Month: July 2024

  • Abşeronda evlərdən 130 min dollar oğurlanıb

    İyulun 17-də Abşeron rayonu Saray qəsəbəsində yerləşən evlərdən birindən içərisində 130 000 ABŞ dolları və 700 qram qızıl-zinət əşyaları olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Çin Xalq Respublikasının vətəndaşları – V.Zhijian və V.Hongfu ölkədən çıxmağa cəhd edərkən polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. Onların üzərindən 17 306 dollar, 9 586 BƏƏ dirhəmi, müxtəlif xarici valyutalarda olan pul əsginasları və 147 qram qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.

    Oğurlanan pul və zinət əşyalarının yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

    Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • BOK Beynəlxalq Boks Federasiyasını sıralarından xaric etdi: Azərbaycan boksunu nə gözləyir?

    Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı Umar Kremlyovun rəhbərlik etdiyi Beynəlxalq Boks Assosiasiyasını (AİBA) tanınmış federasiyalar siyahısından çıxarmaq qərarına gəlib. Qərar İdman Arbitraj Məhkəməsinin AİBA-nın BOK-un müəyyən etdiyi meyarlara cavab vermədiyini müəyyənləşdirməsindən sonra verilib.

    Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin illki hesabatında deyilir.

    “BOK-un Sessiyası AİBA-nın tanınmasının geri götürülməsinə səs verib”, – Olimpiya Komitəsinin illik hesabatında deyilir.

    BOK bildirib ki, komitə boks federasiyasından “pulun haradan gəldiyini anlamır”. “Tam maliyyə şəffaflığının olmaması BOK-un AİBA-nın tanınmasını geri götürməsinin səbəblərindən biri olub. AİBA maliyyə mənbələrini və ya yeganə dövlət şirkəti olan “Qazprom”dan tam maliyyə asılılığını izah etməyə hazır deyildi”, – press-relizdə aydınlıq gətirilir.

    Beynəlxalq Boks Assosiasiyasının tanınması 2019-cu ildə federasiyanın əvvəlki rəhbərliyi altında BOK tərəfindən idarəçilik, maliyyə və hakimlik ilə bağlı problemlərə görə dayandırılıb. 2020-ci ildən AİBA-ya bütün borcların qaytarıldığını elan edən rusiyalı Kremlyov rəhbərlik edir, lakin BOK hesab edir ki, təşkilat kifayət qədər iş görməyib.

    Ötən ilin yayında BOK AİBA-nın tanınmasını geri götürüb. Təşkilat bu qərarı “siyasiləşdirilmiş” hesab edib. AİBA buna İdman Arbitraj Məhkəməsində (CAS) etiraz etməyə çalışıb, lakin apreldə CAS şikayəti rədd edib.

    Tokioda keçirilən boks üzrə Olimpiya turniri BOK-un xüsusi komissiyası tərəfindən keçirilib. AİBA həmçinin 2024-cü il Oyunları üçün bu idman növü üzrə seçmə turnirlər keçirə bilməyib.

    Beynəlxalq Olimpiya Komitəsi bildirib ki, bütün bu səbəblərə görə boks hazırda 2028 Olimpiya Oyunlarının idman proqramına daxil edilməyib və BOK bu idman növü üzrə Olimpiya boks yarışlarını yenidən təşkil edə bilməyəcək.

    BOK hesab edir ki, bunu düzəltmək üçün Olimpiya boksu etibarlı, aydın idarə olunan Beynəlxalq Federasiya tərəfindən təşkil edilməlidir. Komitə xəbərdarlıq edib ki, AİBA-ya daxil olan istənilən milli federasiyasını təmsil edən boksçu 2028-ci ilin Olimpiya Oyunlarında iştirak edə bilməyəcək və müvafiq Milli Olimpiya Komistəsi belə milli boks Federasiyasını tərkibindən çıxarmalı olacaq.

