Month: July 2024

  • İlham Əliyev Türkiyə və Qazaxıstanla imzalanmış sazişləri təsdiq edib

    Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

    Fərmana əsasən, 2024-cü il iyunun 6-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.

    Dövlət başçısı digər bir Fərmanı ilə həmçinin Azərbaycanla Qazaxıstan arasında imzalanmış sazişi də təsdiqləyib.

    Prezident İlham Əliyevin fərmanına əsasən, 2024-cü il iyunun 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

  • Xəzər TV-dən ayrılan Afaq Gəncəli bu telekanalda çalışacaq

    Televiziya kanallarında yaşanan ayrılıq xəbərlərinə daha biri əlavə olunub.

    Azxeber.com-un əldə etdiyi məlumata görə, son olaraq “Xəzər” telekanalında efirə çıxan Afaq Gəncəli kanalla yollarını ayırıb.

    Onun yeni mövsümdən ARB telekanalında veriliş aparacağı gözlənilir.

    Gəncəlinin kanala təqdim etdiyi layihənin rəhbərlik tərəfindən bəyənildiyi və aparıcının bir aydır ki, ARB kanalında işə gəlib-getdiyi yayılan xəbərlər arasındadır.

    Onun hansı formatda veriliş aparacağı haqda isə məlumat yoxdur.

  • Azərbaycanda qatarlara elektron şəxsiyyət vəsiqəsi ilə minmək mümkün olub

    “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ölkədaxili marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarına minik zamanı artıq həm də elektron şəxsiyyət vəsiqəsini təqdim etmək mümkündür.

    Bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

    Məlumata görə, ölkə Prezidentinin 16 iyul 2024-cü il tarixli fərmanına əsasən, “My.gov.az” portalından qeydiyyatdan keçərək istifadə olunan elektron şəxsiyyət vəsiqəsi fiziki şəxsiyyət vəsiqəsinin əslinə bərabər tutulur.

    Artıq hər bir vətəndaşın “My.gov.az” portalından qeydiyyatdan keçməklə şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edib, həmin QR kodu səfər öncəsi qeydiyyatdan keçmək üçün vaqon bələdçisinin validatorunda (məlumatları yoxlama cihazı) oxutmağa təqdim etməsi kifayətdir.

    Sərnişinlər üçün rəqəmsal imkanları mütəmadi olaraq genişləndirən ADY-nin yeni sistemə inteqrasiyası qatara minik prosesini daha sadələşdirir və sürətləndirir. Bu da sərnişinlərin rahat səfər etməsinə, eləcə də hər hansı səbəbdən fiziki şəxsiyyət vəsiqəsi olmadıqda belə səyahətlərini davam etdirmsinə imkan verir.

  • Bakı-Sumqayıt yolunun bir hissəsi çökdü – FOTO

    Bakı-Sumqayıt şosesinin Abşeron Gənclər Şəhərciyinin yaxınlığından keçən hissəsində yol çöküb.

    Bakupost.az-ın xəbərinə görə, çöküntü bir aya yaxındır baş verib.

    Sürücülər deyiblər ki, yolun çökən hissəsi getdikcə daha da genişlənir:

    “Yolda böyük dəlik yaranmışdı. Oranı daşlarla doldurub, ətrafına maşın şini qoyduq ki, yoldan keçən avtomobillər ora düşməsin. Aidiyyəti qurumlar yoldakı təhlükəni aradan qaldırsalar, yaxşı olar. Xüsusən də axşam saatlarında oradan keçmək daha təhlükəlidir. Hər an ağır qəza baş verə bilər. Çünki qaranlıq vaxtı yolun çökən hissəsini hər sürücü görə bilmir”.


  • Песков: Возобновления полномасштабной работы посольства США в Москве пока не будет

    Возобновления полномасштабной работы американского посольства в Москве пока не будет, так как взаимоотношений двух стран сейчас нет.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил пресс-секретарь президента РФ Дмитрий Песков.

    “Никуда посольство Соединенных Штатов в Москве не возвращалось и не вернется пока, потому что де-факто у нас сейчас просто нет двусторонних отношений”, – сказал представитель Кремля на встрече с участниками Фестиваля новых медиа.

    В 2021 году в ответ на объявленные Вашингтоном антироссийские санкции и очередную высылку дипломатов РФ Москва ввела ограничения на наем диппредставительством США граждан России и третьих стран. Посольство США сообщило, что с 12 мая того же года уменьшит число предоставляемых консульских услуг, в том числе приостановит рассмотрение документов на визы, которые не предназначены для дипломатических поездок.

