Month: July 2024

  • “Qarabağ” ordenli polkovnik rektor təyin edildi

    Heydər Əliyev adına Hərbi İnstituta rektor təyin edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.

    Sərəncama əsasən, polkovnik Ümidvar Quliyev institutun rektoru təyin edilib.

    Polkovnik Ümidvar Quliyev Vətən müharibəsində şücaət göstərən hərbçilərdəndir. O, müharibədən sonra “Qarabağ” ordeni ilə təltif edilib.

    Müdafiə Nazirliyində aparılan kadr islahatları ilə son vaxtlarda bir neçə Vətən müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin edilib.

    Qeyd edək ki, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Füzuli Salahov vəzifəsindən azad edilib. General F.Salahov son yaş həddi ilə bağlı təqaüdə göndərilib. İnstitutun rektoru vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanova həvalə edilmişdi.

  • В Товузском районе предотвращена армянская провокация

    25 июля около 10:55 квадрокоптер, принадлежащий вооруженным силам Армении, попытался совершить разведывательные полеты над позициями азербайджанской армии в направлении населенного пункта Агдам Товузского района.

    Об этом сообщили в пресс-службе Министерства обороны Азербайджанской Республики (АР).

    Благодаря бдительности подразделений ВС АР полёт беспилотного летательного аппарата был пресечен специальными техническими средствами.

  • Azərbaycan hərbçiləri Ermənistanın kəşfiyyat cəhdinin qarşısını aldılar

    İyulun 25-də saat 10:55-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

  • “WhatsApp”da yeni funksiya: Artıq süni intellektlə şəkillər yarada biləcəksiniz

    “Meta şirkətinin təsisçisi Mark Zukerberq” “WhatsApp”a yeni süni intellekt xüsusiyyətləri gətirdiklərini açıqlayıb.

    22 ölkədə mövcud olan Meta AI ilə artıq süni intellektlə şəkillər yaratmaq və fotoları redaktə etmək mümkün olacaq.

    Yeni foto redaktə xüsusiyyəti sayəsində istifadəçilər Meta AI ilə şəkilləri redaktə edə və istədikləri kimi dəyişə bilərlər.

    Bu funksiya hazırda ingilis dilindədir, lakin “WhatsApp” rəsmi bloqunda onun tezliklə digər dillərdə də istifadəyə veriləcəyini bildirir.

    Sadəcə olaraq “Məni Təsəvvür Et” yazaraq və istədiyiniz ssenarini təyin etməklə istifadəçilər istədikləri şəkli yarada bilərlər.

    Bu funksiya hazırda ABŞ-də beta versiyada mövcuddur və tezliklə digər bölgələrə və dillərə də genişləndirilməsi planlaşdırılır.

    Bütün bu süni intellekt xüsusiyyətləri yalnız müəyyən ölkələrdə istifadə edilə bilər və Türkiyə hələ bu ölkələr arasında deyil.
    //azxeber

  • Polad Bülbüloğlu deputatlığa namizəd oldu

    Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək arzusundan danışıb. Diplomat qeyd edib ki, şuşalılar onu parlamentdə öz nümayəndəsi seçsələr, etimadı doğrultmaq üçün hər şeyi edəcək.

    Median.Az modern.az-a istinadən xəbər verir ki, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olacaq.

    124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından məlumatı təsdiq ediblər. Bildirilib ki, o, artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib.

    Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 124 saylı seçki dairəsindən namizədi Leyla Babışovadır. O, YAP Şuşa rayon təşkilatının sədr müavinidir. Adıçəkilən seçki dairəsindən, həmçinin Azad Vətən Partiyasının (AZAD VƏTƏN) sədri Akif Nağının da namizədliyi irəli sürülüb.

    Xatırladaq ki, Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. Diplomat 1995-ci ildə 45 saylı Şuşa–Cəbrayıl –Xocavənd seçki dairəsindən deputat seçilmişdi.

  • Azərbaycanla Qazaxıstanın 50 milyon dollarlıq layihəsinin icrasına nə zaman başlanılacaq?

    Azərbaycan və Qazaxıstan arasında dənizin dibi ilə Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilməsi üçün bu il əməli işlərə başlanılması gözlənilir.

    Bunu “Report”a açıqlamasında Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib.

    Onun sözlərinə görə, hazırda bunun üçün podratçı şirkət seçilir.

    “Əvvəlcə kabeli istehsal etmək, sonra onu Xəzər dənizinə gətirmək və dibinə salmaq lazımdır. Bu il və gələn il layihənin böyük hissəsi tamamlanacaq”, – deyə səfir qeyd edib.

    Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumatötürmə imkanına sahib magistral fiber-optik kabel xətlərinin çəkilməsi üzrə layihədir.

    Layihədə məqsəd Xəzər dənizinin dibi ilə irihəcmli məlumatların ötürülməsinə imkan verən magistral kabel xətlərinin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunu (Digital Silk Way) formalaşdırmaqdır.

    Xəzərin dibi ilə optik xəttin çəkilişi 370 kilometr uzunluqda olacaq. Qazaxıstan və Azərbaycanın rabitə operatorlarının investisiyaları 23 milyard təngədən (50,6 milyon ABŞ dolları) çox təşkil edir.

  • Sonun başlanğıcı: Dənizlərdə suyun temperaturu 33 dərəcəyə çatdı

    Qlobal iqlim dəyişikliyi səbəbindən temperaturun yüksəlməsi dəniz suyunun temperaturunda da rekord artıma səbəb olub.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, dəniz suyunun temperaturunun artması ekosistemə ciddi ziyan vuracaq.

