Month: August 2024

  • Buzovnada batan 2 nəfərin meyiti aşkarlanıb

    Avqustun 12-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 m aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

  • Sabahdan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bu hissəsi bağlanacaq

    Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Belə ki, 13 avqust saat 06:00-dan 16 avqust saat 19:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.32-23.22 km-lik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda deyilir.

  • İşğaldan azad olunan ərazilərdən silah-sursat tapılıb

    İşğaldan azad olunan ərazilərdən silah-sursat tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Xankəndi şəhəri ərazisindən 38 avtomat silahı, 2 pulemyot, 9 tapança, 14 tüfəng, 69 qumbara, 1 qumbaraatan, 61 alışdırıcı, 1 mərmi, 10 mina, 11 kiloqram barıt, 9 gecəgörmə cihazı, 31 süngü-bıçaq, 26 rabitə vasitəsi, 197 patron darağı, 19986 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 4 avtomat silahı, Füzuli rayonu ərazisindən 2 avtomat silahı, 1 qumbaraatan, 3 pulemyot, 4 mərmi partlayıcısı, 1050 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 6 avtomat silahı, 1 tapança, 2 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 160 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

  • Qətlə yetirilən biznesmenin qardaşı oğlu həbs edildi

    Bir neçə gün əvvəl Bakının Xəzər rayonunda güllələnərək qətlə yetirilən biznesmenin qardaşı oğlu həbs olunub.

    “Qafqazinfo” xəbər verir ki, avqustun 7-də axşam saatlarında Mərdəkandakı “Qazilər” çimərliyində 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevin güllələndiyini eşidən qohumu C.Xudaverdiyev həmin yerə gedib.

    1998-ci il təvəllüdlü oğlan əmisinin meyitinə yaxınlaşmaq istəyərkən polislər onu ərazidən uzaqlaşdırmaq istəyiblər. Lakin C.Xudaverdiyev müqavimət göstərib və ünvansız söyüşlər söyüb. Bundan sonra C.Xudaverdiyev saxlanılıb və barəsində Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.

    Xəzər Rayon Məhkəməsinin 10 avqust tarixli qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib.

    Qeyd edək ki, Amin Xudaverdiyevi qətlə yetirməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin atası ötən ilin noyabrında qətlə yetirilib. Belə ki, həmin vaxt Amin Xudaverdiyevin kiçik qardaşı Pərviz Xudaverdiyev silahla Ruhullanın atası Cavanşir Abdullayevi güllələyərək öldürüb. Polis tərəfindən saxlanılan və barəsində cinayət işi açılan P.Xudaverdiyevin istintaqı hazırda davam etdirilir. Bu qətlin də məhz qisas zəminində törədildiyi deyilir.

    Amin Xudaverdiyevin biznes fəaliyyəti ilə məşğul olduğu, yaşadığı Mərdəkan qəsəbəsində və ətraf ərazilərdə nüfuz sahibi olduğu bildirilir.

    Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub.

  • Курьеры отсудили у Гусейна Гасанова полмиллиона рублей

    Курьеры закрытого суши-ресторана блогера Гусейна Гасанова отсудили у него более полумиллиона рублей.

    Об этом, как передает Median.Az, сообщает Telegram-канал Mash.

    ООО “БАНДА ФУДС” Гасанов открыл весной 2023 года. Компания позиционировала свои роллы как “самые брутальные и фотогеничные”.

    В июле 2024 года блогер закрыл организацию, после чего курьерское ООО “Доставка 24”, представители которого развозили роллы, подало в суд на компанию Гасанова. Курьеры требовали вернуть 645 000 рублей (примерно 12 166 манатов – ред.) за услуги по заключенному договору. Суд постановил выплатить доставщикам 573 000 рублей (около 10 808 манатов – ред.).

    Всего Гасанову пришлось заплатить 700 000 рублей (около 13 203 манатов – ред.), включая расходы на юриста, оплату госпошлины и другие траты.

  • Məşhur azərbaycanəsilli bloqerin uğursuz biznes təşəbbüsünün acı nəticəsi

    Rusiyada yaşayan məşhur azərbaycanəsilli bloqer Hüseyn Həsənovun bu ilin yazında açdığı “BANDA FOODS” MMC-nin bağlanmasından sonra kuryer şirkəti məhkəmə yolu ilə ondan 573 min rubl (təxminən 11 min manat) məbləğində kompensasiya alıb.

    Bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

    Qeyd olunur ki, Həsənovun şirkəti öz rollarını “ən brutal və fotogenik” kimi təqdim edirdi.

    Lakin 2024-cü ilin iyul ayında bloqer şirkəti bağladıqdan sonra rolları daşıyan “Dostavka 24” kuryer MMC-si bağlanmış müqaviləyə əsasən, göstərilən xidmətlərə görə 645 min rublun (təxminən 12.3 min manat) qaytarılmasını tələb edərək məhkəməyə müraciət edib. Məhkəmə qərarına əsasən, Həsənov kuryer şirkətinə 573 min rubl ödəməli olub.

    Ümumiyyətlə, vəkil xərcləri, dövlət rüsumu və digər xərclər daxil olmaqla Hüseyn Həsənov 700 min rubl (təxminən 13.4 min manat) ödəməli olub. Bu, bloqerin uğursuz biznes təşəbbüsünün acı nəticəsi olub.

  • В Мингячевирском водохранилище утонул 35-летний мужчина

    В Мингячевирском водохранилище на территории Гёранбойского района утонул Садиг Гусейнов (1989 г.р.).

    Как сообщает Report, его тело было извлечено из воды.

    По данному факту проводится расследование.

  • Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb

    Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb.

    “Report”un məlumatına görə, 1989-cu il təvəllüdlü Sadiq Hüseynov Mingəçevir su anbarının Goranboy rayon ərazisində boğularaq ölüb.

    Onun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • На одной из центральных улиц Баку будет полностью ограничено движение транспорта

    C 08:00 13 августа движение автотранспорта на улице 28 Мая Насиминского района города Баку (от улицы К.Сафаралиевой до улицы А.Пушкина) будет полностью ограничено в связи с ремонтными работами.

    Об этом сообщает Median.Az со ссылкой на Государственное агентство автомобильных дорог Азербайджана.

    На следующем этапе ремонтные работы будут проводиться на участке от улицы А.Пушкина до улицы Р.Бейбутова.

    В ведомстве призвали водителей воспользоваться альтернативными маршрутами.

  • Bakının mərkəzi küçələrindən birində hərəkət tam məhdudlaşdırılır

    13 avqust saat 08:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, növbəti mərhələdə təmir işləri Puşkin küçəsindən R.Behbudov küçəsinədək olan hissə üzrə aparılacaq.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.