    Qeyd edək ki, Azərbaycan Boks Federasiyası (ABF) 1992-ci ildən Beynəlxalq Boks Assosiasiyasının üzvüdür. Göründüyü kimi, ABF-nin sanksiyaya məruz qalmış təşkilatda gələcək üzvlüyü boksçularımızın beynəlxalq yarışlarda, həmçinin 2028-cı ildə ABŞ-ın Los-Angeles şəhərində keçiriləcək Olimpiya Oyunlarında mümkün iştirakını əngəlləyə və Azərbaycan Boks Federasiyasının Milli Olimpiya Komistəsinin tərkibindən çıxarılmasına səbəb olacaq. Bu isə öz növbəsində Azərbaycan boksuna böyük zərbə və boks idamn növünün ölkəmizdə sıradan çıxarılmasına səbəb olacaq.

    Bununla bağlı mövqe öyrənmək üçün Azərbaycan Boks Federasiyası ilə əlaqə saxlamağa çalışdıq, lakin zənglərə cavab verən olmadı. Federasiyanın elektron ünvanına şəhr sorğusu göndərilib, lakin xəbər dərc edilənədək ABF-dən cavab alınmayıb.

  • Sumqayıtda küçədə yıxılan 82 yaşlı qadın ölüb

    Sumqayıtda küçədə yıxılan 82 yaşlı qadın 11 gün sonra ölüb.

    APA xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb.

    1942-ci il təvəllüdlü Tatyana Salmiyanovna Salmiyanova iyulun 12-də yıxılaraq xəsarət alıb.

    Sumqayıt Şəhər 1 saylı Mərkəzi Xəstəxanasına yerləşdirilən qadın 11 gün sonra orada ölüb.

    Fakt araşdırılır.

  • Kamran Əliyevin yerinə yeni təyinat

    Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə yeni rəis təyin edilib.

    Bizim.Media xəbər verir ki, müvafiq əmrə əsasən bu vəzifəyə Elçin Xasiyev təyin olunub.

    Elçin Xasıyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi vəzifəsini icra edib.

    Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin keçmiş rəisi Kamran Əliyev idi. K.Əliyev 2024-cü il martın 27-də sözügedən vəzifədən azad olunub.

  • В Европе бушуют лесные пожары

    Пожарные борются с огнем в Португалии, Македонии и Болгарии. Всем пострадавшим оказывается гуманитарная и медицинская помощь, сообщает Median.Az со ссылкой на ru.euronews.com.

    По меньшей мере 14 человек, в том числе 11 пожарных, пострадали от лесного пожара, вспыхнувшего в воскресенье недалеко от столицы Португалии Лиссабона. Все пострадавшие госпитализированы. Врачи оказывают им всю необходимую помощь.

    По сообщениям, огонь вспыхнул в Кашкайше около полудня. Более 300 пожарных сумели взять его под контроль в течение нескольких часов.

    Пожар повредил конноспортивный центр. Пожарные успели спасти 30 лошадей.

    В Северной Македонии на протяжении двух недель бушуют семь лесных пожаров. Самая тяжелая ситуация наблюдается в южной части страны. На горе Серта в южном районе Неготино горит около 30 гектаров леса.

    В район бедствия направлены два полицейских вертолета, армейский вертолет, 60 полицейских спецслужб и 100 военнослужащих.

    Македонские власти заявили о 22 потушенных лесных пожарах.

    После семи дней борьбы с огнем в Болгарии в муниципалитете на границе с Турцией лесные пожары были взяты под контроль.

    По данным местных СМИ, пожар охватил 73 га угодий.

    Пострадавшим доставлена гуманитарная помощь. Людей, оставшихся без крова, разместили в пунктах временного пребывания.

  • Avropanın bir neçə ölkəsində güclü meşə yanğınları davam edir

    Avropanın müxtəlif ölkələrində meşə yanğınları müşahidə olunur.

