Month: August 2024

  • Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti genişləndirildi – FƏRMAN

    Prezident İlham Əliyev “Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Trend xəbər verir ki, fərmana əsasən, Mərkəzin strukturu, əməyin ödənişi fondu, işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləği Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilir.

    Dəyişikliyə əsasən, fərmana aşağıdakı bəndlər əlavə edilib:

    sosial tədqiqatlar sahəsində elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

    Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək,

    Sosial tədqiqatlar sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək.

    Digər dəyişikliyə görə, Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

  • İki universitetdə bu ixtisas üzrə qiyabi təhsil dayandırıldı

    Gəncənin 2 universitetində mühəndisliklə bağlı ixtisaslarda qiyabi təhsil forması ləğv olunub.

    Median.Az report.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetində 2024/2025-ci tədris ilində əsasən mühəndisliklə bağlı ixtisaslarda (geologiya, qida, sənaye, neft-qaz, elektrik, maşın, metallurgiya və sair) qiyabi təhsilalma forması olmayacaq.

    Qeyd edək ki, Azərbaycanda 15-ə yaxın universitetdə qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq.

  • Aİ Fələstin hökumətinə məmurların maaşlarının ödənilməsi üçün 43 milyon avro ayırıb

    Avropa İttifaqı (Aİ) Fələstin hökumətinə məmurların maaşlarının ödənilməsi üçün 43 milyon avro ayırıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Aİ avqustun 8-də Fələstin Administrasiyasına İordan çayının qərb sahilindəki məmurların maaşlarını və təqaüdlərini ödəməyə kömək etmək üçün 43 milyon avro yardım ayırıb.

    “43 milyon avro Avropa İttifaqı tərəfindən Fələstin idarəçiliyinə ayrılmış qısamüddətli təcili maliyyə dəstəyinin birinci mərhələsidir”, – məlumatda qeyd olunub.

  • Teatr və sərgilər adından saxta bilet satışı ilə bağlı XƏBƏRDARLIQ – FOTO

    Son günlərdə kiberdələduzlar tərəfindən vətəndaşlara qarşı ölkədə fəaliyyət göstərən müxtəlif teatr və sərgilər adından saxta bilet satışı şəklində dələduzluq həyata keçirilir.

    Bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

    Bildirilib ki, kiberdələduzlar sosial şəbəkə platformaları vasitəsilə “azdrama.online” adlı saxta veb-sayt adından bilet satışı həyata keçirirlər.

    Veb-sayta daxil olduqdan sonra vətəndaşlar bank kartı və digər fərdi məlumatların ələ keçirilməsi məqsədilə “3dsguard.online/payment/main” ünvanına yönləndirilirlər.

    ETX vətəndaşlara rəsmi olmayan veb-saytlara etimad etməməyi, bank və digər fərdi məlumatlarını şübhəli keçidlər vasitəsilə qarşı tərəfə ötürməməyi, həmçinin hər hansı məhsul və ya xidmətləri alarkən rəsmi satış həyata keçirən mənbələrə müraciət etməyi tövsiyə edib.


  • ABŞ-li Olimpiya çempionu koronavirusa yoluxduğu üçün yarışlardan imtina edib

    ABŞ-li atlet Noa Layls Olimpiadada mübarizəni başa vurub.

    Buna səbəb onun koronavirusa yoluxmasıdır.

    Bu barədə idmançı özü açıqlama verib:

    “Hər kəsə təşəkkür edirəm, amma burada çıxışımı başa vurmalıyam. Olimpiadadan zövq aldım”.

    Qeyd edək ki, Noa Layls 100 metr məsafəyə qaçışda qızıl, 200 metrdə isə bürünc qazanıb.

  • Azərbaycanda blogerlər üçün reyestr yaradıla bilər? (ŞƏRH)

    Rusiyada “Blogerlərin reyestri haqqında” qanun qüvvəyə minib. İstənilən sosial şəbəkədə olmaqlarından asılı olmayaraq blogerlər xüsusi reyestrə daxil edilmək üçün özləri haqqında məlumatları “Roskomnadzor”a təqdim etməsələr, şəbəkə hesabları bloklana bilər.

    Bundan başqa qeydiyyatdan keçməmiş kanallarda reklamlar, ianə keçidləri yerləşdirmək və ya məzmunu başqa üsullarla monetizasiya etmək mümkün olmayacaq.

    Azərbaycanda belə bir qanunun qəbul edilməsinə və reyestrin olmasına ehtiyac varmı?

    Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda bu qanunun qəbul edilməsinə, məhdudlaşmalar qoyulmasına heç bir ehtiyac və səbəb yoxdur:

    “Bu qanunun Rusiyada qəbul edilməsi o demək deyil ki, Azərbaycanda da bu qanun qəbul edilsin”.

    Xalid Kərimli qeyd edib ki, reyestr oldu, ya olmadı, vətəndaş harda olmasından və pul qazanmasından asılı olmayaraq, öz qazancından gəlir vergisi verməlidir:

    “Bu verginin formaları fərqli olur. Blogerlik də sərbəst fəaliyyət olduğuna görə qazanclarının 20 faizini gəlir vergisi kimi verməlidir. Bu vergini vermirsə, qaydaları pozmuş olur. Buna görə də onlar cərimələnməlidir”.

  • Putin Təhlükəsizlik Şurasının iclasını keçirib

    Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.

    Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, toplantıda terrorçuluqla mübarizə məsələləri diqqət mərkəzində olub.

  • Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    Biləsuvar rayonunun 16 yaşayış məntəqəsində qaz kəsiləcək.

    “Report”un məlumatına görə, rayon ərazisində yerləşən “Biləsuvar 1” və “Biləsuvar 2”, eləcə də “Biləsuvar sənaye” ölçü qovşaqları arasında əlaqələndirici qaz xəttinin quraşdırılması məqsədilə Biləsuvar şəhəri, Xırmandalı, Bəydili, Əliabad, Zəhmətabad, Çaylı, Günəşli, İsmətli, Nəsimikənd, Səmədabad, Arazbarı, Muğan, Yuxarı Ağalı, Əsgərabad, Ağayrı, Nərimankənd kəndlərini və qeyri-yaşayış sahələri olmaqla, ümumilikdə 14 700 abonentin qaz təchizatının avqustun 12-də saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

    Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

  • Rusiyanın hərbi karvanı Kurskda atəşə tutuldu

    Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində hərbi maşın karvanını atəşə tutması nəticəsində 26 nəfər hərbi qulluqçu ölüb, 100-dən çoxu isə yaralanıb.

    Bu barədə Ukraynanın teleqram kanalları xəbər yayıb.

    Məlumata görə, HIMARS-dan endirilən zərbələr zamanı Rusiya tərəfindən döyüşən bir batalyon sıradan çıxarılıb.

    Ehtimal olunur ki, Ukrayna tərəfi sözü gedən hərbi

  • Polkovnik Elmar Məmmədov HƏBS EDİLDİ

    Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib.

    “Qafqazinfo”nun məlumatına görə, polkovnik korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilib.

    Sabiq idarə rəisi 10 gün əvvəl həbs edilən Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov və digərləri ilə əlbir olaraq xüsusilə külli miqdarda (659 min manat) dövlət vəsaitini mənimsəməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunur.

    Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.2-ci (dələduzluq-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

    Bakı Hərbi Məhkəməsinin qərarı ilə polkovnik Məmmədov haqda dörd aylıq həbs qətimkan tədbiri seçilib.