Month: July 2024

  • Azərbaycan qazının Türkiyəyə tədarükü müvəqqəti dayandırılacaq

    Azərbaycan qazının Türkiyəyə tədarükü ixrac qaz boru kəmərində aparılan texniki xidmət işləri ilə əlaqədar bir neçə gün müddətinə dayandırılacaq.

    “Report” xəbər verir ki, bu barədə Türkiyənin dövlət neft-qaz şirkəti BOTAŞ məlumat yayıb.

    “Şahdəniz” qaz kəmərində planlaşdırılan texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq Türkiyənin milli qaz paylama şəbəkəsinə “Türkgözü” giriş nöqtəsindən beş gün ərzində – 31 iyul – 5 avqust tarixlərində, Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) “Seyitqazi” giriş nöqtəsindən isə dörd gün ərzində – 5-9 avqust tarixlərində təbii qazın verilməsi mümkün olmayacaq”, – məlumatda bildirilib.

    Eyni zamanda, şirkət qeyd edir ki, planlaşdırılmış texniki xidmət və təmir işləri zamanı milli qazpaylayıcı şəbəkədə tələb və təklif balansını təmin etmək üçün tədbirlər görülüb.

    Xatırladaq ki, “Şahdəniz” yatağının işlənməsinin 1-ci mərhələsi və 2-ci mərhələsi çərçivəsində hasil edilən Azərbaycan qazı Türkiyəyə tədarük edilir.

    “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

  • В Азербайджане зарегистрирован случай смерти от красной волчанки: Вылечить зараженного невозможно

    В Азербайджане зарегистрирован случай смерти от красной волчанки.

    Как ранее сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями Азербайджана (TƏBİB), страдающий указанным заболеванием житель села Узунбабалы Нефтчалинского района Эльдениз Мамедов (1975 г.р.) был госпитализирован в отделение скорой медицинской помощи Нефтчалинской центральной больницы в тяжелом состоянии. Несмотря на все принятые меры был зарегистрирован факт смерти пациента от полиорганной недостаточности.

    Отмечалось, что он около 15 лет страдал от красной волчанки.

    Что вызывает эту болезнь и каковы ее симптомы?

    Эксперт в области медицины, врач Расиф Багиров сообщил Bizim.Мedia, что это заболевание аутоиммунной системы.

    “Это очень тяжелое заболевание. Причин возникновения много, в организм попадает какое-либо инородное тело, чужеродное вещество, антиген. Если у пациента есть определенные проблемы с иммунной системой, из-за этой проблемы в организме начинается аутоиммунный процесс. Это довольно сложный механизм. В результате у человека начинается заболевание, называемое красной волчанкой.

    Причин попадания антигена в организм очень много. Заболевание может начаться от обычной простуды, различных пищевых продуктов, введения в организм каких-либо лекарственных препаратов и по другим причинам”, – сказал он.

    По словам врача, заболевание в основном проявляется болями в почках и суставах.

    “Особенно тяжело болеют почки и суставная система. Во многих случаях на лице пациента, на щеках и носу появляется красное пятно в форме бабочки. А еще может быть определенная температура. Это заболевание, которое требует постоянного медикаментозного лечения. Оно никогда полностью не излечивается”, – заключил врач.

  • Azərbaycanda dəhşətli xəstəlik CAN ALDI: “Yoluxanların sağalması mümkün deyil”

    Azərbaycanda qırmızı qurd eşənəyi xəstəliyindən ölüm faktı qeydə alınıb.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumata görə, sözügedən xəstəlikdən əziyyət çəkən Neftçala rayonu Uzunbabalı kənd sakini, 1975-ci il təvəllüdlü Eldəniz Məmmədov ağır vəziyyətdə Neftçala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Xəstəyə ilkin tibbi yardım göstərilib, aparılan bütün tədbirlərə baxmayaraq, xəstə poliorqan çatışmazlığından ölüb.

    Xəstənin 15 ildir qırmızı qurd eşənəyi xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub.

    Bəs bu xəstəlik nədən yaranır və əlamətləri nələrdir?

    Mövzu barədə Bizim.media-ya danışan tibb sahəsi üzrə ekspert, həkim Rasif Bağırov deyib ki, bu xəstəlik autoimmun sistem xəstəliyidir:

    “Çox ağır xəstəlikdir. Yaranma səbəbləri çoxdur, orqanizmə hər hansı bir yad cisim, yad maddə, antigen daxil olur. Əgər xəstənin immun sistemində müəyyən bir problemlər varsa, həmin o problemə görə orqanizmdə autoimmun prosesi başlayır. O da bir az mürəkkəb mexanizmdir. Nəticədə insanda qırmızı qurd eşənəyi deyilən xəstəlik başlamış olur.

    Antigenin orqanizmə daxil olma səbəbləri həddən artıq çoxdur. Xəstəlik adi soyuqdəymə, müxtəlif qida məhsullarından, hər hansı dərman preparatlarının orqanizmə yeridilməsindən və digər səbəblərdən başlaya bilir”.

    Həkimin sözlərinə görə, xəstəlik əsasən özünü böyrək və oynaq ağrılarında göstərir:

    “Xüsusilə, böyrəklərin, oynaq sisteminin çox ağır xəstələnməsi baş verir. Çox hallarda xəstənin sifətində, yanaq və burnunda kəpənəkvari qırmızı ləkə yaranır. Belə bir simptomları var, yeni yarananda müəyyən temperaturda olur. Daim dərman müalicəsinə möhtac olan bir xəstəlikdir. Heç vaxt tam sağalmır”.

