Month: July 2024

  • Paris Olimpiadasında qalib idmançılara veriləcək medalın qiyməti qalxıb

    Paris Olimpiadasında yarışların nəticələrinə əsasən, birinci və ikinci yerləri tutan idmançılara veriləcək medalların dəyəri Tokiodakı Oyunlarla müqayisədə artıb.

    Median.Az “Saxo Group” İnvestisiya Bankına istinadla xəbər verir ki, qızıl medal min dollar həddə yaxınlaşır.

    Belə ki, qızıl medalın dəyəri 763 dollardan 935 dollara qədər, gümüş mükafatların dəyəri də 415 dollardan 473 dollara qədər artıb.

    “Saxo Group”da izah ediblər ki, qızıl və gümüş mükafatların dəyərindəki artım “yaşıl enerjiyə qlobal keçidlə əlaqədar müşahidə olunan” metallara artan tələbata bağlıdır.

  • “Fənərbağça” Cengiz Ünderin menecerinə komanda axtarmasını tapşırıb

    “Fənərbağça” klubunun rəsmiləri Cengiz Ünderlə yolları ayırmaq qərarına gəliblər.

    Median.Az Fotomac.com.tr-yə istinadla xəbər verir ki, təcrübəli futbolçu yeni mövsümdə “Fənərbağça” klubunun əsas heyətində yer almayıb.

    Joze Mourinyo Cengiz Ünderin performansından razı olmadığı üçün komandadan göndərilməsini tələb edib. Klub rəsmiləri futbolçunun meneceri ilə görüşərək yeni komanda tapması tapşırığını veriblər.

    Qeyd edək ki, Cengiz Ünder ötən mövsüm Fransanın “Marsel” klubundan transfer olunub.

  • “Quş qripi” ilə əlaqədar tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Nigeriya Federativ Respublikasının Kano, Niger, Nasarava, Kaduna, Qombe, Bauçi, Plato, Laqos, Edo, Bayelsa, Delta, həmçinin ölkə ərazisinin digər ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

    Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

    Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, bununla əlaqədar adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.

    Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • В Украине могут снизить призывной возраст

    Снижение призывного возраста допустили в Минобороны Украины.

    Об этом в беседе с изданием NV рассказал представитель украинского оборонного ведомства Дмитрий Лазуткин.

    По его словам, количество обновивших информацию о себе в военкоматах сильно превышает сегодняшние потребности ВСУ.

    “Острой необходимости в снижении мобилизационного возраста нет. Но ситуация на войне зависит от многих факторов, и это может меняться”, – прокомментировал Лазуткин.

    Он добавил, что немало людей нарушили правила воинского учета, включая уклонистов. В связи с этим, подчеркнул Лазуткин, военкомы продолжат раздачу повесток на улицах для понимания, кого можно призвать в армию.

    “Все-таки воинская обязанность конституционная”, – заключил Лазуткин.

  • Ukraynada səfərbərlik yaşı azaldıla bilər

    “Ukraynada səfərbərlik yaşı endirilməlidir”.

    Median.Az-ın “Informator.ua”ya istinadən məlumatına görə, Ukrayna Milli Qvardiyasının “Rubej” briqadasının kəşfiyyat şöbəsinin zabiti Vitali Litvin yerli telekanalların birinin efirində Ukraynadakı səfərbərlikdən danışıb.

    “Ukrayna ordusunda kadr çatışmazlığı var. Bu səbəbdən səfərbərlik yaşı 25-dən 22-yə endirilməlidir. Hələlik bu yaşda olan kişilər yalnız könüllü ola bilərlər”, – deyə Vitali Litvin qeyd edib.

    Onun sözlərinə görə, 22 yaşında adam artıq orduya səfərbər oluna bilər.

    “Bu mənim subyektiv fikrimdir. 22 yaşında artıq səfərbər oluna bilər. Mənim bölməmdə 19 yaşında və 50 yaşdan yuxarı hərbçilər var idi və onlar döyüş tapşırıqlarını effektiv yerinə yetirirdilər”, – deyə Litvin əlavə edib.

  • Bakı sakinləri üçün xəbərdarlıq – Səhər 06:00-dək…

    Bu gündən saat 15-00-dan etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunur. Qasırğa günün fərqli saatlarında da davam edəcək.

    Az səviyyəli qasırğa gecə 00-00-a dək davam edəcək.

    Bundan sonra sabah saat 06:00-a qədər isə zəif səviyyəli geomaqnit qasırğası müşahidə ediləcək.

