Month: July 2024

  • Завершена выплата пенсий и соцпособий за июль

    Сегодня Государственный фонд социальной защиты (ГФСЗ) выплатил в полном объеме пособия, пенсии и адресную государственную социальную помощь за июль.

    Об этом сообщили в ГФСЗ.

    Было отмечено, что 9 июля пенсии выплачивались по городам Баку и Сумгайыт, а также Абшеронскому району, а 17 июля – по регионам. Кроме того, пенсии за июль были выплачены лицам, получающим их на льготных условиях.

    Таким образом, в этом месяце завершена выплата всех пенсий, пособий и адресной государственной социальной помощи.

  • İyul ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb

    Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödəyib.

    Bu barədə DSMF məlumat yayıb.

    Qeyd olunub ki, bundan əvvəl, iyulun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 17-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiyaları ödənilib.

    Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

  • Сооснователь крупнейшего мексиканского наркокартеля сдался властям США

    Сооснователь крупнейшего мексиканского наркокартеля, 76-летний Исмаэль “Эль Майо” Самбада Гарсия, решил сдаться американским властям. Его примеру последовал Хоакин Гусман Лопес, сын Хоакина “Коротышки” Гусмана.

    Как передает Median.Az со ссылкой на РЕН ТВ, об этом сообщает adn40.

    “Задержание произошло в одном из частных аэропортов приграничного города Эль-Пасо, штат Техас”, – говорится в информации.

    “Эль Майо” известен правоохранительным органам как главный торговец фентанилом на территории США. ФБР возбудило сразу несколько уголовных дел в его отношении, однако он так ни разу и не был пойман.

    В свою очередь, в октябре 2023 года был задержан родной брат Хоакина Гусмана Лопес – Аурелиано “Эль Гуано”. По информации следствия, братья боролись за лидерство в картеле.

  • Meksikanın ən böyük narkobaronu təslim olub

    Meksikanın ən böyük narkotik kartelinin həmtəsisçisi, 76 yaşlı İsmael “El Mayo” Sambada Qarsiya ABŞ hakimiyyətinə təslim olmaq qərarına gəlib. Xoakin Qusmanın oğlu Xoakin Qusman Lopes da eyni addımı atıb.

    Median.Az REN TV-yə istinadən xəbər verir ki, saxlanma Texas ştatının sərhədyanı El Paso şəhərindəki özəl hava limanlarından birində baş verib.

    “El Mayo” hüquq-mühafizə orqanlarına ABŞ-də fentanilin əsas alverçisi kimi tanınır. FTB ona qarşı bir neçə cinayət işi açıb, lakin o, heç vaxt tutulmayıb.

    Qeyd edək ki, 2023-cü ilin oktyabrında Xoakin Qusman Lopesin qardaşı Aureliano “El Quano” saxlanılıb. Müstəntiqlərin fikrincə, qardaşlar karteldə liderlik uğrunda mübarizə aparıblar.

  • Ağdamda fermadan ailə qurmaq üçün qaçan 16 yaşlı qız tapıldı

    Ağdamda yaşadığı fermadan ailə qurmaq məqsədi ilə qaçan 16 yaşlı qız tapılıb.

    1997-ci il təvəllüdlü Əsəd İbrahim oğlu Cavadzadə ilə ailə qurmaq məqsədi ilə qaçan 2008-ci il təvəllüdlü A.Ə. polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

    Faktla bağlı ekspertiza təyin olub. Əsəd İbrahim oğlu Cavadzadə saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdırmalar davam edir.

    Xatırladaq ki, iyul ayının 10-da Ağdam rayonu Çəmənli kəndində fermada yaşayan qız sevdiyi şəxslə ailə qurmaq məqsədi ilə onunla qaçmışdı.
    //oxu.az

  • İlham Əliyev Maldiv prezidentini təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

    Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Maldiv xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

  • Olimpiada 2024-də terror aktı hazırlamağa cəhd edən aşpaz saxlanıldı

    Fransada keçiriləcək Olimpiada2024-də terror aktı törətməkdə şübhəli bilinən Kirill Qryaznov saxlanılıb.

    Median.Az bildirir ki, Fransa hüquq-mühafizə orqanları 2024-cü il Olimpiadası zamanı terror aktı törədəcəyi ilə öyünən şübhəli şəxs haqqında məlumatı ciddi qəbul edib. Saxlanılan şəxsdə Rusiya xüsusi xidmət orqanlarının rəsmi vəsiqəsinin olduğu aşkarlanıb.

    Rusiya vətəndaşı Kirill Qryaznov özünü aşpaz kimi təqdim edib və elit restoranlar şəbəkəsində işləyib. O, 2024-cü il Olimpiya Oyunlarında casusluqda və terror aktı hazırlamaqda şübhəli bilinərək Fransa hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

    Qryaznovun xaricə səfəri zamanı saxlanıldığı bildirilir. O, mayın 5-də Fransa istiqamətində hərəkət etməyə başlayıb. Əvvəlcə İstanbula, sonra Bolqarıstana çatan Qryaznov spirtli içki qəbul edib, bundan sonra Olimpiada zamanı yerinə yetirməli olduğu xüsusi tapşırığın necə olduğundan danışıb. Hətta, vaxtaşırı başqalarına zəng edərək, hər şeyin plana uyğun getdiyinə inandırıb. Bundan əlavə, o, Moldova vətəndaşını özünə köməkçi götürdüyü ilə öyünüb. Rus həmsöhbətlərindən biri onun haqqında mətbuata danışıb. Nəşr araşdırma aparıb, bəzi şübhəli faktlar üzə çıxarıb və Qryaznov saxlanılıb.

