Month: August 2024

  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib – FOTO

    ADY sərnişin tələbatını təmin etmək məqsədilə 15 və 16 avqust tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

    Bu barədə milli.az-a ADY-dən bildirilib.

    Həmçinin Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür.

    Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.

    Qeyd edək ki, 7 və 8 avqust tarixlərində də bu xətt üzrə reyslərin sayı artırılıb.

  • Rusiyada “Signal” messenceri bloklanıb

    Rusiya qanunvericiliyinin pozulması səbəbilə ölkə ərazisində “Signal” messencerinə giriş məhdudlaşdırılıb.

    APA xəbər verir ki, bu barədə TASS-a Rabitə, İnformasiyaTexnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsinə Nəzarət Federal Xidmətinin (Roskomnadzorun) mətbuat xidmətindən məlumat verilib.

    “Siqnal messencerinə giriş Rusiya qanunvericiliyinin tələblərinin pozulması səbəbilə məhdudlaşdırılıb, onun həyata keçirilməsi messencerdən terror və ekstremist məqsədlər üçün istifadənin qarşısını almaq üçün zəruridir”, – deyə məlumatda bildirilir.

  • Dağıstanda niqablı şəxs polis əməkdaşlarına atəş açıb – FOTO

    Dağıstanın Daxili İşlər Nazirliyi Çeçenistan Respublikasından olan Əli Demilxanov haqqında axtarış elan edib.

    APA Rusiya mətbuatına istinadən xəbər verir ki, polis sənədləri yoxlamaq istədiyi zaman Demilxanov “VAZ 111730” markalı avtomobildən polisə atəş açıb.

    DİN-in məlumatına görə Çeçenistanın Şali rayon sakini olan 41 yaşlı Demilxanov niqabda olub.

    Hadisə zamanı iki polis əməkdaşının yaralandığı bildirilir.

    Polis hər yerdə cinayətkarı axtarır.

  • Antalyada meşə yanır

    Türkiyənin Antalya vilayətində meşəlik ərazidə yanğın başlayıb.

    Median.Az xəbər verir ki, yanğının söndürülməsinə 1 helikopter, 2 təyyarə, 4 su tankeri və yanğınsöndürənlər cəlb edilib.

    Ümumilikdə 30 hektar meşə sahəsinə ziyan dəyib.

  • “Baku Fire” Qazaxıstan klubunu məğlub edib

    Yeni mövsümün hazırlığını davam etdirən Yüksək Liqa təmsilçisi “Baku Fire” yoxlama oyunu keçirib.

    “Report” Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz Bakıda təlim-məşq toplanışında olan Qazaxıstanın “Astana” klubu ilə qarşılaşıb.

    Olimpik Starda baş tutan görüş “Baku Fire”in üstünlüyü şəraitində keçib və paytaxt təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Ötən mövsüm Yüksək Liqada gümüş medal qazanan komandanın heyətində yeni transfer Nurlan Mehdizadə və Fərid Abbasov fərqləniblər.

    Onu da qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Rövşən Hüseynli hazırda “Astana” klubunun formasını geyinir. Qazaxıstan təmsilçisi avqustun 13-də “Araz-Naxçıvan”la üz-üzə gələcək.

  • “Qarabağ” 2-ci hissəyə qolla başlayıb – CANLI

    Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

    İdman.biz xəbər verir ki, ilk oyun günündə bir matç baş tutacaq.

    Son çempion “Qarabağ” “Kəpəz”i sınağa çəkəcək. Ağdam təmsilçisi rəqibini “Azersun Arena”da qəbul edəcək.

    Qeyd edək ki, turun digər matçları avqustun 10-11-də keçiriləcək.

    Azərbaycan Premyer Liqası
    II tur
    9 avqust (cümə)
    20:00. “Qarabağ” – “Kəpəz” – 1:0
    Qol: Riçard Almeyda, 48

    Baş hakim: Rauf Allahverdiyev
    “Qarabağ”: 12. Sadiq Məmmədzadə , 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 2. Mateus Silva, 19. Redon Cica
    Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Beniza, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
    Baş məşqçi: Qurban Qurbanov
    “Kəpəz”: 1.Rojerio Santos, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 17. Ümid Səmədov, 78. Yahor Kvalko (k), 28. Redon Mihana, 10. Karim Lkouça, 19. Lassana Ndiaye, 77. Viktor Braqa
    Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 3. Vurğun Hüseynov, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci
    Baş məşqçi: Adil Şükürov
    “Azersun Arena”

  • Дания ужесточит контроль на шведской границе

    Датское правительство усиливает контроль на границе со Швецией, в частности, на Эресундском мосту, соединяющем две страны.

    Как передает Median.Az, Об этом со ссылкой на министра юстиции Петера Хуммельгорда сообщает телеканал TV2.

    “Ситуация серьезная”, – пояснил министр, говоря о причине принимаемых мер.

