Month: August 2024

  • Состояние самой богатой семьи Индии составляет 10% ВВП этой страны

    Состояние семьи индийского миллиардера Мукеша Амбани составило почти 10% ВВП всей южноазиатской республики.

    Как передает Median.Az, об этом пишет Hindustan Times со ссылкой на отчет банка Barclays-Hurun India.

    По состоянию на 20 марта семейное богатство Амбани оценивалось в 25,7 трлн рупий, или $385,5 млрд.

    Бизнес-империя Амбани Reliance Industries является крупнейшей в стране. Она охватила сектора энергетики, телекоммуникаций и розничной торговли.

    На втором месте в рейтинге богатейших семей Индии расположилась семья миллиардера Нираджа Баджаджа с капиталом в размере 7,13 трлн рупий. Топ-3 замыкает семья Кумара Бирлы с 5,39 трлн рупий.

  • Hindistanın ən zəngin ailəsinin sərvəti ölkə ÜDM-inin 10 faizini təşkil edir

    Hindistanlı milyarder Mukeş Ambaninin ailəsinin sərvəti bütünlükdə ölkə ÜDM-inin təxminən 10 faizini təşkil edir.

    Median.Az xəbər verir ki, bu barədə “Hindustan Times” “Barclays-Hurun India Bank”ın hesabatına istinadən yazıb.

    Martın 20-nə olan məlumata görə, Ambani ailəsinin sərvəti 25,7 trilyon rupi və ya 385,5 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilib.

    Ambaninin biznes imperiyası olan “Reliance Industries” ölkədəki ən böyük holdinqdir. O, energetika, telekommunikasiya və pərakəndə satış sektorlarını alıb.

    Hindistanın ən zəngin ailələri reytinqində ikinci yerdə 7,13 trilyon rupi kapitalı ilə milyarder Nirac Bacacın ailəsi qərarlaşıb. İlk üçlüyü isə 5,39 trilyon rupi ilə Kumar Birlanın ailəsi tamamlayır.

  • Ləbib Ləbibovun oğlu dələduzluqda ittiham olunur

    Ləbibovun oğlu dələduzluqda ittiham olunur.

    Median.Az report.az-a istinadən xəbər verir ki, Ləbib Ləbibovun oğlu Rəşad Ləbibov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

    Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb.

    R.Ləbibov barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Fəxri Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 20-ə təyin edilib.

  • Qala qəsəbəsindəki ferma sakinlərin kabusuna çevrilib

    Xəzər rayonu, Yeni Qala qəsəbəsi, Babək küçəsində yaşayan sakinlər ərazidə yerləşən fermadan şikayətçidirlər.

    Vətəndaşları narahat edən məsələ tövlədə saxlanılan heyvanların qoxusu və havalandırma sisteminin səsidir.

    Ərazidə yaşayan sakin narahatlığını Baku TV ilə bölüşüb:

    “Bura yaşayış sahəsidir. Ərazidə tövlə tikilib və içərisində iribuynuzlu, xırdabuynuzlu heyvanlar saxlanılır. Evində oturub pəncərəni açırsan, peyinin qoxusu evə dolur”.

    “İçəridə çoxlu keçi var. Səhərlər qoxudan çölə çıxa bilmirik. Artıq bezmişik, nə qədər demək olar, heç kim bizə məhəl qoymur”, – deyə başqa bir sakin söyləyib.

    Sakinləri narahat edən məsələ ilə əlaqədar ferma sahibi bildirib ki, havalandırma sistemi artıq istifadə olunmayacaq.

    Ətraflı süjetdə:

  • Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb

    Braziliyada 68 nəfər sərnişini olan təyyarənin qəzaya uğradığı bildirilir.

    APA xəbər verir ki, “G1” portalı içərisində 68 nəfərin olduğu sərnişin təyyarəsinin Braziliyanın Vinhedo bölgəsində qəzaya uğradığı haqda məlumat yayıb.