    Российские дипломаты неоднократно подчеркивали, что контакты РФ и США сведены к абсолютному минимуму. Вопросы возобновления нормальной работы диппредставительств двух государств были в числе немногих треков, по которым стороны сохраняли диалог. Тем не менее, как констатировали в МИД РФ, Россия не видит у США желания добиться прогресса на этом направлении. Кроме этого Вашингтон постоянно искусственно затягивает выдачу виз российским дипломатам.

  • Peskov Moskvanın ABŞ səfirliyinin tam fəaliyyətinin bərpası ilə bağlı açıqlama verdi

    “Moskvada ABŞ səfirliyinin işinin tam bərpası hələlik olmayacaq, çünki iki ölkə arasında münasibətlər hazırda yoxdur”.

    Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    “ABŞ-nin Moskvadakı səfirliyi heç yerə qayıtmayıb və hələlik qayıtmayacaq, çünki de-fakto hazırda ikitərəfli münasibətlərimiz yoxdur”, – deyə Kreml nümayəndəsi vurğulayıb.

    Xatırladaq ki, 2021-ci ildə Vaşinqtonun elan etdiyi anti-Rusiya sanksiyalarına və Rusiya diplomatlarının növbəti qovulmasına cavab olaraq Moskva ABŞ-nin diplomatik nümayəndəliyinə Rusiya və üçüncü ölkə vətəndaşlarını işə götürməsinə məhdudiyyətlər qoyub.

    Rusiya diplomatları dəfələrlə vurğulayıblar ki, Moskva və Vaşinqton arasında əlaqələr mütləq minimuma endirilib. İki dövlətin diplomatik nümayəndəliklərinin normal işinin bərpası məsələləri tərəflərin dialoqu qoruduğu az sayda istiqamətlərdən biri idi. Bununla belə, Rusiya XİN-in qeyd etdiyi kimi, Rusiya ABŞ-nin bu istiqamətdə irəliləyişə nail olmaq istəyini görmür. Bundan əlavə, Vaşinqton daim Rusiya diplomatlarına vizaların verilməsini süni şəkildə gecikdirir.

  • Группа международных путешественников посетила Лачын

    Группа международных путешественников посетила Лачын.

    Как передает Report, гостям рассказали об истории города, разрушениях, которым подвергся город в период оккупации.

    Путешественники ознакомились с результатами восстановительных работ на территории Лачына.

    Отметим, что за последние 4 года более 360 международных путешественников из почти 50 стран посетили освобожденные территории Азербайджана. С 25 по 27 июля в Карабах и Восточный Зангезур прибыла 11-я по счету группа международных путешественников, возглавляемая путешественником Чарльзом Вили. Поездка международных путешественников в составе 35 человек организована всемирно известной организацией MTP (Most traveled People). В ней принимают участие путешественники из 13 стран – США, Великобритании, Германии, Швейцарии, Норвегии, Швеции, Португалии, Филиппин, Польши, Венгрии и др.

  • Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib

    Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib.

    “Report” xəbər verir ki, qonaqlara şəhərin tarixindən, işğal zamanı məruz qaldığı dağıntılardan danışılıb.

    Səyyahlar Laçın ərazisində aparılan bərpa işlərinin nəticələri ilə tanış olublar.

    Qeyd edək ki, son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vilinin rəhbərliyi ilə 13 ölkədən 35 tanınmış səyyah daxildir. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.

    Səfər dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan MTP (Most Traveled People) səyahət klubu tərəfindən təşkil olunub.

  • Vatikan qəzeti: Xudavəngdə, Gəncəsərdə və Xatirəvəngdə – buludların arasında monastırlar

    Müqəddəs Taxt-Tacın yeganə rəsmi mətbuat orqanı olan “L”Osservatore Romano” qəzetində “Xudavəngdə, Gəncəsərdə və Xatirəvəngdə. Buludların arasında monastırlar” sərlövhəli məqalə dərc edilib.

    AZƏRTAC xəbər verir ki, qəzetin jurnalisti Rossella Fabianinin qələmə aldığı məqalədə Azərbaycanda Alban Apostol Kilsəsinin varisləri olan kilsələr, eləcə də Xudavəng, Gəncəsər və Xatirəvəng monastırlarının tarixindən, onlarla bağlı faktlardan və həqiqətlərdən söz açılır.

