Month: July 2024

  • Populyar ağrıkəsicilər insult və infarkta səbəb olur

    Tədqiqatçılar belə qənaətə gəliblər ki, məşhur ağrıkəsicilər, o cümlədən ibuprofen və asetilsalisil turşusu (aspirin) sağlamlığa düzəlməz ziyan vurur. Xüsusilə, onlar insult və infarktlara səbəb olurlar.

    Median.Az “The Sun”a istinadən xəbər verir ki, aspirin də daxil olmaqla qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP) xəstəxanaya yerləşdirilmələrin təxminən 30%-nə görə cavabdehdir. Üstəlik, bütün hallar dərmanların əlavə təsirləri ilə əlaqələndirilir. Əsasən bu, mədə-bağırsaq qanaxması, miokard infarktı, insult və böyrəklərin zədələnməsi ilə əlaqədardır.

    Üstəlik, bir neçə kateqoriya insan risk altındadır. Buraya ürək çatışmazlığı, böyrək xəstəliyi və xoradan əziyyət çəkən xəstələr daxildir. 65 yaşdan yuxarı olanlar və digər dərman qəbul edənlər üçün də vəziyyət oxşardır. Bu nəticələr, demək olar ki, 11 milyon insanı əhatə edən tədqiqatlar əsasında hazırlanıb.

    “QSİƏP-lərin istifadəsini azaltmaq üçün bir sıra təşəbbüslərə baxmayaraq, xüsusilə, yüksək risk qrupları arasında onlar qarşısı alına bilən zərər və sağlamlıq xərclərinin mənbəyi olmaqda davam edir”, – deyə tədqiqatçılar bildiriblər.

  • “Google” “Chrome” brauzeri üçün yeni funksiyaları olan yeniləmə təqdim edib

    “Google” yüklənmiş fayllarda təhlükənin aşkarlanması sistemini və “Chrome” brauzerində virusların skan edilməsi alqoritmlərini yeniləyib. İndi brauzer faylların təhlükə dərəcəsini daha effektiv şəkildə müəyyənləşdirir və hətta parolla qorunan arxivləri skan edir.

    Median.Az “Bleeping Computer” portalına istinadən xəbər verir ki, indi “Chrome” nəinki potensial təhlükə barədə xəbərdarlıq edir, həm də onu şübhəli və ya təhlükəli kimi təsnif edərək, faylın yükləməsini dayandırır. Genişləndirilimiş qorunma rejimində brauzer dərin skan etmək üçün şübhəli faylları avtomatik olaraq buludlara yükləyir.

    “Google” iddia edir ki, bulud skanı zamanı təhdidlərin aşkarlanması ehtimalı 50 dəfə artır. İstifadəçilər şifrələnmiş arxivləri süni intellekt tərəfindən skan etmək üçün parol daxil etməklə yoxlaya bilərlər. Bu funksiya yalnız genişlənmiş qoruma rejimində mövcuddur, standart parametrlərlə isə yalnız faylların meta məlumatları skan edilir.

    Şübhəli fayllar boz üçbucaqla, yüksək riskli fayllar isə qırmızı işarə ilə qeyd olunur. Yeniləmə artıq “Chrome” brauzeri istifadəçilərinin istifadəsinə verilir.

  • Почему услуги психолога в Азербайджане стоят так дорого? – ВИДЕО

    В последнее время в Азербайджане наблюдается высокий спрос на психологическую помощь.

    Психотерапия, наряду с медикаментозным лечением, показана молодым людям, подросткам, женщинам, у которых не сложилась семейная жизнь, людям, долгое время страдающим от депрессии.

    Услуги популярных психологов, имеющих широкую аудиторию в соцсетях и привлекаемых телеканалами в качестве экспертов, очень дорогие.

    Согласно данным, один час приема у таких специалистов в Баку начинается от 30 манатов и порой доходит до 500 манатов.

    Подробнее – в сюжете “Xəzər Xəbər”:

  • Psixoloqların fantastik qiymət tələb etdikləri seanslar – VİDEO

    Azərbaycanda bu gün psixoloq müayinəsi və yardımına tələbat olduqca böyükdür.

    Xüsusən gənclər, yeniyetmələr, ailə həyatı uğurlu olmayan qadınlar, uzun müddət depressiyada olan şəxslər dərman müalicəsi ilə yanaşı psixoterapiyadan da keçməlidirlər.

    Sosial şəbəkədə geniş auditoriyaya sahib, efirlərə mütəxəssis kimi cəlb olunan populyar psixoloqların qəbulu isə olduqca yüksəkdir.

    Bir saat psixoloq qəbulu Bakıda 30 manatdan başlayıb, 500 manata qədər yüksəlir.

    Mövzu ilə bağlı “Xəzər Xəbər”in süjetini təqdim edirik:

  • В Баку продавцу фруктов нанесли ножевое ранение из-за поддельной купюры

    В Сабунчинском районе Баку произошла поножовщина.

    Как передает Report, случай зафиксирован на территории поселка Бакиханов.

