Month: July 2024

  • Bakıda 39 yaşlı kişini avtomobil vurub

    Bakının Sabunçu rayonunda 39 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    1985-ci il təvəllüdlü Orucov İlham İsmayıl oğlu yolu keçərkən onu avtomobil vurub.

    Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Pandemiya dövründə maska biznesi ilə məşğul olan şəxs: “Nazirliyin zabiti faizə pul təklif etdi”

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq- külli miqdarda törədildikdə) ilə təqsirləndirilən şəxs Sərraf Əliheydər oğlu Əliyevin məhkəmə prosesinin ilk iclası keçirilib.

    “Unikal”ın məlumatına görə, ilkin olaraq cinayət işində zərərçəkmiş qismində “MYPRO” MMC şirkətinin rəhbəri Arif Vaqif oğlu Məmmədov ifadə verib:

    “2020-ci illərdə, pandemiya düşən vaxtı mənə tanışlarımdan biri zəng elədi ki, Sərraf adlı bir nəfər səninlə görüşmək istəyir, mən də razılaşdım. Bir neçə saatdan sonra Sərraf mənə zəng elədi ki, mən sizin məhsulları oradan-buradan alıram. Gəl görüşək, söhbət edək. Mən də gəldim görüşdüm, dedi maskaları, əlcəkləri birbaşa səndən alım. Mən də “Sədərək” ticarət mərkəzində tibbi maskaların, əlcəklərin topdan satışı ilə məşğul idim. Sərraf mənə dedi ki, apteklərim olub, mənə atıblar, müflis olmuşam, mənə vəziyyətdən çıxmağa kömək elə. İlk olaraq mən ona 2 700 manatlıq maska göndərdim. Sonra məndən tibbi əlcək də istədi, ümumilikdə 52 min manatlıq maska, əlcək göndərdim. Maskanı topdan qiymətə 13 qəpikdən verdim. Bir də məlum oldu ki, həmin maskalar bazarda 11 qəpiyə satılır, halbuki bu mal mənə Bakıya 12 qəpiyə başa gəlirdi və həmin mal Bakıda ancaq mənim şirkətimə gəlirdi. Bir az araşdırmadan sonra məlum oldu ki, maskanı bazara mayasından aşağı qiymətə Sərraf paylayıb. Malımın bir hissəsini götürə bilsəm də, çox pulumu ala bilmədim. Mənə dedi əvəzinə spirt verim, razı olmadım. İndi mənə 29 205 manat borcu var”.

    Təqsirləndirilən şəxs Sərraf Əliyev zərərçəkənin verdiyi ifadəyə cavab olaraq bildirib ki, Arif ona ağ maska verib:

    “Ancaq həmin vaxt ən çox satılan göy və qara maskalar idi. Mən ondan 400 min ədəd maska almışam. Həmin vaxt bazarda maskanın topdan nağd qiyməti 11 qəpik idi, nisyə isə 13,5 qəpiyə aldım. Arif mənə tibbi maska adı ilə gigiyenik maska satıb”.

    Hakim Rasim Sadıxov isə hər iki şəxsin maskanı baha satmağına etiraz edib:

    “Həmin vaxtı sizin 13 qəpiyə aldığınız maskanı biz aptekdən pandemiya vaxtı aşağısı 20 qəpiyə alırdıq. Xalqımızın çətin vaxtı siz niyə o qiymətə maska satırdınız?”.

    Sonra digər zərərçəkən Elnur Aydın oğlu Süleymanov ifadə verib:

    “Mən Müdafiə Nazirliyinin Maliyyə Xidmətində işləmişəm, 2019-ci ildə işimi dəyişdim, zabitəm. Rafiq dedi ki, gəl biznesə qoşul, pul qazanaq. Mənə cəmi 11 800 manat pul qaytarıb. Ümumilikdə Sərrafa 100 000 manat pul vermişəm”.

    Sərraf Əliyev Elnurun ifadəsinə cavab olaraq bildirib ki, Elnur ona faizə pul verib və şərik olmayıb:

    “Verdiyi pulların arasında beş ay fərq olub. İlk dəfə 70 000 sonra isə 30 000 manat pul verib. Hətta mənə 500 min manat bir dəfəyə faizə pul təklif edib”.

    Məhkəmənin gedişində məlum olub ki, bu işdə zərərçəkən qismində tanınan Rafiq Məmmədov 700 000-lik dələduzluğa görə həbs olunub, Elnur isə onu Bakı İstintaq Təcridxanasından ziyanını ödəyərək çıxardıb.

    Qeyd edək ki, cinayət işində iki nəfər və bir şirkət zərərçəkmiş qismində tanınıb.

    Növbəti məhkəmə prosesi 23 iyul tarixinə kimi təxirə salınıb.

  • Səhiyyə Nazirliyi estetik klinikanın həkimini CƏRİMƏLƏDİ

    Nərimanov rayonunda fəaliyyət göstərən özəl estetik klinikaların birində həkim işləyən Elvira Rafiqqızı Səhiyyə Nazirliyi tərəfindən cərimələnib.

    “Qaynarinfo”nun məlumatına görə, ona İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə cərimə yazılıb.

    Bu maddə lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmaqla bağlıdır. Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 2 000 manatdan 3 000 manatadək, vəzifəli şəxslərin 5 000 manatdan 10 000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 30 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

    Elvira Rafiqqızı nazirliyin qərarından narazı qalıb. O, qərarla bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Şikayətə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Solmaz Mustafayeva iş üzrə hakim təyin edilib.