    Median.Az “Euronews”a istinadən xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabon yaxınlığında baş verən meşə yanğınında 11 yanğınsöndürən də daxil olmaqla ən azı 14 nəfər xəsarət alıb. Yanğının nəzarət altına alındığı bildirilir.

    Şimali Makedoniyada isə artıq iki həftədir ki, meşə yanğınları davam edir.

    Ən ağır vəziyyət ölkənin cənub bölgəsində müşahidə olunur. Cənub Neqotino bölgəsindəki Serta dağının təxminən 30 hektar meşə sahəsi yanıb.

    Bolqarıstanda yeddi gün davam edən yanğınlarla mübarizədən sonra Türkiyə ilə sərhəddə yerləşən meşəlik ərazidə alovu nəzarət altına götürmək mümkün olub.

    Yerli KİV-in məlumatına görə, yanğın 73 hektar ərazini əhatə edib.

    Zərərçəkənlərə humanitar yardım çatdırılıb. Evsiz qalan insanlar müvəqqəti məskunlaşma mərkəzlərinə yerləşdiriliblər.

  • Mühafizəçiyə balta atan Ağadadaş Ağayev danışdı – VİDEO

    Xalq artisti Ağadadaş Ağayev törətdiyi insidentdən danışıb.

    APA TV-yə açıqlama verən A.Ağayev bildirib ki, bu, böyüdüləcək bir hadisə deyil.

    “Hər şey yolundadır, bəlkə axşam canlı yayım açdım. Orada açıqlama verəcəyəm”, – deyə Xalq artisti bildirib

  • Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin iclası təxirə salındı

    Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəməsi təxirə salınıb.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilməsi planlaşdırılan prosesə Əhməd Əhmədov gətirilməyib.

    Bu səbəbdən məhkəmə prosesi sentyabrın 10-na kimi təxirə salınıb.

    Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.

    İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • “Kurtlar Vadisi”nin məşhur aktyoru Azərbaycanda cərimələndi (SƏBƏB)

    Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında Güllü Erhan obrazını canlandıram aktyor Erhan Ufak cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti aktyora İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb.

    Ehan Ufak qərardan məhkəməyə şikayət edib. İşə Abşeron Rayon Məhkəməsində baxılacaq. Firuzə Kərimova iş üzrə hakim təyin edilib.

    192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.

    Bu maddəyə əsasən, fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 min manatadək məbləğdə cərimə edilir.

    Erhan Ufak bu ilin fevralında eyni maddə ilə cərimələnmişdi.

    Məlumata görə, aktyor Azərbaycanda “Sənət Akademiyası” açıb. Bu səbəbdən, Erhan Ufak vaxtaşırtı Azərbaycana gəlir. Ehtimal olunur ki, aktoyorun cərimələnməsi “Sənət Akademiyası”na görədir.

  • Trampa sui-qəsd edənləri araşdırmaq üçün işçi qrupu yaradıldı – VİDEO

    ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdini hərtərəfli araşdırmaq üçün 13 nəfərlik qrup yaradılıb.

    Azxeber.com Qərb mediasına istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının sözçüsü Mayk Conson deyib.

    O, açıqlamasında bunları deyib:

    “Trampın həyatına qarşı atılan bu cür addımlar qəbul edilməzdir. Buna cavab olaraq konqresmen Hakeem Jeffries və mən məsələni hərtərəfli araşdırmaq üçün 7 Respublikaçı və 6 Demokratdan ibarət Nümayəndələr Palatasının İşçi Qrupunun yaradılmasını elan edirik. Əməliyyat qrupu çağırış səlahiyyətinə sahib olacaq və faktları tapmaq, hesabatlılığı təmin etmək və belə uğursuzluqların bir daha təkrarlanmamasını təmin etmək üçün tez hərəkət edəcək”.

    Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donlad Tramp iyulun 13-də Pensilvaniyadakı görüşdə çıxış edərkən sui-qəsdə məruz qalıb.

    Şübhəli öldürülüb, Tramp isə sağ qulağının yuxarı nahiyəsindən yaralanıb.