Month: August 2024

  • İlham Əliyev Azərbaycanla Pakistan arasında imzalanmış sənədləri təsdiqləyib

    Prezident İlham Əliyev Azərbaycanla Pakistan arasında imzalanmış sənədləri təsdiqləyib.

    President.az-ın xəbərinə görə, 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, eləcə də “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

    Həmçinin, Prezident 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş”in və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nun təsdiq edilməsi ilə bağlı da fərmanlar imzalayıb.

  • Kirayə pulunu ödəyə bilməyən yaşlı qadın küçəyə atıldı? – DİN hərəkətə keçdi (VİDEO)

    Bakıda küçəyə atıldığını iddia edilən yaşlı qadınla bağlı tədbir görülüb.

    Bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, məsələ ilə bağlı polis və aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər görülüb. Qadın sığınacaqdan imtina etdiyi üçün qızının evinə yerləşdirilməsi təmin edilib.

    * * * * *

    Bakıda yaşlı qadın küçəyə atıldığını iddia edir.

    Kifayət Hüseynova adlı bu xanım 5 gündür küçədə gecələdiyini deyir. Səhhətində ciddi problemləri olan qadın deyir ki, kirayə pulunu ödəyə bilmədiyindən ev sahibi əşyalarını çölə atıb.

    O bildirib ki, sağlamlıq və ailə vəziyyəti nəzərə alınaraq bu yaxınlara qədər evinin kirayə pulu Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ödənilib. Ancaq indi bu ödəniş dayandırılıb.

    Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən verilən açıqlamada vətəndaşın iddialarının əsassız olduğu bildirilib.

    Kifayət Hüseynovanın kirayə ev sahibləri ilə tez-tez mübahisə etdiyi də iddia edilib.

    Lakin bütün bunlara baxmayaraq, razılıq verəcəyi təqdirdə, vətəndaşın sığınacağa yerləşdirilməsi üçün bütün köməkliklər göstəriləcək.

    Ətraflı “Xəzər Xəbər”in süjetində:

  • Azərbaycanda yeni DÖVLƏT RÜSUMLARI

    Hərbi texnika və silahla əlaqədar lisenziya verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib.

    “Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

    Dəyişikliklə lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə aid edilən döyüş təyinatlı hərbi texnika və hərbi silahla bağlı lisenziya verilməsinə görə yeni dövlət rüsumu müəyyənləşib.

    Belə ki, döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.

    Bundan əlavə, döyüş sursatının layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.

  • Водоснабжение в Баку будет полностью восстановлено во второй половине дня

    Сегодня во второй половине дня будет полностью восстановлено водоснабжение всех районов столицы, куда питьевая вода поступает по трубопроводу Огуз – Габала – Баку.

    Об этом сообщает Report со ссылкой на Объединенную службу водоснабжения крупных городов при Агентстве государственных водных ресурсов Азербайджана.

    Согласно информации, на данный момент водоснабжение восстановлено на 80%.

    В службе напомнили, что ремонтно-восстановительные работы на водопроводной линии Огуз – Габала – Баку завершены, однако процесс заполнения трубопровода водой продолжается.

    В соответствии с техническим регламентом, поэтапно идет процесс восстановления водоснабжения столичных районов.

  • Agentlikdən əhaliyə içməli su ilə bağlı daha bir VƏD

    “Günorta saatlarından sonra suyun Bakının digər ərazilərə də çatması mümkün olacaq”.

    “Report” xəbər verir ki, bu məlumat Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib.

    Bildirilib ki, Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin tam yekunlaşmasından sonra bəzi ərazilərə suyun qrafikə uyğun verilə bilməməsinin səbəbi magistral xəttin doldurulma prosesinin davam etməsidir.

    Məlumatda qeyd edilib ki, texniki qaydalara uyğun olaraq, suyun verilmə rejiminin tədricən bərpası prosesi gedir:

    “Artıq 80 faiz ərazi içməli su ilə təmin edilib”.

    Xatırladaq ki, ötən gün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətinin rəhbəri Ceyhun Musaoğlu günorta saatlarında əhalinin su təminatının normal rejimdə bərpa olunacağını vəd etmişdi.

  • Bakıda piyadanı vuran maşın zəncirvari qəzaya səbəb oldu: Ölən var

    Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi olub.

    APA xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyadanı vurub.

    Bunun ardınca daha üç maşın bir-birinə dəyib.

    Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

  • ABŞ Dövlət Departamenti: “Azərbaycan və Ermənistanla istənilən formatda işləməyə hazırıq”

    “ABŞ hökuməti Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir”.

    Bu barədə Dövlət Departamenti ATƏT-in keçmiş Minsk qrupunun gələcəyi və Vaşinqtonun məsələyə münasibəti ilə bağlı sualı cavablandırarkən bəyan edib.

    “Biz hər iki tərəflə onların razılaşa biləcəyi və irəliləyiş əldə edə biləcəyi istənilən formatda işləməyə hazırıq”, – deyə Dövlət Departamentindən əlavə edilib.

  • Tələbələr Xankəndiyə nə zaman aparılacaqlar?

    “15-16 sentyabr tarixlərində tələbələrimizi Xankəndi şəhərinə aparmağı, onları universitetimizlə tanış etməyi, tələbələr üçün ayırdığımız mənzillərdə yaşayışlarının təmin edilməsini düşünürük”.

    Bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib.

    Ş.Bayramov qeyd edib ki, bütün universitet heyəti tələbələrə bu prosesin daha rahat keçməsi üçün lazımi dəstəyi göstərəcək.

  • Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimlərdir? – FOTO

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında imzaladığı sərəncamda bir neçə hərbçi ölümündən sonra təltif edilib.

    “Qafqazinfo”nun məlumatına görə, gizir Əliyev Rüfət Fizuli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, mayor Baxışlı Baxış Elşən oğlu “Vətən uğrunda” medalı, əsgər Nağıyev Əli Elşən oğlu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunublar.

    Ölümündən sonra ordenlə təltif edilən gizir Rüfət Əliyev Vətən müharibəsi şəhididir. O, zəfərə iki gün qalmış, noyabrın 7-də dövlət sərhədinin üzərində yerləşən 812.0 yüksəkliyi uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb.

    Mayor Baxış Baxışlı və əsgər Əli Nağıyev isə bu il iyunun 9-da ildırım vurması nəticəsində həlak olublar. Onlar “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi zamanı bədbəxt hadisə ilə üzləşiblər.

    Fotoda gizir Rüfət Əliyev

    Fotoda mayor Baxış Baxışlı

    Fotoda əsgər Əli Nağıyev

  • Salyan sakini bıçaqlanıb

    Salyan şəhərində 44 yaşlı kişi bıçaqlanıb.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin B.Talıblı küçəsində qeydə alınıb.

    Həmin ünvanda yaşayan 1980-ci il təvəllüdlü Yusif Adil oğlu Əsgərov kəsilmiş-deşilmiş bıçaq yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.