Month: July 2024

  • Arif Babayev: “Hərdən jurnalistlər xətrimə dəyirlər”

    “İndi Qaxdakı evimdəyəm. Burada bir evim var, qonaqlı-qaralı olur. Qapım hamının üzünə açıqdır. Tez-tez tələbələrim, məni sevənlər ziyarətimə gəlirlər, qonağım olurlar, buyurun, siz də gəlin”

    Bu sözləri Lent.az-a verdiyi açıqlamada xanəndə, Xalq artisti Arif Babayev deyib.

    “Səhhətim yaxşıdır. Gümrah olmasam da, şükür Allaha, nəfəsim gedib-gəlir. Yeriməkdə çətinlik çəkirəm, bəzən xəstələnəndə danışmaqda da çətinlik olur. Amma yaşlılıqdır, bu da Tanrının verdiyi bir nemətdir. Hərdən jurnalistlər xətrimə dəyirlər, haqqımda “ağır xəstədir”, “öldü” kimi xəbərləri yayırlar, inciyirəm. Mən xalqımı, xalqım da məni sevir. Belə şeylərə nə ehtiyac var? Tələbələrim, həmkarlarım, mədəniyyət xadimləri diqqətdə saxlayırlar məni, tez-tez soruşur, gəlib gedirlər, könlüm açılır. Yay bitsin Bakıya qayıdacağam”,- deyə o bildirib.

  • “Ağ çiçəyim”dən təzminat tələb edən sahibkar butulka ilə döyüldü

    Mağazası yanan sahibkar qadın “Ağ çiçəyim” gül mağazasının direktorundan təzminat tələb etdiyi üçün başından butulka ilə vurulub.

    “Qaynarinfo”nun məlumatına görə, hadisə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Belə ki, 15 may 2024-cü ildə Azadlıq prospektində yerləşən “Ağ çiçəyim” mağazasında güclü yanğın baş verib.

    Hadisə zamanı ümumi sahəsi 590 kvadratmetr olan gül mağazası və ümumi sahəsi 50 kvadratmetr olan “By Seva” geyim mağazası da yanıb. “By Seva” geyim mağazasının sahibi Sevinc Səfərova “Ağ çiçəyim” şirkətlər qrupunun rəhbəri Ceyhun Əliyevdən ziyanı qismən aradan qaldırmaq üçün təzminat tələb edib.

    O, Hacıdan yeganə gəlir yeri olan işinə davam etməyinə kömək göstərməsini xahiş edib. Ceyhun Əliyev sahibkar qadına 5 000 manat pulu verəcəyini bildirsə də, sonradan müxtəlif bəhanələrlə bunu yubadıb. İyunun 4-də Sevinc Səfərova yenidən Ceyhun Əliyev və köməkçiləri ilə görüşüb. Sevinc Səfərova məhkəmədə iddia edib ki, həmin gün “Ağ çiçəyim”in Surə adlı əməkdaşı – “hacıdan niyə pul istəyirsən?” – deyərək əlindəki butulka ilə onun başına vurub.

    Qadın polisə məlumat verərək, “Ağ çiçəyim”in sahibi tərəfindən döydürüldüyünü bildirib. Məhkəmə-tibbi ekspertizasında aparılan müayinə zamanı Sevinc Səfərovanın bədənində aşkar olunmuş xəsarətlərin – başın təpə nahiyəsinin qançır şişkinliyi, sol bazu və sağ əl nahiyələrinin qançırları bərk küt əşyanın (əşyalar) təsirindən zədə əmələ gəldiyi müəyyənləşib.

    Təqsirləndirilən şəxs – 1970-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı Surə Əliyeva (soyad şərti) məhkəmədə özünü təqsirli bilməyərək bildirib ki, Sevinc Səfərovanı təhqir etməyib, vurmayıb və heç bir xəsarət yetirməyib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib və 400 manat cərimə edilib.

  • В Азербайджане зарегистрирован случай смерти от красной волчанки – ЗАЯВЛЕНИЕ TƏBİB

    В Нефтчалинском районе зафиксирован факт смерти от системной красной волчанки (аутоиммунное заболевание, которое может поражать различные органы тела, особенно кожу, суставы, кроветворную систему, почки и центральную нервную систему – ред.).

    Как сообщает lent.az, житель района Эльдениз Мамедов (1975 г.р.) в тяжелом состоянии поступил в Центральную больницу Нефтчалинского района и там скончался.

    Как сообщили сайту в Объединении по управлению медицинскими территориальными подразделениями Азербайджана (TƏBİB), 19 июля, около 10:35, житель села Узунбабалы Нефтчалинского района 1975 года рождения (мужского пола) был госпитализирован в отделение скорой медицинской помощи Центральной больницы Нефтчалинского района в состоянии гипотонии (состояние, которое сопровождается стойким или периодическим снижением артериального давления крови – ред.) из-за плохого самочувствия.

    Со слов близких мужчины, он около 15 лет страдал от красной волчанки.

    Больному была немедленно оказана первичная медицинская помощь, и он был помещен в отделение реанимации.

    Несмотря на все принятые меры, 23 июля, в 08:30, был зарегистрирован факт смерти пациента от полиорганной недостаточности.

  • Azərbaycanda nadir xəstəlikdən ÖLÜM

    Azərbaycanda “qırmızı qurd eşənəyi” xəstəliyindən ölüm faktı qeydə alınıb.

