Month: July 2024

  • Sabah Olimpiadada hansı idmançılarımız mübarizəyə qoşulacaq?

    Azərbaycan idmançılarının Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarında 28 iyul tarixinə nəzərdə tutulan proqramı açıqlanıb.

    Proqram aşağıdakı kimidir:

    28 iyul saat 12:00
    Cüdo (kişilər, -66 kq), 1/16 final
    Yaşar Nəcəfov və Strahinya Bunçiç (Serbiya)

    Cüdo (qadınlar, -52kq), 1/16 final
    Gültac Məmmədliyeva və Ancelika Delqado (ABŞ)
    28 iyul saat 18:18
    Boks (kişilər, 92 kq), 1/8 final
    Alfonso Dominqes və Xulio Sesar La Krus (Kuba)

  • Azərbaycanda mikroavtobus vəzifəli şəxsi vurub öldürdü

    Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

    Belə ki, “Ford” markalı mikroavtobusun sürücüsü, 1988-cu il təvəllüdlü Asif Ziyad oğlu İsmayılov rayon avtovağzalının qarşısında avtomobilini geriyə verərkən Kürdəmir rayon avtovağzalının müdiri, 1958-ci il təvəllüdlü Asif Ağa oğlu İsrafilovu vurub.

    Piyada Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan minimum əməkhaqqı 600 manat olacaq? – AÇIQLAMA

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın 1-ə qədər təqdim olunacaq. Hökumətdə müzakirə edildikdən sonra minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir. Qeyd edək ki, minimum əməkhaqqında ən son artım 2023-cü ildə olub və 345 manat müəyyən edilib. İndi çoxlarını bir sual düşündürür: Minimum əməkhaqqı nə qədər artırılmalıdır ki, inflyasiya rəqəmləri insanlara daha az təsir etsin?

    Dünyada necədir?

    Bu sahədə dünyada mövcud olan rəqəmlər də maraqlıdır. Məsələn, Rusiyada minimum əməkhaqqı 2024-cü ildə aylıq təxminən 19 242 rubl – 250 dollar, Türkiyədə 10 350 TL – 380 dollar, Braziliyada 1 302 Braziliya realı – 265 dollar, Meksikada 6 223 peso – təxminən 350 ABŞ dolları, Çində isə 2 590 yuan- 365 dollar təşkil edir.

    İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, müşahidə edilən qiymət artımları fonunda minimum əməkhaqqının artırılması vacibdir: “Çox böyük ehtimal ki, artım 2025-ci ilin əvvəlinə təsadüf edəcək. 2024-cü ildə minimum əməkhaqqının artırılması ehtimalları çox aşağıdır, hətta demək olar ki, yox səviyyəsindədir. İndiki şərtlər daxilində ehtimallar ondan ibarətdir ki, hökumət minimum əməkhaqqını təxminən 10-15 faiz aralığında artıra bilər. Çünki 2024-cü ildə bu proses baş vermədi. Amma olmalı idi. 2023-cü ildə rəsmi rəqəmlərlə ifadə olunan inflyasiya əhalinin alıcılıq qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədib. Bu il də inflyasiya davam edir. İki illik müqayisədə o nəticəyə gələ bilərik ki, rəsmi rəqəmlərlə 12-13 faiz artım baş verəcək”.

    “İstehlak səbətinin strukturu dəyişdirilməlidir”

    R.Həsənovun fikrincə, minimum əməkhaqqı və istehlak səbəti uyğunlaşdırılmalıdır: “Hiss edilən inflyasiya minimum əməkhaqqı ilə çalışan şəxslərin alıcılıq qabiliyyətində özünü daha çox büruzə verir. Çünki onlar daha çox gündəlik ərzaq məhsulları istehlak edirlər. Bu məhsulların qiymətləri daha yüksək faizlərlə artır. Düşünürəm ki, Azərbaycanda istehlak səbətinin strukturu dəyişdirilməlidir. Yeni dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Azərbaycanda əmək bazarı iştirakçılarının əhəmiyyətli hissəsi minimum əməkhaqqı alır”.

    600 manata çatdırılmalıdır

    Ekspert minimum əməkhaqqı ilə bağlı vahid qaydaların olmadığını bildirir: “Minimum əməkhaqqı daha çox ehtiyaclar və hökumətlərin sosial siyasətinin səviyyəsindən asılı olaraq müəyyən edilir. Türkiyədə və bir çox ölkələrdə inflyasiya daha sürətli olduğu zaman rüblük və yarımillik əsaslarla minimum əməkhaqqının artırılmasına başlanılıb. Bu, həmçinin vətəndaşların alıcılıq gücünün qorunması məqsədilə də həyata keçirilir. Bəzən sosial siyasət cəhətdən daha yüksək indeksləşdirmə aparırlar. Amma ölkəmizdə bununla bağlı konkret qayda yoxdur. Reqlament olması çox vacibdir. İnkişaf etmiş ölkələrdə minimum əməkhaqqının orta aylıq əməkhaqqının 65 faiz səviyyəsində olması geniş yayılıb. Amma ölkəmizdə bu göstərici təxminən 35 faiz ətrafındadır”.

