Month: August 2024

  • Температура морской воды на пляжах Абшерона составит 27° тепла

    13 августа на пляжах Абшерона температура морской воды прогреется до 27° тепла.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Будет преобладать северо-западный ветер, который днем сменится северо-восточным.

    Температура морской воды на северных пляжах (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) составит 25-26°, на южных пляжах (Тюркан, Говсан, Сахиль, Шых) – 26-27° тепла.

  • Sabah Abşeron çimərliklərində suyun temperaturu 27 dərəcə isti olacaq

    Abşeron çimərliklərində avqustun 13-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Dəniz suyunun temperaturu:

    Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

    Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

  • Şimali irlandiyalı idmançı diskvalifikasiya edilib

    Şimali irlandiyalı qolfçu Qrem Makdouell diskvalifikasiya edilib.

    45 yaşlı idmançı iyunda antidopinq qaydalarını pozduğu üçün cəzalanıb.

    Qadağan olunmuş maddədən istifadə edən qolfçunun cəzası qarşıdakı bir turnir üçün nəzərdə tutulub. O, həmçinin 125.000 ABŞ dolları (98.000 funt-sterlinq) məbləğində cərimələnib.

    “Smash GC” komandasının üzvü olan Makdouell “LIV Golf Nashville”in avqustun 16-da qərbi Vircinyada keçiriləcək seriyasında iştirak edə bilməyəcək. O, yalnız 13-15 sentyabrda “LIV Golf Chicago”da yarışa qatılmaq hüququ qazanacaq. Bundan əlavə, onun komandasının “LIV Nashville” yarışındakı nəticələri ləğv olunub. Onun komandası 13 iştirakçı arasında 12-ci olmuşdu.

    2010-cu ildə ABŞ Açıq Çempionatının qalibi olan idmançı yuxu problemi yaşadığına görə müəyyən dərmanlar istifadə etdiyini və onların qadağan olunduğunu bilmədiyini və bu səbəbdən sanksiya ilə razılaşdığını açıqlayıb.

  • Ayağında elektron qolbaq olan məhkum başqa cinayətdə şübhəli bilindiyi üçün saxlanılıb

    Lənkəranda ayağında elektron qolbaq olan məhkum başqa cinayətdə şübhəli bilindiyi üçün saxlanılıb.

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yerləşən dönərxanalardan birindən gecə saatlarında 1 ədəd mobil telefon və 260 manat pul, Darquba kəndi ərazisindəki dayanacaqdan isə velosiped oğurlamaqda şübhəli bilinən İlkin Nurullazadə müəyyən edilərək saxlanılıb.

    Qeyd edək ki, həmin şəxs bu ilin əvvəlində bibisinin evindən qızıl-zinət əşyaları oğurlamaqda təqsirli bilinib və məhkəmə tərəfindən ona elektron qolbaq tətbiq edilib.

    Araşdırma aparılır.

  • Qaxda çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs tutulub

    Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 55 yaşlı İbrahim Nəsibov saxlanılıb.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

    Onun Dəymədağlı kəndindən keçən çayın sahilində əkdiyi, çəkisi 130 kiloqram olan 231 ədəd çətənə kolu və süni yaradılmış hovuzlar aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri may ayında becərdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, İ.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • Замбия временно закрыла свою границу с ДР Конго

    Замбия временно закрыла свою границу с Демократической Республикой Конго (ДРК).

    Как передает Report со ссылкой на телеканал ZNBC, об этом сообщил министр торговли и промышленности Замбии Чипока Муленга.

    “Мы решили принять меры предосторожности и закрыть границу на данный момент, – заявил минист. – Мы можем оказаться в ситуации, когда на границе начнут скапливаться грузовики”. Министр не назвал причину закрытия границы и время, через которое она может быть вновь открыта.

    В свою очередь конголезская радиостанция Okapi со ссылкой на власти приграничной провинции ДРК Верхняя Катанга сообщила, что Замбия закрыла границу с ДРК в качестве ответа на решение конголезских властей запретить импорт из соседней страны пива, безалкогольных напитков и изделий из фаянса. Запрет, по информации Okapi, касается только грузовых перевозок и не распространяется на передвижение людей.

    Объясняя причины введения запрета на импорт ряда товаров из Замбии, Министерство внешней торговли ДРК указало, что они ускоряют инфляцию в конголезской экономике. “Отчет министерства национальной экономики показывает, что некоторые импортные товары способствуют росту инфляции на 60%”, – говорится в пресс-релизе Минфина.

  • Zambiya Konqo ilə sərhədini bağlayıb

    Zambiya Konqo Demokratik Respublikası ilə sərhədini müvəqqəti bağlayıb.

    “Report” ZNBC telekanalına istinadən xəbər verir ki, bu barədə Zambiyanın ticarət və sənaye naziri Çipoka Mulenqa bildirib.

    “Hazırda ehtiyat tədbirləri görməyə və sərhədi bağlamağa qərar verdik”, – nazir deyib.

