Month: July 2024

  • Məşhur azərbaycanəsilli bloqer Bakıya köçüb

    Rusiyada məşhurlaşan azərbaycanlı bloqer Hüseyn Həsənov Bakıya köçüb.

    Lent.az-ın xəbərinə görə, yayı Bakıda keçirəcəyini bildirən bloqer Azərbaycanda biznes quracağını da bildirib.

    O, kompüter klubları şəbəkəsi yaradacağını deyib.

    Evlənmək istədiyini bildirən Hüseyn “dünən anamı gəlin namizədləri ilə tanış etdim. Hələ seçim etməmişəm, amma evlənmək istəyirəm. Milliyətinin önəmi yoxdur” , – deyə əlavə edib.

  • DİN-in əməliyyatı nəticəsində həbs edilən narkobarona hökm oxundu

    Külli miqdarda narkotik vasitələri satış məqsədilə İran vətəndaşından alaraq evində saxlayan təqsirləndirilən şəxs Ufad Məmmədzadəyə hökm oxunub.

    “Unikal”ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Hökmə əsasən, Ufad Məmmədzadə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki prokuror Rauf Malışov məhkəmədən təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, Ufad Məmmədzadə bu ilin yanvar ayının ortalarında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq İrandan əldə edib. O, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Ondan külli miqdar təşkil edən 5 kiloqram narkotik vasitə hesab edilən marixuana ələ keçirilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 234.4. və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb.

  • Sabirabadda kanala düşərək ölən azyaşlının babası: “Beş-on dəqiqə sonra suda ayaqqabısını gördük

    Sabirabadda azyaşlının kanala düşərək ölməsinin bəzi detalları məlum olub.

    Babası Təbriz Məmmədov bildirib ki, nəvəsi – 2020-ci il təvəllüdlü Yusif Penciyev valideynləri ilə birlikdə onlara qonaq gəlibmiş:

    “Həyətdə oynayırdı, kanal da çox dərindir. Batandan beş-on dəqiqə sonra suda ayaqqabısını gördük. Elə orada boğulmuşdu”.

    Ətraflı Baku TV-nin süjetində:

  • Sabiha Gökçen hava limanında sabah uçuşların sayı azaldılacaq

    Əlverişsiz hava şəraiti ilə əlaqədar sabah İstanbulda yerləşən Sabiha Gökçen beynəlxalq hava limanında uçuşların sayı azaldılacaq.

    “Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, saat 15:00-a qədər uçuşların sayı 5 faiz azaldılacaq.

    Bütün sərnişinlərə uçuşların son vəziyyətini müvafiq aviaşirkət vasitəsilə izləmələri tövsiyə olunub

  • Rusiya Rumıniya ərazisinə zərbə endirib? – Açıqlama

    Rumıniya ərazisinə PUA hissələrinin düşməsi ilə bağlı məlumatlardan sonra Rusiyanın bu ölkə ərazisinə məqsədli şəkildə zərbə endirdiyini düşünmürük.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə NATO nümayəndəsi Fərəh Dahlalla deyib.

    “NATO Rusiyanın alyans ərazisinə qəsdən hücum əlaməti görmür” – deyə alyans rəsmisi bildirib.

    O bildirib ki, NATO son günlərdə hava patrullarının sayını artırmaqla hava məkanındakı vəziyyətə nəzarəti artırıb.

  • Təyyarənin qalxması və enməsi zamanı bunlar QƏTİ QADAĞANDIR

    Əksər sərnişinlər istirahət etmək və vaxt keçirmək üçün uçuş zamanı yatmağa üstünlük verirlər. Lakin uçuş və eniş zamanı yatmaq sağlamlığınıza zərər verə bilər.

    Median.Az lent.az-a istinadən bildirir ki, xarici KİV bunun səbəbini izah edib.

    Niyə bu anlarda yatmamalısan?

    Uçuş bələdçisi Alya Pedroza deyib ki, uçuş və eniş kritik mərhələləridir. Uçuş zamanı təcili evakuasiya tələb edən fövqəladə hallar zamanı ehtiyatlı olmaq faydalıdır. O, bu nöqtədə orta qulaqda və ətraf mühitdə təzyiq balanssızlığının yarana biləcəyini və qulaq pərdəsinə stressə düşdüyünü izah edib. Uçuş və eniş zamanı yatmaq qulaq problemi riskini artırır, çünki insan əsnəmək kimi təzyiqi bərabərləşdirən hərəkətlər etmir.

    Keramika filtrlə silikon qulaq uclarından istifadə təzyiqi daha yavaş bərabərləşdirməyə kömək edə və qulaq ağrısı ehtimalını azalda bilər. Uçuşun bu mərhələlərində oyaq qalmağın başqa bir səbəbi evakuasiya tələb edən fövqəladə hallar zamanı ayıq qalmaqdır. Uzun uçuş zamanı yorğunluğun qarşısını almaq üçün əvvəlcədən kifayət qədər yuxu almaq daha yaxşıdır.

    Təyyarədə başqa nə edə bilməzsiniz?

    Ayaqyalın getməyin

    Təyyarələr hər uçuşdan sonra dezinfeksiya olunmur və hər gün onlar səyahət etdikləri milyonlarla insanı, mikrobları daşıyırlar. Buna görə də salonda ayaqyalın gəzmək məsləhət görülmür.