    R.Həsənov bildirdi ki, bütün tələbləri nəzərə aldıqda minimum əməkhaqqı 600 manata çatdırılmalıdır: “Bir çalışan orta hesabla 2,2 şəxsə baxır. Ona görə minimum əməkhaqqının 2,2 insanı qarşılaması həcmində olması lazımdır. Bu isə 560-600 manat arasında rəqəm deməkdir. Həmçinin, hökumətin nəzərdə tutduğu hədəf də minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaqdır. Bu gün orta aylıq əməkhaqqı 1000 manata yaxınlaşır. Buna əsasən də hesablamalar apardıqda minimum əməkhaqqının 600 manat ətrafında olması vacibdir. Minimum əməkhaqqı artırsa, orta və uzunmüddətli dövrdə əmək bazarında əməkhaqqı səviyyəsinin yüksəlməsi müşahidə olunur”.

    Dövlət müəssisələri ödəyəcək, bəs özəl sektor?

    İqtisadçı Xalid Kərimli də minimum əməkhaqqının artırılması fikrini dəstəkləyir, lakin nəzərə alınmalı məqamlar da var: “Dövlət büdcəsində əməkhaqqı xərcləri doqquz milyard manatdır. Minimum əməkhaqqı elə olmalıdır ki, iqtisadiyyat bunu emal edə bilsin. Dövlət şirkətləri və müəssisələri bu məbləği qarşılaya bilər. Amma özəl sektorun imkanları daha aşağıdır. Minimum əməkhaqqı artırılanda bəzən işçilərin maaşı qalxmır. İşçiyə özəl sektor 600 manat verirsə, minimum əməkhaqqı artanda rəsmi hissə artır. Lakin faktiki aldığı məbləğ dəyişmir. Çünki maaş artdıqca işçi daha çox vergi ödəyir. Minimum əməkhaqqı məbləği təyin edilərkən özəl sektorun da o məbləği ödəmə qabiliyyəti nəzərə alınır”.

    X.Kərimli bu artımın digər sahələrə təsirindən də danışdı: “Minimum əməkhaqqı iş yerlərinin əməkhaqqı xərclərini artırır. Bu da həmin müəssisələrin məhsullarının qiymətinə təsir göstərir. Hər müəssisəyə fərqli cür təsir edə bilər. Minimum əməkhaqqının artması tarif cədvəlinə də müəyyən qədər təsir edir. Bu rəqəmi kəskin qaldırmaq olmaz. Çünki işsizliyə birbaşa təsir göstərir. Ya işsizlik, ya da gizli məşğulluq yarana bilər. Müəssisələrin əməkhaqqını verməyə gücü çatmadıqda məcbur işçi sayını daha da azaldacaqlar. Əgər artım baş verərsə, bu zaman 370-380 manat olmaq ehtimalı var. Amma indiki halda elə də böyük məbləğ olmadığı üçün təhlükəli deyil. Dövlət minimum əməkhaqqını artıranda əmək bazarında tarazlığı da dəyişir. Özü daha çox əməkhaqqı vermiş olur. Minimum əməkhaqqı qalxdıqda, bu, orta işçi qüvvəsinə təsir edir”.

    ///Kaspi qəzeti

  • Ermənilər daha bir mahnımızı oğurladılar: Araşdırma başlandı – FOTO / VİDEO

    Torpaqlarımızı, insanlarımızı, rəqslərimizi, yeməklərimizi, mahnılarımızı, əsərlərimizi oğurlamaqdan yorulmayan ermənilər bir mahnımızı daha oğurlayıblar. İndi də Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin bəstələdiyi, Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi “Yarım gilə” mahnısını oğurlayıblar. Sosial şəbəkələrdə mahnının erməni dilində ifasının videogörüntüləri yayılıb.

    Mahnının tarixi və yaranması ilə bağlı Cavanşir Quliyev Pressklub.az-a açıqlamasında bildirib ki, bu mahnı 1991-ci ildə Azərbaycan televiziyasının baş rejissoru Ramiz Həsənoğlunun qızının toyuna hədiyyə olaraq yazılıb. Və ilk dəfə də həmin toyda ifa olunub. Sonra mahnını studiya şəraitində Brilliant Dadaşova ilə yazıb, efirə veriblər: “Brilliant xanım bu mahnını oxudu, klipini də çəkdi. Daha sonra türkiyəli müğənni Ezgi Mert bu mahnını oxuyub, albomuna saldı”.