    Qeyd olunur ki, Aralıq dənizi sahillərində suyun temperatur göstəriciləri 33 dərəcəyə, Qara dəniz sahillərində isə 27-28 dərəcəyə çatıb və bu, mütəxəssisləri ciddi narahat edir.

    Son məlumatlara görə, Adana Karataş, Hatay İskenderun, Mersin, Antalya, Kemer, Fethiye, İzmir və Yalova sahillərində dəniz suyunun temperaturu 30 dərəcəyə çatıb. Boğaziçi ilə yanaşı, Cide, Bartın, Ünye və Giresun sahillərində dəniz suyunun temperaturunun 28 dərəcəyə çatması invaziv canlıların (yeni yerləşdiyi ətraf mühitə zərər verən bitki və heyvanlar, məsələn, bakteriyalar) artmasına yol açıb. Həmçinin, dənizlərdə oksigen səviyyəsinin yarıya qədər azalacağına dair xəbərdarlıq edilib.

    Bildirilir ki, dəniz suyunun temperaturu ilə əlaqədar buxarlanma daha yüksək olacağından ani və güclü yağışların, tufanların sayında ciddi artım müşahidə olunacaq. Qara dənizə köç başlayacaq. Burada ekosistemin pisləşməsi kütləvi balıq ölümləri ilə nəticələnəcək.

  • Saakaşvili sağlamlığını bərpa edib: Həbsxanaya qaytarılacaq

    Tbilisidə yerləşən özəl klinikaların birində müalicə alan Mixail Saakaşvilinin səhhəti yaxşıdır.

    Bu açıqlama ilə Gürcüstanın ədliyyə naziri Rati Breqadze çıxış edib.

    O qeyd edib ki, 56 yaşlı siyasətçinin sağlamlıq durumu daim nəzarətdə saxlanılır.

    “Şəxsən mən onun səhhətinin sürətlə yaxşılaşmasına çox şadam və ona cansağlığı arzulayıram”, – deyə o bildirib.

    Gürcüstan ədliyyə naziri M.Saakaşvilinin xəstəxanadan həbsxanaya köçürülməsi məsələsinə də aydınlıq gətirib.

    O vurğulayıb ki, həkimlərin yekun rəyi təqdim olunandan sonra M.Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək.

    “Prinsip çox sadədir: məhkum cəzasını həbsxanada çəkməlidir”, – deyə Rati Breqadze fikrini tamamlayıb.

  • Kişi nənəsinin evindən 102 minlik oğurluq etdi

    Gəncə şəhər sakini Sədaqət Dilavər qızı Cəlali evindən oğurluq edilməsi barədə polisə şikayət edib.

    Vətəndaş müraciətində iddia edib ki, öz qonşuları nəvəsi Ayxan Nizami oğlu Əliyevin psixoloji problemlərinin olmasından istifadə edərək evindəki əşyaları oğurlayıblar.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, Sədaqət Cəlalinin nəvəsinin psixoloji problemlərinin olması və kimlərinsə təhriki ilə oğurluq etməsi barədə dedikləri həqiqətə uyğun deyil.

    Qeyd olunub ki, Gəncə şəhər sakini Ayxan Əliyev cari ilin iyun ayının 2-dən 3-nə kimi nənəsinə məxsus fərdi yaşayış evindən ümumi dəyəri 102 110 manat olan qızıl-zinət, məişət və elektronik əşyalarını oğurlayaraq müxtəlif şəxslərə satıb.

    İş üzrə Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, cinayəti törətməkdə şübhəli bilinən A.Əliyev saxlanılıb. İstintaq zamanı oğurlanan əşyaların bir qisminin yeri polis əməkdaşları tərəfindən müəyyən edilərək zərərçəkənə qaytarılıb. Məhkəmənin qərarı ilə şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Bundan başqa, zərərçəkənin nəvəsi, cinayəti törətməkdə şübhəli bilinən A.Əliyevin araşdırma zamanı hər hansı bir fiziki və ya psixoloji problemi müəyyən edilməyib və əvvəllər də oğurluq etdiyinə görə məhkum olunub.

  • Ağadadaş Ağayevlə mühafizəçi haqda qərar verildi

    Xəbər verdiyimiz kimi, Binəqədi rayonunda baş vermiş insidentlə bağlı cinayət işi başlanılıb. Münaqişə tərəfləri – Xalq artisti Ağadadaş Ağayev və “Medera” hospitalının mühafizəçisi Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb olunublar.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağadadaş Ağayev və Nurəddin Cəlilov təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Lakin həbs və ya ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdimat verilməyib. İstintaq orqanının qərarı ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

    Hadisə ilə bağlı Ağadadaş Ağayevin vəkilləri Şəfa Camalzadə və Asim Abbasov saytımıza açıqlama veriblər. Vəkillər müvəkkillərinin ittihamları qəbul etmədiklərini deyiblər:

    “Videogörüntülərdən göründüyü kimi, Ağadadaş Ağayev hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və buna görə də ciddi həkim nəzarəti altında müalicə alır. A. Ağayevin özü artıq bir neçə ildir ki, ciddi onkoloji xəstədir, mütəmadi olaraq ağır dərmanlar qəbul edir, bu səbəbdən də həm fiziki, həm də psixoloji vəziyyəti daimi gərginlik altındadır. İş üzrə istintaq başa çatdıqdan sonra həmin epizoda qədər və ondan sonra da olan hadisələri özündə əks etdirən videogörüntü yəqin ki, ictimaiyyətə təqdim ediləcək. Bununla da əsl həqiqət hamıya məlum olacaq”- deyə vəkillərin açıqlamasında qeyd olunub.