    Согласно информации, двое лиц в качестве оплаты передали продавцу фруктов Эльчину Намазалиеву (1972 г.р.) банкноту номиналом 20 манатов. Однако мужчина обнаружил, что купюра фальшивая, и решил вернуть ее. Покупатели выступили против этого, после чего между сторонами возник конфликт. В результате Э.Намазалиев получил ножевое ранение.

    Пострадавший был госпитализирован в Городскую клиническую больницу №3. В ходе обследования у него диагностировали колото-резаную рану брюшной стенки.

    По данному факту проводится расследование.

  • Bakıda meyvə satan kişi saxta pula görə BIÇAQLANDI

    Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

    Belə ki, iki nəfər meyvə satışı ilə məşğul olan, 1972-ci il təvəllüdlü Elçin Yavər oğlu Namazəliyəvə aldıqları məhsulların qarşılığında 20 manat pul veriblər.

    E. Namazəliyev pulun saxta olduğunu bilib və onu geri qaytarıb. Lakin adları hələ məlum olmayan iki şəxs buna etiraz edib və tərəflər arasında mübahisə düşüb.

    Nəticədə mübahisə qanla bitib, E.Namazəliyev təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

    Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • В Азербайджане родитель заснял своего ребенка, совершавшего опасные действия с ножом – ВИДЕО

    В Сети распространилось видео, на котором несовершеннолетний совершает опасные действия с ножом.

    Отмечается, что съемку, как это ни странно, вел один из родителей подростка.

    Психолог Айгюн Агабалаева заявила, что граждане должны контролировать то, что смотрят и слушают их дети в соцсетях. В противном случае это в конечном итоге может привести к совершению преступлений их отпрысками.

    В Министерстве внутренних дел, в свою очередь, заявили, что в связи с вышеуказанными кадрами будет проведено расследование.

    Подробнее – в сюжете ATV Xəbər:

  • Azyaşlı əlində bıçaq tutub təhlükəli hərəkətlər etdi, valideyni lentə aldı – VİDEO

    Sosial şəbəkələrdə azyaşlının qeyri-adekvat hərəkətləri narazılığa səbəb olub.

    Belə ki, yaşına uyğun olmayan davranışlar nümayiş etdirən oğlan əlində bıçaq tutaraq müxtəlif təhlükəli hərəkətlər edib.

    Videonu isə valideynlərindən biri lentə alıb.

    Psixoloq Aygün Ağabalayeva bildirib ki, valideynlər övladlarının sosial şəbəkələrdə izlədiyi videolara və dinlədiyi musiqilərə nəzarət etməlidirlər. Əks halda laqeydlik gələcəkdə övladının cinayət törətməsi ilə nəticələnə bilər.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, sosial şəbəkələrdə yayılan xoşagəlməz video ilə bağlı araşdırma aparılacaq.

    Ətraflı “ATV Xəbər”in süjetində:

  • Непогода в Азербайджане: прошли ливни с грозами

    По состоянию на 9:00 26 июля на территории страны наблюдалась нестабильная погода, периодически шли дожди, грозы, временами ливни.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Количество выпавших осадков в Габале составило 27 мм, Лерике, Астаре – 22 мм, Огузе – 17 мм, Кюрдамире, Шахдаге – 15 мм, Губе – 11 мм, Грызе, Ярдымлы – 10 мм, Гёйчае – 9 мм, Лянкяране – 8 мм, Зардабе, Тертере, Шеки, Гахе, Гобустане, Гусаре, Шамахы, Билясуваре, Нафталане, Исмайыллы, Алтыагадже, Шабране, Мингячевире, Бейлагане, Дашкесане, Нахчыване, Гедабее, Гёйгёле, Гяндже, Барде, Гёранбое, Агдаме, Балакене, Халтане, Евлахе, Имишли, Нефтчале – 5 мм, в Баку и на Абшероне – до 1 мм.

    В Шахдаге, Грызе, Дашкесане, Гёйгёле, Шамкире, Балакене, Шеки, Гахе наблюдался туман.

    Максимальная температура воздуха в Баку и на Абшеронском полуострове составила 30, в Нахчыванской АР – 35, низменных районах – 33, горных районах – 21 градус тепла.

  • Bəzi yerlərə leysan yağıb

    Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, iyulun 26-da saat 9:00-a olan məlumata görə, Azərbaycanın bəzi bölgələrində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

    Bildirilib ki, düşən yağıntının miqdarı Qəbələdə 27 mm, Lerik, Astarada 22 mm, Oğuzda 17 mm, Kürdəmir, Şahdağda 15 mm, Qubada 11, Qrız, Yardımlıda 10 mm, Göyçayda 9 mm, Lənkəranda 8 mm, Zərdab, Tərtər, Şəki, Qax, Qobustan, Qusar, Şamaxı, Biləsuvar, Naftalan, İsmayıllı, Altıağac, Şabran, Mingəçevir, Beyləqan, Daşkəsən, Naxçıvan, Gədəbəy, Göygöl, Gəncə, Bərdə, Goranboy, Ağdam, Balakən, Xaltan, Yevlax, İmişli, Neftçalada 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə bir mm-dək olub.

    Şahdağ, Qrız, Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Şəki, Qaxda duman müşahidə olub.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-də 35, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti olub.