    “Sərhəddə yük maşınlarının yığılmağa başladığı bir vəziyyətdə ola bilərik”, – o əlavə edib.

    Nazir sərhədin bağlanmasının səbəbini və yenidən açıla biləcəyi vaxtı açıqlamayıb.

    Öz növbəsində, Konqonun “Okapi” radiostansiyası Yuxarı Katanga əyalətinin səlahiyyətlilərinə istinad edərək, Zambiyanın Konqo səlahiyyətlilərinin qonşu ölkədən pivə, alkoqolsuz içkilər və saxsı məhsulların idxalını qadağan etmək qərarına cavab olaraq sərhədi bağladığını bildirib. Qadağa yalnız yük daşımalarına aiddir və insanların hərəkətinə şamil edilmir.

    Zambiyadan bir sıra malların idxalına qadağa qoyulmasının səbəblərini izah edən Konqonun Xarici Ticarət Nazirliyi ölkənin iqtisadiyyatında inflyasiyanı sürətləndirdiklərini bildirib. “Milli İqtisadiyyat Nazirliyinin hesabatı göstərir ki, bəzi idxal olunan mallar inflyasiyanın 60 % artmasına səbəb olur”, – Maliyyə Nazirliyinin press-relizində deyilir.

  • “Mançester Yunayted”in futbolçusu digər Premyer Liqa klubuna transfer olunacaq

    İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Aaron Van-Bissaka digər Premyer Liqa komandası “Vest Hem”ə transfer olunacaq.

    London klubu 26 yaşlı ingiltərəli müdafiəçi üçün 15 milyon funt-sterlinq ödəyəcək.

    Futbolçu bu gün tibbi müayinədən keçəcək və yeni komandasına qoşulacaq.

    Qeyd edək ki, 2019-cu ildən “Mançester Yunayted”in formasını geyinən Van-Bissaka 2023/2024 mövsümündə meydana çıxdığı 30 matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.

    ///report

  • Xəzərdə kəskin enmə prosesləri müşahidə edilir

    “Xəzər dənizinin qapalı su hövzəsi olması onun səviyyəsində periodik tərəddüdlərə səbəb olur”.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 12 avqust – “Xəzər günü” ilə bağlı keçirilən tədbirdə deyib.

    O bildirib ki, səviyyə tərəddüdü Xəzər dənizinin su balansı elementləri, yəni onu qidalandıran çaylar, düşən yağıntının miqdarı, buxarlanma səviyyəsi, digər tərəfdən dəniz dibində baş verən tektonik hərəkətlərlə əlaqəlidir:

    “1882-ci ildə dənizin maksimal səviyyəsi Baltik sistemi ilə – 25.2 metr qeydə alınıb. Lakin 2011-ci ildən başlayaraq yenidən kəskin enmə prosesləri müşahidə edilib ki, bu proses də hazırkı dövrə qədər davam edir. Eyni zamanda, fəsillərlə bağlı olaraq səviyyə il ərzində dəyişə bilər”.

    Nazim Mahmudovun sözlərinə görə, səviyyə tərəddüdü, eyni zamanda, qlobal iqlim dəyişmələri ilə bağlı olduğundan bütün Xəzəryanı ölkələr tərəfindən bu prosesin öyrənilməsi, gələcək iqlim ssenarilərinin seçilməsi və uyğunlaşma tədbirlərinin işlənilməsi vacibdir:

    “Eyni zamanda atmosferə atılan istilik effekti yaradan qazların azaldılması üzrə qlobal səylər göstərilməlidir.

    Xəzər dənizinin səviyyəsinin dəyişməsi ətraf mühitə, təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edir. Buna görə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə xüsusi diqqət yetirir”, – deyə N.Mahmudov vurğulayıb.

    O qeyd edib ki, Milli Hidrometeorologiya Xidmətinin hidrometeoroloji müşahidə məntəqələrində dəniz səviyyəsi üzərində müntəzəm müşahidələr aparılaraq səviyyənin düşməsi tendensiyası nəzarətdə saxlanılır, müvafiq maraqlı tərəflər, xüsusilə fəaliyyətləri dənizlə bağlı olan qurumlar məlumatlandırılır ki, işlərində və gələcək fəaliyyətlərini planlaşdıranda bu məqamları nəzərə alsınlar.

    Xidmət rəisi diqqətə çatdırıb ki, bu sahədə regional və beynəlxalq əməkdaşlığa da xüsusi önəm verilir.
    //oxu.az

  • Parlament seçkiləri ilə əlaqədar 592 nəfər partiya səlahiyyətlisi qeydə alınıb

    Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 25 siyasi partiyanın 592 nəfər səlahiyyətli nümayəndəsi qeydə alınıb.

    “Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

    O həmçinin qeyd edib ki, parlament seçkiləri ilə əlaqədar 50 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib: “5 831 müşahidəçi MSK-da, 44 868 nəfər DSK-da (Dairə Seçki Komissiyaları) qeydə alınıb”.

    M.Pənahov vurğulayıb ki, partiyalar siyahıları təqdim etdikdə bu say 90 mini keçəcək.