    Lent.az xəbər verir ki, hadisə Neftçala rayonunda baş verib. Rayonun Həsənabad qəsəbə sakini, 1975-ci il təvəllüdlü Eldəniz Məmmədov ağır vəziyyətdə Neftçala Rayon Mərkəzi Xəstəxanasına daxil olub və orada ölüb.

    Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 19-da saat 10:35-də 1975-ci il təvəllüdlü Neftçala rayonunun Uzunbabalı kənd sakini (kişi cinsli) halının pis olması səbəbiylə, hipotoniya vəziyyətində Neftçala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

    “Yaxınları tərəfindən xəstənin 15 ilə yaxın “qırmızı qurd eşənəyi” xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

    Xəstəyə dərhal ilkin tibbi xidmətlər göstərilərək Reanimasiya şöbəsinə yerləşdirilib.

    Aparılan bütün tədbirlərə baxmayaraq, iyulun 23-də 08:30-da xəstənin poliorqan çatışmazlığından ölüm faktı qeydə alınıb”.

  • İranla sərhəddə SİLAHLI İNSİDENT: Hərbçilərimiz yaralandılar

    Sərhəd pozucuları tərəfindən sərhədçilərin həyatına qəsd olunub.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

    İyulun 24-də saat 3:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

    Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı silahlı müqavimət göstərərək havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edib geri qaçıblar.

    Silahlı insident nəticəsində sərhəd naryadının 2 üzvü yüngül xəsarət alıb, onlara zəruri tibbi yardım göstərilib.

    Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunması nəticəsində sərhəd pozucularından birinin güllə yarası aldığı müəyyən edilib.

    Əraziyə baxış zamanı ümumi çəkisi 10 kiloqram 882 qram narkotik vasitə, sərhəd pozucularına məxsus gecəgörmə cihazı, 12 mm çaplı tüfəng, giliz və patronlar aşkar olunub.

    Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

    Hazırda prokurorluq orqanlarının əməkdaşları ilə birgə əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

  • В Азербайджане за организацию незаконных паркомест будут штрафовать на сумму до 2 000 манат

    Лица, организующие незаконные парковочные места, либо взимающие за эту услугу плату, будут оштрафованы на сумму до 2 000 манатов.

    Как сообщается на сайте President.az, в связи с этим Президент Азербайджана Ильхам Алиев утвердил изменения в Кодекс об административных проступках.

    Согласно изменениям, за организацию парковочных мест на государственных автомобильных дорогах лицами, не имеющими на это полномочий, предоставление услуги парковки или требование оплаты в связи с этой услугой физические лица будут оштрафованы в размере от 100 до 200 манатов, должностные лица – от 300 до 500 манатов, или если применение этих мер будет недостаточным с учетом обстоятельств дела и личности нарушителя, применяется административный арест на срок до 15 дней, а юридические лица будут оштрафованы на сумму от 1 500 до 2 000 манатов.

  • Saxta “parkovşiklər” iki min manatadək cərimələnəcəklər

    Qanunsuz parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə yeni cərimələr müəyyənləşib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

    Dəyişikliyə əsasən, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə olunacaqlar.

  • В Азербайджане учреждена стипендия для паралимпийских чемпионов

    Президент Азербайджанской Республики (АР) Ильхам Алиев подписал указ об увеличении государственной поддержки олимпийских и паралимпийских чемпионов Азербайджана.

    Об этом сообщается на сайте President.az.

    Согласно документу, для паралимпийских чемпионов Азербайджана учреждается специальная паралимпийская стипендия Президента АР, и ее ежемесячный размер устанавливается в размере двух минимальных месячных заработных плат. Эта стипендия будет выплачиваться Министерством молодежи и спорта страны за счет государственного бюджета Азербайджана.

    Размер специальной олимпийской стипендии Президента Азербайджанской Республики для олимпийских чемпионов определяется в размере четырех минимальных месячных заработных плат. В связи с этим в части 1 указа Президента Азербайджана “Об учреждении для олимпийских чемпионов Азербайджана специальных олимпийских стипендий Президента Азербайджанской Республики” слова “1 300 (тысяча триста) манатов” заменяются словами “в размере четырех минимальных месячных заработных плат”.

  • Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək

    Prezident İlham Əliyev Azərbaycanın olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyinin artırılması haqqında Fərman imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Fərmana əsasən, Azərbaycanın paralimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi paralimpiya təqaüdü təsis olunur və onun aylıq məbləği minimum aylıq əməkhaqqı məbləğinin iki misli miqdarında müəyyən edilir.

    Müəyyən edilir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

    Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarında müəyyən edilir.

  • 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verildi

    Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

    Belə ki, 14 yaşdan Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ siyahısına velosiped və ya araba ilə yanaşı, kiçik elektrik nəqliyyat vasitəsi də əlavə edilir.

    Məlumat üçün bildirək ki, kiçik elektrik nəqliyyat vasitəsi – gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan və aşağıdakı meyarlara cavab verən fərdi mobil nəqliyyat vasitələridir.

    – təkər çarxına mexaniki bağlanan və hərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika və ya səsli komanda) ilə hərəkət edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;

    – oturacağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az olmayan;

    – oturacağı olmadığı halda sükanın hündürlüyü 70 sm-dən az olmayan;

    – sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər və uzunluğu 2 m-ə qədər olan;

    – xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurula bilən enerji saxlama sistemi (batareyası) olan;