Month: August 2024

  • В Имишли произошла цепная авария, есть пострадавшие

    В Имишлинском районе произошла цепная авария, в результате которой пострадали два человека.

    ДТП произошло в селе Гобектала Имишлинского района.

    В результате столкновения автомобилей марок Mercedes, VAZ 2106 и VAZ 2107 Эльмдар Саваланов и Адалят Амрахов получили телесные повреждения различной степени тяжести и были госпитализированы в Имишлинскую центральную районную больницу.

    По данному факту проводится расследование.

  • İmişlidə zəncirvari yol qəzası olub, xəsarət alanlar var

    İmişli rayonunda üç nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

    Hadisə rayonun Göbəktala kəndində qeydə alınıb.

    Belə ki, qəza zamanı “Mercedes”, “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillər toqquşub.

    Hadisə nəticəsində iki nəfər – Elmdar Savalanov və Ədalət Əmrahov xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Семь человек погибли при крушении самолета в Чили

    Пилот и шесть пассажиров погибли в результате крушения небольшого самолета на юге Чили.

    Об этом сообщило управление гражданской авиации страны.

    “В 15:00 (22:00 по бакинскому времени) удалось обнаружить в секторе Лос-Оркетас, расположенном рядом с населенным пунктом Вилья-Серро-Кастильо, самолет Piper Navajo компании Transportes Aereos San Rafael, связь с которым была потеряна с утра. В результате этого печального инцидента погиб пилот и шесть его пассажиров”, – говорится в заявлении.

    Управление направило специалистов для установления причин произошедшего. По данным радиостанции BioBio, в момент трагедии в регионе с горной местностью были неблагоприятные климатические условия. Самолет направлялся из столицы региона Айсен Койайке в город Чиле-Чико, расположенный на границе с Аргентиной.

  • Çilidə təyyarə qəzasında yeddi nəfər ölüb

    Çilinin cənubunda kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot və altı sərnişin ölüb.

    Bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.

    “Saat 15:00-da (Bakı vaxtı ilə saat 22:00-da) Vilya-Cerro-Kastillo yaşayış məntəqəsinin yaxınlığında yerləşən Los-Orketas sektorunda “Transportes Aereos San Rafael” şirkətinin səhər saatlarında əlaqəsinin kəsildiyi “Piper Navajo” təyyarəsini tapmaq mümkün olub. Bu kədərli hadisə nəticəsində pilot və altı sərnişin ölüb”, – xəbərdə deyilir.

    Rəhbərlik baş verənlərin səbəblərini müəyyənləşdirmək üçün əraziyə mütəxəssislər göndərib. “Biobio” radiostansiyasının məlumatına görə, faciə zamanı dağlıq bölgədə əlverişsiz iqlim şəraiti mövcud olub. Təyyarə Aysen Koyayke bölgəsinin paytaxtından Argentina ilə sərhəddə yerləşən Çile-Çiko şəhərinə uçurmuş.

  • Türkiyədə yeni beynəlxalq hava limanı açıldı

    Türkiyənin cənubundakı Mersin vilayətində ildə 9 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulmuş Çukurova Beynəlxalq Hava Limanı açılıb.

    Median.Az Haber Global-a istinadən xəbər verir ki, Çukurova Türkiyənin 58-ci hava limanıdır. Onun tikintisi 244.5 milyon avroya başa gəlib.

    Hava limanının 3 500 metr uzunluğunda uçuş-enmə zolağı CAT-II standartlarına uyğun tikilib və bütün növ təyyarələri qəbul edib yola salmaq qabiliyyətinə malikdir.

    Açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çukurova Hava Limanının “Türkiyənin region və dünya üçün hava qapısı” olacağını qeyd edib.

  • Xırdalanda müəllim vəfat etdi – FOTO

    Xırdalan 1 nömrəli tam orta məktəbinin müəllimi Aisə Adıgözəlova vəfat edib.

