Month: July 2024

  • Bu da Emin Ağalarovun “Sea-Breeze”dəki evi – VİDEO

    Xalq artisti, biznesmen Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri yayılıb.

    Median.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, qazaxıstanlı videoqraf və rejissor, Kyran Talapbek Ağalarovun evində qonaq olub.

    “Bu mənim üçün onun “SeaBreeze”dəki evinə ən eksklüziv baxışdır.

    Evin miqyasına və onun fantaziyasına heyran qaldım. Orada olanların 30%-ni belə göstərməyə bir “Reels” kifayət etmədi. Videonun ikinci hissəsi gəlsin?” , – videoqraf paylaşımda bildirib.

  • Mərdəkanda qol yağışı: “Zirə”dən 4-cü qol – YENİLƏNİR – VİDEO

    21:47

    Konfrans Liqası, ilk oyunlar

    25 iyul

    20:30. “Zirə” (Azərbaycan) – “DAK 1904” (Slovakiya) – 4:0 (İkinci hissə)

    Qollar: Rafael Utziq, 29 (1:0), Junior Martins, 31 (2:0), David Volkov, 51 (3:0), 53 (4:0)

    Hakimlər: İvo Torres, Rafael Morim, Dani Dias, Jasim Sabotiç (Lüksemburq)

    “Dalğa Arena”

  • Лига Конференций: Стартовал матч “Сумгайыт” – “Фехерва

    Стартовал матч “Сумгайыт” – “Фехервар” в рамках второго квалификационного раунда Лиги конференций УЕФА.

    Как сообщает Report, игра проходит на Сумгайытском городском стадионе имени Мехти Гусейнзаде.

    Главный судья встречи – Флориан Лата (Албания).

  • UEFA Konfrans Liqası: “Sumqayıt” Macarıstan klubuna məğlub olub – YENİLƏNİB 7

    UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Sumqayıt” – “Fehervar” matçı başa çatıb.

    Median.Az xəbər verir ki, qarşılaşma Macarıstan klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    “Sumqayıt”ın heyətində 20-ci dəqiqədə Səbuhi Abdullazadə fərqlənib. “Fehervar”dan Tobias Kristensen 39-cu dəqiqədə bərabərliyi təmin edib. 52-ci dəqiqədə Ksaba Spandler komandasının ikinci qolunu vurub.

    Meydan sahiblərindən Murad Xaçayev qırmızı vərəqə ilə cəzalanıb.

    Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.

    ***

    UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Sumqayıt” – “Fehervar” matçında üçüncü qol vurulub.

    “Report xəbər verir ki, Macarıstan klubu hesabda önə keçib.

    52-ci dəqiqədə Ksaba Spandler komandasının ikinci qolunu vurub.

    “Sumqayıt”ın heyətində 20-ci dəqiqədə Səbuhi Abdullazadə fərqlənib. “Fehervar”dan Tobias Kristensen 39-cu dəqiqədə bərabərliyi təmin edib.

    Meydan sahiblərindən Murad Xaçayev qırmızı vərəqə ilə cəzalanıb.

    ***

    UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Sumqayıt” – “Fehervar” matçında ikinci hissə başlayıb.

    “Report xəbər verir ki, hazırda davam edən oyunda hesab bərabərdir – 1:1.

    “Sumqayıt”ın heyətində 20-ci dəqiqədə Səbuhi Abdullazadə fərqlənib. “Fehervar”dan Tobias Kristensen 39-cu dəqiqədə bərabərliyi təmin edib -1:1.

    Meydan sahiblərindən Murad Xaçayev qırmızı vərəqə ilə cəzalanıb.

    ***

    UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Sumqayıt” – “Fehervar” matçında ikinci hissə başlayıb.

    “Report xəbər verir ki, hazırda davam edən oyunda hesab bərabərdir – 1:1.

    “Sumqayıt”ın heyətində 20-ci dəqiqədə Səbuhi Abdullazadə fərqlənib. “Fehervar”dan Tobias Kristensen 39-cu dəqiqədə bərabərliyi təmin edib -1:1.

    Meydan sahiblərindən Murad Xaçayev qırmızı vərəqə ilə cəzalanıb.

    ***

    UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Sumqayıt” – “Fehervar” matçında ilk hissə başa çatıb.

    “Report xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıb.

    “Sumqayıt”ın heyətində Səbuhi Abdullazadə 20-ci dəqiqədə fərqlənib. “Fehervar”dan Tobias Kristensen 39-cu dəqiqədə bərabərliyi təmin edib -1:1.

    Meydan sahiblərindən Murad Xaçayev qırmızı vərəqə ilə cəzalanıb.

    ***

    UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Sumqayıt” – “Fehervar” matçında hesab bərabərləşib.

    “Report xəbər verir ki, “Fehervar”dan Tobias Kristensen 39-cu dəiqədə Sumqayıt təmsilçisinin qapısına yol tapıb -1:1.

    “Sumqayıt”ın heyətində isə Səbuhi Abdullazadə 20-ci dəqiqədə fərqlənib.

    Meydan sahiblərindən Murad Xaçayev isə qırmızı vərəqə ilə cəzalanıb.

    ***

    UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Sumqayıt” – “Fehervar” matçında hesab açılıb.

    “Report xəbər verir ki, “Sumqayıt”ın heyətində Səbuhi Abdullazadə 20-ci dəqiqədə fərqlənib.

    Meydan sahiblərindən Murad Xaçayev isə 32-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.

    ***

    UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Sumqayıt” – “Fehervar” matçı start götürüb.

