Rəsulov (şərti) kafedə ofisiant işləyən Zəminə adlı qadından oynamaq üçün domino istəyib. Zərərçəkmiş qadın isə domino oynanılmasını kafe rəhbərliyinin qadağan etdiyini bildirib və bundan sonra aralarında mübahisə yaranıb. Elvin Zəminəni itələyib və ona sillə vurub. Qadın hadisə nəticəsində huşunu itirib.

    Məhkəmənin qərar ilə Elvin Rəsulov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 7 gün müddətinə inzibati qaydada həbs edilib.
    //qaynar.az

  • Alimlər dünyanın ən mürəkkəb labirintini dizayn etdi

    Böyük Britaniyanın Bristol Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi bir qrup fizik inanılmaz dərəcədə mürəkkəb fraktal labirintlər yaratmaq üçün üsul hazırlayıb. Alimlər qeyd ediblər ki, belə tapmacalar maddənin ekzotik formalarının strukturunu daha yaxşı anlamağa kömək edəcək.

    Tədqiqat “Physical Review X” (PRX) elmi jurnalında dərc olunub.

    Mütəxəssislər son dərəcə mürəkkəb vizual strukturların Ammann-Binker fayansları kimi tanınan nümunələrdə Hamilton dövrləri adlanan marşrutların tədqiqi zamanı ortaya çıxdığını söyləyirlər. Oxşar hesablamalar kvazikristalları təsvir etmək üçün lazımdır.

    Kvasikristallar təbiətdə demək olar ki, rast gəlinməyən maddə formasıdır. Bu bərk cisimlərdə nizamlı və nizamsız kristalların qəribə hibrididir.

    Sıralı kristallarda (məsələn, duz, almaz və ya kvars) atomlar səliqəli, vahid üçölçülü qəfəslərdə düzülür. Nizamsız kristallarda atomlar təsadüfi qarışdırılır. Belə materiala misal olaraq şüşə və bəzi yerdən kənar buz formalarını göstərmək olar.

    Kvasikristallar bu ziddiyyətli keyfiyyətləri birləşdirərək bir-birinə çox bənzəyən, lakin üst-üstə düşdükdə bir-birinə uyğun gəlməyən atom nümunələri yaradırlar.

    Belə materialın strukturunu başa düşmək üçün tədqiqatçılar Hamilton dövründən, marşrutun hər bir nöqtəsinin yalnız bir dəfə ziyarət edildiyi marşrut növündən istifadə ediblər. Hesablamaları vizuallaşdırarkən elm adamları son dərəcə mürəkkəb, lakin keçə bilən labirint şəklini alıblar.

    Fiziklər qeyd ediblər ki, belə tapmacalar mürəkkəb elmi problemləri, o cümlədən marşrut tapmaq sistemləri, zülalların qatlanması, molekulların tutulması və digər prosesləri həll etmək potensialına malikdir.
    //qaynar.az

  • Əməkdar artist ölkədən getdi

    Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Teatrının baş rejissoru Sərvər Əliyev ölkədən gedib.

    Bu barədə Qaynarinfo-ya sənətçinin özü məlumat verib.

    Rejissor işindən ayrılması ilə bağlı mədəniyyət nazirinə rəsmi ərizə ilə müraciət edib:

    “Mən artıq Dərbənd Azərbaycan Dram Teatrının baş rejissoru vəzifəsində çalışıram. 21 iyundan işdən getməyim üçün ərizəmi Mədəniyyət Nazirliyinə göndərmişəm. Daha orda işləmək haqqında düşünmürəm”.

    “Sizi Azərbaycandan küsdürən səbəb nə olub” sualına Sərvər Əliyevin cavabı belə olub:

    “Çox şey. Açıqlama verəcəm”.

  • Bağ evlərinin kirayə qiyməti bahalaşdı – Təlabat hansı ərazilərədir?

    Bakı bağlarında kirayə evlərin qiyməti kəskin qalxıb.

    Bu barədə Qaynarinfo-ya əmlak eksperti Elnur Əsədov deyib.

    Ekspert hazırda bu evlərə təlabatın artığını qeyd edib:

    “İyul ayında məzuniyyət dövrü başlayır. Dərslər başa çatdığı üçün bazara birdən-birə axın olduğundan kəskin qiymət artımı müşahidə edilir. Birdən-birə bazara gün ərzində 5-10 müştəri müraciət edir. Bu hal bütün bazara şamil olunmur. Təlabat əsasən dənizə yaxın ərazilərədir”.

    Elnur Əsədov dənizə yaxın olan bağ evlərinin qiymətinin daha yüksək olduğunu vurğulayıb:

    “Kirayə qiyməti 1000 manatadək olan evlər var. Ən böyük təlabat onlaradı. Amma bundan yuxarı olan evlərə edilən müraciətlərin sayı azdır”.

    Ekspertin sözlərinə görə, daşınmaz əmlakın qiymətinin formalaşmasında ən başlıca səbəb çoğrafi yerləşmədir:

    “Söhbət Abşeron və Bakıdan gedirsə burada təlabat daha çox dənizə yaxın olan evlərdir. Yəni bağ sahələri nə qədər dənizə yaxın olsa qiymət bir o qədər yüksək olur. İkinci yerdə bağın yerləşdiyi məkanda ticarət infrastrukturudur. Bunlar varsa qiymət yüksək olacaq. Minlərlə adam məzuniyyətə çıxıb və onlar bir başa bu ərazilərdə kirayə ev axtarışına çıxır. Təlabat artan kimi qiymətlər də qalxır”.

