Month: August 2024

  • На Землю обрушится магнитная буря

    Магнитная буря класса G2 (средней силы) обрушится на Землю в ночь на 10 августа.

    Об этом свидетельствуют данные прогноза Лаборатории солнечной астрономии Института космических исследований и Института солнечно-земной физики России.

    Пик космической стихии придется на 01:00 по бакинскому времени и продлится несколько часов.

    Магнитные бури возникают в результате взаимодействия магнитного поля Земли с потоками заряженных частиц, исходящих от Солнца. Последствия таких событий могут быть весьма ощутимыми для людей, особенно метеочувствительных. Возможны головные боли, скачки давления, ухудшение самочувствия и обострение хронических заболеваний. Уровень G2 также означает, что на Земле могут возникнуть проблемы в энергетических системах.

    Ослабление магнитной бури до класса G1 (слабой силы) ожидается только к 13:00 по Баку. Ближе к вечеру ее уровень упадет еще ниже, а к 19:00 ситуация должна полностью нормализоваться. Однако эксперты подчеркивают, что 10 августа вероятность сильного магнитного шторма составляет целых 45%.

  • Yer kürəsində maqnit qasırğası gözlənilir

    Avqustun 10-na keçən gecə Yer kürəsini G2 sinifli maqnit qasırğası bürüyəcək.

    Bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyasının proqnozunda deyilir.

    Maqnit qasırğası pik nöqtəsinə Bakı vaxtı ilə saat 01:00-da çatacaq. Maqnit qasırğasının səviyyəsi növbəti bir neçə saat ərzində də dəyişməz olaraq qalacaq.

    Maqnit qasırğası yalnız saat 13:00-da zəifləyərək G1 sinfinə düşəcək. Axşama doğru onun səviyyəsi daha da aşağı düşəcək. Qeyd olunur ki, Bakı vaxtı ilə saat 19:00-a qədər vəziyyət tamamilə normallaşacaq.

  • Avstriyada Teylor Sviftin konsertində terror törətmək istəyən şəxslər saxlanılıb

    Avstriya polisi amerikalı müğənni Teylor Sviftin konserti zamanı terror aktı törətməyi planlaşdıran iki nəfəri saxlayıb.

    Median.Az xəbər verir ki, bu barədə ORF portalı məlumat yayıb.

    Saxlanılanlardan birinin 19 yaşı var, ondan kimyəvi maddə götürülüb və analiz üçün müvafiq quruma göndərilib.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, saxlanılanların hədəfi Sviftin konsertləri də daxil olmaqla, böyük izdihamlı tədbirlər ola bilərdi.

    Vyanada müğənni avqustun 8-10-da üç konsert verəcək.

    Konsertlərin keçiriləcəyi stadionun ərazisində təhlükəsizlik tədbirləri gücləndiriləcək.

  • Avstriyada Teylor Sviftin konsertində terror törətmək istəyən şəxslər saxlanılıb

    Avstriya polisi amerikalı müğənni Teylor Sviftin konserti zamanı terror aktı törətməyi planlaşdıran iki nəfəri saxlayıb.

    Median.Az xəbər verir ki, bu barədə ORF portalı məlumat yayıb.

    Saxlanılanlardan birinin 19 yaşı var, ondan kimyəvi maddə götürülüb və analiz üçün müvafiq quruma göndərilib.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, saxlanılanların hədəfi Sviftin konsertləri də daxil olmaqla, böyük izdihamlı tədbirlər ola bilərdi.

    Vyanada müğənni avqustun 8-10-da üç konsert verəcək.

    Konsertlərin keçiriləcəyi stadionun ərazisində təhlükəsizlik tədbirləri gücləndiriləcək.

  • Bakının Xəzər rayonunda baş vermiş qətllə bağlı cinayət işi başlanıb – YENİLƏNİB

    Avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    APA xəbər verir ki, araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Ruhulla Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda ibtidai istintaq davam edir.

    ***

    Avqustun 7-də saat 20 radələrində paytaxtın Sabunçu rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğulunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətindən milli.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

    İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

    Araşdırma aparılır.