    “Report” xəbər verir ki, oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.

    Görüşün baş hakimi Florian Latadır (Albaniya).

  • AĞ Partiya namizədi YAP-çıya rəqib oldu

    AĞ Partiya sədrinin köməkçisi, partiya İdarə Heyətinin üzvü Mətləb Aslanovun namizdəliyi qeydə alınıb.

    Median.Az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə AĞ Partiya Seçki Qərargahı məlumat yayıb.

    Mətləb Aslanov 6 saylı Ordubad-Culfa seçki dairəsindən namizədliyini irəli sürüb və həmin dairə üzrə təsdiqlənən ilk namizəd kimi qeydə alınıb. Onun əsas rəqibi YAP-ın namizədi Vügar Rəhimzadədir .

  • Bakıda “comfort” taksi çağıran qadının başına dəhşətli iş gəldi

    Bakıda sərnişinə qarşı seksual xarakterli hərəkətlər edən “Bolt”un sürücüsü Yusif Quliyevin (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

    Cinayət hadisəsi ötən ilin iyununda baş verib.

    Belə ki, Nadya Vasilyevna (ad-soyad şərtidir) həmin tarixdə gecə saat 03 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına getmək məqsədilə “Bolt”un tətbiqində komfort taksi sifariş edib.

    Xaricə gedən qadının məhkəmədə verdiyi ifadəsinə görə, aeroport istiqamətində hərəkət edən zaman sürücü avtomobili aşağı sürətlə sürüb və bu zaman qadına əxlaqsız təkliflər edib.

    Bir müddət sonra isə Mərdəkan şossesində qəza işıqlarını yandıraraq avtomobili saxlayıb və sürücü arxa otuacağa keçərək qadına qarşı seksual xarakterli hərəkətlər edib. Qadının ifadəsinə görə, Yusif Quliyev onu hadisə barədə heç kimə məlumat verməməklə bağlı təhdid edib.

    Qadın isə aeroporta çatanda təyyarəyə minib və xarici ölkələrdən birinə gedib. Orada hadisədən təsirlənən Nadya Vasilyevna affekt vəziyyətinə düşüb və psixoloqa müraciət edib.

    Bundan sonra qadın hadisə barədə yaxınlarına məlumat verib və o, yenidən ölkəyə qayıtdıqdan sonra sürücünün əməli ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

    Məhkəmədə təqsirləndirilən şəxs ona qarşı sürülmüş ittihamı qəbul etməsə də, müşahidə kameralarında Yusif Quliyevin magistral yolda avtomobili 20 dəqiqə saxladığı, ön oturacaqdan düşüb arxa oturacağa keçdiyi müəyyən edilib. Məhkəmə tibbi-ekzpertizasında da qadına qarşı zorakılıq törədildiyi öz təsdiqini tapıb.

    Maraqlıdır ki, Yusif Quliyev qadına təcavüz etdikdən sonra telefonu onun əlindən alaraq “Bolt”un tətbiqindən özünə “beş ulduz” verib.

    Qeyd edək ki, taksi sürücüsü Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinib.

  • UEFA Konfrans Liqası: “Makkabi” – “Sabah” görüşü start görürüb

    UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Hayfa, İsrail) – “Sabah” matçı start götürüb.

    Qarşılaşma Macarıstandakı “Varkert” stadionunda keçirilir.

    Görüşü belçikalı baş hakim Natan Verboomen idarə edir.

  • Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

    Sabah Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Median.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

    Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Masazır yüksək təzyiqli” QPS-də təmir işləri görüləcək. Bu səbəbdən 26.07.2024-cü il saat 10:00-dan “Masazır” QPS-dən qidalanan “Masazır Qəsəbəsi (Masazır QPS)”, “Duz Zavodu (Masazır QPS)” və “Azpetrol LTD” MMC-yə məxsus ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir müddətində Abşeron rayonunun Masazır qəsəbəsi, yeni yaşayış massivi və Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Azərbaycan basketbol millisi Ermənistanı məğlub edərək yarımfinala yüksəlib

    18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

    Apasport.az xəbər verir ki, C divizionunda çıxış edən yığmamız B qrupunun son matçında Ermənistanla görüşüb.

    Görüş milli komandamızın 76-69 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu Azərbaycan kollektivinin üzvü Derin Berköz seçilib. Yığma bu qələbədən sonra qrup lideri olaraq yarımfinala vəsiqə qazanıb.

    Qeyd edək ki, yarımfinal mərhələsi iyulun 27-də baş tutacaq.

    Avropa çempionatı, C divizionu
    B qrupu, III tur
    25 iyul
    18:00. Azərbaycan – Ermənistan
    Tomorr Sinani İdman Sarayı

  • Известный блогер Гусейн Гасанов переехал в Баку

    Известный российский блогер азербайджанского происхождения Гусейн Гасанов переехал в Баку.

    Как сообщает lent.az, на одном из мероприятий он заявил, что проведет лето в столице Азербайджана.

    Кроме того, Г.Гасанов планирует открыть здесь бизнес. Блогер отметил, что первые шаги в этом направлении уже сделаны. “Мы уже начали строительство – это будет сеть компьютерных клубов, а затем кое-что еще откроем”, – добавил Г.Гасанов.

    Он также заявил, что хочет создать семью.

    “Вчера я маму знакомил с невестами, с которыми она пообщалась. Пока выбор не сделали, но я хочу жениться”, – сказал Г.Гасанов.

    Блогер подчеркнул, что национальность его будущей избранницы не имеет никакого значения.