  • На саммите ШОС состоится встреча президентов Азербайджана и России

    Президент России Владимир Путин проведет на саммите Шанхайской организации сотрудничества (ШОС) целую серию двусторонних встреч с лидерами других стран. Как сообщил на брифинге помощник главы российского государства Юрий Ушаков, не исключено согласование дополнительных контактов на полях мероприятия.

    Москва, рассказал Ушаков, воспринимает саммит в Астане как “шанс организовать двусторонние контакты с лидерами стран, которые там будут присутствовать”, поэтому программа президента РФ “включает целый ряд весьма важных двусторонних контактов”.

    “В частности, 3 июля – за день до начала протокольных мероприятий – запланированы переговоры с Президентом Азербайджана Ильхамом Алиевым, а также с президентами Монголии Ухнаагийн Хурэлсухом и Турции Реджепом Тайипом Эрдоганом, председателем КНР Си Цзиньпином, премьер-министром Пакистана Шахбазом Шарифом. Незадолго до запланированного на вечер неформального обеда участников саммита ожидается также встреча с президентом Казахстана Касым-Жомартом Токаевым”, – говорится в сообщении.

    “4 июля”, – отметил Ушаков, – “может быть будет время для организации небольших кратких двусторонних контактов, в числе которых уже согласованы переговоры с врио президента Ирана Мохаммадом Мохбером”.

    “В целом же в мероприятиях ШОС будут также принимать участие представители Катара, ОАЭ, Туркмении, а также представители международных организаций – генеральные секретари ООН Антониу Гутерриш, СНГ Сергей Лебедев и ОДКБ Имангали Тасмагамбетов, а также руководители ОЭСР, Исламской организации по продовольствию и безопасности”, – добавил он.

    Источник: ТАСС

  • Rusiya və Azərbaycan prezidentləri arasında görüş olacaq

    Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.

    Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

    Onun sözlərinə görə, liderlərin görüşü iyulun 3-də Astanada Şanxay Əməkdaşlığı Təşkilatının Sammiti çərçivəsində protokol tədbirlərinin başlamasından bir gün əvvəl keçiriləcək.

    Mənbə: TASS

  • Keniyada yenidən etirazlar başlayıb, polis gözyaşardıcı qazdan istifadə edib

    Keniyanın paytaxtı Nayrobidə və böyük şəhərlərində – Miolonqo, Maiyaki Vey, Miqori, Kisumu, Nakuruda vergi artımı ilə bağlı qanun layihəsinə etirazlar yenidən başlayıb.

    Bu barədə yerli “Citizen” telekanalı məlumat yayıb.

    Bildirilib ki, polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etməyə başlayıb.

    Etirazçılar əvvəllər maliyyə haqqında mübahisəli qanun layihəsinin geri çağırılması prosesinin rəsmi təşəbbüskarı olan Keniya Prezidenti Uilyam Rutonun istefası üçün şüarlar səsləndirirlər.

    Ölkə ordusu zirehli avtomobillə Kisumu şəhərindəki etiraz aksiyası yerinə gedib.

    Qeyd edək ki, daha əvvəl Keniyada hökumət əleyhinə etirazlarda azı 39 nəfər ölüb, 361 nəfər yaralanıb.

  • Pensiya artımı kimlərə şamil olunacaq?

    Azərbaycan Prezidenti “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100% sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla əlaqədardır.

    Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, hazırda onlara təminat xərclərinin 60%-i məbləğində pensiya təyin olunur: “Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10% artırılmasını nəzərdə tutur. İndi həmin vətəndaşlar təminat xərclərinin 60 deyil, 70% həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq”.

    Millət vəkilinin sözlərinə görə, digər əlavələri də nəzərə alsaq, bu, həmin vətəndaşlarımızın pensiyalarında daha yüksək artımlara səbəb olacaq:

    “Yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək. Belə ki, əmək pensiyasında təyinat zamanı vətəndaşlarımız üçün pensiya seçimində daha yüksək məbləğə avtomatik üstünlük veriləcək. Bu isə proseduralardan keçmədən, qısa zamanda pensiya təminatına imkan yaradacaq”, – deyə V. Bayramov əlavə edib.

  • Türkiyədə meşə yanır: Təxribat olduğu ehtimal edilir

    Türkiyədə meşə yanır.

    Məlumata görə, yanğın Türkiyənin Muğla şəhərində meşədə başlayıb. Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

    Qeyd edək ki, bundan bir qədər əvvəl meşənin yaxınlığındakı başqa bir ərazidə də yanğın olub.

    İki hadisə arasında əlaqənin olması araşdırılır. Yanğının təxribat xarakterli olması ehtimalı var.

    Mənbə: Haber Global

  • Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən daha birində avtobus zolağı çəkildi – FOTO

    Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində – İnşaatçılar prospektindən Mətbuat prospektinə qədər hərəkət zolağı təşkil edilib.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məlumata görə, həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılır.

    “Hər gün Ə.Haqverdiyev küçəsindən 1 123 dəfə avtobus keçir. İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz, əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırırıq. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək”, – deyə məlumatda qeyd edilib.

  • Azərbaycanda ərzaqlıq buğdanın yeni dövlət tədarük qiyməti müəyyən edilib

    Azərbaycanda 2024-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 400 manat/ton olaraq müəyyənləşib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 50 manat və yaxud 11,1 % azdır.

    Xatırladaq ki, Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.