    Qulaqlıqları paylaşmayın

    Möhürlənmiş qablaşdırma dezinfeksiyaya zəmanət vermir. Öz qulaqlıqlarınızdan istifadə etmək daha yaxşıdır.

    Çox spirt içməyin

    Alkoqol orqanizmi susuzlaşdırır, sidikqovucu təsir göstərir və immunitet sistemini sıxışdırır. Bundan əlavə, alkoqol yüksəklikdə daha güclü təsir göstərir və tez sərxoş ola bilərsiniz.

    Qazlı içkilərdən çəkinin

    Uçuş zamanı təzyiq dəyişiklikləri bağırsaqlarda qaz əmələ gəlməsini artırır. Narahatlığın qarşısını almaq üçün qazlı içkilər və şampan içməməlisiniz.

    Bütün uçuş boyu sakit oturmayın

    Tez-tez uçuşlar dərin damar trombozu riskini artırır. Kompressiya corabları geyinmək və saatda bir dəfə qalxıb gəzmək tövsiyə olunur. Əgər bu xoşagəlməzdirsə, stuldakı mövqeyinizi dəyişdirə və dizlərinizi bükə bilərsiniz.

  • Стали известны новые подробности в связи с самоубийством 40-летней женщины в Баку

    Обнародованы новые подробности в связи с самоубийством Вюсали Дадашовой, которая выбросилась с седьмого этажа жилого здания в Баку 24 июля.

    Родственники женщины заявили globalinfo.az, что они обратились в связи с этим в Министерство внутренних дел.

    Близкая покойной – Арзу Алиева – отметила, что В.Дадашову незамедлительно похоронили в день ее смерти. “Было отказано в проведении экспертизы. А детей научили говорить, что их мать упала, когда мыла окна. Ее отец пожилой и беспомощный человек”, – добавила она.

    Ранее сообщалось, что В.Дадашова (1984 г.р.) узнала об измене мужа с ее близкой подругой. Женщины были настолько близки, что при обращении друг к другу использовали слово “сестра”.

    Таким образом, узнав об этих отношениях, отчаявшаяся В.Дадашова решила свести счеты с жизнью. Она выбросилась с седьмого этажа здания, где проживала.

  • Xəyanətə görə canına qıyan Vüsalənin intiharında yeni DETALLAR

    Ötən gün Bakıda özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edən Vüsalə Dadaşova ilə bağlı yeni məlumatlar yayılıb.

    Bu barədə Globalinfo.az-a danışan V.Dadaşovanın qohumları bildiriblər ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət ediblər.

    Mərhumun yaxını Arzu Əliyeva isə qeyd edib ki, Vüsalə Dadaşovanın öldüyü gün onu dərhal dəfn ediblər:

    “Ekspertizaya icazə verməyiblər. Uşaqlarına da öyrədiblər ki, analarının pəncərəni silərkən yıxılıb öldüyünü desinlər. Atası yaşlı və çarəsizdir, kömək edəni yoxdur”.

    Qeyd edək ki, 1984-cü il təvəllüdlü V.Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrənib. Münasibətdən xəbər tutan çarəsiz qadın isə çıxış yolunu intiharda görüb. O özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.

  • Yaylagül Ramazanova: Azərbaycan Paris-2024-də mənim qələbəmə sevinəcək

    İnanıram ki, Azərbaycan Paris-2024-də mənim qələbəmə sevinəcək.

    Bunu “Report”a açıqlamasında Paris-2024 Yay Olimpiya Oyunlarında kamandan oxatma növündə bu gün mübarizəyə başlayan Azərbaycan təmsilçisi Yaylagül Ramazanova deyib.

    34 yaşlı idmançı sıralama turundakı çıxışını dəyərləndirib:

    “Hər bir idmançı qarşısına maksimum nəticə əldə etmək məqsədi qoyur. Ən yaxşısını etməyə çalışırdım və nəticədə 647 xal topladım. Kamandan oxatmada fiziki güclə bərabər, təbii amillər də rol oynayır. Bildiyiniz kimi, bu gün sıralama turu baş tutdu. Əsas mübarizə növbəti mərhələdə başlayır. Rəqibim Çin təmsilçisi Quxuan An olacaq. Onu mübarizədən kənarlaşdırmağa çalışacağam. İnanıram ki, Azərbaycan Paris-2024-də mənim qələbəmə sevinəcək”.

    Qeyd edək ki, Y.Ramazanova sıralama turunda 39-cu yeri tutub. O, 720 mümkün xaldan 647-ni toplamaqla mövsümdə ən yaxşı nəticəsinə imza atıb. Y.Ramazanova 1/32 final görüşünə iyulun 30-da çıxacaq.

  • Baş nazir Əli Əsədov Serbiyanın mədəniyyət naziri ilə görüşüb

    Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 25-də Serbiyanın mədəniyyət naziri, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə Nazirlər Kabinetindən “Report”a məlumat verilib.

    Bildirilib ki, görüşdə zəngin tarixə malik Azərbaycan-Serbiya dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Ticarət-iqtisadi, investisiya, neft-qaz, sənaye sahələrində fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

    Həmçinin dövlət başçıları arasında əldə olunan razılaşmaların praktiki icrasının qarşılıqlı faydalı tərəfdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Tərəflər Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasının önəminə toxunublar.

    Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.