Month: August 2024

  • Qusar sakini evlənmək təklif etdiyi qadın salamını almadığı üçün ona qarşı nalayiq ifadələr işlətdi

    Qusar rayonunda 56 yaşlı şəxs evlənmək təklif etdiyi qadın salamını almadığı üçün ona qarşı nalayiq ifadələr işlədib və saxlanılıb.

    “Qaynarinfo”nun məlumatına görə, 1968-ci ildə Qusar rayonunun Urva kəndində anadan olmuş C.N. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, C.N. dəfələrlə X.O.-ya evlənmək təklif edib, amma “yox” cavabını alıb. C.N. yenidən qadına yaxınlaşaraq salam verib, X.O. isə salamını almayıb. Bu səbəbdən qadına etiraz edib.

    Daha sonra təqsirləndirilən şəxs içkili halda X.O.-nun yaşadığı evin hasarına çıxaraq onu çağırıb, nalayiq ifadələrlə təhqir etməyə başlayıb. Bu səbəbdən qadın polisə şikayət edib.

    Məhkəmənin qərarı ilə C.N. 10 gün müddətə inzibati həbs edilib.

  • “La Gazette du Caucase” Fransız mediasında yayılan erməni miflərini ifşa edib

    Fransanın “Blast” adlı internet televiziya kanalı yaxın günlərdə anti-Azərbaycan məzmunlu bir reportaj yayımlayıb. Bu, belə məzmunlu reportajların ilk nümunəsi deyil. Əslində, anti-Azərbaycan və eyni zamanda pro-erməni mövzuları Fransız mediasında adi hala çevrilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, buna cavab olaraq, Fransanın “La Gazette du Caucase” internet nəşri, Fransız kanalının əsassız iddialarını təkzib edən bir məqalə yayımlayıb.

    Məqalədə vurğulanır ki, “Blast” faktiki sübutlar təqdim etmək əvəzinə, sadəcə olaraq, Ermənistanın Azərbaycan əleyhinə təbliğatını təkrarlayır.

    “Məqalədə qeyd olunur ki, jurnalist sadəcə olaraq, erməni millətçi mediası tərəfindən yayılan köhnə iddiaları təkrar edir. Məsələn, Parisdə Olimpiya Oyunlarının tənqid olunduğu videonun nümayişi. “Blast” videonun Bakı tərəfindən çəkildiyini iddia etmir, ancaq onun Azərbaycan tərəfindən paylaşıldığını bildirir. Bu videonu Azərbaycanın Fransaya müdaxiləsi ilə əlaqələndirərək, videonun məhz Azərbaycan tərəfindən yayımlandığı nəticəsinə gəlmək olar,” – məqalədə deyilir.

    Müəlliflər qeyd edirlər ki, “Blast” “qara kürü diplomatiyası” əfsanəsini də təkrarlamaqdan çəkinmir. “Bu termin təbəssüm yaradır, çünki kürü idxalı Fransada əsasən ermənilərin nəzarətindədir!”

    La Gazette izah edir ki, Fransız kontekstində “qara kürü diplomatiyası” sadəcə olaraq, “Azərbaycan nə etsə də, bu, həmişə səhvdir” demək üçün istifadə olunur.
    Ətraflı
    Ads by
    0
    Reklamınızı SmartBee ilə effektiv edin.
    Ads by
    5
    Reklamınızı SmartBee ilə effektiv edin.

    “Bu, Fransız kilsələrinin bərpasına yardımdan, seçilmiş rəsmilərin konfranslara və ya idman tədbirlərinə tamamilə ödənilmiş dəvətlərindən bəhs edir. Sanki Ermənistan 2020-ci ildəki müharibə zamanı bütün aparıcı Fransız siyasətçilərini İrəvana gətirməyib, burada Zemmurdan İdalqoya qədər bütün tanınmış fiqurlar Ermənistanın ‘qəhrəmanlarının’ qəbir daşları önündə foto çəkdirməyib”, – deyə müəlliflər əlavə edirlər.

    Məqalədə qeyd olunur ki, hər şey Azərbaycan Ermənistanın işğalına son qoymağa qərar verdikdən sonra dəyişdi.

    “Buna qədər, təxminən 30 il ərzində Azərbaycan hökuməti Ermənistanla danışıqlar aparmağa çalışırdı. Uzun illər ərzində Ermənistanın rədd cavabları, Minsk Qrupunun uğursuz qərarları və Qarabağın resurslarının ədalətsiz şəkildə biznesmenlər tərəfindən talan edilməsi nəticəsində azərbaycanlılar bu problemi özləri həll etməyə qərar verdilər. Fransadakı erməni diasporu bütün təsir və maliyyə resurslarını Ermənistan separatçılarını dəstəkləmək üçün səfərbər etdi,” – məqalədə deyilir.