    “Onlar bu Olimpiadanı uzun müddət xatırlayacaqlar!” – deyə Qryaznov saxlanılmadan əvvəl hədə-qorxu da gəlib.

    Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalistlərin müraciətindən sonra şübhələri ciddi qəbul ediblər. O, iyulun 19-da saxlanılıb. Axtarış zamanı rusiyalının üzərində “diplomatik materiallar” və “V departament”in rəsmi vəsiqəsi aşkar edilib.

    İstintaq Rusiya vətəndaşının beynəlxalq idman tədbiri zamanı konkret nə ilə təhdid etdiyi barədə əlavə açıqlama vermir. Məqalədə onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olduğunu sübut edən bir neçə fakt göstərilir.

    Qeyd edək ki, 2024-cü il Olimpiya Oyunları Parisdə baş tutacaq və iyulun 26-dan avqustun 11-dək davam edəcək. Fransa qlobal qeyri-sabitlik şəraitində paytaxta gələcək idmançıları və azarkeşləri qarşılamağa hazırlıq məqsədilə təhlükəsizlik tədbirlərini gücləndirib. Pezident Emmanuel Makron Olimiada zamanı Rusiya-Ukrayna müharibəsində döyüşlərin dayanmasını istədiyini dilə gətirib.

  • Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə DANIŞDI – VİDEO

    Xalq artisti Ağadadaş Ağayevin atdığı balta ilə yaralanan xadimə Nəzakət Paşayeva “Xəzər Xəbər”ə açıqlama verib.

    Belə ki, paytaxtın Binəqədi rayonunda yerləşən “MedEra” hospitalında baş verən insident zamanı işçilərdən biri – Nəzakət Paşayeva ayağından yaralanıb.

    Dörd ildir ki, adı çəkilən hospitalda çalışan 55 yaşlı Nəzakət Paşayeva deyir ki, balta atılan zaman təmizlik işi görürmüş.

    Nəzakət Paşayeva baş verən hadisədən sarsıldığını bildirib. Bununla yanaşı, o, Ağadadaş Ağayevdən şikayətçi olmayacağını da qeyd edib.

    Xalq artisti Ağadadaş Ağayevlə mühafizəçi arasında yaşanan insidentin görüntülərinin kim tərəfindən yayılması ilə bağlı məsələyə isə hospitalın direktoru İbrahim Əliyev aydınlıq gətirib.

    Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayev və mühafizəçinin cinayət işi üzrə polis idarəsində istintaq davam edir.

    Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işinin istintaqı çərçivəsində xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hər iki şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq onlara ittiham verilib.

    Ətralı süjetdə:

  • Əhaliyə ŞAD XƏBƏR – Bütün növ pensiyalar artacaq – Bu tarixdən…

    “Pensiyadakı artımlar indeksləşdirmə və eyni zamanda yardımların verilməsi formasında həyata keçirilir. Əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır”.

    Bunu Baku.ws-ə açıqlamasında Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov bildirib.

    O əlavə edib ki, 2024-cü ildəki orta aylıq əmək haqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq:

    “Eyni zamanda, yardımların verilməsi ilə bağlı təkliflər də təqdim olunub və bu istiqamətdə müzakirələr getməsi növbəti dövrlərdə hansı istiqamətdə qərarların veriləcəyini bəlli edəcək.

    Amma bütün hallarda mövcud qanunvericiliyə əsasən, əmək pensiyalarının indeksləşdirilməsi həyata keçirilir və bu, yanvar ayından tətbiq olunacaq. Eyni zamanda pensiya kapitalının və inflyasiya faizinin indeksləşdirilməsi həyata keçiriləcək. Həm əmək pensiyalarında, həm də pensiya kapitalındakı artımlar əvvəlki illərdə orta aylıq əmək haqqı və ya inflyasiya səviyyəsinə uyğun olaraq reallaşacaq.

    Əmək pensiyaları orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya faizinə uyğun olaraq artırılır. Bu da, xüsusən də əməli pensiya yaşı tamam olmayan, amma gələcəkdə pensiya olacaq vətəndaşlarımızın pensiya kapitalının artmasına və onların daha çox pensiya almasına imkan yaradan faktorlardan biridir.

    Konkret rəqəmlər ilin ikinci yarısında bəlli olacaq və xüsusən də payız aylarında müəyyənləşəcək. Bununla bağlı artıq konkret rəqəmlərin təqdimatı və eyni zamanda pensiya kapitalında hansı faiz artımın olmasını təqdim etmək mümkün olacaq. Bütün hallarda qanunvericiliyə əsasən, artıq 2024-cü il yekunlaşdıqdan sonra orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq, növbəti ilin yanvarından etibarən bütün növ əmək pensiyalarında artımlar qeydə alınacaq”.

  • Dondurma həqiqətən də sərinləməyə kömək edir?

    İsti yay günlərində çoxlarımız ləzzətli dondurmanın dadını çıxarmaqdan gözəl bir şey olmadığını düşünürük. Ancaq təəssüf ki, bu soyuq desert həmişə sərinləməyə kömək etmir.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, dondurma hazırlamaq üçün süd yağı və şəkər olduğu məhsullardan istifadə olunur.

    Yağların parçalanması zamanı orqanizmdə böyük miqdarda istilik ayrılır – yağları digər qida maddələri ilə müqayisə etsək, onlar ən yüksək enerjiyə malikdirlər və buna görə də bədəndə istilik əmələ gətirə bilir.

    Süd yağı və şəkər bədəndə istilik əmələ gətirir. Belə bir məqamda hava isti olarsa, dondurmanın verdiyi əlavə istilik rifahınıza mənfi təsir göstərə bilər.