  • Dağlıq rayonlarda leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

    İyulun 27-də əsasən dağlıq və dağətəyi rayonlarda, 28-dən 29-u axşamadək isə bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • Стало известно состояние азербайджанского певца, чудом избежавшего смерть – ВИДЕО (ОБНОВЛЕНО)

    Менеджер азербайджанского певца Метина Гусейнзаде, выступающего под псевдонимом Madteen, рассказал подробности автомобильной аварии, в котором артист едва не получил тяжелые увечья.

    Как заявил oxu.az Кянан Джафаров, здоровье Madteen-а в порядке, однако он все еще не может оправиться от шока, вызванного инцидентом.

    “Сотрудник автомойки получил серьезные увечья. Он был госпитализирован с травмами головы и ног. Его состояние оценивается как тяжелое”, – добавил он.

    * * * * *

    В Баку произошло дорожно-транспортное происшествие.

    Как сообщает Qafqazinfo, водитель службы такси потерял управление, в результате чего транспортное средство столкнулось с другим автомобилем.

    В момент аварии рядом с машиной стоял мужчина, который не успел отбежать в сторону. Автомобиль задел его, а находившийся поблизости прохожий чудом избежал столкновения.

    Позже выяснилось, что этим гражданином оказался известный азербайджанский певец Метин Гусейнзаде, выступающий под псевдонимом Madteen.

  • Dəhşətli qəzada ölümdən son anda xilas olan müğənninin son durumu AÇIQLANDI – VİDEO (YENİLƏNİB)

    Avtoqəza zamanı ağır xəsarət almaqdan son anda xilas olan “Madteen” ləqəbi ilə tanınan müğənni Mətin Hüseynzadənin meneceri sözügedən hadisədən danışıb.

    Bu barədə oxu.az-a açıqlama verən Kənan Cəfərov bildirib ki, müğənninin səhhətində problem olmasa da hadisənin təsirindən çıxa bilmir:

    “Hazırda vəziyyəti yaxşıdır, amma hadisənin təsirindən hələ çıxa bilməyib. Avtoyuma məntəqəsinin əməkdaşı isə ciddi xəsarətlər alıb. Başından və ayağından aldığı zədələrlə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır”.

    * * * * *

    Bakıda yol-nəqliyyat hadisəsi olub.

    “Qafqazinfo” xəbər verir ki, taksi xidməti göstərən sürücü avtomobilin idarəetməsini itirərək onu başqa bir maşına çırpıb.

    Park edilmiş avtomobilin arxasında duran şəxs qaça bilməyib və taksi avtomobili ona dəyib. Yaxınlıqdakı şəxs isə özünü kənara atıb, ciddi xəsarət almaqdan qurtulub.

    Daha sonra məlum olub ki, o, “Madteen” ləqəbi ilə tanınan müğənni Mətin Hüseynzadədir.

  • Задержаны уроженцы Евлаха и Ширвана, выращивавшие наркосодержащие растения – ВИДЕО

    Задержан житель Евлахского района Рустам Абышзаде, занимавшийся культивацией конопли.

    Об этом сообщили в Министерстве внутренних дел (МВД).

    При осмотре приусадебного участка его дома было обнаружено 26 кустов конопли и 6 кг марихуаны.

    В ходе другого мероприятия был задержан Хафиз Мамедов, организовавший незаконный оборот героина.

    Х.Мамедов заявил, что приобрел героин у некоего Теймура. В ходе продолжающихся мероприятий был задержан и житель города Ширван Теймур Акберов. У него также было обнаружено большое количество героина.

    По данным фактам возбуждены уголовные дела, ведется расследование.

  • Narkotik bitki yetişdirən, satan Yevlax və Şirvan sakinləri saxlanıldılar – VİDEO

    Çətənə bitkisinin kultivasiyası ilə məşğul olan Yevlax rayon sakini Rüstəm Abışzadə saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, onun evinin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qulluq edilərək yetişdirilmiş 26 ədəd çətənə bitkisi və 6 kiloqram marixuana aşkar olunub.

    Keçirilən digər tədbirlə güclü təsiredici xassəyə malik narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil edən Hafiz Məmmədov da saxlanılıb.

    H.Məmmədov ondan aşkarlanan heroini pul müqabilində Teymur adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlərlə Şirvan şəhər sakini Teymur Əkbərov da saxlanılıb. Ondan da külli miqdarda heroin aşkarlanıb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

  • В Баку временно изменено направление движения 7 автобусных маршрутов

    С сегодняшнего дня в связи с проводимыми ремонтно-строительными работами введено ограничение движения транспортных средств на проспекте Гянджа в Хатаинском районе Баку (от круговой развязки Садыгджан до зыхского шоссе).

    Как сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA) при Министерстве цифрового развития и транспорта, в связи с введенным ограничением движение регулярных автобусных маршрутов №21, 43, 44, 60, 121E, 132 и 183 организовано по альтернативному маршруту: улица Джейхуна Гасанова, улица Джаваншира, улица Рамиза Гулиева, проспект 8 Ноября.

  • Paytaxtda yeddi avtobus marşrutunun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib

    Bu gündən Bakının Xətai rayonunun Gəncə prospektində (Sadıqcan dairəsi adlanan hissədən Zığ şosesinə qədər) aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    “Tətbiq edilən məhdudiyyətlə əlaqədar 21, 43, 44, 60, 121E, 132 və 183 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Həsənov, Cavanşir, Ramiz Quliyev küçələri, 8 Noyabr prospekti ilə təşkil edilib”, – deyə məlumatda qeyd olunub.