Month: July 2024

  • Rusiya Ukraynada daha bir “Abrams”ı vurub

    Rusiya Ukrayna silahlı qüvvələrinin daha bir “Abrams”ını sıradan çıxarıb. Ukrayna Silahlı Qüvvələri Rusiyanın “Mərkəz” qrupunun məsuliyyətində olan zonasında 410-a qədər hərbçisini itirib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, “Mərkəz” qoşunlar qrupunun bölmələri taktiki vəziyyəti yaxşılaşdıraraq Ukrayna Silahlı Qüvvələrinin 11-ci briqadasının 68-ci piyada, 25-ci hava desant briqadalarının birləşmələrini məğlub edib.

  • Bakının Xəqani küçəsində hərəkət məhdudlaşdırılacaq

    Sabah saat 00:00-dan iyulun 29-u saat 07:00-a qədər Bakının Səbail rayonunun Xəqani küçəsində (Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Median.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

  • Azərbaycanda magistral yolda beş gün məhdudiyyətlər olacaq

    Sabah saat 09:00-dan iyulun 30-u saat 00:00-a qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-26 km-lik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    “Yol bağlanmır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

  • Bu pivənin istehsalı dayandırıldı – Nöqsanlar aşkarlanıb

    Qaxda “Qafqaz Beer CO” MMC-yə məxsus pivə istehsalı müəssisəsində yoxlama keçirilib.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, müəssisədə sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulmasına dair ciddi nöqsanlar aşkarlanıb.

    Belə ki, müəssisədə istehsal edilən pivə məhsullarının doldurularaq satışa çıxarıldığı çəlləklərin üzərində etiket məlumatlarının (istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti, tərkibi və s.) qeyd olunmadığı müəyyən edilib.

    Həmçinin anbar sahəsində temperatur və rütubətin nəzarətdə saxlanılmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, istehsalat sahəsində səthlərin gigiyenik və yuyulabilən üzlüklə üzlənmədiyi, işçilərin gigiyenik təlimə cəlb olunmadığı və xüsusi geyim formasından (bone, əlcək və s.) istifadə etmədən çalışdıqları, məhsulların dövri olaraq laborator müayinələrə cəlb edilmədiyi aşkarlanıb.

    Faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilib. Müəssisədə istehsalın və hazır pivə məhsulunun satışının dayandırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərar qəbul edilib.

    Həmçinin müəssisədə süzülmüş pasterizə edilməmiş pivədən nümunə götürülərək müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

  • Армения готовит ответ на 10-й пакет предложений Азербайджана по проекту мирного договора

    Армения готовит ответный пакет предложений по мирному договору.

    Об этом сообщила Sputnik Армения пресс-секретарь МИД Армении Ани Бадалян.

    “Наши ответные предложения по мирному договору находятся на стадии подготовки. Армения готова подписать соглашение в кратчайшие сроки”, – заявила Бадалян.

    Отметим, Армения получила 10-й пакет предложений относительно проекта мирного договора от Азербайджана в июне.

  • Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır

    Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır.

    Bu açıqlama ilə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan çıxış edib.

    “Ermənistanın sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir. Ermənistan artıq səslənmiş və təqdim olunmuş fundamental müddəalara uyğun olaraq, sazişi mümkün qədər tez imzalamağa hazırdır”, – deyə Ani Badalyan bildirib.

    Xatırladaq ki, Ermənistan iyun ayında Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı 10-cu təkliflər paketini alıb.

  • Утвержден предварительный список лиц, которые будут обучаться за рубежом за счет государства

    Утвержден предварительный список по приему документов на 2024-2025 учебный год в рамках Государственной программы обучения за рубежом.

    Как сообщили в Министерстве науки и образования, по предварительным результатам конкурса, проведенного в этом году, в общей сложности 295 кандидатов получили статус участников программы.

    99 из них будут обучаться в десяти лучших вузах мирового рейтинга. Следующий список отобранных участников программы будет представлен общественности в ближайшие дни.

    Отметим, что прием документов на 2024-2025 учебный год осуществляется на основании “Государственной программы обучения молодежи в престижных высших учебных заведениях зарубежных стран на 2022-2026 годы”, утвержденной распоряжением Президента Азербайджанской Республики № 3 163 от 28 февраля 2022 года.

  • Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin ilkin siyahısı təsdiqləndi

    Xaricdə təhsilə dair Dövlət Proqramına 2024-2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub.

    Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 295 nəfər namizəd proqram iştirakçısı adını qazanıb.

    Sözügedən 295 nəfərin 99-u dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Seçilmiş proqram iştirakçılarının növbəti siyahısı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

    Qeyd edək ki, 2024-2025-ci tədris ili üçün sənəd qəbulu Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” əsasında həyata keçirilir.

  • Bakıda mübahisə zamanı gənc oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

    Bakıda mübahisə zəminində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən Həsənağa Əliyevə hökm oxunub.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Həsənağa Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

    Prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tərəflər arasında mübahisənin isə avtomobillərinin üz-üzə gəlməsi və bir-birilərinə yol verməməsi səbəbindən baş verdiyi bildirilib.

    Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Отличившийся на Отечественной войне полковник назначен ректором

    Назначен ректор Военного института имени Гейдара Алиева.

    По информации Qafqazinfo, в связи с этим подписано соответствующее распоряжение.

    Согласно ему, ректором института назначен полковник Умидвар Гулиев, один из военнослужащих, проявивших доблесть во время Отечественной войны. После войны он был награжден орденом “Карабах”.

    В связи с проведенными в Министерстве обороны кадровыми реформами в последнее время на высокие посты были назначены несколько участников Отечественной войны.

    Отметим, что ректор Военного института имени Гейдара Алиева генерал-майор Физули Салахов был освобожден от занимаемой должности и отправлен на пенсию в связи с предельным возрастом пребывания на службе. Исполнение обязанностей ректора института было возложено на героя Отечественной войны полковника Низами Мёвланова.