Month: July 2024

  • В Сальяне автомобиль врезался в дерево, есть пострадавшие

    В Сальяне произошло дорожно-транспортное происшествие, в результате которого пострадали два человека.

    Инцидент произошел на проспекте Г.Алиева.

    Водитель автомобиля марки “ВАЗ-21015” потерял управление, в результате машина врезалась в дерево на обочине дороги.

    По информации, травмы различной степени тяжести получили жители города Бабаев Эльнур Эльман оглу (1998 г.р.) и Мамедов Аликрам Али оглу (2001 г.р.).

    Пострадавшие были доставлены в Сальянскую центральную районную больницу.

    По факту проводится расследование.

  • Salyanda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

    Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    Hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “VAZ-21015” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

    Qəza nəticəsində Salyan şəhər sakinləri, 1998-ci il təvəllüdlü Babayev Elnur Elman oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Əlikram Əli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Növbəti meteor yağışının pik vaxtı məlum olub

    Perseid meteor axını avqustun 12-nə keçən gecə pik həddinə çatacaq.

    Bu barədə TASS-a Moskva Planetariumunun mətbuat xidmətindən məlumat verilib.

    Astronomlar güclü meteor yağışı proqnozlaşdırırlar. Belə ki, maksimumda zenitdə saatda 120-yə qədər meteorun görünməsi proqnozlaşdırılır.

    Yağış ən yaxşı gecənin ikinci yarısında və səhər saatlarında – şərq istiqamətində və üfüqdən yüksəkdə müşahidə olunur.

    Səmada çoxlu “atan ulduzların” göründüyü perseidlərin aktiv fazası avqustun 10-da başlayacaq.

    Perseid meteor yağışı 1862-ci ildə kəşf edilmiş 109P/Svift-Tuttle kometinin qalıqlarından əmələ gəlir. Hətta bu kometi Perseid meteor yağışının “buzlu valideyni” adlandırırlar. Nüvəsinin diametri 26 km olan bu komet 133 ildən bir Yerin yaxınlığından keçir. Günəş ətrafında illik hərəkəti nəticəsində Yer hər dəfə yay aylarında kometin qalıqlarından keçir və bu zaman Perseid meteor yağışı baş verir. Radiant (meteorların mənbəyi) Persey bürcündə olduğu üçün meteor yağışı Perseid alandırılır.

  • Vətəndaşlar dövlət qurumlarının qaynar xətləri ilə əlaqə yarada bilirlər? – VİDEO

    Vətəndaşlar dövlət qurumlarının qaynar xətləri ilə əlaqə saxlamağın bir çox hallarda mümkünsüz olduğunu bildiriblər.

    Bununla bağlı onlar Xəzər TV-nin keçirdiyi sorğuda fikirlərini ifadə ediblər.

    Həmçinin, vətəndaşlar vurğulayıblar ki, onlar zəng etdikləri dövlət qurumunun qaynar xəttində uzun müddət gözlədikdən sonra heç bir əlaqə yarada bilmirlər.

  • Paytaxt sakinlərindən kirayə mənzillərin qiymətinə MÜNASİBƏT

    Sosial şəbəkədə aylıq kirayəsi təxminən 35 min manata, hətta daha çox olan evlər təklif olunur.

    Bu evlərin təqdimatı satış saytlarında maklerlər tərəfindən həyata keçirilir.

    Müxtəlif aylarda fərqli qiymətə kirayə verilən evlər yayda daha da bahalaşaraq fantastik həddə çatır.

    Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

    Məsələyə münasibət bildirənlərin çoxu aylıq kirayə qiymətinin bu qədər baha olmasının reallığa uyğun olmadığını bildiriblər.

    “Nə qədər imkanlı olsam da, 35 min manatlıq evdə kirayə qalmaram”, – deyə sakin söyləyib.

  • На Олимпиаде-2024 установлен первый мировой рекорд

    Представительница Южной Кореи Лим Хи Се побила мировой рекорд в стрельбе из лука в рамках соревнований на Олимпийских играх 2024 года в Париже.

    Об этом сообщает Median.Az со ссылкой на gazeta.ru.

    Спортсменка во время квалификационного раунда смогла набрать 694 очка из 720 возможных. Предыдущий мировой рекорд был установлен в 2019 году и составлял 692 балла и принадлежал другой кореянке – Кан Чхэ Ен.

    Лим Хи Се – действующая чемпионка мира в командном турнире по стрельбе из лука, ей 21 год.

  • 2024-cü il Olimpiadasında ilk dünya rekordu qeydə alınıb

    Cənubi Koreyalı Lim Şi Hon 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında oxatma üzrə dünya rekordu qırıb.

    Median.Az Gazetaya.ru-ya istinadən bildirir ki, təsnifat mərhələsində idmançı mümkün 720 mümkün xaldan 694 xal toplayıb. Əvvəlki dünya rekordu başqa bir koreyalı qadın Kan Çe Yanq tərəfindən 2019-cu ildə qoyulmuşdu və 692 xala bərabər idi.

    Qeyd edək ki, Lim Şi Hon oxatma üzrə komanda hesabında hazırkı dünya çempionudur və onun 21 yaşı var.

  • Минобороны: Подобные провокации свидетельствуют о подготовке к очередной войне против Азербайджана

    Министерство обороны Азербайджанской Республики (АР) уже сообщало о недавно совершённых Арменией провокациях с применением тяжелого оружия на кельбаджарском направлении и с применением квадрокоптера на товузском направлении.

    Об этом сообщило в пресс-службе оборонного ведомства АР.

    Отмечается, подобные провокации со стороны Армении отнюдь не первый случай, они носят постоянный характер.

    “Военные учения, проведенные Соединенными Штатами Америки в Армении, оснащение Францией РА смертоносным оружием и оказание Европейским Союзом военной помощи Армении под прикрытием Европейского фонда мира на предварительном этапе в размере 10 млн евро, вдохновляют оккупанта Армению совершать подобные провокации и свидетельствуют о подготовке к очередной войне против Азербайджана.

    Министерство обороны еще раз предупреждает РА и ее покровителей о том, что им следует воздержаться от намерения создать новый очаг войны на Южном Кавказе. Если подобные провокационные действия против нашей страны не прекратятся, то будут приняты надлежащие ответные меры в целях самообороны с использованием всех средств, имеющихся в арсенале Вооруженных сил Азербайджанской Республики.

    Заявляем, что вся ответственность за обострение ситуации в регионе ляжет на военно-политическое руководство Армении и ее покровителей”, – говорится в заявлении.

  • MN-dən Ermənistana XƏBƏRDARLIQ: Lazımi cavab tədbirləri görüləcək

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın növbəti təxribatı barədə bəyanat yayıb.

    Median.Az həmin bəyanatı təqdim edir:

    “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar vermişdir. Qeyd edək ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyildir və davamlı xarakter daşıyır.

    Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir.

    Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünümüdafiə məqsədilə lazımi cavab tədbirləri görəcəkdir.

    Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir”.

  • Türkiyənin iki vilayətində meşə YANIR

    Türkiyənin Adana və Balıkesir vilayətlərində meşə yanğını başlayıb.
     
    Bu barədə “Habertürk” məlumat yayıb.
     
    Bildirilib ki, yanğınların səbəbi məlum deyil. Hazırda hər iki yanğının söndürülməsi istiqamətində işlər görülür.
     
    Hadisə yerlərinə yanğınsöndürən maşınlar və helikopterlər cəlb olunub.