Month: August 2024

  • Elza Seyidcahan YAP üzvlüyündən çıxarılıb? (AÇIQLAMA)

    Bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahanın Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından uzaqlaşdırılması barədə məlumat yayılıb.

    Buna səbəb kimi onun növbədənkənar parlament seçkilərində YAP-ın siyahısından kənar namizədliyini irəli sürməsi göstərilir.

    Hazırda təbliğat kampaniyasının aparan bəstəkar 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini irəli sürüb. İddia edilir ki, onun bu hərəkəti partiyanın siyasətinə zidd hesab olunub. Buna görə də onu cəzalandıraraq, partiya sıralarından kənarlaşdırıldığını deyilir.

    Məsələ ilə bağlı Elza Seyidcahanla əlaqə saxladıq. Bəstəkar Qaynarinfo-ya açıqlamasında YAP-dan kənarlaşdırılması barədə xəbəri yalan adldandırıb:

    “Bu şər-böhtan bizim səffaf qanunlarımıza, gözəl seçki platformamıza hörmətsizlikidr. Mən YAP-ın fəxr olunası üzvüyəm”.

    Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 125 seçki dairəsindən namizəd irəli sürüb. Ancaq Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc edilən siyahıda isə YAP-ın üzvü olub öz təşəbbüsü ilə namizəd olanlar da var. Bundan əvvəklki seçkilərdə YAP partiyanın icazəsi olmadan namizəd olan şəxsləri partiya sıralarında çıxarmışdı.
    //Qaynarinfo.az

  • Kanar adaları sahillərində əfsanəvi Atlantidanın prototipi tapıldı

    İspaniyanın Ali Elmi Tədqiqatlar Şurasının (CSIC) Geologiya və Mədən İnstitutunun alimləri Kanar adalarının Lanzarote sahillərində üç vulkandan ibarət batmış dağ aşkar ediblər. Tədqiqatçıların fikrincə, bu yer suyun altında batmış mifik ada sivilizasiyası olan əfsanəvi Atlantidanı xatırladır.

    Qaynarinfo xəbər verir ki, bu barədə CSIC-in rəsmi saytında məlumat verilib.

    Komandanın məlumatına görə, dəniz dağının diametri 50 kilometr, bazası isə okean səthindən 2,3 kilometr aşağıda yerləşir. Zirvəyə Los Atlantes adı verilib.

    Elm adamları uzaqdan idarə olunan vasitə ilə Lanzarotenin şərq sahillərində dəniz dibini araşdırarkən Los Atlantes dağını tapıblar. Tədqiqatın göstərdiyi kimi, Los Atlantes Eosendə (56-34 milyon il əvvəl) arxipelaqı olub. Vulkanlar püskürməyi dayandırdıqda, lava bərkiyib və sıxlaşaraq adaların batmasına səbəb olub.

    Alimlər müəyyən ediblər ki, sualtı adalarda çimərliklər, qayalıqlar və qum təpələri var. Onlardan bəziləri okeanın səthindən cəmi 60 metr aşağıdadır. Dəniz səviyyəsinin xeyli aşağı olduğu son buz dövründə bu ərazilərdə vəhşi heyvanlar məskunlaşmış ola bilərdi.

    Tədqiqatçılar 2025-ci ildə Kanar adalarının sualtı vulkanlarına yeni ekspedisiya təşkil etmək niyyətindədirlər.

  • Дагестанские хакеры слили в сеть данные игроков “Реала” и “Аталанты”

    Дагестанские хакеры слили в сеть базу данных игроков испанского “Реала” и итальянской “Аталанты” перед матчем за Суперкубок, который состоится 14 августа.

    Об этом сообщает Telegram-канал Mash.

    По информации источника, обнародованными оказались следующие данные футболистов и тренеров команд: паспорта, телефонные номера, адреса. Кроме того, были опубликованы данные сотрудников стадиона польской “Легии”, где пройдет встреча, а также информация на всех аккредитованных журналистов, официантов и барменов с VIP-трибун, уборщиц и др.

    Причиной произошедшего называется сбой в работе сайта Союза европейских футбольных ассоциаций (УЕФА). Организация уже исправила ошибки в системе защиты, однако данные уже были обнародованы.

    Напомним, что матч между “Реалом” и “Аталантой” начнется в 23:00 по бакинскому времени. В поединке за Суперкубок встречаются победители Лиги чемпионов (“Реал” в финале обыграл дортмундскую “Боруссию”) и Лиги Европы (“Аталанта” переиграла в финальном поединке немецкий “Байер”).

  • Superkubok ərəfəsində haker hücumu: “Real Madrid”- “Atalanta” futbolçularının məlumatları sızdırıldı

    Dağıstanlı hakerlər avqustun 14-də baş tutacaq Superkubok matçından əvvəl İspaniyanın “Real Madrid” və İtaliyanın “Atalanta” klublarının oyunçularına aid məlumat bazasını şəbəkəyə sızdırıblar.

    Bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

    Məlumata görə, komandanın futbolçuları və məşqçiləri ilə bağlı aşağıdakı məlumatlar açıqlanıb: pasport nömrələri, telefon nömrələri və ünvanlar.

    Qarşılaşmanın keçiriləcəyi Polşanın “Legiya” stadionunun heyətinə aid məlumatlar da açıqlanıb.

    Bütün akkreditə olunmuş jurnalistlərin, VİP sektorda xidmət göstərən ofisiant və barmenlərin, eləcə də təmizlik işçilərinin məlumatları da dərc edilib. Hadisəyə səbəb olaraq Avropa Futbol Assosiasiyaları İttifaqının saytındakı nasazlıq göstərilir. Təşkilat sonradan təhlükəsizlik sistemindəki boşluqları aradan qaldırıb, lakin məlumatlar artıq ictimaiyyətə açıqlanıb.

    Xatırladaq ki, “Real Madrid” – “Atalanta” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Superkubok uğrunda görüşdə Çempionlar Liqasının və Avropa Liqasının qalibləri qarşılaşacaqlar.
    //oxu.az

  • Fransada iki hərbi təyyarə toqquşub

    Fransada iki “Mirage” hərbi təyyarəsinin iştirakı ilə qəza baş verib.

    Median.Az xəbər verir ki, insident ölkənin şərqindəki Mört və Mözel departamentində qeydə alınıb.

  • Flora Kərimova və Afət Fərmanqızı arasında gərginlik məhkəmədə yekunlaşdı

    Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.

    APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Məhkəmə şikayət üzrə prosessual müddətin ötdüyünü nəzərə alaraq, işə xitam verib.

    Eyni zamanda tərəflər arasında barışıq əldə olunub.

    Qeyd edək ki, Xalq artisti Flora Kərimova onu təhqir etdiyi üçün müğənni Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

  • Leyla Əliyevadan fayton atı ilə bağlı tapşırıq – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti və İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın göstərişi ilə baxımsız halda qalmış və ayaqları zədələnmiş fayton atı müvafiq qayğı tədbirləri üçün reabilitasiyaya cəlb olunub.

    Bu barədə İDEA İctimai Birliyindən bildirilib.

    Qeyd edək ki, at xüsusi nəqliyyat vasitəsi ilə İDEA Heyvanlara Qayğı Mərkəzinə gətirilib, burada ilkin baytarlıq müayinəsindən keçirilib və təyin olunmuş müalicəsinə başlanılıb. Hal-hazırda atın həyatına hər hansı təhlükə yoxdur. Mərkəzdə baxımsız qalmış atın tam sağalması üçün zəruri baytarlıq tədbirləri davam etdiriləcəkdir.

    Xatırladaq ki, son günlərdə sosial şəbəkələrdə Qız qalası yaxınlığından Azneft meydanı istiqamətində turist daşımaq üçün istifadə edilən fayton atının baxımsız qalması ilə bağlı məlumatlar yayılmışdı.

  • Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

    “Oğuz-Qəbələ xətti vasitəsilə içməli su ilə təmin olunan ərazilərə alternativ mənbələr hesabına suyun verilməsi üçün bütün işlər görülür”.

    Bunu “Report”a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu deyib.

    O bildirib ki, indiki məqamda suyun bütün evlərə gəlib çatmasında problem var:

    “Çünki Oğuz-Qəbələ xəttindən əlavə xətlərlə şəhərə gələn su digər əraziləri qidalandırır. Bütün bu kimi təbii çətinliklərə baxmayaraq, müxtəlif qrafiklər üzrə qısa zaman müddətində sakinlərə su verilir”.

    Qeyd edək ki, Oğuz-Qəbələ kəmərində təmir-bərpa işləri aparması nəticəsində Bakının Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsində problem yaranıb. Oğuz-Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-da axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır.

  • Bakıda qadınlara qeyri-etik təkliflər edən şəxs SAXLANILDI – VİDEO

    Bakıda qadınlara qeyri-etik təkliflər etdiyi bildirilən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

    Qeyd edib ki, görüntülərdə olan şəxs 1982-ci il təvəllüdlü H.Vəliyev barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

  • Vətəndaşların “BakıKart”dakı hesabları, oradakı vəsaitləri silinib? – RƏSMİ

    Azərbaycan vətəndaşlarının “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    “Yaranmış texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik. Mobil tətbiqin işi bərpa olunduqdan sonra vətəndaşlar hesablarındakı vəsaitdən istifadə edə biləcəklər”,- deyə məlumatda qeyd edilib.

    “BakıKart” mobil tətbiqi avqustun 9-dan işləmir.