  • Bayden itib

    ABŞ prezidenti Cozef Bayden Yaxın Şərqdə İran və İsrail arasında vəziyyətin gərginləşməsi təhlükəsinə baxmayaraq, ictimaiyyət qarşısında heç bir çıxış planlaşdırmır.

    Median.Az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

    Belə ki, ABŞ dövlət başçısı sonuncu dəfə avqustun 5-də Ağ Evin yaxınlığında görünüb, o, jurnalistlərin yanından keçərək onların suallarına məhəl qoymayıb.

    “Vitse-prezident Kamala Harrisin birinci yeri tutmasına imkan verdikdən sonra ictimaiyyət qarşısında çıxış etməmək prezident üçün yeni normaya çevrilib. Bu, İranın İsrailə mümkün hücumunu gözlədiyi bir vaxta təsadüf edir”, – məqalədə deyilir.

    Nəşr bildirib ki, Ağ Ev jurnalistlərin “niyə bu anda prezidentin Yaxın Şərqdəki vəziyyətlə bağlı birbaşa müraciəti olmadığına dair” suallara konkret cavab vermir, bu mövzunun Bayden üçün prioritet olduğu deyilir və bir neçə yazılı məlumat paylaşılır.

    Eyni zamanda Amerika rəsmiləri, o cümlədən ABŞ dövlət katibi Antoni Blinken əmin edirlər ki, Vaşinqton regionda eskalasiya risklərini azaltmağa çalışır və həm İsrailə, həm də İrana siqnallar göndərir.

  • Şəmkirdə 36 yaşlı kişi bıçaqlanıb

    Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

    “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Şiştəpə kəndində qeydə alınıb.

    Şəmkir rayon sakini, 1988-ci il təvəllüdlü E.İsmayılov mübahisə zəminində bıçaq xəsarəti alıb.

    O, xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Laçında itkin düşən hərbçilərdən birinin meyit qalıqları ailəsinə təhvil verildi – FOTOlar

    2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlunun meyit qalıqları Gəncə şəhərində ailəsinə təhvil verilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, onun qalıqları Məhsəti qəsəbəsində yaşadığı evə gətirilib. Firdovsi Abdullayevin meyitinin qalıqlarının ailəsinə təhvil verilməsi mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin birinci müavini Seymur Nazarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Hikmət Orucov, hüquq mühafizə orqanlarının rəhbər işçiləri, hərbçilər və qazilər iştirak ediblər.

    Firdovsi Abdullayevla sabah yaşadığı evdə vida mərasimi keçiriləcək. Onun meyitinin qalıqları sabah Gəncənin şəhidlər xiyabanında dəfn ediləcək.

    Qeyd edək ki 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlu Goranboy rayonun Qaradağlı kəndində anadan olub. Hazırda ailəsi Gəncə şəhərində yaşayır.

    Xatırladaq ki, 3 mart 2022-ci ildə Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlu Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər. Onların meyit qalıqları 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanaraq götürülüb.


  • Naxçıvanda yanğınlar olub – FOTO

    Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Maxta və Yuxarı Daşarx kəndlərində yanğınlar olub.

    Median.Az report.az-a istinadən xəbər verir ki, muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Maxta kəndində ot tayasında, Yuxarı Daşarx kəndində isə quru otluq sahəsində yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

    Məlumatlarla əlaqədar dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

    Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində 1500 m² quru otluq sahə, 3600 ot bağlaması yanıb, 1500 m² sahə və 7200 ot bağlaması yanğından mühafizə olunub.

    Sahələrin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub

  • Sumqayıtda yaşayış binasında partlayış: xəsarət alan var

    Sumqayıtda yaşayış binasında partlayış olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə 1-ci mikrorayonda yerləşən binaların birindəki mənzildə qeydə alınıb.

    Belə ki, partlayış mənzilin hamam otağında su qızdırıcısının partlaması nəticəsində baş verib.

    Hadisə zamanı mənzildəki Arzu Orucov xəsarət alıb. Xəsarət alan şəxs Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.