Month: August 2024

  • Ильхам Алиев выразил соболезнования президенту Бразилии

    Президент Азербайджана Ильхам Алиев направил письмо с соболезнованиями президенту Бразилии Луису Инасиу Луле да Силве.

    Как сообщает АЗЕРТАДЖ, в письме говорится:

    “Уважаемый господин Президент,

    Глубоко потрясены известием о многочисленных человеческих жертвах в результате крушения пассажирского самолета в штате Сан-Паулу.

    В эти тяжелые моменты разделяю Вашу скорбь, в связи с произошедшей трагедией от своего имени и от имени народа Азербайджана выражаю глубокие соболезнования Вам, семьям и близким погибших, дружественному народу Бразилии”.

  • İlham Əliyev braziliyalı həmkarına başsağlığı verib

    Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya başsağlığı məktubu ünvanlayıb.

    President.az-ın xəbərinə görə, məktubda deyilir:

    “San-Paulu ştatında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi barədə xəbər bizi son dərəcə sarsıtdı.

    Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Braziliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

  • Yunanıstanda meşə yanğınları – Sakinlər təxliyə olunur

    Yunanıstanda baş verən yanğınlar səbəbindən bir neçə şəhərin sakinləri təxliyə edilib. Hakimiyyət orqanları insanları evdə qalmağa və pəncərələrini bağlamağa çağırıb.

    Median.Az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, bazar günü axşamı 400-dən çox yanğınsöndürən Afina yaxınlığında yanğınlarla mübarizə aparıb. Ən azı 8 nəfər xəstəxanaya yerləşdirilib, yanmış binalar barədə məlumat yoxdur.

    Qasırğa və güclü külək yanğınsöndürmə işlərini çətinləşdirib. Qərbi Attikada yanğın nəzarət altına alınıb.

    Qeyd edək ki, Afinanın şimal-şərqində olan yanğın hələ də davam edir.

    Yunanıstanda görünməmiş temperatur yüksəlişi və uzun müddət davam edən quraqlıq vəziyyəti daha da pisləşdirib. Ekoloqlar, vəziyyətin kritik olduğunu, yaxın günlərdə ölkənin böyük bir hissəsinin qırmızı həyəcan vəziyyətində olacağını bildirirlər.

  • Главы МО Турции и Сирии могут провести встречу в рамках процесса нормализации

    Глава Минобороны Турции Яшар Гюлер сообщил о возможности встречи со своим коллегой из Сирии Али Махмудом Аббасом в рамках процесса нормализации двусторонних отношений.

    Об этом, как передает Median.Az, сообщил агентству Reuters Яшар Гюлер.

    “Турция и Сирия могут провести встречу на министерском уровне в рамках усилий по нормализации отношений между ними, если будут созданы подходящие условия”, – сказал Гюлер агентству.

    Первые с 2011 года переговоры глав Минобороны Турции и Сирии состоялись в декабре 2022 года в Москве при посредничестве России.

    28 июня президент Турции Реджеп Тайип Эрдоган заявил о готовности восстановить дипломатические отношения с Дамаском, разорванные в 2012 году. Он поручил министру иностранных дел Хакану Фидану подготовить дорожную карту процесса нормализации.

  • Türkiyə Suriya ərazisindən çıxması üçün şərtləri açıqlayıb

    Türkiyə Suriya ərazisindən çıxmaq üçün şərtləri açıqlayıb.

    Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler “Reuters”ə müsahibəsində deyib.

    Onun sözlərinə görə, bunun üçün yeni konstitusiya qəbul edilməli, seçki keçirilməlidir.

    “Həmçinin sərhədlərin təhlükəsizliyi təmin olunmalıdır. Yalnız bundan sonra Türkiyə Suriyadan çıxa bilər”, – deyə o bildirib.

    Güler, həmçinin qeyd edib ki, Türkiyə və Suriya müdafiə nazirlikləri arasında görüş ola bilər. O xatırladıb ki, daha əvvəl oxşar formatda görüş Rusiyanın paytaxtı Moskvada da olub:

    “Ortaq nöqtəyə gəldiyimiz məsələlərlə bağlı yenə görüşlər ola bilər”.

  • Parkın işıqlarını vətəndaşın sayğacına qoşdular – VİDEO

    Xırdalan sakininin başına iş gəlib.

    Bu barədə məlumat baku.ws-in qaynar xəttinə daxil olub.

    Şikayətçi iddia edir ki, Xırdalanda icra hakimiyyəti tərəfindən salınan parkın işıqlandırılması 27-ci məhəllə ev 1B mənzil 45 ünvanının sayğacına qoşulub.

    Nəticədə də ev sahibi 5 ay ərzində işıq puluna qat-qat artıq pul ödəməli olub:

    “Mən adi vaxtlarda ay ərzində işığa 10 manat pul ödəyirdim, lakin son 5 ay ərzində işıq kartımızda pul tez-tez bitirdi. Vəziyyətdən şübhələnsəm də, ağlıma heç nə gəlmirdi. Demək olar ki, hər ay 60-70 manat işıq pulu ödəyirdim. Nəhayət, bu gün “Azərişıq”a müraciət etdikdən sonra sayğaca baxış keçirildi, məlum oldu ki, yaxınlıqdakı parkın işıqlandırılması mənim mənzilimin sayğacına qoşulubmuş. Belə çıxır ki, 5 aydır parkın işıq pulunu mən ödəyirmişəm”.

    Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.

  • Rusiya hərbçiləri Ukraynanın daha bir şəhərinə daxil olub

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yerləşən Toretsk şəhərinə daxil olub.

    Bu barədə “lenta.ru” portalı xəbər berib.

    Məlumata görə, baxmut rayonunda yerləşən Toretskə daxil olan rus hərbçilər Lesnaya və 91-ci diviziya küçələri boyunca çoxmərtəbəli binalarla hərəkət edir.

  • Yevlaxda 37 yaşlı qadın yaralandı: Əri saxlanıldı

    Bu gün saat 11 radələrində Yevlax rayonu ərazisində 1987-ci il təvəllüdlü Sevinc Rəsulovaya küt alətlə ağır bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinin qadının əri 1985-ci il təvəllüdlü Şərəvəddin Rəsulov saxlanılıb.

    S.Rəsulova aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

  • Şahbuzda minaya düşən şəxsin son vəziyyəti açıqlandı

    Şahbuzda minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.

    Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya Şöbəsinin şöbə müdiri Azər Məmmədov “Report”a bildirib ki, avqustun 11-i axsam saat 21:20 radələrində Şərur rayon sakini Bəxtiyar Soltanov bədən nahiyəsinin müxtəlif yerlərində xəsarətlərlə təcili tibbi yardım şöbəsinə daxil olub.

    “Vəziyyəti hazırda ağır qiymətləndirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Hazırkı diaqnozu açıq kəllə beyin travması, qansızma, baş-beyin ağır dərəcədə əzilməsi ilə reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda vəziyyəti ağırdır”-deyə Azər Məmmədov deyib.

  • Sabahın hava proqnozu açıqlanıb

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 755 mm-dən 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.