Month: July 2024

  • Azərbaycan sentyabrda Yaponiyada keçiriləcək turizm sərgisində iştirak edəcək

    Azərbaycan Yaponiyanın paytaxtı Tokioda keçiriləcək “Turizm EXPO Yaponiya 2024” (TEJ) turizm sərgisində iştirak edəcək.

    Artıq bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb. Sərgi sentyabrın 26-29-u tarixlərində baş tutacaq.

    “Turizm EXPO Yaponiya” Yaponiyanın Səyahət və Turizm Assosiasiyası (JTTA), Səyahət Agentlikləri Assosiasiyası (JATA) və Milli Turizm Təşkilatının (JNTO) birgə təşkilatçılığı ilə keçirilən ölkənin ən böyük səyahət sərgisidir.
    //report

  • Portuqaliya millisinin qapıçısı rekorda imza atıb

    Portuqaliya millisinin qapıçısı Dioqu Koşta rekorda imza atıb.

    Median.Az “Opta”ya istinadən xəbər verir ki, qolkiper buna Almaniyada təşkil olunan Avropa çempinatının 1/8 final mərhələsinin Sloveniya ilə oyununda nail olub.

    Penaltilər seriyasında ardıcıl üç zərbəni dəf edən D.Koşta bunu bacaran ilk qapıçı kimi tarixə düşüb.

    O, həm də qitə çempionatları tarixində oyunsonrası penalti seriyasında qola imkan verməyən yeganə qolkiperdir.

    Qeyd edək ki, penaltilər seriyasında rəqibini 3:0 hesabı ilə üstələyən Portuqaliya millisi 1/4 finalda Fransanın rəqibi olub.
    //report

  • Mingəçevirdə bu şəxsin axtarışına amfibiya təyyarəsi cəlb olundu – VİDEO

    Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, axtarış-xilasetmə zonasının genişləndirilməsi və axtarış işlərinin daha da intensivləşdirilməsi məqsədilə FHN-nin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış işlərinə cəlb olunub.

    Həmin görüntüləri təqdim edirik:

  • В Багдаде состоится встреча между представителями Турции и Сирии

    В столице Ирака Багдаде состоится встреча представителей Турции и Сирии.

    Об этом сообщает Median.Az со ссылкой на TGRT Haber.

    Согласно информации, стороны обсудят нормализацию отношений. Точная дата встречи пока не разглашается.

    Напомним, что президент Турции Реджеп Тайип Эрдоган ранее заявил, что нет фактора, препятствующего восстановлению отношений между Анкарой и Дамаском.

  • Bağdadda Türkiyə və Suriya nümayəndələri arasında görüş olacaq

    İraqın paytaxtı Bağdadda Türkiyə və Suriya nümayəndələri arasında görüş olacaq.

    Bu barədə “TGRT Haber” məlumat yayıb.

    Qeyd olunub ki, tərəflər münasibətlərin normallaşmasını müzakirə edəcəklər.

    Görüşün dəqiq tarixi hələ ki açıqlanmayıb.

    Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Ankara ilə Dəməşq arasında münasibətlərin bərpasına mane olan amilin olmadığını bəyan edib.

  • Çili millisinin futbolçusu İtaliya klubundan ayrılıb

    Çili millisinin futbolçusu Aleksis Sançes İtaliyanın “İnter” klubundan ayrılıb.

    Bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    35 yaşlı hücumçu müqavilə müddəti başa çatdığı üçün “İnter”dən ayrılıb.

    Qeyd edək ki, A.Sançes 2019-cu ildən “neradzurri”də çıxış edirdi. O, bu müddətdə klubla 5 kubok qazanıb. Forvard ötən mövsüm bütün turnirlərdə 33 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

  • Южная Корея впервые за шесть лет возобновила стрельбы у границы с КНДР

    Южная Корея возобновила проведение стрельб на полигонах вблизи границы с КНДР, которые были приостановлены шесть лет назад в рамках двусторонних договоренностей о снижении напряженности.

    Об этом сообщило агентство Yonhap.

    Отмечается, что учения артиллерии прошли в провинциях Кёнгидо и Канвондо. В них были задействованы самоходные артиллерийские установки K-9.

    Республика Корея 4 июня решила полностью приостановить выполнение соглашения о снижении напряженности от 19 сентября 2018 года после запуска шаров с мусором из народной республики. Пхеньян в 2023 году отказался от соблюдения этого соглашения, после того как Сеул перестал выполнять его частично в ответ на запуск разведывательного спутника в ноябре.

    На прошлой неделе ВС Республики Корея также проводили учения с боевыми стрельбами из реактивных систем залпового огня “Чхонму” на полигоне в 140 км к юго-западу от Сеула.

  • Cənubi Koreya son altı ildə ilk dəfə şimalla sərhəddə təlimlər keçirir

    Cənubi Koreya Şimali Koreya ilə sərhəddə gərginliyi azaltmaq üçün ikitərəfli razılaşmalar çərçivəsində altı il əvvəl dayandırılmış təlimləri bərpa edib.

    Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

    Qeyd olunur ki, artilleriya təlimləri Kyonqqi və Qanqvon əyalətlərində baş tutub. Manevrlərə K-9 özüyeriyən artilleriya qurğuları cəlb edilib.

    Keçən həftə Cənubi Koreya Silahlı Qüvvələri Seuldan 140 km cənub-qərbdə yerləşən poliqonda “Cheonmu” çoxsaylı buraxılış raket sistemləri ilə canlı atəş təlimləri keçirib.

  • Власти Нидерландов выдали разрешение на поставку Украине истребителей F-16

    Необходимое для поставки Украине истребителей F-16 разрешение уже выдано.

    Как передает Median.Az со ссылкой на телеканал RTL, об этом заявила министр обороны Нидерландов Кайса Оллонгрен.

    По ее словам, первые самолеты будут отправлены в ближайшее время.

    Телеканал отмечает, что министр передала соответствующее сообщение парламенту, однако по соображениям безопасности Минобороны Нидерландов не объявляет, когда состоится первая поставка.

    Подчеркивается, что разрешение было выдано 19 июня. Также голландцы разрешили экспорт семи авиационных двигателей F-16.

  • Niderland Ukraynaya “F-16” qırıcıları göndərir

    Niderland Ukraynaya 24 ədəd “F-16” qırıcısı ixrac edəcək.

    “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Kaysa Ollonqren bildirib.

    İxracla bağlı qərar iyunun 19-da verilib.

    Bununla yanaşı, Ukraynaya yeddi “F-16” təyyarə mühərriki ixrac ediləcək.

    Qeyd edək ki, ukraynalı pilotlar ötən ildən bir neçə ölkədə F-16-ları idarə etmək üçün təlimləri davam etdirirlər. Ukrayna bu yay ilk qırıcıları qəbul etməlidir.