    Məqalədə Rossella Fabiani bildirir ki, Azərbaycana səfəri zamanı ölkənin üç böyük regionundan keçib: Qəbələ, Şəki və Qarabağ. Diqqətə çatdırılır ki, onların hər biri qədim Alban Apostol Kilsəsinin zəngin mövcudluğu ilə səciyyələnir:

    “Alban xristian icmasının birbaşa varisləri – xristian udi icmasının yaşadığı, Bakıdan sonra ilk dayanacağımız olan Nic qəsəbəsində üç kilsə var: Bulun (udi dilində “böyük, əsas” mənasını verir) adlanan və kafedral olan Müqəddəs Məryəm Ana məbədi, onun yaxınlığında yaşayan və bərpasında iştirak edən ailənin adını daşıyan Müqəddəs Yelisey adına Cotari kilsəsi və bərpaya ehtiyacı olan, kəndin böyük məktəb kompleksinin yanında yerləşən Müqəddəs Yelisey adına Tsilin kilsəsi (udi dilində “aşağı”, “qonşu” mənasını verir). Cotari kilsəsi 1723-26-cı illər arasında yerli mesenat Yengibar Cotarinin səxavətli ianəsi sayəsində tikilib. Bu gün Cotari kilsəsində udilər şərqi pravoslav kanonlarına uyğun olaraq liturgiyalarını yerinə yetirir, vəftiz edir və dini bayramlarını qeyd edirlər. Müqəddəs Məryəm Ana kilsəsi isə XIII əsrə aiddir və eramızın IV-V əsrlərinə aid qədim ibadət yerinin yanında inşa edilib. Kilsə 1890-cı və 2020-ci illərdə iki zəlzələ yaşayıb. Daxili çox sadədir, üçneflidir. Hədiyyə kimi saxlanılanlardan başqa, heç bir freskası və ya ikonası yoxdur. İkonostas formasında olan və böyük qırmızı pərdə ilə qorunan qurbangahın qarşısında udi dilində “Afiri” adlanan “Atamız” duasının mətni var. Bu gün məbədə Alan keşikçilik edir, Sevan isə Cotari kilsəsinin keşiyində durur”.

    Müəllif bildirir ki, Nicdən otuz kilometr aralıda olan Oğuz rayonuna da yola düşüb:

    “İstiqamət şərqdən qərbədir. Oğuzda yüzə yaxın udi icmasının nümayəndəsi və 12 yəhudi ailəsi yaşayır. Oğuzda biz divarla qorunan bağ ilə əhatə olunmuş kiçik bir alban kilsəsini ziyarət edirik. Bura sadə, spiritualizmlə dolu bir yerdir. Birdən bir ailə buraya şam yandırmaq üçün gəlir. “Biz bu kilsəni bərpa etmək və burada liturgiyamızı keçirmək istəyirik. Bu gün biz ibadət üçün Nicə getməliyik. Oğuzda bunun kimi kiçik kilsələrimiz çoxdur və biz öz torpağımızla çox fəxr edirik”, – deyə yerli xristian udi icmasının rəhbəri Svetlana bildirir. Onun tezliklə Xudavəng və Gəncəsər monastırlarını ziyarət etmək arzusunu qəlbimizə həkk edərək sağollaşırıq”.

    Məqalədə daha sonra deyilir:

    “Şəki rayonundakı Kiş kəndinə gedən yolda bizi Günəşin qızmar şüaları müşayiət edir. Biz burada Qafqazdakı bütün alban kilsələrinin anası hesab olunan, Müqəddəs Yeliseyə həsr olunmuş qədim kilsəni ziyarət etdik. Hazırda içində muzey də təsis olunmuş kilsənin həyətinin giriş qapısında direktor Əli Səmədovla qarşılaşırıq. O, bizi AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Etnoqrafiya bölməsinə rəhbərlik edən elmi işçi Rahim Həsənova tapşırır. R.Həsənov öz ölkəsinin tarixini mükəmməl bilir və bizə başqa məlumatlar verməklə yanaşı bildirir ki, Azərbaycanda çoxlu Nəqşibəndi sufiləri var. Sonra İrandan və Türkiyədən bu torpaqlara çox sayda erməni gətirildiyi və bu köçün bütün ərazinin simasını dəyişəcəyi qorxusunu xatırlayır. R.Həsənov məlumat verir ki, Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı aktlarda görünür ki, 1821-ci ildə pravoslav keşiş Çiçikov Çar tərəfindən təyin olunmuş Qafqaz canişini Aleksey Yermolova məktub yazaraq bildirir ki, Oğuz kəndində olan udilər buraya köçürülən erməni əhali tərəfindən zorla qriqoryanlaşdırılır. Rahim bizə başqa bir faktı da qeyd edir: “1852-ci ildə “Qafqaz” qəzetində rus tədqiqatçısının udilərlə bağlı məqaləsi dərc olunub”. O əlavə edir ki, köhnə bazarda daha bir alban kilsəsi yerləşir ki, bu kilsə I Nikolayın istəyi ilə keçirilən sinoddan sonra ermənilərə verilib. Bu gün bu kilsə şəxsi mülkiyyətdir”.