    Məlumata görə, 27 iyul səhər saat 06-00-dan avqustun 1-dək isə paytaxtda sadəcə geomaqnit qasırğasının kiçik dalğaları hiss olunacaq.

    Yəni növbəti 6 gün ərzində şiddətli geomaqnit qasırğası müşahidə olunmayacaq.
    Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

    Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

  • Qarabağ Universitetində YENİ TƏYİNATLAR – FOTO

    Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Ceyhun Məmmədov İqtisadiyyat fakültəsinə dekan təyin olunub.

    Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Qeyd edək ki, Ceyhun Məmmədov 2016-cı ildən ADA Universitetində iqtisadiyyat sahəsi üzrə müxtəlif fənləri tədris edib.

    Ceyhun Məmmədov “Scopus” və “Web of Science” indeksli jurnallarda dərc olunmuş bir sıra elmi məqalələrin müəllifidir.

    Həmçinin Qarabağ Universitetinə kafedra müdiri təyin olunub.

    Bununla bağlı universitetin sosial media hesabında paylaşım edilib.

    Belə ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Səbuhi İbayev İncəsənət fakültəsinin Vokal kafedrasına müdir təyin olunub.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar artisti olan Səbuhi İbayev, həmçinin Prezident mükafatçısıdır.


  • Psixoloji durumu Ağadadaş Ağayevə toylarda oxumağa imkan vermir? – Vəkili DANIŞDI

    Xalq artisti Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə müvəkkilinin “MedEra” hospitalına baltalı hücumu ilə bağlı bütün suallara aydınlıq gətirib.
     
    Vəkil Ağadadaş Ağayevin insident zamanı xəsarət yetirilən “MedEra” hospitalının işçisi Nəzakət Paşayevadan üzr istəyib-istəməyəcəyindən danışıb, ümumiyyətlə barışıq təşəbbüsü haqda fikirlərini açıqlayıb. Bildirib ki, hazırda istintaq gedir, əllərində hadisənin digər videoları da var və onları yaymaq fikrindədirlər.
     
    Median.Az xəbər verir ki, Vəkil Şəfa Camalzadə Musavat.com-un əməkdaşına Ağadadaş Ağayevin xuliqanlıq maddəsi ilə verilmiş ittihamı qəbul etmədiyini deyib:
     
    Həmin müsahibəni təqdim edirik:
     
    – Yayılmış video həmin hadisədən sadəcə bir fraqmentdir. Ora qədər və sonra baş verənlərin də videosu var.
     
    – Həmin videolar ictimaiyyətdən niyə gizlədilib?
     
    – Bu məsələ çox ictimailəşdiyindən və istintaq davam etdiyindən nə etsək, istintaqa təsir kimi qiymətləndirilə bilər. Həmin videolar istintaqdan sonra təqdim ediləcək.
     
    – İnsidentdən sonra Ağadadaş Ağayevin həmkarınızla bərabər yayılmış fotosundan belə anlaşılır ki, qolunda xəsarət var. Qolu sınıbmı, yoxsa çat və ya əzik var?
     
    – Bu haqda deyə bilməyəcəyəm, qolunda ağrılar var.
     
    – İnsidentdən sonra belə xəbər yayıldı ki, Ağadadaş Ağayevin onkoloji xəstəliyindən psixoloji gərginliyi var. Bu, həqiqətən belədirmi?
     
    – Bəli. Ağadadaş Ağayev ağır əməliyyatlar keçirib dəfələrlə.
     
    – Əməliyyatlar bu hadisə ərəfəsində olub?
     
    – Əməliyyat əvvəl olub. Belə xəstələr davamlı dərmanlar içirlər. Dərman qəbulunu bir qədər gecikdirən kimi, bir qədər yuxusuz qalan kimi dərmanların təsiri ilə güclü həyəcan vəziyyəti baş verir. Adam qulağından əməliyyatdan sonra səhərə qədər yatmayıb. Ağrıkəsicinin təsiri keçən kimi mühafizəçini çağırıb, xahiş edib ki, onun evinə bir tibb bacısı göndərilsin. Çünki həmin klinikada əməliyyat olub.
     
    – İnsident əsəbi halda deyilən sözə görə baş verib?
     
