Month: July 2024

  • “Borussiya”dan ayrılan 35 yaşlı futbolçu “Real”a keçə bilər

    Almaniyanın “Borussiya” (Dortmund) kollektivindən ayrılan Mats Hummels İspaniya təmsilçisi “Real”a (Madrid) keçə bilər.

    “Kral klubu” 35 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır.

    Azad agent statusu daşıyan almaniyalı futbolçunun hansı qərarı verəcəyi yaxın günlərdə bəlli olacaq.

    Qeyd edək ki, karyerası boyunca 701 matça çıxan M.Hummels 59 qol vurub.

  • Azərbaycanlı tələbə Avropa mətbuatında Qarabağ mədəniyyətinə dair məqalələr dərc etdirib

    Macarıstanın Budapeşt Biznes Universitetinin birinci kurs tələbəsi Tuncay Eyvazlı İngiltərə, Bolqarıstan, Çexiya, Gürcüstan və Avstriyanın media orqanlarında Qarabağın dünya miqyaslı arxeoloji abidələri, məşhur muzeyləri bəzəyən xalçaları, ləziz kulinariyası haqqında məqalələr yayımlayıb.

    Yazılardan biri UNESCO irsi sayılan muğamın Qarabağda tarixi, yerli xanəndələri, Azərbaycan və ümumilikdə İslam dünyasının mədəniyyət paytaxtı sayılan müasir Şuşada keçirilən “Xarıbülbül” festivalı və digər məqamlara həsr edilib.

    Məqalələrdə həmçinin Qarabağda uzun illər işğal altında qalan tarixi-memarlıq abidələri, talan edlən mədəniyyət müəssisələri barəsində də məlumat verilib. Yazılarda Azərbaycanın rəsmi qurumları – Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agenliyi, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi məlumatlarına istinad olunub.

    Qeyd edək ki, məqalələr İngiltərənin “Thebestmagazine” saytında, Bolqarıstanın “Zemya” qəzetində, Çexiyanın populyar “Prague morning” saytında, “Avusturya günlügü” xəbər saytında və Gürcüstanın üç dildə yayımlanan “Newsday” saytında dərc edilib. Yazılar Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi tərəfindən icra olunan “Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin beynəlxalq və yerli mediada təbliği” çərçivəsində hazırlanıb.

  • Yamaykalı idmançı internet probleminə görə Paris-2024-dən kənarda qalıb

    Yamaykalı atlet Nayoka Klunis internet probleminə görə Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edə bilməyəcək.

    Yamaykada baş verən güclü fırtına sonrası ölkədə internetin fəaliyyəti dayanıb və çəkicatma üzrə yarışların iştirakçısının adı yarış ərizəsinə salınmayıb.

    İdmançı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ünvanlasa da, nəticə dəyişməyib.

    Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
    //report

  • Назначен гендиректор Азербайджанского института метрологии

    Назначен генеральный директор Азербайджанского института метрологии при Государственной службе по антимонопольному контролю и надзору за потребительским рынком.

    Как сообщает Report, этот пост занял Хамис Сейранов, ранее временно исполнявший обязанности директора.

  • Azərbaycan Metrologiya İnstitutuna baş direktor təyin olunub

    İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutuna baş direktor təyin edilib.

    Bu vəzifə indiyə qədər direktoru müvəqqəti əvəz edən Xamis Seyranova həvalə olunub.

    O, I “Yüksəliş” müsabiqəsinin qalibidir.

    X.Seyranov 1984-cü ildə anadan olub, Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Mülki və təsərrüfat hüququ ixtisası üzrə aspirantura/doktorantura, İsveçin Malmö Universitetində Dünya siyasi prosesləri ixtisası üzrə ikinci magistratura təhsili alıb.
    //report

  • Samur-Abşeron kanalında uşaq batıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

    Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

  • В Азербайджане в связи с ветреной погодой объявлено желтое предупреждение

    Национальная служба гидрометеорологии объявила желтое предупреждение в связи с ожидающимся днем 24 июля в Баку и на Абшеронском полуострове северо-западным ветром, порывы которого будут достигать 13,9-20,7 м/с.

    Об этом сообщили в Службе.

    По данным синоптиков, 24-26 июля в Барде, Тертере, Мингячевире, Нафталане, Агстафе, Гяндже, Товузе, Гёранбое, Агдаме, Физули, Зардабе, Нефтчале, Сабирабаде, Гёйчае, Шахбузе, Нахчыване, Ордубаде, Джульфе, Гобустане, Балакяне, Загатале, Шеки будет преобладать восточный ветер с порывами до 13,9-20,7 м/с.

  • Sabah külək güclənəcək – SARI XƏBƏRDARLIQ

    İyulun 24-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi qısa müddətə sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, iyulun 24-26-da isə bölgələrdə fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Tovuz, Goranboy, Ağdam, Füzuli, Zərdab, Neftçala, Sabirabad, Göyçay, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Zaqatala, Şəkidə şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

  • Задержан киберпреступник, вымогавший деньги у владельцев компаний

    Сотрудники Главного управления по борьбе с киберпреступностью Министерства внутренних дел (МВД) задержали Шахина Раджаб оглу Раджабова, представлявшегося специалистом по вопросам безопасности интернет-сайтов.

    Об этом сообщили в пресс-службе МВД.

    В ведомстве отметили, что Шахин Раджабов звонил в различные предприятия и организации, представляясь специалистом по вопросам безопасности интернет-сайтов, заявлял, что серверы, на которых размещены домены компаний, перешли под его контроль, а также отправлял этим предприятиям поддельные счета-фактуры, требуя срочной оплаты, в противном случае угрожая полностью остановить работу их онлайн-сервисов.

    По фактам возбуждено уголовное дело, расследование продолжается.

  • Müxtəlif qurumların serverlərinə kiberhücumlar edən şəxs saxlanılıb

    Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-texniki tədbirlər nəticəsində özünü internet saytlarının təhlükəsizlik məsələləri üzrə mütəxəssisi kimi təqdim edən Rəcəbov Şahin Rəcəb oğlu saxlanılıb.

    Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Şahin Rəcəbov müxtəlif müəssisə və təşkilatlara zəng edərək özünü internet saytlarının təhlükəsizlik məsələləri üzrə mütəxəssisi kimi təqdim edib müəssisə və təşkilatlara məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altında olduğunu, habelə həmin müəssisələrə saxta hesab-fakturalar göndərərək təcili ödəniş etmələrini, əks təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını qeyd edib.

    “O, bu yolla domen və serverlərin bağlanmaması üçün obyekt sahiblərindən qanunsuz pul vəsaitləri tələb edib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bənzər hallarla qarşılaşan vətəndaşlar bu barədə Baş İdarəyə məlumat verə bilərlər”, – məlumatda qeyd olunub.