  • СМИ: Командир ХАМАС убит при атаке беспилотника в Ливане

    Беспилотный летательный аппарат израильских ВВС нанес удар по автомобилю в городе Сайда.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил новостной портал Naharnet.

    По его данным, в результате обстрела погиб один из командиров палестинского движения ХАМАС Самер аль-Хадж. Еще один находившийся в машине получил ранения.

    Согласно информации портала, аль-Хадж возглавлял службу безопасности в лагере палестинских беженцев Айн-эль-Хильве, который расположен на окраине Сайды.

  • KİV: HƏMAS komandiri Livanda PUA hücumu nəticəsində öldürülüb

    İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın Sayda şəhərində avtomobili vurub.

    Median.Az xəbər verir ki, bu barədə “Naharnet” portalı məlumat yayıb.

    Zərbə nəticəsində Fələstinin HƏMAS hərəkatının komandirlərindən biri – Samer əl-Hac ölüb. Avtomobildə olan daha bir nəfər yaralanıb.

    Portalın məlumatına görə, əl-Hac Sayda şəhərinin kənarında yerləşən Ayn əl-Hilvə fələstinli qaçqın düşərgəsində təhlükəsizlik xidmətinə rəhbərlik edib.

  • Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarımfinalda məğlub olub – YENİLƏNİB 2

    Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

    “Report”un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 125 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Geno Petriaşvili (Gürcüstan) ilə görüşüb.

    Təmsilçimiz bu görüşdə rəqibinə 0:7 hesabı ilə məğlub olub. Meşvildişvili sabah bürünc medal uğrunda yarışacaq.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

  • Главы МВД стран СНГ обсудили противодействие терроризму

    Вопрос противодействия экстремизму и терроризму обсужден на заседании Совета министров внутренних дел государств СНГ, по нему принято соответствующее решение.

    Как передает Median.Az cо ссылкой на ТАСС, об этом сообщил журналистам министр внутренних дел Беларуси Иван Кубраков по итогам встречи.

    “Вопрос, который очень долго обсуждался и вырабатывались решения – это противодействие экстремизму и терроризму. Наша задача – выработать те меры и те решения, которые позволят сработать на профилактику, не допустить гибели людей и совершения преступлений”, – отметил он.

    В целом, по словам Кубракова, на заседании Совета было рассмотрено 13 вопросов, в том числе, касающиеся противодействия киберпреступлениям, распространению наркотиков. “Принятые сегодня решения требуют незамедлительного принятия дополнительных мер”, – сказал глава МВД Беларуси.

    В заседании участвовали руководители министерств внутренних дел Азербайджана, Беларуси, Казахстана, Кыргызстана, России, Таджикистана, Туркменистана и Узбекистана, представители Антитеррористического центра СНГ, Исполнительного комитета Содружества.

  • MDB ölkələrinin DİN başçıları terrorizmlə mübarizəni müzakirə edib

    Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Daxili İşlər Nazirləri Şurasının iclasında ekstremizmə və terrorizmə qarşı mübarizə məsələsi müzakirə edilib və müvafiq qərar qəbul olunub.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Belarusun daxili işlər naziri İvan Kubrakov görüşün yekunu üzrə jurnalistlərə açıqlamasında bildirib.

    “Uzun müddətdir müzakirə olunan, həlli yolları işlənib hazırlanan məsələ ekstremizm və terrorizmlə mübarizədir. Vəzifəmiz profilaktik tədbirləri görməyə, insanların ölümünün və cinayətlərin qarşısının alınmasına imkan verəcək tədbirləri və həll yollarını işləyib hazırlamaqdır”, – o deyib.

    Kubrakovun sözlərinə görə, Şuranın iclasında ümumilikdə 13 məsələyə, o cümlədən kibercinayətkarlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı məsələlərə baxılıb. “Bu gün qəbul olunan qərarlar dərhal əlavə tədbirlərin görülməsini tələb edir”, – Belarus DİN başçısı vurğulayıb.

    İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın daxili işlər nazirləri, MDB-nin Antiterror Mərkəzinin, İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.