В последние дни в Азербайджане наблюдается аномальная погода.
Как передает Baku.ws, проливные дожди привели к последствиям в регионах, в частности, в селе Моллалы Огузского района. Местному жителю, занимающемуся рыбным хозяйством, был нанесен серьезный ущерб, погибло много рыбы.
Это связано с наполнением места содержания рыб илистой водой.
Baku.ws xəbər verir ki, yağan güclü yağışlar bölgələrdə fəsadlar törədib.
Bu ərazilərdən biri Oğuz rayonunun Mollalı kəndidir. Balıqçılıq təsərrüfatı ilə məşğul olan rayon sakinin təsərrüfatına ciddi ziyan dəyib, balıqları tələf olub.
Buna səbəb təsərrüfat obyektinə lilli suyun dolmasıdır.
Vətəndaşlara qarşı hədə-qorxu gəlməkdə və soyğunçuluqda təqsirləndirilən Elgün Ocaqverdiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fuad Musayev ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs son söz deyib.
Müşavirədən sonra hökm elan edib.
Hökmə əsasən, Elgün Ocaqverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakının Nəsimi rayonunda mənzillərdən birinə bir ədəd “F-1” markalı qumbara və bir ədəd qərənfil qoymaqla hədə-qorxu gələn Elgün Ocaqverdiyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Abşeron rayon sakini, əvvəllər məhkum olunan 19 yaşlı Elgün Ocaqverdiyev tutulub.
Ondan “F-1” markalı qumbara aşkar olunaraq götürülüb.
Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan Xəlil Həsənov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı həmin şəxsdən “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, qadağan olunmuş balıqovlama alətləri və qanunsuz ovladığı kefal balıqları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Su polisləri tərəfindən Xəzər dənizinin Bibiheybət qəsəbəsi istiqamətində həyata keçirilən tədbir zamanı isə həvəskar balıqçı adı altında qanunsuz balıq ovu ilə məşğul olan Rasim Nəciyev də saxlanılıb. Həmin şəxsdən “Yamaha” mühərriki ilə təmin olunmuş qayıq, qadağan olunmuş balıqovlama alətləri, qanunsuz ovladığı kefal və kütüm balıqları aşkarlanıb. Araşdırma zamanı bu şəxslərin su bioresurslarından qanunsuz istifadə etmələri nəticəsində ekologiyaya 2000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Faktlarla bağIı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar aparılır:
“Bir daha nəzərə çatdırılır ki, hazırda balıqların kürü verən vaxtı olduğu üçün balıqovlama mövsümü sentyabr ayına qədər dayandırılıb. Bütün qadağalara baxmayaraq xüsusən körpə balıqların qanunsuz ovlanması hallarına hələ də rast gəlinməkdədir. Qeyd edilən qanunsuz əməllərə yol verən brakonyerlərə xəbərdarlıq edilərək bildirilir ki, onlar barəsində cinayət və inzibati qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək”.
Qeyd edilib ki, su polisləri tərəfindən Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri digər qurumlarla birgə sahil boyu bütün ərazilərdə davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır. Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Поставки азербайджанского газа в Турцию в августе будут приостановлены на несколько дней из-за техобслуживания на экспортном газопроводе.
Об этом сообщает Report со ссылкой на информацию турецкой газовой госкомпании BOTAŞ.
“Из-за запланированных работ по техническому обслуживанию и ремонту на газопроводной системе (для экспорта газа с месторождения) “Шахдениз” подача природного газа в национальную газораспределительную сеть Турции с точки входа Тюркгёзю будет невозможна в течение пяти дней – с 31 июля по 5 августа, а с точки входа TANAP Сеитгази – в течение четырех газовых дней – с 5 по 9 августа”, – говорится в информации.
Вместе с тем, компания отмечает, что приняты меры для обеспечения баланса спроса и предложения в национальной газораспределительной сети на время плановых работ по техническому обслуживанию и ремонту.
Напомним, что в Турцию поставляется азербайджанский газ, добываемый в рамках стадии-1 и стадии-2 разработки месторождения “Шахдениз”.