    Bəstəkarın sözlərinə görə, sonra da bir gürcü müğənni “Yarım gilə”ni oğurlayaraq, oxuyub: “Mən onları axtarıb, tapdım. Hüquqi işlər başlatmaq istədiyimi bildirəndən sonra həmin ifaçı məndən üzr istəyib, dedi ki, mahnının müəllifi olduğunu bilmirmiş. Onlara bir erməni deyibmiş ki, mahnı bütün Qafqazda yayılan mahnıdır. Yəni, xalq mahnısıdır. Görünür, həmin erməni sakit durmayıb, mahnını öz soydaşlarına da verib. Amma ola bilər ki, həqiqətən də müəllifi olmayan xalq mahnısı hesab ediblər. Və ya bilərəkdən də etmiş ola bilərlər. Çünki mahnı uzun zamandır internetdədir. Dünyadakı bütün musiqi platformalarında var”.

    Müsahibimiz deyib ki, məsələ ilə bağlı hüquqi yollara baş vurub: “Əqli Mülkiyyət Agentliyinə müraciət etmişəm. “YouTube”da mənim hüquqlarımı müdafiə edən şirkətin başçısına da bildirəcəyəm. Məsələ burasındadır ki, mən həmin videogörüntünü “Facebook”da görmüşəm. “YouTube”dadırsa, onu tapıb, “YouTube” vasitəsilə hüquqi işləri görmək olar. Amma “Facebook”da kiminsə səhifəsindədirsə, onu tapmaq çətin olacaq. Yalnız şikayət edib, videonun səsini bağlamaq olar. Hər bir halda, məsələnin həlli üçün nə lazımdırsa, edəcəyəm”.

    Maraqlıdır, bu hadisə ilə bağlı Əqli Mülkiyyət Agentliyi bir tədbir görəcək? Mahnı agentlikdə rəsmi qeydiyyata alınıb?

    Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib ki, agentlik məsələni araşdırıb, lazımi məlumatı verəcək.

    Qeyd edək ki, bir neçə gün öncə sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “YouTube” platformasında yerləşdirilmişdi. Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi isə həmin mahnının mövcud platformalardan silinməsinə nail olub.

  • Сильный паводок размыл дорогу в село Кюпчалгышлаг

    Из-за паводковых вод ограничен въезд в село Кюпчалгышлаг Губинского района.

    Как сообщает Report, сильный паводок на реке Гудиалчай размыл главную дорогу в село Кюпчалгышлаг.

    Паводковые воды повредили также высоковольтные линии электропередач, расположенные вдоль реки.

  • Azərbaycanda bir kəndə giriş-çıxış bağlandı – SƏBƏB

    Sel suları səbəbindən Quba rayonunun Küpçalqışlaq kəndinə giriş-çıxış məhdudlaşıb.

    “Report”un Şimal bürosunun məlumatına görə, Qudyalçaya gələn güclü sel Küpçalqışlaq kəndinin əsas yolunu uçurub.

    Eyni zamanda, sel suları çayın kənarında olan yüksək gərginlikli elektrik xətlərini də aşırıb.

    Hazırda kəndə giriş-çıxışı təmin etmək üçün alternativ yollar axtarılır.

  • Qubada DƏHŞƏT: Ata oğlunun asılmış meyitini tapdı

    Qubada intihar hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, hadisə İkinci Nügədi kəndində baş verib.

    33 yaşlı S.Mustafayev saat 7 radələrində yaşadığı evin ikinci mərtəbəsində özünü şərf ilə asaraq intihar edib.

    Onun asılmış meyitini atası aşkar edib.

    Məlumata görə, mərhum ruhi-əsəb xəstəliyindən əziyyət çəkib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • 31 yaşlı kişinin meyiti tapıldı

    Sumqayıtda evdən 31 yaşlı kişinin meyiti tapılıb.

    “Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 11-ci mikrorayonunda qeydə alınıb.

    1993-cü il təvəllüdlü Sətdar Əliheydər oğlu Şıxıyevin meyiti yaşadığı evdə aşkarlanıb.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Dələduzluğa görə axtarılan doqquz nəfər saxlanılıb

    Polis əməkdaşlarının iyulun 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan şəxslər saxlanılıb.

    Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, onların sayı doqquz nəfərdir. Həmin şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər.

  • Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

    “Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

    “Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyulun 27-də keçirilən iclasında deyib.

    Onun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisinə 1255 nəfər namizəd olmaq üçün müraciət edib.