    – Başlanğıcda hər hansı bir əsəbi hal yoxdur. Ağadadaş Ağayev evinin eyvanından 2-3 dəfə çağırıb ki, gəlib ona yardım göstərilsin. Küçədəki kameralara orada baş verənlər düşüb. Səs düşməsə də, hərəkətlərdən çox şeyi ayırd etmək olur. Hər tərəfdən çəkilmiş videolar var. Hazırda istintaq bu videoları paylaşmağa icazə vermir.
     
    – Ağadadaş Ağayevin ilkin açıqlamalarında belə anlaşılırdı ki, ortada bir barışıq niyyəti var. Hazırda həmin niyyət qalırmı?
     
    – Həmin gün olub. İnsana ağrıların təsiri altında qəribə bir güc gəlir. Adamın həm qulağındakı xəstəliyi, həm də onkoloji xəstəliyi ilə bağlı ağrıları olub. Onun hazırda gözündə də ağrılar var. Hadisə günü hesab edib ki, bu, adi bir hadisədir.
     
    – Hadisədən sonra Ağadadaş Ağayevin sağlıq durumu nə yerdədir?
     
    – Özünü tox tutmağa çalışır. Qolu, bədəni, başı, gözü əzilib.
     
    – Hadisə zamanı Ağadadaş Ağayevin atdığı balta “MedEra” hospitalının əməkdaşı Nəzakət Paşayevanın ayağına dəyərək zədələyib. Qadın hadisədən sonra müsahibə verdi və dedi ki, Ağadadaş Ağayevdən şikayətçi olmayacaq. Bəs Ağadadaş Ağayevin həmin qadından üzr istəmək niyyəti varmı?
     
    – Bu, baş verməməsi gərəkən bir hadisə idi. Ortada cinayət işi var və indiki halda Ağadadaş Ağayevin Nəzakət Paşayeva ilə danışması qanunla yol verilmir.
     
    – Nəzakət Paşayevanın hadisəyə birbaşa aidiyyəti yoxdur. Ağadadaş Ağayevin Nurəddin Cəlilova atdığı balta təsadüfən Nəzakət Paşayevanın ayağına çırpılıb və xanım xəsarət alıb. Buna görə ondan üzrxahlıq edilməsi doğru olmazmı?
     
    – Qadın xəsarət alıbsa, özü barışıq istəyirsə, sağ olsun, əlbəttə ki, bu, minnətdarlıqla qarşılanmalı bir hadisədir.
     
    – Bu mövzuda Ağadadaş Ağayevlə söhbətiniz oldumu?
     
    – Ağadadaş Ağayevlə söhbətimiz oldu. Dedi ki, hadisənin təsiri altında orada kimisə görmədim. Əlbəttə ki, görünməzə, bilinməzə bir kimsəyə xəsarət yetirilibsə, ciddi üzr istənilməli, təəssüf edilməli məqamdır. Ortada qəsd deyilən bir şey də yoxdur.
     
    – Ağadadaş Ağayevin Nəzakət Paşayevadan üzr istəmək fikri varmı?
     
    – Real olaraq ortaya bir şey qoyan olmayıb ki, belə bir hadisə baş verib və bu adam belə bir xəsarət alıb. Və bundan çıxış edərək kiməsə deyilsin ki, məni bağışla, sənlik bir şey yox idi. Sadəcə hadisə o qədər nəzarətdən çıxıb ki, həmin vaxt situasiyanı idarə etmək çətin olub. Ağadadaş müəllim də mətbuatdan oxuyub ki, orada xanıma xəsarət yetirilib. Çox təəssüfdoğurucu bir durumdur. Hazırda Ağadadaş müəllimin sağlıq durumu yaxşı deyil. Hər halda bu məsələ də digər situasiyalar kimi araşdırılacaq, üzə çıxacaq.
     
    – Ağadadaş Ağayevin digər vəkili Asim Abbasovun mətbuata açıqlamasında mühafizəçi Nurəddin Cəlilovun əvvəllər məhkum olunması vurğulanırdı.
     
    – Bəli, Asim müəllim bu məsələni üzə çıxarıb.
     
    – Sizcə, Nurəddin Cəlilovun əvvəllər məhkum olunması ona balta tullamağa əsas verirmi?
     
    – Asim Abbasov belə söz deməyib.
     
    – Sadəcə təqdimat belə idi ki, qarşı tərəf əvvəllər məhkum olunub. Yəni məsələyə aidiyyəti olmadığı halda şəxsin əvvəllər məhkum olunması xüsusi qabardılırdı. Belə fikir formalaşırdı ki, sanki əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir.
     