  • Bakıda sələmçi qadının qəribə şantajı – Fotolarını Qabilə göndərdi

    Bakıda 55 yaşlı qadın qanunsuz sahibkarlıq və hədə-qorxu ilə tələbetmə cinayətlərinə görə həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən Qönçə Məmmədova qanunsuz olaraq vətəndaşlara sələm verərək göstərdiyi xidmət qarşılığında müştərilərindən faiz alıb.

    Q.Məmmədova 13 nəfərə 92 min 760 min manat sələm verib, hesabladığı faizlərlə birlikdə onlardan əlavə 51 min 675 manat pul alıb. Qadının bu və digər əməllərinin üstü müştərilərindən ikisini şantaj etdikdən sonra açılıb.

    İstintaq materiallarında yazılıb ki, Q.Məmmədova ondan pul götürən G.Quliyeva və F.Fərzəliyevaya borclarından əlavə pul hesablayıb.

    Daha dəqiq desək, o, zərərçəkmiş G.Quliyevaya borcundan əlavə 28 min 500, F.Fərzəliyevaya isə 4 min 500 manat məbləğində ödəniş hesablayıb. Zərərçəkmiş şəxslər sələmçinin tələbləri ilə razılaşmadıqda isə şantaj olunublar.

    Təqsirləndirilən xanım həmcinslərini şantaj etmək üçün maraqlı yola əl atıb. O, zərərçəkmişləri üçüncü şəxs vasitəsilə tanıdığı, hazırda Almaniyada yaşayan bloqer Qabil Məmmədovla hədələyib.

    Zərərçəkmiş xanımlar şikayətlərində yazırlar ki, Qönçə Məmmədova onlara yutub və digər sosial şəbəkələrdə Qabil vasitəsilə rüsvay edəcəyini, şərəf və ləyaqətlərini alçaldacağını deyib. Onlar razılaşmadıqda isə özlərinin və qohumlarının sosial şəbəkə hesablarından toplanmış şəkil və videolar Qabilə göndərilib. Bundan sonra sövdələşməyə əsasən, Qabil özünün sosial şəbəkə üzərindən fəaliyyət göstərən kanalında G.Quliyevanın və xalası qızının şəkillərini paylaşıb, guya onların müxtəlif cinayətlərdə iştirak etdiklərini deyib, onlar haqda rüsvayedici ifadələr işlədib.

    Sələmçi qadın digər zərərçəkmişi də eyni cür şantaj edib.

    F.Fərzəliyevanın sözlərinə görə, Qönçə Qabili xalası oğlu kimi təqdim edib. Deyib ki, əvvəl G.Quliyeva adlı müştəri də onun dediklərinə əməl etməyib, bu səbəbdən Qabil vasitəsilə onu rüsvay edib. F.Fərzəliyeva Qabilin nalayiq sözlərindən qorxduğu üçün sələmçi qadınla razılaşmağa çalışıb. Lakin sonradan qanunsuz tələblərindən bezərək prokurorluğa şikayət etmək qərarına gəlib.

    Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılıb.

    İstintaq zamanı Qönçə Məmmədova G.Quliyeva və F.Fərzəliyevanın ikisi ilə də ayrı-ayrı üzləşdirilib. Zərərçəkmiş şəxslər əməllərini təqsirləndirilənin üzünə deyərək onu ifşa ediblər.

    Qönçə Məmmədova özünü qismən təqsirli hesab edir. O, ilkin ifadəsində zərərçəkmişlərin ona olan borcunu qaytarmadıqlarını deyib. G.Quliyeva haqda məlumatları da Qabilə ona görə göndərib ki, bu yolla təsir etsin. Dediyinə görə, daha əvvəl G.Quliyeva barədə polisə şikayət edib. O, Qabil Məmmədovun xalası oğlu olmadığını, onunla digər şəxsin vasitəsilə tanış olduğunu bildirib.

    Bu işlə bağlı Qönçə Məmmədova ilə birgə Qabil Məmmədov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin ölkə hüdudlarından kənarda olduğu üçün ona ittiham elan edilməyib. Bloqerin Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə başlanmış cinayət işi ayrıca icraata götürülüb.

    Qönçə Məmmədovaya isə 182-ci maddə ilə yanaşı, 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə ittiham elan edilib. İş üzrə ilkin istintaq bu günlərdə tamamlanıb, yaxında məhkəmə başlayacaq.

  • СМИ: Финский чиновник впервые может стать замгенсека НАТО

    Глава департамента ресурсной политики Министерства обороны Финляндии Тарья Яаккола может впервые в истории страны стать заместителем генерального секретаря Североатлантического альянса.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщает газета Helsingin Sanomat.

    В Минобороны ожидают принятия решения в ближайшие месяцы.

    Всего у генсека НАТО восемь заместителей, отмечает газета. Яаккола получила контакт от Минобороны на период с 2022 по 2027 год. Ранее она также работала руководителем подразделения Европейского оборонного агентства в Брюсселе, отмечает газета.

  • KİV: Finlandiya rəsmisi ilk dəfə NATO Baş katibinin müavini ola bilər

    Finlandiya Müdafiə Nazirliyinin resurs siyasəti departamentinin rəhbəri Tarya Yaakkola ölkə tarixində ilk dəfə NATO-nun Baş katibinin müavini ola bilər.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb.

    Ölkənin Müdafiə Nazirliyi yaxın aylarda bununla bağlı qərarın veriləcəyini gözləyir.

    Qeyd ümumilikdə NATO Baş katibinin 8 müavini var.