Month: August 2024

  • Lukaşenko Ukrayna ilə sərhəddə döyüş qruplarını gücləndirməyi tapşırıb

    Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə sərhəd bölgələrində döyüş qruplarını gücləndirməklə bağlı tapşırıq verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Viktor Xrenin deyib.

    Müdafiə naziri qeyd edib ki, onlar baş verən prosesləri izləyirlər, hər cür dəyişikliyə cavab verməyə qadirdilər.

  • Qəbələdə iş yoldaşının bank kartından oğurluq edən şəxs saxlanılıb

    Qəbələdə iş yoldaşının bank kartından oğurluq edən şəxs saxlanılıb.

    APA-nin Şirvan bürosu xəbər verir ki, Qəbələ Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini bank kartında olan 2866 manat pulunun naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat verib.

    Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 26 yaşlı Fəqan Həşimov saxlanılıb.

    Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkmişin kartında olan maddi vəsaiti bir neçə dəfəyə ələ keçirib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Onların namizədliyi ləğv olundu

    Mərkəzi Seçki Komissiyası 1 sentyabr tarixinə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərə namizədliyi irəli sürülmüş bir neçə nəfərin namizədliyinin qeydə alınmaması və ya sonradan ləğv edilməsinə dair dairə seçki komissiyalarının qərarından edilmiş şikayətlərə baxıb.

    Median.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının iclasında şikayətçilər özləri də iştirak edib.

    Onlar dairə seçki komissiyasının qərarı ilə razılaşmadıqlarını bildiriblər. “Ümid” partiyasından namizədliyi irəli sürülmüş Elman Abbasov və Ramin Əliyev verilən qərarın qərəzli olduğunu deyib. “Müsavat” partiyasının üzvü Osman Kazımov isə əmlakı ilə bağlı təqdim etdiyi məlumatda baş vermiş texniki yanlışlıq səbəbindən namizədliyinin ləğv edildiyini deyib və namizədliyinin ləğv edilməsinə dair qərarın baş vermiş yanlışlığa adekvat olmadığını bildirib.
    MSK sədri Məzahir Pənahov namizədliyi qeydə alınmamış şəxslərin şikayəti ilə bağlı iclas üzvlərinin səsverməsini keçirib və dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılıb.

    Şikayətçilər arasına Xalq şairi Məmməd Arazın qardaşı oğlu, namizədliyini müstəqil şəkildə irəli sürmüş Qorxmaz İbrahimli də olub. MSK onun namizədliyinin qeydə alınmamasına dair dairə seçki komissiyasının qərarını qüvvədə saxlayıb.

  • Suraxanıda avtomobil qaçıran üç yeniyetmə saxlanıldı

    Suraxanı rayonu ərazisində VAZ-2106 markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq rayon ərazisində avtomobillə birgə saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda ən ucuz evlər bu rayonda satılır

    Hazırda paytaxtın daşınmaz əmlak bazarında ciddi durğunluq müşahidə olunur. Bazarın istər mənzil, istərsə də həyət evləri ilə bağlı seqmentlərində alıcı qıtlığı özünü göstərməkdədir. Realtorlar bu tendensiyanı müxtəlif səbəblərlə izah edir.

    Median.Az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ceyhun Əhmədov bildirib ki, bazarda müşahidə edilən alıcı qıtlığı qiymətlərə də ciddi təsir göstərib:

    “Həyət evlərindən danışırıqsa, burada ümumiyyətlə durğunluq hökm sürür. Əvvəllər Bakıya yaxın olan Masazır, Xırdalan, Biləcəri kimi qəsəbələrdə ev tapmaq müşkül məsələ idisə, hazırda situasiya tamam fərqlidir.
    Satışlar kəskin surətdə azalıb. Bunun isə özlüyündə bir neçə səbəbi var. Əvvəla, yay aylarıdır, ona görə də, alıcılıq qabiliyyəti aşağı düşüb. Bu, ötən illər də belə idi.

    Lakin başlıca səbəb, artıq bir çox insanın şəhərə yaxın və mərkəzi ərazilərdən mənzil almağa üstünlük verməsidir. Hər kəs iş yerinə, təhsil aldığı universitetə yaxın yerdə yaşamaq istəyir. Nəzərə alsaq ki, paytaxt yollarında tıxaclar gündən-günə intensivləşir, o zaman müştəriləri daha yaxşı başa düşmək olar”.
    Ekspert hazırda Bakının bəzi yerlərində ev və torpaq qiymətlərinin kəskin surətdə ucuzlaşdığını diqqətə çatdırıb:
    “Əvvəllər Bakının Sabunçu, Suraxanı, Binəqədi kimi rayonlarında həyət evləri intensiv formada satılırdı. Lakin hazırda vəziyyət kəskin dəyişib. Bu həm də tətbiq olunan yeni qaydalarla bağlıdır.