    Müəlliflər, həmçinin, Ermənistan diasporasının Fransadakı siyasi iqlimə olan real təsirini də şübhə altına alırlar.

    “La Gazette qeyd edir ki, Ermənistan diasporu əfsanəsi – ermənilərin digər ölkələrdən fərqli olaraq seçkilərdə əhəmiyyətli rol oynadığına dair mifdir. Bu mif, əslində, Ermənistanın millətçi “Daşnaksütyun” partiyasının güclü lobbiçiləri tərəfindən yaradılmışdır,” – müəlliflər bildirir.

  • Masallıda İkinci Dünya müharibəsi iştirakçısı vəfat etdi

    Masallıda İkinci Dünya müharibəsi iştirakçısı olmuş şəxs vəfat edib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müharibə veteranı olan 103 yaşlı Cənnət Teymurov dünyasını dəyişib.

    Bildirilib ki, Teymurov Cənnət Eniş oğlu Masallı rayonu üzrə 1941-1945-ci illər müharibəsi iştirakçılarından yeganə sağ qalan şəxs olub.

  • Tofiq Yaqublunun vəsatəti təmin edilib

    Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birlikdə ittiham olunan jurnalist Elnur Vaqif oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Tofiq Yaqublunun vəkili Aqil Layıc vəsatətlə çıxış edərək zərərçəkmiş Elşən Hüseynovun əmlak alqı-satqısının müəyyən edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə sorğu göndərilməsini istəyib.

    Məhkəmə vəsatəti təmin edib.

    Daha sonra T.Yaqublu deyib ki, Bakı İstintaq Təcridxanasında onun qeydlərini əlindən alıblar: “Mənim qeydlərini qaytarsınlar. Mənim Elşən Hüseynova veriləsi suallarım var. Həmin sualları ora qeyd etmişdim”.

    Hakim bildirib ki, bu məsələnin araşdırılması üçün müvafiq quruma məktub göndəriləcək.

    Növbəti proses avqustun 23-də davam edəcək.
    İttihama görə, T.Yaqublu E.Məmmədovla cinayət əlaqəsinə girərək özgəsinin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib.

    Tofiq Yaqublu zərərçəkmiş Elşən Hüseynova Almaniyada vətəndaşlıq verilməsi üçün ondan 25 min avro, 10 min manat pul istəyib. Araçılıq edən Elnur Məmmədov deyilənləri zərərçəkmişə çatdırıb. Həmin vəsaiti alaraq Tofiq Yaqubluya verib.

    T.Yaqublu və E.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.

    İttihama münasibət bildirən Tofiq Yaqublu özünü təqsirli bilməyib. Elnur Məmmədov isə özünü tam təqsirli bilib.

  • Beynəlxalq Cüdo Federasiyası Akademiyasının Azərbaycanda Regional Mərkəzi açılıb – FOTO

    Beynəlxalq Cüdo Federasiyası (İJF) Akademiyasının Azərbaycanda Regional Mərkəzinin açılış mərasimi keçirilib.

    İdman.biz xəbər verir ki, tədbir Azərbaycan Cüdo Federasiyasının inzibati binasında təşkil olunub.

    Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu, Beynəlxalq Cüdo Federasiyası Akademiyasının direktoru Envik Qalea, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, ACF-nin hakimlər heyəti, Olimpiya çempionları Hidayət Heydərovla Zelim Kotsoyev, Türkiyənin cüdo üzrə məşqçiləri, hakimləri və Olimpiya çempionları iştirak ediblər.

    Rəsullu bildirib ki, IJF tərəfindən Akademiyaya Regional Mərkəz statusu verilib: “Artıq 130 nəfər məşqçimiz akademiyanı bitirərək, sertifikat alıb. Digər məşqçilərimiz də sabah imtahan verərək kursu bitirəcəklər. Federasiyanın 2024-2028-ci illər üçün qəbul olunan strategiyamızda təhsil fəaliyyəti əsas məsələdir. Federasiya olaraq Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan İdman Akademiyası ilə birgə fəaliyyət göstərərək bu istiqamətdə əməkaşdalığımızı genişləndirəcəyik”.