    С сегодняшнего дня в поездах, следующих через мост, будет производиться контроль пассажиров, также будет усилена аналитическая работа с камерами распознавания на границе.

    Заявление Хуммельгорда прозвучало в связи с тем, что на прошлой неделе трем шведским подросткам были предъявлены обвинения в стрельбе в Дании, они, как утверждается, связаны с организованной преступностью. В самой Швеции постоянно происходят связанные с разборками ОПГ перестрелки и взрывы, здесь зарегистрирован самый высокий в ЕС уровень уличных убийств на душу населения.

  • Danimarka İsveçlə sərhəddə nəzarəti gücləndirəcək

    Danimarka hökuməti İsveçlə sərhəddə, xüsusən də iki ölkəni birləşdirən Öresund körpüsündə nəzarəti gücləndirir.

    Median.Az xəbər verir ki, bu barədə “TV2” telekanalı Danimarkanın ədliyyə naziri Peter Hummelqorda istinadən məlumat yayıb.

    “Vəziyyət ciddidir”, – nazir görülən tədbirlərin səbəbi barədə danışarkən deyib.

    Bu gündən körpüdən keçən qatarlarda sərnişinlər nəzarətdən keçəcək, həmçinin sərhəddə üztanıma kameraları ilə analitik iş gücləndiriləcək.

    Hummelqordun bəyanatı keçən həftə Danimarkada baş verən atışma ilə əlaqədar üç isveçli yeniyetməyə mütəşəkkil cinayətkarlıqla bağlı olduqlarına görə ittiham irəli sürüldüyü bir vaxta təsadüf edir. İsveçdə mütəşəkkil cinayətkar qruplaşmalarla bağlı atışmalar və partlayışlar mütamadi olaraq baş verir. Avropa İttifaqında adambaşına düşən küçə cinayətlərinin ən yüksək səviyyəsi də İsveçdədir.

  • Salyanda minik avtomobili aşıb, xəsarət alanlar var

    Salyanda minik avtomobili aşıb, xəsarət alanlar var.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Noxudlu kəndi ərazisindəki körpünün yaxınlığında baş verib.

    Minik avtomobilinin aşması nəticəsində Salyan rayon sakinləri – 1996-cı il təvəllüdlü Səmədova Rəqsanə Vidadi qızı, 2001-ci il təvəllüdlü Səmədzadə Xeyrənisə Vaqif qızı, eləcə də şəxsiyyəti hələ məlum olmayan daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabahı asan və aktiv etmək üçün axşam saatlarında ediləcək 5 şey

    Özünüzü yaxşı bir günə hazırlamaq təkcə səhər rejiminizlə deyil, həm də axşamınızı necə keçirdiyinizlə başlayır. Sağlamlığınıza və yuxunuza müsbət təsir edə biləcək axşam vərdişlərinizi yaxşılaşdırmaq üçün bəzi məsləhətlər var.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, Bunu bu gün etməyə çalışın, sabah bütün günü yaxşı əhval-ruhiyyə və rifah içində ola biləsiniz.

    Axşam gəzintisi

    Təmiz havada bir neçə dəqiqəlik zərif məşq axşam yeməyindən sonra qan şəkərinizin səviyyəsini aşağı salmağa və rahatlamağa kömək edə bilər. Britaniyalı psixoloq Li Çembers qeyd edir ki, axşam gəzintisi zehni sakitləşdirməyə, narahatlığı azaltmağa və yuxunu yaxşılaşdırmağa kömək edir.

    Telefonunuzu uzaq tutun

    Gecə yuxunuzun keyfiyyəti elektron cihazlardan istifadənizlə sıx bağlıdır. Yale Universitetinin psixologiya professoru Laurie Santos gecə onları yoxlamaq həvəsindən qaçmaq üçün yatmazdan 30 dəqiqə əvvəl telefonları söndürməyi və cihazları başqa otaqda saxlamağı tövsiyə edir.

    İsti vanna və ya duş

    Psixoloq Castin Qrosso vurğulayır ki, axşam üzgüçülük əhval-ruhiyyəni, yuxunu və ürək-damar sağlamlığını yaxşılaşdırmağa kömək edir. Hamam yoxdursa, duş qəbul etmək də müsbət təsir göstərəcək.

    Günü minnətdarlıqla bitirin

    Yatmazdan əvvəl minnətdar olduğunuz 3-5 şeyi yazın. Bu sadə hərəkət sizin rifahınızı xeyli yaxşılaşdıra və stress səviyyənizi azalda bilər. Bu, müsbətə diqqət yetirməyə və nailiyyətlərinizi tanımağa kömək edəcək.

    Alkoqoldan qaçın

    Alkoqolun daha yaxşı yatmağınıza kömək etməsi ilə bağlı mif doğru deyil. Alkoqol daha tez yuxuya getməyinizə kömək etsə də, yuxu keyfiyyətini poza, tez-tez oyanmağa və sinir sisteminə təsir göstərə bilər.