    Bu barədə məktəbin sosial şəbəkə hesabında paylaşım edilib.

    Məlumata görə, ingilis dili müəllimi qısasürən xəstəlikdən dünyasını dəyişib.

  • İran Prezidenti özünə yeni müavin təyin etdi

    İran Prezidenti Məsud Pezeşkian Hüseyn Afşini texnologiya, iqtisadiyyat və fundamental elmlər üzrə vitse-prezident təyin edib.

    Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

    Qeyd edək ki, H.Afşin 1981-ci ildə İranda anadan olub. O, Şərif Texnologiya Universitetinin professordur. Enerji, Su, Ətraf Mühit Elmləri və Texnoloji Tədqiqat İnstitutuna rəhbərlik edib. H.Afşin Maşınqayırma fakültəsində Elmi şuranın üzvüdür.

  • Formula 1-ə görə Azərbaycana gələn əcnəbilər üçün viza prosedurları sadələşdirilir – SƏRƏNCAM

    Prezident İlham Əliyev 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

    Müəyyən edilir ki, 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamda qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2024-cü il avqustun 15-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

    Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

    Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;

    Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

    2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

    Xarici İşlər Nazirliyi 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

    Dövlət Miqrasiya Xidmətinə isə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.

  • Мария Стадник о продолжении спортивной карьеры: Решу после отдыха

    Я счастлива, что в пятый раз приняла участие в Олимпийских играх.

    Об этом İdman.biz заявила член сборной Азербайджана по борьбе Мария Стадник (50 кг).

    Стадник, проигравшая Отгонжаргалу Долгожаве (Монголия) в 1/4 финала летних Олимпийских игр Париж-2024, заявила, что у нее еще есть силы продолжить карьеру:

    “Мне нужен отдых. Все силы, энергию и время я потратила на подготовку к Олимпийским играм. К сожалению, мне не удалось выиграть медаль. Но теперь я спокойна. Потому что знаю, что использовала каждый шанс, чтобы победить. Надеюсь, мне удастся мотивировать наших юных спортсменов. Мой им совет: несмотря на поражения и возраст, они должны идти до конца и любить свое дело. У меня еще есть силы продолжить карьеру. Но отдохнув, я решу, продолжать ли идти по этому пути или нет”.

    Отметим, что Стадник, серебряный призер Лондона-2012 и Рио-2016, завоевала бронзу в Пекине-2008 и Токио-2020.

  • Mariya Stadnik: “Davam edib-etməyəcəyimə istirahətdən sonra qərar verəcəyəm”

    “Sevinirəm ki, 5-ci dəfə Olimpiya Oyunlarında iştirak etdim”.

    Bunu İdman.biz-ə Azərbaycan millisinin güləşçisi Mariya Stadnik (50 kq) deyib.

    Paris-2024 Yay Olimpiya Oyunlarında 1/4 finalda Otqonjarqal Dolqorjava (Monqolustan) məğlub olan Stadnik bildirib ki, karyerasını davam etdirməyə hələ gücü var: “İstirahətə ehtiyacım var. Bütün gücümü, enerjimi, vaxtımı Olimpiya Oyunlarına hazırlıq üçün sərf etmişdim. Təəssüf ki, medal qazana bilmədim. Amma indi sakitəm. Çünki bilirəm ki, qalib olmaq üçün hər şansdan istifadə etdim. Ümid edirəm ki, gənc idmançılarımızı motivasiya edə bilərəm. Onlara tövsiyəm budur ki, məğlubiyyətlərə və yaşa baxmayaraq sona qədər getməli və işlərini sevməlidirlər. Karyeramı davam etdirməyə hələ gücüm var. Amma istirahət etdikdən sonra bu yolda davam edib-etməyəcəyimə qərar verəcəyəm”.

    Qeyd edək ki, London-2012 və Rio-2016-nın gümüş mükafatçısı olan Stadnik Pekin-2008 və Tokio-2020-də bürünc qazanıb.