    IJF-nin Akademiyasının direktoru Regional Mərkəzin açılışını xüsusi hadisə hesab edib: “İki il bundan öncə Akademiyanın fəaliyyətinə başladıq. Bunun nəticəsində iki Olimpiya çempionu oldu. Birgə əməkdaşlığımız olduqca sevindiricidir. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ACF-ə Regional Mərkəz statusu verməkdən Məmnunluq duyur. Bu fəaliyyəti biz Türkiyə və Gürcüstan Federasiyaları ilə də edirik. Fəaliyyətimizə ilkin olaraq Gürcüstanla başladıq. Azərbaycan Cüdo Federasiyasının da Akademiyası olduqca yaxşıdır. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının göstəricisidir. Burda olduğumuz üçün fəxr hissi keçiririk. Beynəlxalq Cüdo Federasiyası tərəfindən Azərbaycan millisinin sabiq cüdoçusu Rüstəm Orucova isə ekspert statusu verilib”.

    Rəsmi çıxışlardan sonra Azərbaycanın Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyevin iştirakı ilə qurumun adını özündə əks etdirən plakat açılaraq, nümayiş olunub.

    Azərbaycan Cüdo Federasiyasının baş katibi ACF adından Beynəlxalq Cüdo Federasiyasına xatirə hədiyyəsini təqdim edib.

    Gənclər və idman naziri Fərid Qayıbov uzun zamandan sonra cüdoçularımızın Olimpiadada qızıl medal qazanmasının əhəmiyyətinə diqqət çəkib: “Beynəlxalq Cüdo Federasiyası ilə əməkdaşlıq etmək bizim üçün də çox xoşdur. Bu Akademiya həm məşqçilər, həm də idmançıların inkişafı üçün çox vacibdir. İdmançılarımız da, məşqçilərimiz də bunu uzun zamandır arzulayırdılar. Bu prosesin bir parçası olduğumuz üçün çox şanslıyıq”.

    Daha sonra Cüdo Mərkəzində fəaliyyət göstərən akademiyanı uğurla başa vuran məşqçilərə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu, Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev sertifikatları təqdim ediblər.

  • Elza Seyidcahan efirə çıxmaq üçün pul ödəməlidir

    Əməkdar artist Elza Seyidcahanın sentyabrın 1-nə qədər efirlərdə görünməsi ödənişlə olacaq.

    Median.Az bildirir ki, olay-ın əldə etdiyi məlumata görə, buna rəvac verən isə onun yenidən millət vəkilliyinə namizəd olmasıdır.

    Belə ki, sənətçi verilişlərə çıxmaq üçün pul ödəməlidir. Çünki istənilən halda onun çıxışı təbliğat kimi qiymətləndirilir.

    Qeyd edək ki, E.Seyidcahan 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəddir.

  • Əməkdar artistə AĞIR İTKİ – FOTO

    Azərbaycan SSR-nin Əməkdar artisti, hazırda Meksikada yaşayan Çingiz Məmmədova ağır itki üz verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 76 yaşlı sənətçinin həyat yoldaşı Ulduz Məmmədova dünyasını dəyişib. O, xəstəlik səbəbindən vəfat edib.ı

    Yaxınları bildirib ki, mərhum Meksikada dəfn ediləcək.

    Qeyd edək ki, Çingiz Məmmədov 1977-1981-ci illərdə Ekvadorda işləyib və orada yaşayıb. 1989-cu ildə Əməkdar artist fəxri adına layiq görülüb.

    Çingiz Məmmədov 1990-cı ildə Meksikaya köçüb və ailəsi ilə orada yaşayır.

  • Один человек помещен на карантин по подозрению на первый случай заражения обезьяньей оспой в Турции

    Гражданин Сенегала помещен на карантин в турецком регионе Сакарья по подозрению на заражение обезьяньей оспой.

    Как сообщает АПА со ссылкой на турецкую прессу, образовавшиеся на его коже волдыри усилили подозрения на заражение обезьяньей оспой, и он был госпитализирован в Центральную больницу Сакарьи.

    Отметим, что симптомами обезьяньей оспы являются лихорадка, головная боль, боль в спине и мышцах, отеки, слабость, утомляемость, волдыри на коже, кашель, заложенность носа и озноб. Этот редкий вирус может передаваться человеку при тесном контакте, а также через животных.

  • Türkiyədə meymunçiçəyinə yoluxma şübhəsi ilə bir nəfər karantinə alınıb

    Türkiyənin Sakarya bölgəsində Seneqal vətəndaşı meymunçiçəyinə yoluxma şübhəsi ilə karantinə cəlb edilib.

    APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, onun dərisində əmələ gələn qabarcıqlar meymunçiçəyinə yoluxma şübhələrini artırıb və o Sakaryanın Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Qeyd edək ki, meymunçiçəyinin əlamətləri qızdırma, baş, bel və əzələ ağrıları, şişkinlik, zəiflik, halsızlıq, dəridə qabarcıqlar, öskürək, burun tutulması və titrəmədir. Bu nadir virus insanlara yaxın təmas, eləcə də heyvan vasitəsilə yoluxa bilir.