    Qeyd olunur ki, Alban kilsəsi öz intibahını məhz Xudavəng (1214-cü il, Kəlbəcər rayonu), Gəncəsər (1216-38-ci illər, Ağdərə rayonu), Xatirəvəng (1204-cü il, Kəlbəcər rayonu) və başqa monastır kompleksləri ilə yaşayıb:

    “Azərbaycanda alban memarlığı üzrə ən mühüm ekspertlərdən biri – professor David Axundovun tələbəsi, professor Səbinə Hacıyevanın müşayiəti ilə səyahətimizin son hissəsində istiqamətimiz məhz orayadır. Dağlara qalxdıqca avtomobilin açıq şüşələrindən tünd kəklikotu iyi gəlir və bizi duman bürüyür. “Bu duman deyil, buluddur”, – Səbinə deyir. Kəlbəcər rayonunun Vəng kəndində yerləşən monastır kompleksinə çatanda bizə məlumat verir: “Həvari Faddey Xudavəngdə dəfn olunub və monastır XIII əsrdə “Albanların Vatikanı” sayılırdı”.

    Arxeoloji qazıntılar zamanı məlum olub ki, monastırın təməli VI-VII əsrlərdə qoyulub. XIII əsrdə Mehranilər sülaləsindən olan Böyük Həsənin (deyilənə görə, monastırda asketizmə çəkilib) oğlu, Şahzadə Xaçın Vaxtanqın (Bəhram) ailəsinin səyləri nəticəsində təmir edilib və yeni tikililərlə zənginləşdirilib. Kilsə 1214-cü ildə şahzadə Arzu xatun tərəfindən həyat yoldaşı Şahzadə Vaxtanq və uşaqlarının xatirəsini əbədiləşdirmək üçün inşa olunub. Burada qalereya formalı eyvan və kiçik bir keçid də tikilib. İbadət yerlərinin cənubunda yaşayış və kənd təsərrüfatı binaları yerləşirdi.

    Səbinə Hacıyeva davam edir:

    “1216-cı ildə Gəncəsər monastırı tikildi və əsas dini mərkəzə çevrildi. Sonra kilsə sənədləri Gəncəsərə keçdi və orada 1836-cı ilə qədər qorundu”.

    Gəncəsər monastırına çatmaq üçün dağın başına qalxırıq. Hündür divarla əhatə olunmuş ərazi Vəngli kəndinin yaxınlığında, Xaçınçayın sahilində, dağın yamacında yerləşir və buradan ətrafa gözəl mənzərə açılır. Buradakı Müqəddəs Vəftizçi İohann kilsəsi 1216-38-ci illər arasında tikilib. Altı əsr ərzində, 1836-cı ilə qədər, o, müstəqil Alban knyazlığının spiritizm mərkəzi və sonuncu Alban katolikosunun iqamətgahı olub. Monastır kompleksində rahiblərin hücrələrini və katolikosları yerləşdirmək üçün otaqları da görmək mümkündür”.

  • Polis Bakıda yaşama hüququ olmayan onlarla əcnəbini saxladı – VİDEO

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, nəticədə daha 34 əcnəbi vətəndaş qeyd olunan qanun pozuntularına yol verdiyi üçün saxlanılıb. Araşdırmalarla saxlanılanlardan 5 nəfərinin qeydiyyatsız yaşamaqla yanaşı qanunsuz əmək fəaliyyəti ilə məşğul olması da müəyyən edilib.

    Həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi verildiyi və mənsub olduqları ölkələrdə naməlum şəxslər tərəfindən aldadıldığı müəyyən edilib.

    Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və aidiyyəti üzrə təhvil veriliblər.

    Qeyd edək ki, 2024-cü ilin əvvəlindən Azərbaycanda yaşama hüququ verən sənədləri olmayan və bir yerdən başqa yerə getdikdə qeydiyyat qaydalarına əməl etməyən 161 əcnəbi vətəndaş polis əməldaşları tərəfindən müəyyən edilərək barələrində tədbirlər görülüb.