    Artıq heç kim natamam sənədləri olan torpağı alıb ev tikmək istəmir. Çünki tikilən evə kommunal xətlərin çəkilməsi demək olar ki, mümkünsüzdür. Digər tərəfdən, son vaxtlar qanunsuz şəkildə zəbt olunmuş torpaq sahələrində aparılan tikinti işlərinin qarşısı sərt şəkildə alınır.

    Bu baxımdan paytaxtda yaxın olan rayon və qəsəbələrdə torpaqların və evlərin əvvəlki qiymətlərindən olduqca aşağı təklif olunur. Siyahıya yenə Sabunçu, Suraxanı və Binəqədi rayonları başçılıq edir. Hazırda Abşeronda və Sabunçu rayonunda ucuz evlər tapmaq daha asandır”.

  • “Trendyol” və “Temu”dan alış-veriş edənlərə XƏBƏRDARLIQ

    “Trendyol” və “Temu” üzərindən Azərbaycana gətirilən məhsulların keyfiyyəti ilə bağlı narazılıqlar artır.

    Vətəndaşlar ya məhsulun fotodakı görüntüsündən fərqli formada çatdırılmasından, ya da qeyd olunan məlumatlar əsasında çatırdırılmamasından şikayətlənirlər.

    Onlayn ticarətdə bu kimi halların baş verməsinin səbəbləri nədir?

    Mövzu ilə bağlı konkret.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, onlayn sifarişlər zamanı keyfiyyətsiz məhsulların artımındakı səbəb tələbin təklifi üstələməsidir.

    “Vətəndaşların bu səpkili şikayətləri çoxalıb. Azad İstehlakçılar Birliyinə də şikayətlər daxil olur. Şikayətlər əsasən reklamda olan mal ilə göndərilənin fərqli olması, rəng və ölçü fərqlərinin müşahidə edilməsidir. Bunun əsas səbəbi isə son zamanlar onlayn ticarətə kütləvi axının baş verməsidir, belə olduqda tələb təklifi üstələyir”.

    Ekspert düşünür ki, belə neqativ hallar əhalini onlayn ticarətdən soyuda bilər. Bu isə vətəndaşların klassik alış-veriş formalarına geridönüşünə səbəb ola bilər:

    “Təəssüflər olsun ki, dövlət orqanlarına edilən şikayətlər də nəticəsiz qalır. Müvafiq orqanlar istehlakçıların hüquqlarını qorumaqda çətinlik çəkirlər. Çünki bu, məsafədən satışdır. Məsləhətim odur ki, istehlakçılar ödədikləri pulun qəbzini saxlasınlar. Məhsullar adətən metro çıxışlarında çatdırılma edilərək verilir. Bu zaman mala diqqətlə baxsınlar, iradları olduqları zaman malı dərhal geri qaytarsınlar”.

  • Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

    Azərbaycanın bəzi şəhər və rayonlarında küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, avqustun 11-də ölkə ərazisində sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Salyan, Cəlilabad, Yardımlı, Lerik, Naxçıvan, Şahbuz, Ordubad, Culfa, Neftçalada fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri artıb

    Bu ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin dəyəri 708,1 milyon manat təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.

    Hesabat dövründə ictimai iaşə dövriyyəsi 422,9 milyon manatlıq hissəsi hüquqi şəxslərin payına düşüb.

    Xatırladaq ki, 6 ay ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən real ifadədə 7,8 % artaraq 1 milyard 3 milyon manat olub.

  • Ümumi balı 150-dən az olmayan abituriyentlər I qrupda hansı ixtisasları seçə bilərlər?

    Meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi və ekologiya mühəndisliyi ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.

    Bu barədə “Qaynarinfo”ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

    Həmçinin aqromühəndislik, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, zoomühəndislik ixtisasları üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

  • Париж-2024: Магомедхан Магомедов вышел в полуфинал (ОБНОВЛЕНО)

    Азербайджанский борец вольного стиля Магомедхан Магомедов провел очередной поединок на летних Олимпийских играх в столице Франции Париже.

    Спортсмен, выступающий в весовой категории 97 кг, встретился в 1/4 финала с поляком Матеушем Барановским.

    Наш представитель одержал победу со счетом 7:2 и вышел в полуфинал.

    * * * * *

    Азербайджанский борец вольного стиля Магомедхан Магомедов приступил к участию в летних Олимпийских играх в Париже.

    В 1/8 финала спортсмен в весовой категории 97 кг встретился с Луисом Мигелем Пересом из Доминиканской Республики.

    Поединок завершился победой нашего представителя со счетом 9:0.