    – Bu fikirlə razı deyiləm və Ağadadaş müəllim də o fikirdə deyil ki, əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir, ona hansısa hücum olmalıdır. Bu hadisədə qəsd olmayıb.
     
    – Ağadadaş Ağayevin bu hadisədən əvvəl mühafizəçi Nurəddin Cəlilovla hər hansı bir mübahisəsi, söz davası olubmu?
     
    – Qətiyyən belə bir şey olmayıb. Sadəcə Ağadadaş müəllim onun mühafizəçi olduğunu bildiyi üçün ona müraciət edib ki, tibb bacısı çağırsın.
     
    – Ağadadaş Ağayevin onkoloji xəstə olduğunu və psixoloji durumu da buna görə ağırdır.
     
    – Belə deməyək, psixoloji durumunun ağır olduğunu deməyək. Onkoloji xəstədir.
     
    – Bu hadisədən sonra Ağadadaş Ağayevin toylara getməsi doğrudurmu? O baxımdan ki, xəstəliyi ilə bağlı psixoloji durumunda gərginləşmə baş verər və əlinə balta və ya bıçaq keçər.
     
    – Ağadadaş Ağayev 50 ildir ki, səhnədədir. 50 ildir ki, bu adamın aqressiv bir hərəkəti, davranışı olmayıb. Bunun kimsə şahidi olmayıb. Toylarda onunla birgə iştirak edən sənət yoldaşları da deyirlər ki, bu adam yumşaq bir adamdır.
     
    – Ağadadaş Ağayevin xəstəliyi 50 il davam etmir ki… 3-5 ildir ki, baş qaldırıb.
     
    – Ümumiyyətlə, o fikri Asim müəllim həmin insident anı üçün ifadə edib. Ağadadaş Ağayev gecə saat 3-də klinikadan çıxıb. Qulağındakı əməliyyat o saata qədər davam edib. Gecə heç yatmayıb, ağrı da dözülməz olub. Səhərə qədər yatmayıb, 70-ə yaxın yaşı var. Kimsə demir ki, orada düz olub və ya səhv olub. Biz sadəcə situasiyanı şərh etməyə çalışırıq.
     
    – Ağadadaş Ağayevlə Nurəddin Cəlilovun üzləşməsi keçirilibmi?
     
    – Ümumi deyə bilərəm ki, istintaq davam edir.

  • Названа сумма наложенных таможенными органами Азербайджана штрафов в этом году

    В первом полугодии текущего года таможенные органы Азербайджана выявили 15 975 фактов административных правонарушений.

    Как сообщает Median.Az со ссылкой на Государственный таможенный комитет, об этом говорится в отчете о результатах правоохранительной деятельности таможенных органов.

    Отмечается, что в связи с этими фактами в отношении 1 075 юридических лиц (в том числе 468 иностранных) и 14 894 физических лиц (в том числе 4 447 иностранных) были применены административные взыскания.

    Сумма наложенного таможенными органами штрафа за этот период составила 1 269 558 манатов, а уплаченная сумма штрафа – 1 169 682 маната.

    Уплаченная сумма штрафа, наложенного на основании судебных решений за первое полугодие этого года, составила 68 217 манатов, а стоимость конфискованных товаров – 98 503 маната.

  • Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı

    Bu ilin I yarısında Azərbaycan gömrük orqanları 15 975 inzibati xəta faktı aşkar edib.

    Иu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, bu barədə gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin nəticələrinə dair açıqlanan hesabatda deyilir.

    Bildirilir ki, bu faktlarla əlaqədar 1 075 hüquqi şəxs (o cümlədən 468 xarici hüquqi şəxs) və 14 894 fiziki şəxs (o cümlədən 4 447 xarici vətəndaş) barəsində inzibati tənbeh tətbiq olunub.

    Bu müddət ərzində törədilmiş inzibati xətalar üzrə kənar keçirmə 2, gizli keçirmə 42, bəyan etməmə 372, malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin çatdırılmaması 13 801, geri aparmama (gətirməmə) 162, gömrük ödənişlərindən yayınma 24, digər inzibati xətalar üzrə isə 1 628 fakt qeydə alınıb.

    Bu müddət ərzində gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği 1 269 558 manat, cərimənin ödənilmiş məbləği isə 1 169 682 manat təşkil edib.

    Bu ilin ilk yarım ilində məhkəmə qərarları əsasında tətbiq edilmiş cərimənin ödənilmiş məbləği 68 217 manat, müsadirə edilmiş malların dəyəri 98 503 manat olub.