Month: August 2024

  • Paris-2024: Hacı Əliyev olimpiadanı medalsız başa vurub

    Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarını medalsız başa vurub.

    “Report”un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan idmançının 1/4 finalda məğlub olduğu Macarıstan təmsilçisi İsmail Muszukayev finala vəsiqə qazana bilməyib.

    İ.Muszukayev yarımfinalda iranlı Rahman Amuzadxaliliyə 0:10 hesabı ilə məğlub olub.

    Nəticədə H.Əliyev də medal şansından məhrum olub.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

  • Мехрибан Алиева поделилась публикацией в связи с успешным выступлением азербайджанских гимнасток

    Первый вице-президент Азербайджана Мехрибан Алиева в своем официальном аккаунте в Instagram поделилась публикацией в связи с успешным выступлением команды Азербайджана в групповых упражнениях по художественной гимнастике на Олимпийских играх в Париже.

    Как сообщает Median.Az в публикации говорится:

    “Браво! Горжусь вами! Дорогие гимнастки, благодаря вашему труду, упорству и желанию быть лучшими – прогресс налицо! Спасибо вам за ваше мастерство, стремление к победе и грациозное исполнение самых сложных элементов! Новых побед и достижений вам! Люблю вас!”.

  • Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib.

    Median.Az təbrik paylaşımını təqdim edir:

    “Əhsən! Sizinlə fəxr edirəm!

    Əziz gimnastlar, sizin zəhmətiniz, mətanətiniz və ən yaxşı olmaq istəyiniz sayəsində əldə olunan tərəqqi göz qabağındadır! Məharətinizə, qələbə əzminizə və ən mürəkkəb elementləri zərifliklə yerinə yetirdiyinzə görə sağ olun! Sizə yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram! Sizi sevirəm!”.

  • Türkiyə hərbçiləri Suriyanın şimalında 12 terrorçunu zərərsizləşdirib

    Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının 12 silahlısı zərərsizləşdirilib.

    Məlumatı Türkiyənin Mili Müdafiə Nazirliyi yayıb.

    Bildirilib ki, əməliyyat Suriyanın şimalında “Fırat qalxanı” və “Zeytun budağı” əməliyyat bölgəsində keçirilib.

  • Армия Китая приведена в повышенную боеготовность после инцидента с Филиппинами

    Вооруженные силы (ВС) КНР находятся в состоянии повышенной боевой готовности и будут решительно защищать суверенитет своей страны, обеспечивать мир и стабильность в Южно-Китайском море.

    Об этом сообщила Южная зона боевого командования Народно-освободительной армии Китая (НОАК), комментируя недавний инцидент с филиппинским самолетом в районе рифа Хуанъянь.

    “8 августа самолет NC-212 ВВС Филиппин, невзирая на неоднократные предупреждения китайской стороны, незаконно вторгся в воздушное пространство рифа Хуанъянь Скарборо в Южно-Китайском море, – говорится в распространенном заявлении. – Тем самым были созданы помехи для регулярных учений, проводимых КНР”.

    Отмечается, что в ответ на действия филиппинской стороны НОАК мобилизовала воздушные и морские силы, чтобы “идентифицировать объект и отследить его перемещение”. Затем китайские ВС “профессионально и на законных основаниях” сделали самолету Филиппин предупреждение и предприняли действия по его вытеснению.

    “Мы прямо заявляем филиппинской стороне, что она должна немедленно прекратить нарушения и провокации, отказаться от искажений и спекуляций, – подчеркивает НОАК. – Войска Южной зоны боевого командования постоянно находятся в состоянии повышенной боевой готовности, решительно защищают национальный суверенитет и безопасность, поддерживают мир и стабильность в Южно-Китайском море”.

  • Çin ordusu Filippinə xəbərdarlıq edib

    Çin Xalq Respublikasının Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir və öz ölkələrinin suverenliyini qətiyyətlə müdafiə edəcək, Cənubi Çin dənizində sülh və sabitliyi təmin edəcək.

    Bu barədə Huanyan rifi ərazisində Filippin təyyarəsi ilə son insidenti şərh edən Çin Xalq Azadlıq Ordusunun Cənub Bölgəsi Döyüş Komandanlığı məlumat yayıb.

    Avqustun 8-də Filippin Hərbi Hava Qüvvələrinə məxsus NC-212 təyyarəsi Çin tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Cənubi Çin dənizindəki Huanyan rifinin hava məkanına qanunsuz daxil olub. Beləliklə, ÇXR tərəfindən müntəzəm olaraq keçirilən təlimlərə müdaxilə yaradılıb.

    “Filippin tərəfinin hərəkətlərinə cavab olaraq, Çin ordusu obyekti müəyyən etmək və onun hərəkətini izləmək üçün hava və dəniz qüvvələrini səfərbər edib.

    Çin ordusu daha sonra peşəkar və qanuni olaraq Filippin təyyarəsinə xəbərdarlıq edib və onu hava məkanından uzaqlaşdırmaq üçün hərəkətə keçib. Biz Filippin tərəfinə birbaşa bəyan edirik ki, o, pozuntuları və təxribatları dərhal dayandırmalı, təhrif və spekulyasiyalardan əl çəkməlidir”, – məlumatda vurğulanıb.

  • Şabranda kolbasa sexində yanğın olub, xəsarət alan var

    Şabran şəhərində kolbasa sexinin ərazisində ümumi sahəsi 20 m² olan tikilinin içərisində quraşdırılan elektrik lövhəsində 3 ədəd qoruyucu açar və 5 p.m. elektrik kabeli yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

    Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • В столице Ливии достигнут режим прекращения огня

    В столице Ливии Триполи достигнуто соглашение о временном прекращении огня между враждующими сторонами.

    Как сообщает Median.Az со ссылкой на российские СМИ, об этом заявил официальный представитель службы спасения и чрезвычайных ситуаций города Усама Али.

    “После посредничества сторон в данном районе, властей и президентского совета стороны договорились о перемирии между вооруженными формированиями в Триполи на данный момент”, – отметил Али.

  • Liviyanın paytaxtında atəşkəs əldə edilib

    Liviyanın paytaxtı Tripolidə müharibə edən tərəflər arasında müvəqqəti atəşkəs haqqında razılıq əldə olunub.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin xilasetmə və fövqəladə hallar xidmətinin rəsmi nümayəndəsi Usama Əli bildirib.

    “Bölgədəki tərəflər – hökumət rəsmiləri ilə Prezident Şurası nümayəndələri hələlik Tripolidəki silahlı qruplar arasında atəşkəs elan edilməsi barədə razılığa gəliblər”, – U.Əli deyib.

  • Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

    Ağır cəzaya hazırlıq başa çatıb.

    “Report” Sepahın mənbələrinə istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani bildirib.

    “Yalnız güc dilini anlayan rejim (İsraili nəzərdə tutur – red.) üçün ağır cəzaya hazırlıq başa çatıb”, – Əli Şəmxani vurğulayıb.

    Qeyd edək ki, iyulun 31-də HƏMAS-ın Siyasi Bürosunun baş katibi İsmayıl Həniyə Tehranda iqamətgahında öldürülüb. İran hakimiyyəti bunu İsrailin törətdiyini iddia edərək bu hadisəyə görə yəhudi dövlətinə qarşı əməliyyat keçirəcəyini bildirib.